Məhkəmə qərarları › İş №1(102)-221/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-221/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-221/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-c ü il tarixli 1(105)-551/2024 qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nurəddin Hüseynli (sədrlik edən və məruzəçi), Nahid Mirzəyev və Elçin Məmmədov) 05 iyun 2024-cü il tarixli 1(124)428/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1971-ci ildə Yardımlı rayonu Köryədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla ödənilməmiş və götürülməmiş, Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi Köryədi kəndində qeydiyyatda olan və Xızı rayonu Sitalçay hərbi şəhərcik ev 9, mənzil 12-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonr a CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə - heroini və narkotik vasitə - qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 39,079 qram miqdarında kustar üsulla narkotik vasitə heroin və 57,908 qram miqdarında çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əldə edərək, h əmin heroini əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofanda saxlamaqla daşımış, qurudulmuş marixuananı isə yaşadığı Xızı rayonu Sitalçay hərbi şəhərcik ev 9, mənzil 12-də evin mətbəx otağında olan dolabda bir ədəd sellofanda saxlamış, 24 avqust 2023-cü il tarixdə BNMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhkum həmin tarixdə saat 17:10 dəqiqədə Xızı rayonu Sitalçay hərbi şəhərcik ərazisində saxlanılaraq Xızı rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, saat 18:40 dəqiqədən saat 18:50 dəqiqəyədək olan müddət ərzində onun üzərində müdafiəçinin iştirakı ilə, video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofanda külli miqdarda 39,079 qram mi qdarında narkotik vasitə - heroin, 24 avqust 2023-cü il tarixdə saat 20:20 dəqiqədən saat 20:30 dəqiqəyədək olan müddət ərzində yaşadığı evə Məhkum yazılı razılığı, müdafiəçi ilə birlikdə iştirakları ilə, video çəkilişlə keçirilmiş baxış zamanı evin mətbəx otağında olan dolabdan 57,908 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi hakim), Azər İsmayılov və Rəşadət Ağayev) 31 iyul 2024-cü il tarixli 1(105)-551/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 1(124)-428/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum kassasiya şikay əti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(105)-551/2024 nömrəli qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və işə yeni apellyasiya baxışının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham qanunsuz və əsassızdır. Belə ki, məhkum saxlanılan zaman ona bədən xəsarətləri yetirildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına qəbul edilən zaman bədən xəsarətlərinin qeydə alındığını bildirmişdir. Bu haqda məhkəmə istintaqı dövründə məhkəməyə arayış təqdim edilsə də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Axtarış zamanı üzərindən və yaşadığı Xızı rayonu Sitalçay hərbi şəhərcik ərazisində ümumi çəkisi – 39,079 qram miqdarında kustar üsulla narkotik vasitə - heroin və 57,908 qram miqdarında çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilmişdir. İş üzrə hər hansı bir maddi sübut - yəni satış faktını təsdiq edən elektron tərəzi, pul əsginası, real və ya şərti alıcı yoxdur və həmin bükümün üzərində onun barmaq izləri yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını t am araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişlər. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hə rəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfini n təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəylərini, maddi sübutları və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutların məcmusu ilə Məhkum qanunsuz olaraq külli miqdarda 39,079 qram miqdarında narkotik vasitə olan heroini və 57,908 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərək onun məhkəməyədək icraat zamanı verdiyi ifadəni, tədqiq edilmiş sübutların məcmusu ə sasında müəyyən edilmiş işin hallarını, həmçinin onun üzərindən aşkar olunmuş külli miqdarda heroini hansı zərurətdən irəli gələrək daşıdığını “ağlabatan” şəkildə izah edə bilməməsini nəzərə almışdır. Bundan əlavə, yaşadığı mənzildə digər növ narkotik vasitə – qurudulmuş marixuana və elektron tərəzinin aşkar edilməsi onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini və saxladığını təsdiq edən hal kimi qiymətləndirilmişdir. Buna əsasən, məhkəmə nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkum məhkəmə iclasında verdiyi ifadədə göstərmişdir ki, onun üzərində cəmi 60 qram qurudulmuş marixuana olmuş, aşkar edilmiş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən q oyulmuşdur. Həmin narkotik vasitənin ona məxsus olması barədə ifadəni polis əməkdaşlarının təzyiqi altında vermişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkumun bu ifadəsi cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə təkzib olunduğuna görə həqiqətə uyğun deyil və daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş Xızı Rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli qərarından görünür ki, Məhkum məhkəmə iclasında da göstərmişdir ki, narkotik vasitə həm onun üzərində, həm yaşadığı evdə aşkar edilmiş, həmin narkotik vasitələri İİR vətəndaşından sonuncunun dediyi ünvanlarına 200 manat müqabilində çatdırmaq üçün götürülmüş və saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara düzgün qiymət verib Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şək ildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmalar ı zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə sübutların məcmusuna və iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dar gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almış dır. Belə ki, iş materiallarından görünür ki, Ağayev X3 Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni ağır cinayət törətdiyinə görə məhkum edilmiş, lakin məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən onun əməli cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə görə cinayətlərin təhlükəli residivinə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Birinci instansiya məhkəməsi məhkumun övladı X2 1-ci qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin təhlü kəli residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(105)-551/2024 qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasi ya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(105)-551/2024 qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar