Məhkəmə qərarları › İş №1(102)-2213/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2213/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2213/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxx 1987-ci ildə Quba rayonu, Küpçalqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilmiş, X qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli, 1(105)-307/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(027)-40/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: R.T.Həsənov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası na, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), R.O.Əsgərova və A.İ.İsmayılovdan ibarət tərkibdə) dəyişdirilmədən saxlanılmışdır. apellyasiya şikayəti təmin edilməmiş, hökm Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikay əti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 04 iyul 2023-cü il tarixdə axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində həmkəndlisi Şahid1 yaşadığı evin qarşısına gəlib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətdikdən sonra digər şəxslərin gözləri qarşısında üzərində gəzdirdiyi silah qismində istifadə edilən bıçaqla xuliqanlıq niyyəti ilə qəsdən vuraraq sonuncuya döş qəfəsinin, sol tərəfində ön qoltuq xətti üzrə Vİİ qabırğa sahəsində bir yerdə döş boşluğuna nüfuz etməyən deşilmiş- kəsilmiş yara, sol bazu və saidin önbayır və iç səthlərində mil sinirinin və barmaqların açıcı əzələlərinin vətərlərinin zədələnməsi ilə müşayiət edilən xəsarətlər yetirərək sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuraraq silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq cinayəti törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri il ə məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması nəzərə alınmadan şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhülkəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum məhkəmə iclasında ictimai qaydanı pozmaq niyyəti olmadığı, onunla Zərərçəkmiş şəxs ilə olan mübahisə qardaşı oğlunun toyundan aralarında olan narazılıqdan irəli gəldiyi və hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirmişdir. Məhkum onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarını dəyişdirərək, onun əməlinin d üzgün tövsif etməklə, barəsində yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasi ya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində (məhkəmə iclasında səsləndirdiyi fikirlər nəzərə alınmaqla) birinci və apellyasiya instansiyası məhkəmələrində cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif olunduğunu iddia edərək, əməlinin d üzgün tövsif edilməsi və ona yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konsti tusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü m addəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittih amın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcm usu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmən in gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəy yən edilməsinə zərərçəkmiş şəxsin, həmçinin şahidlərin həm ibtidai istintaq dövründə həmdə apellyasiya instansiya məhkəməsində vermiş olduqları ifadələri, məhkəmə tibbi ekspertizasının 01 avqust 2023-ci il tarixli, 526 saylı rəyi əsas olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməklə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Məhkum əməlinə ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmiş, əməlində Azərbaycan Respublikası CM-in 221-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı halda, Məhkum Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkum olunmuşdur. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsin in dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. CM-in 221.3-cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunması” müəyyən etmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözü gedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliq anlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davra nış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münas ibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, təqsirkarın özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlı q motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri və işin hallarında təsvir olunan nəticəyə görə Məhkum 04 iyul 2023-cü il tarixdə axşam saatlarında alkoqol sərxoşluğu vəziyyətində həmkəndlisi Şahid1 yaşadığı evin qarşısına gəlib, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxs ünvanına nalayi q ifadələr işlətdikdən sonra digər şəxslərin gözləri qarşısında üzərində gəzdirdiyi silah qismində istifadə edilən bıçaqla qəsdən Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vuraraq silah qismində istifadə olunan əşyadan istifadə edərək xuliqanlıq cinayəti törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri həmin nəticə iş materialları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki,... X oğlu XX böyük toy məclisi ofisiantlardan xahiş etmişdir ki, bir qədər artıq işləsinlər. Həmin vaxt oraya həmkəndlisi və qonşusu olan X gələrək ona bildirmişdir ki, "çıx bayıra, sən kimsən ki, ofisiantla söhbət edirsən?”. X bu sözündən sonra onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı X onun yaxasından tutaraq küçəyə çıxarmışdır. O da X bildirmişdir ki, mənim qardaşımın oğlunun toyudu özüm bilərəm. Beləcə aralarında mübahisə böyümüş və X onu təhqir etmişdir. Sonra o, toyxanadan çıxaraq yaşadığı evə getmişdir. Bir qədər keçdikdən sonra, küçədə dayanıb siqaret çəkən zaman X qonşuluqda yaşayan X soyuducusunu gətirdiyini görüb ona yaxınlaşaraq onu niyə söyüb təhqir etdiyini soruşmuşdur. Həmin vaxt X yenidən onu təhqir edərək əli ilə itələyib yerə yıxmışdır. Onların səslərinə qonşuları X, X atası X, X və bir neçə nəfər şəxs küçəyə çıxaraq onları ayırmışlar... Bir neçə dəqiqədən sonra görmüşdür ki, X əlində 1,5 metr ölçüdə dəmir boru ilə üzərinə gəlir. X ona yaxınlaşaraq əlində olan həmin boru ilə onun sol ayağına və bel nahiyəsindən bir neçə zərbə endirərək onu yerə yıxmışdı r. Bundan sonra o, yerdən qalxıb əlindəki bıçaqla 4-5 dəfə X sol tərəfindən zərbələr endirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki,... Məhkum onun qonşusudur. Axşam saat 18 radələrində qonşusu X masabəyi ilə mübahisə etdiyini görüb onlara yaxınlaşmışdır. Ona məlum olmuşdur ki, masabəyi özü ilə gətirdiyi işçilərlə birlikdə saat 18-dək toyda xidmət etmələri barədə əvvəlcədən danışdığı üçün getmək istəyir. X isə onlardan toyun sonuna qədər dayanmalarını tələb edir. Mübahisə yaranmamaq üçün o, həmin vaxt X bildirmişdir ki, masabəyi saat 18:00-a kimi danışıb və ona görədə o, haqlıdır. X sərxoş olduğu üçün ona bildirmişdir ki, gedib öz işi ilə məşğul olsun. Daha sonra saat 19 radələrində o, soyuducunu qonşusu Xın q apısına gətirmişdir ki, özünə geri təhvil versin. Bu zaman X ona yaxınlaşaraq onu söhbət etməyə çağırmışdır. Həmin vaxt o, X2a içkili olduğunu bildirib, ayıldıqdan sonra, danışmağı təklif etmişdir. Lakin həmin vaxt X2 onun köynəyinin yaxasından tutaraq başqası ilə səhv salmamağını bildirərək onunla əlbəyaxa olmuşdur. O, X2ı itələyərək özündən uzaqlaşdırmış, X2 yenidən onun yaxasından tutduqda o, yenə X2ı itələmiş, bu zaman X2 içkili olduğundan yerə yıxılmışdır. Onların səslərinə qonşuluqda yaşayan X, Xı atası X3. X4 və digər qonşular küçəyə çıxaraq onları aralamışlar. Bu vaxt X2, ayağa qalxaraq ona "səni başa salacam” deyərək yaşadığı evin həyətinə getmişdir. Qonşuları X isə onu öz həyətinə aparmışdır ki, ara sakitləşəndən sonra öz evinə getsin. Təxminən 1-2 dəqiqə sonra X2 Xın qapısına gə lərək ucadan onun ünvanına nalayiq ifadələr işlədərək onun çölə çıxmağını tələb etmişdir. Həmin vaxt o, X2ın onun ünvanına söydüyü söyüşlərə dözməyərək X gilin həyətdən odun parçasını götürüb küçəyə çıxmışdır. Çölə çıxdıqda X2ın əlində bıçaq olduğunu görüb ehtiyat edərək geriyə doğru çəkilmişdir. Geriyə gedən zaman ayağı yerdə olan daş parçasına ilişərək yerə yıxılmış, O, yerə yıxıldıqdan sonra, X2 onun üzərinə hücum edərək əlində olan bıçaqla onu vurmağa başlamışdır. Həmçinin iş üzrə təyin edilib keçirilmiş və məhkəmə istintaqı zamanı təhqiq edilmiş məhkəmə-tibb ekspertizasının 13 iyul 2023-cü il tarixli 451 nömrəli rəyindən görünür ki, Məhkum bədəni üzərində aşkar olunan xəsarət - sol budun aşağı 1/3-nin arxa səthində və sol dizaltında qançır küt əşyanın təsirindən törənməklə yetirilmə m üddəti qərarda göstərilən vaxta, yəni 04 iyul 2023-cü il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir Göründüyü kimi Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünü müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsəd deyil, hadisədən əvvəl toyda Məhkum ofisiantlardan məclis inin sonunadək işləməsini tələb etməsi və buna etiraz edib müdaxilə edən zərərçəkmiş şəxslə sözlə münaqişənin aparılması, münasibətlərinin gərginləşməsindən yaranan, daha sonra özünü göstərən münaqişəli vəziyyət yəni mübahisənin aydınlaşdırmaq məqsədi ilə Məhkum Zərərçəkmiş şəxs yaxınlaşdıqda sonuncunun onu 2 dəfə ardıcıl olaraq itələyib yerə yıxması, Məhkum buna cavab olaraq bıçaqla, zərərçəkmiş şəxsin isə odun parçasını götürməklə bir birinə qarşılıqlı xəsarətlər yetirmələri və yekunda Zərərçəkmiş şəxs az ağır, Məhkum isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan bədən xəsarətlər almaları və bu vəziyyətdən törəyən şəxsi qərəzli münasibətləri şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Məhkum qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə q arşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməlində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, onun əməlində qərəzli xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004cü il 23 mart tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Məhkum cinayətkar hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifini istisna ed ir. Odur ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmamaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olmadığından, kollegiya bu məsələ ilə əlaqədar məhkumun irəli sürdüyü iddia ilə və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu hallarından, araşdırılmış sübutlardan və “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Resp ublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum törətdiyi cinayət əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından onun CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair hissədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarı və onunla bağlı Quba Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ləğv edilməli və CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata həmin hissədə xitam verilməli, bununla bağlı kassasiya şikayəti isə təmin edilməlidir. Məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi AR CM-nin 127.2.3-cü maddəsinə münasibətdə isə məhkəmə kollegiyası 04 iyul 2023-cü il tarixdə baş vermiş hadisə zamanı məhkum edilmiş şəxsin əməllərinin qəsdən sağlamlığa az ağır zərərvurma kimi qiymətləndirilməli olması ilə bağlı birinci və apellyasiya instansiya məhkəmələrinin qənaəti ilə razılaşsa da, məhkum edilmiş şəxsin həmin əməli xuliqanlıq niyyəti ilə törətməsinə dair gəldiyi nəticələr əsassız hesab edir. Yəni başqa sözlə desək məhkəmə kollegiyası Məhkum əməllərinin hüquqi tövsifi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə razılaşmayaraq sonuncunun müvafiq cinayət əməlinin təqsirli bilindiyi cinayət-hüquq normasının (AR CM 127.2.3) dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ilə uzlaşmadığını qeyd edir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi məhkəmə istintaqı aparmaqla ittiham tərəfinin irəli sürdüyü sübutları araşdırmış, Məhkum AR CM-nin 127.2. 3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə onun əməllərinin hüquqi tövsifinin əsassız sayılması üçün kifayət qədər dəlillər və sübutların olmasına baxmayaraq, işin faktiki hallarına, hadisənin baş vermə səbəbinə və törədilmə şəraitinə düzgün qiymət verməmiş və nəticədə mahiyyəti üzrə yanlış nəticəyə gələrək elan edilmiş ittihamla razılaşıb Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilərək, nəticədə sonuncunun həmin maddə ilə təqsirli bilinməsinə dair yekun məhkəmə aktı qəbul etmiş, həmin yekun nəticə ilə isə apellyasiya məhkəməsi də, razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiy yətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki işdə isə Məhkum cinayətkar əməlinin (yuxarıda verilmiş təsvirdən çıxış edərək) xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. İbtidai istintaq orqanının və məhkəmələrin Məhkum hərəkətlərini “heç bir əsaslı səb əb olmadan” törədilən əməl kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Məhkum təsvir edilən hərəkətləri, yəni qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmasının hər hansı ağırlaşdırıcı əlamətlə və yaxud xuliqanlıq cinayəti ilə müşayiət olunmaması Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir. Digər tərəfdən hazırki cinayət işinin materiallarından görünür ki, Məhkum hələ işə birinci instansiya məhkəməsi tərəfindən baxılaraq yekun məhkəmə aktı qəbul edilənə qədər zərərçəkmiş şəxslə barışıq əldə etmiş, sonuncunun ona qarşı hər hansı şikayət və tələbləri olmamış və bu hallar zərərçəkmişin məhkəməyə təqdim etdiyi ərizəsi (Z ərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 14 iyul 2023-cü il tarixli **********213 nömrəli ərizə ilə müraciət etmiş, məhkəmə istintaqı zamanı iclasında Məhkumlə barışdığın bildirmiş) ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsini n müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Həqiqiliyi şübhə doğurmayan sənədi təhlil edib həmin sənədə əsaslanaraq, həmçinin qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin sənəddə əksini tapmış hallar nəzərə alınmaqla Məhkum CM-nin 73.2-ci maddəsinə əsasən CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsindəki c inayət işinin icraatına xitam verilməldir. Qeyd olunanlar məhkəmələrin Məhkum əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etməklə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 416.1.15-ci maddəsində təsbit olunmuş pozuntuya yol verdiklərini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Məhkum CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarı və onunla bağlı Quba Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilməli, Məhkum əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin mübahisələndirilən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilməli, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməli, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməkl ə Məhkum həmin Məcəllənin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3, 43.1.2 və 419.10.4-cü maddəsini tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarı və onunla bağlı Quba Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin, Məhkum əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən həmin hissədə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2024-cü il tarixli qərarı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. 127.2.3-cü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Məhkum həmin Məcəllənin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Məhkum məhkəmə iclas zalından dərhal azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar