Məhkəmə qərarları › İş №1(102)-2210/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2210/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2210/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Kəlbəcər rayon Ağdaban kənd icra nümayəndəsinin müavini vəzifəsində işləmiş və “Kanal 11” internet televiziyasının qeyri-rəsmi rəhbəri olmuş, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Ağdaban kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-642/2025 nömrəli 15 may 2025ci il tarixli qərarından məhkumun Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə (bundan sonra - kassasiya şikayəti) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim A.Ə.Məcidovun sədrliyi, hakimlər S.A.Məmmədzadədən və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 1(101)-1589/2024 nömrəli 28 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 11 dekabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-c ü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-642/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarı ilə (hakimlər A.F.İbrahimov (sədrlik edən), Z.N.Hüseynov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, ona təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə təkrarən özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum özünü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan, telekommunikasiya şəbəkələrində rəsmi qeydiyyatdan keçməyən “Kanal 11” internet televiziya kanalının rəhbəri kimi təqdim edərək hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Məhkum göstərişi əsasında qrup üzvü Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin logistika üzrə meneceri Zərərçəkmiş şəxs1 işlədiyi ofisə gələn bir qrup narazı işçilərlə mübahisə edərkən ün vanına səslənən qeyri-etik ifadələrin işlədilməsini videolentə alaraq kanal rəhbəri Məhkum göndərdikdən sonra sonuncu həmin görüntülər əsasında özündə rüsvayedici məlumatları əks etdirən videoreportaj hazırlamaqla rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə hədə-qorxu gəlib qeyd olunan videogörüntünün silinməsindən və əlavə paylaşım edilməməsindən ötrü 1500 manat pul tələb etmiş, vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hi ssə olmaqla 17 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə 500 manat, 18 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs məxsus bank kartına göndərməklə 300 manat, 18 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi adlanan ərazidə 200 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1000 manat pulu hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir. Bundan başqa, Məhkum özünü Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan, telekommunikasiya şəbəkələrində rəsmi qeydiyyatdan keçməyən “Kanal 11” internet televiziya kanalının rəhbəri kimi təqdim edərək hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ə lə keçirmək barədə tanışı Təqsirləndirilən şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Məhkum göstərişi əsasında qrup üzvü Təqsirləndirilən şəxs 13 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin logistika üzrə meneceri Zərərçəkmiş şəxs1 işlədiyi ofisə gələn bir qrup narazı işçilərlə mübahisə edərkən ünvanına səslənən qeyri-etik ifadələrin işlədilməsini videolentə alaraq kanal rəhbəri Məhkum göndərdikdən sonra sonuncu həmin görüntülər əsasında özündə rüsvayedici məlumatları əks etdirən videoreportaj hazırlamaqla rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı vid eogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 2023-cü ilin sentyabr ayının sonlarında aralarında olan telefon danışığı zamanı məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun şəxsi və işgüzar nüfuzuna mənfi təsir göstərəcəyini bildirməklə hədə-qorxu gəlib qeyd olunan videogörüntünün silinməsindən və əlavə paylaşım edilməməsindən ötrü təkrarən hədə-qorxu ilə 10.000 manat pul tələb etmişdir. Bundan başqa, Məhkum hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayının sonlarında “İntellekt Kids” tədris mərkəzinin təsisçisi və direktoru Zərərçəkmiş şəxs2 rəhbəri olduğu tədris mərkəzində guya baxımsızlıq səbəbindən uşaqların xəstələnməsi və nəzarətsizlik olmasına dair videoreportaj hazırlamaqla qeyri-rəsmi rəhbəri olduğu “Kanal 11” internet televiziyasında, “Facebook” və digər sosial şəbəkələrdə yerləşdirməklə yaymış, hazırlayıb dərc etdiyi və internet üzərindən yayımladığı videogörüntünün silinməsi xahişi ilə özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 2023-cü ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində fəaliyyət göstərən “İntellekt Kids” tədris mərkəzində olan zaman məzmununda rüsvayedici xarakter daşıyan əlavə məlumatları da xəbər saytında yayıb ictimailəşdirəcəyi, onun işgüzar nüfuzuna və rəhbərlik etdiyi tədris mərkəzinin fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirməklə təkrarən 500 manat pul hədəqorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafi əçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-642/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, ittiham hökmü əsassız və qanunsuzdur. Müvəkkili ilk gündən özünü təqsirli bilməmiş, prosesin siyasi xarakterli olduğunu və jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirmişdi. Cinayət prosessual qanunvericiliyin prinsipinə görə, sübutetmə yükü ittiham tərəfin üzərinə düşür, lakin dövlət ittihamçısı çıxışında sübut kimi təqdim etdiyi faktları saxtalaşdırdığı kimi, məhkəmə hökmündə də ifadələr bir daha da saxtalaşdırılmış, informasiyalar təhrif edilmiş, əhəmiyyətsiz hala salınmışdı. Lakin ittiham aktına, iş mat eriallarına, eləcə də zərərçəkən şəxslərin ifadələrindən aydın olur ki, hətta pul istənilibsə, o yayılmış videonu pozmaq üçün olub, bu da 182-ci maddənin tərkibini yaratmır. Məhkəmə hökmündən sonra məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına tanış olmaq üçün vəsatət verilsə də, təmin edilmədi və tanış olmaq üçün şərait yaradılmadı. İclas protokolu ilə məhkəmə iclasının audioyazısına arasında çoxlu ziddiyyətlər var. Məhkəmə hökmü saxtalaşdırılıb. Yuxarıda qeyd edildiyi şəxs hətta hansısa artıq yayılmış videonun pozulması üçün pul tələb edirsə belə, həmin hərəkət CM-nin 182-ci maddənin dispozisiyasında nəzərdə tutulan cinayət tərkibini yaratmır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-642/2025 nömrəli 15 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilməd iyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində “hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsində bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; Azərbaycan Respublikası CM-in 182.2.2-cü maddəsində bu əməl təkrar törədildikdə törədildikdə; Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsində xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə bu əməllər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hal larının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun g ələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməy ə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkumnın əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının pr insiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həm in sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə qərarlarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Məhkum ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini Məhkum üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, Fərruxun yanında Teymura yığıb videonun sildirmək istədiyini, ailəsində problem yaşadığını, Məhkum isə əziyyət çəkib vaxt itirdiyini həmin videonun silinməsi üçün 1500 manat pul istəmiş, Fərrux isə 1000 manata gücü çatdığını bildirmiş, daha sonra Teymur pulu onun kartına vurdurcağı halda öz adına olan karta yüklətməməyini, sonra problem çıxdıqda kart ilə onu tapa biləcəklərini bildirmiş, Fərruxun ona ilk dəfə 500 manat verdiyini, bunun 450 manatının Teymura çatmış, sonrakı verdiyi 300 manatın isə 200 manatını Teymura göndərmişdir. Məhkəmə qərarlarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 dekabr 2023-cü il tarixli sənədin götürülməsi haqqında p rotokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Məhkum hədə-qorxu yolu ilə ondan pul tələb etməsinə dair yazışmaları və səs yazılarının olduğunu bildirdiyi 1 ədəd yaddaş qurğusunu və sms mətnlərinin fotoşəkillərini təqdim etmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs1 istintaq zamanı verdiyi ifadəsini Məhkum üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, İstəklə videonun silinməsi üçün görüşdükdə, İstək Teymuru yığmış, Məhkum isə əziyyət çəkib vaxt itirdiyini həmin videonun silinməsi üçün 1500 manat pul istəmiş, o, 1000 manat verə biləcəyini demiş, razılaşmışlar, daha sonra o, 500, 300, 200 manat olmaqla həmin pulu hissə-hissə İstəyə vermiş, daha sonra «TimeTv»də olan videonun silinməsini Teymurdan istədikdə, o, 10.000 manat verdiyi halda videonu siləcəyini bildirmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 182.2.1, 182.2.2 və 182.2.4-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsası nda qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda həmin məhkəmə tərəfindən bu sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəməin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun iş üzrə təqsirliyinin sübut edilmədiyinə görə bəraət verilməli olduğunu qeyd etsə də, iş materialları ilə məhkumun təqsiri sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kas sasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməmişdir. Kassasiya kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2025-ci il tarixli qərarı Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Apellyasiya in stansiya məhkəməsi məhkumun bir azyaşlı uşağının olmasını və müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etməyərək onun Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-ci maddələri ilə təqsirli bilinərək, Məhkum Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. Göstərmək vacibdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cə zanın bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəs ində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşü lür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalə tli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstərir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Məhkum yuxarıda qeyd edilmiş cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.4-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəza növünün seçilməsində apellyasiya mə hkəməsi haqlı olsa da, cəzanın həddləri müəyyən olunarkən mövqeyi cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı seçilən istiqamətə, həmçinin Məhkum himayəsində azyaşlı uşağının olmasına və müsbət xarakterizə olunmasına uyğun olmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunan lara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4ci maddələri ilə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası 2 (iki) il azaldılaraq 5 (beş) ilə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar