Məhkəmə qərarları › İş №1(102)-2215/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2215/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2215/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) 10 aprel 2023-cü il tarixli hökmü ilə xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 27 sentyabr 2021-ci il tarixdən 29 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmış və onun üzərində qəti cəza olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 2 oktyabr 2021-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə) 1(105)-336/2023 saylı, 2 1 iyun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-133/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum Azərbaycan Respublikası CM-in 128, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq məhkəməyə ona görə verilmişdir ki, o, qəsdən zərər çəkmiş şəxsi vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, eyni zamanda odlu silah, onun komplekt hissəsi, döyüş sursatları və soyuq silah əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, bundan başqa satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli m iqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum 12 avqust 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs atası Şahid10 və digər ailə üzvləri ilə əlaqəsini kəsməməsini irad tutduqda aralarında yaranmış mübahisə zamanı təpik və yumruqla Zərərçəkmiş şəxs sifət və bədən nahiyəsinə vuraraq ona sağ göz ətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ qaşüstü nahiyənin, alt dodağın sol yarısının, sol təpə nahiyəsinin yaraları, üst çənədə 1 və 2-ci dişlərin sınığı, sağ bazunun dirsək oynağını və saidi tutan qançırı, sol bazunun dirsək oynağını tutan qançırı, sol saidin mil-bilək oynağını tutan qançırı kimi xəsarətlər yetirərək sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə bir ədəd, silinmiş zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş, 5,6x16 mm kalibrli STALKER M-906 modelli idman yarışlarında istifadə olunan, öz təyinatını itirərək halhazırda 7.65x17 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı yivli odlu silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş STALKER M-906 modelli səs-siqnal tapançalarının komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 02 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş texniki cəhətdən saz patronları qanunsuz olaraq 27 sentyabr 2021-ci il tarixdə əldə edib üzərində saxlayaraq daşımaqla gəzdirmiş, həmin gün saat 21:40-da etibarnaməsi olmadan idarə etdiyi “Bentley” markalı, **-JJ-*** dövlət nömrə nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində hərəkətdə olan zaman Abşeron RPİ-nin X19 Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən “Araz” marketin qarşısında saxlanılmış və üzərindəki qarın nahiyyəsinə bağladığı çantanın içərisindən bir ədəd Türkiyə dövlətində istehsal olunmuş, STALKER M-906 modelli odlu silah, bir ədəd STALKER M-906 modelli odlu silahın darağı və iki ədəd patron aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, İstintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, "Cambat Troodon” tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli, xəncər tipli tiyəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən bıçağı əldə edib üzərində gəzdirmiş, habelə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 78,136 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən 02 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 19:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 21.00-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, "Cambat Troodon” tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli, xəncər tipli tiyəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən bıçaq, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə ümumilikdə 78,136 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, mənim döyülməyim, zor tətbiq ol unaraq ifadəmin alınması və bu kimi hallar ilə bağlı qeyd etməliyəm ki, bundan əvvəl 23 oktyabr 2015-ci il tarixdə BMCMİ-də döyülməyimlə bağlı faktlar mövcud olduğundan müdafiəçim cinayət işinin açılması üçün prokurorluq orqanlarına müraciət etsə də nəticəsi olmadığından nəzarət qaydasında məhkəməyə müraciət etməli oldu. Lakin bir neçə dəfə Səbail rayon Məhkəməsi prokurorluq orqanının cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv etsə də cinayət işi başlanmadı və yekun olaraq hüquqi müdafiə vasitələri tükəndiyindən məcbur olub Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdik. Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ərizəmiz təmin edilmişdir. Ərizəçinin aldığı xəsarətlərin növünü nəzərə alaraq, məhkəmə belə qərara gəlmişdir ki, polis onu qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyub və milli hakimiyyət orqanları bu məsələ ilə bağlı səmərəli araşdırma aparmayıb. Müvafiq olaraq, Konvensiyanın 3-cü maddəsi onun maddi və prosessual tərəfləri baxımından pozulmuşdur. Bu səbəbdən də mənəvi ziyana görə 10,000 (on min) avro, xərclər və məsrəflərlə bağlı isə 1,000 avro (avro) kompensasiyanın ödənilməsi qərara alınmışdır. Qeyd olunanları diqqətinizə çatdırmaqda məqsədim ondan ibarətdir ki, 23 oktyabr 2015-ci il tarixdə mənə qarşı mövcud ittihamı irəli sürmüş BMCMİ- nin əməkdaşları tərəfindən döyülüb fiziki-psixi təzyiqlərə məruz qaldığımdan hazırki mərhələdə polis əməkdaşları tərəfindən döyülərək psixi təzyiqlərə məruz qalmaqla sənədlərə imza etməyimlə bağlı ifadəm həqiqəti əks etidirir. Göründüyü kimi BMCMİ-də belə bir təcrü bə mövcuddur və həmin ərəfədə istər ibtidai istintaq zamanı, istərsə də işə baxan məhkəmələr döyülməyimlə bağlı ifadələrimi həqiqət kimi qəbul etməmişlər. Bu hallar təsüf hissi doğursa da reallıqdır. Bundan başqa 23 oktyabr 2015-ci il tarixdə mən BMCMİ-nin əməkdaşları tərəfindən tutulan zaman Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmünə əsasən mən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımışdır. AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyim təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, daxil olmuş əməliyyat məlumatı haqqında tərtib edilmiş raport, əməliyyat axtarış t ədbirlərinin həyata keçirilməsi haqqında qərar, əməliyyat-axtarış tədbirlərinin nəticələri, baxış və maddi sübutların götürülməsi haqqında protokol, əşyaların maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında qərar, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi, məhkəmə ballistik, təkrar məhkəmə kimyəvi, təkrar məhkəmə ballistik və məhkəmə narkoloji ekspertizalarının rəyləri və sair istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iş üzrə şahid ifadələrini iş üzrə digər sübutlarla birlikdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 143-146-cı maddələrinin tələblərinə riayət etməklə yoxlayıb qiymətləndirərək belə nəticəyə gəlir ki, onların səmimi ifadə vermələrini və bu ifadələrin həqiqətə uyğun olduğunu şübhə altına almağa əsasl ar yoxdur. Həmin hökmlə müəyyən olunmuşdur ki, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələr ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq tərəfindən heç bir sübut əldə olunmamış, cinayət işi materiallarında onun narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Hesab edirəm ki, əməlimdə CM-in 234-cü maddəsinin ümumiyyətlə tərkibi yoxdur, ona görə də həmin maddə ilə mənə bəraət verilməlidir. Lakin istintaq orqanının qanunsuz sübutlarını qəbul etmiş olsaq belə əməlimdə ən pis halda CM-in 234.1 -ci maddəsinin tərkibi mövcud olardı. Nəzərə alsaq ki, BMCMİ ixtisaslaşmış bir polis təşkilatıdır və həmin idarənin polis əməkdaşları profesionallıq baxımından digər polis idarələrinin əməkdaşlarından daha üstündürlər. Belə olan halda qeyd olunan idarənin əməkdaşları tərəfindən narkotik maddələrin satışı ilə məşğul olmamı, daha doğrusu kimə satmamı müəyyən etmələri çətinlik yaratmamalı idi və bunu müəyyən etmək qanunvericiliyin tələbinə görə onların vəzifəsidir. BMCMİ-nin əməkdaşları satış mənbəyini müəyyən edə bilməyiblər ona görə ki, belə bir mənbə mövcud olmamışdır. Sadəcə olaraq BMCMİ-nin əməkdaşları səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz olaraq mənim narkotik vasitələrin satışı ilə məşğul olma görüntüsü yaratmışlar. Əks halda BMCMİ-nin əməkdaşları şəffafl ığı təmin etmək məqsədilə məni saxladıqları zaman 2 nəfər hal şahidi cəlb etməklə onun üzərimə baxış keçirə bilərdilər. Lakin BMCMİ-nin əməkdaşları bunu etməyərək dörd divar arasında istədikləri kimi ifadə verməyə məni məcbur etmişlər. Saxlanıldığım xx.xx.2021-ci ii saat 19:30 radələri ilə BNMİ-nin inzibati binasında olduğum saat 22:25 (mənə məxsus mobil nömrələrin antena dairələri ilə müəyyən olunur) müddəti arasında 3 saat fərq var. Bu saat ərzində harada olmağım nə istintaq orqanı tərəfindən istintaq materiallarının sənədlərində əks olunmuş, nə də ki, hər iki məhkəmə instansiyaları bu halı araşdırmamışlar. Diqqətə çatdırılası əsas məqamlardan biri də odur ki, istintaq orqanı tərəfindən mənə külli miqdarda narkotik vasitənin satışı ittihamı irəli sürülüb, lakin narkotik vasitənin haradan əldə edilməsi və kimə satılması və ya satmaq istəməyim müəyyən olunmamış, hətta mənə məxsus mobil nömrələrin sms mətnlərinə baxış keçirəndə məlum olur ki, nəinki xx.xx.2021-ci il tarix, hətta ondan istənilən müddət əvvəl narkotik vasitənin alqısatqısı ilə bağlı hər hansı bir smsə rast gəlinməmişdir ki, bu hal da narkotik vasitənin satışı ilə məşğul olmağıma olduqca əsaslı şübhələr yaradır. Təəsüflər olsun ki, digər hallarla yanaşı məhkəmə müdafiə tərəfinin bu dəlilinə də obyektiv hüquqi qiymət verməmişdir. Əgər sms mətnlərində narkotik vasitələrin alqı-satqısı ilə bağlı hər hansı bir sübut əldə olunmursa, mən ittihamı qəbul etmirəmsə belə olan halda ittiham tərəfi fiziki olaraq mənim narkotik vasitəni kimdən almağım və yaxud da kimə satmağım ilə bağlı sübutları məhkəməyə təqdim etməyə bor clu idi. Lakin cinayət işinin materiallarında belə bir sübut mövcud deyil ki, kimsə istintaq orqanına və ya məhkəməyə ifadə versin ki, hansısa müddətdə mənə narkotik vasitə satıb və ya alıb. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, BNMİ-nin əməkdaşları narkotik vasitənin satışı ilə bağlı mənə qarşı törətdikləri qanunsuz hərəkətləri pərdələmək, əsassız ittiham yaratmaq və həmin əsassız ittihama hüquqi don geyindirmək məqsədilə formal olaraq əməliyyat-axtarış tədbirini təşkil edib həyata keçirmişlər. Qeyd olunan hallar CM-in 234.4.3-cü maddəsi üzrə kifayət qədər əsaslı şübhələr yaradan digər bir dəlildir ki, həmin şübhələr də xeyrimə həll olunmalıdır. CM-in 228.4-cü maddəsinə münasibətdə qeyd edirəm ki, bu ittiham üzrə də verilmiş ittihamın hüquqi əsası yoxdur. Təəsüflər olsun ki, mövcud məhkəmə praktikasında bu tipli ittihamlar məhkəmlər tərəfindən əsaslı hesab olunur. Əslində isə bu cür vəziyyətlərdə şəxsin əməlində cinayət tərkibi mövcud deyildir. Belə ki, qeyd olunan maddənin dispozisiyasına görə qanunsuz olaraq soyuq silahı əldə etmə həmin maddənin tərkibini yaradır. Burada dispozitiv şərtlər 2 ədəddir və ondan ibarətdir ki, əldə olan silah soyuq silah olmalı və həmin soyuq silah qanunsuz yolla əldə olunmalıdır. İfadəmdə də bıçağı Sumqayıt şəhəri ərazisində yerləşən ovçular mağazasından aldığımı, hər hansı bir əşyanı kəsmək üçün üzərimdə saxladığımı bildirmişəm. İstintaq orqanı və məhkəmə qeyd olunan bıçağın hansı ovçular mağazasından alınmasını araşdırmamış, ümumiyyətlə ovçular mağazasında belə bir bıçağın satılıb-satılmamasını müəyyən etməmişdir. Məhkum öz ünün dediyi kimi bıçağı ovçular mağazasından almışdırsa və həmin bıçaq heç bir sənəd təqdim olunmadan ona satılmışdırsa bu o deməkdir ki, bıçaq açıq satışdadır. Açıq satışda olan bıçağın əldə olunması və daşınması hər hansı cinayət tərkibi yaratmır. Məhkəmə qeyd olunan ittihamla bağlı yalnız və yalnız məhkəmə-ballistik ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 3/1669 nömrəli rəyinə əsaslanmışdır. Hansı ki, həmin rəydə də bıçağın zavod üsulu ilə istehsal edilməsi öz əksini tapmışdır. Məhkəmə hazırki epizod üzrə də qeyd olunan halları araşdırmadığı üçün bu hallar əsaslı şübhələr yaradır ki, həmin şübhələr də xeyrimə həll olunmalı idi. Yuxarıda göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, onun b arəsində CM-in 234.4.3 və 228.4.3-cü maddələri ilə bəraət verici əsaslarla cinayət işinə xitam verilməsini və CM-in 228.1-ci maddəsi ilə həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzr ə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəməl ərinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticə yə gəlmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərmişdir ki, törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə əhatə olunmadığını, bu maddələrlə ilə də ona bəraət verilməsini və CM-in 228.1-ci maddəsi ilə barəsində yüngül cəza təyin edilməsini ədalətli hesab edir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab edərək qeyd edir ki, Məhkum qəsdən zərər çəkmiş şəxsi vurub ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, eyni zamanda odlu silah, onun komplekt hissəsi, döyüş sursatları və soyuq silah əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, bundan başqa satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Cinayət işinin materiallarında olan 02 oktyabr 2021-ci il tarxili “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin hakimi X5 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” 02 oktyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, vərəqə 136-137) Cinayət işinin materiallarında olan 02 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 02 oktyabr 2021-ci il tarixdə saat 19:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 01 ədəd diskə köçürü lərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəq 29-31) Şəxsi axtarış və götürmə aparılması haqqında 02 oktyabr 2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə birinci instansiya məhkəməsində baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03 oktyabr 2021-ci il tarixli 6-4354 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan paketdəki, bir ədəd bükümdə çəkisi 78,136 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild 1 iş vərəqə 38-43) Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizas ının 28 oktyabr 2021-ci il tarixli 3/1669 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, “Combat Troodon” tipli, tiyəsi düyməcikli yayın təsiri altında avtomatik açılıb-bağlanan, iki tərəfi kəsici, ucu deşici xassəli xəncər tipli tiyəyə malik olan və soyuq silah hesab edilən bıçaqdır, təyinatı üzrə istifadəyə yararlıdır. (cild 1, 233-236) Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 08 oktyabr 2021-ci il tarixli 3250/K nömrəli rəyində qeyd edilmişdir ki, Məhkum götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. ( cild 1, iş vərəq 237240) Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 21/579R nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 5,6x16 mm kalibrli STALKER M-906 modelli, idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır və odlu silah hesab edilmirdi, lakin yuxarıda göstərilən səbəblərə görə, (silahın 6,6 mm diametri olan yivsiz lüləsi kustar üsulla 7,65 mm diametrli, 04 ədəd yivi olan lüləyə dəyişdirilmişdir. Həmin silah hal hazırda öz təyinatını itirmiş hesab olunur və 7,65 mm kalibirl i patronlarla atəş açmaq üçün nəzərdə tutulmuşdur) həmin silah öz təyinatını itirmiş və hal hazırda 7,65x17 mm kalibirli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivli od silahıdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş STALKER M-906 modelli səs-siqnal tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. (cild 1, iş vərəqə 224-230) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1089 nömr əli rəyində qeyd edilmişdir ki, X7 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ göz ətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ qaşüstü nahiyənin, alt dodağın sol yarısının, sol təpə nahiyəsinin yaraları, üst çənədə 1 və 2-ci dişlərin sınığı, sağ bazunun dirsək oynağını və saidi tutan qançırı, sol bazunun dirsək oynağını tutan qançırı, sol saidin mil-bilək oynağını tutan qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 9-11 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixinə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (cild 1, iş vərəqə 129-130) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 03/1089 nömrəli rəyində qeyd edilmişdir ki, X7 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ göz ətrafı nahiyənin qançırı, gözün ağlı qişasına qansızma, sağ qaşüstü nahiyənin, alt dodağın sol yarısının, sol təpə nahiyəsinin yaraları, üst çənədə 1 və 2-ci dişlərin sınığı, sağ bazunun dirsək oynağını və saidi tutan qançırı, sol bazunun dirsək oynağını tutan qançırı, sol saidin mil-bilək oynağını tutan qançırı. Xəsarətlərin özü-özünə yetirməsi və yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (cild 1, iş vərəqə 222-223) Cinayət işinin materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 5302 nömrəli rəyindən görünür ki, Məhkum zərərli vərdişl ərdən siqaret çəkdiyini, spirtli içkilərdən istifadə etmədiyini söyləyir. Deməsinə görə arabir düşəndə narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Müayinə zamanı narkotik vasitələrdən istifadə etməsini inkar edir. Hal-hazırda müayinə zamanı narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə etmənin xaraterik əlamətləri, bu maddələrə qarşı abstinensiya əlamələri aşkar olunmur. Narkotik vasitələrdən və psixotrop maddələrdən qəbulundan psixi və fiziki asılılıq yoxdur. Məhkum opioidlərdən istifadə etmə halları olub. Hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 241- 242) Təqsirləndirilən şəxs Mə hkum üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalığı – 78,036 qram heroin, 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş 5,6x16 mm kalibrli STALKER M-906 modelli, idman yarışlarında istifadə olunan səs-siqnal tapançası, 01 (bir) ədəd daraq, 02 ədəd patron, 01 ədəd bıçaq maddi sübüt hesab edilərək DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verlmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 02 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materialların əlavə edilmişdir. (cild 1, iş vərəqə138-140, 182) Cinayət işin in materiallarında olan DİN-in Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Məhkum Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Eyni zamanda o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Məhkum Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1, 221.2.2 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cinayət əməli CM-in 315.1-ci maddəsinə tövsif edilərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Məhkumluğu ödənildiyindən hazırda məhkumluğu olmayan hesab edilir. (cild 1, iş vərəqə 141-143) Bundan əlavə məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkumun ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi mübahisə olunur. Məhkəmə kollegiy ası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma həmin epizodlar üzrə bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Belə ki, məhkum edilmiş şəxs Məhkum tərəfindən ittihamla ona qarşı irəli sürülmüş cinayət əməlini təqsirli olaraq törətməsi birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin, şahidləri n ifadələri, məhkəmətibbi ekspertizasının və hadisə yerinə baxış protokolu və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur və Məhkum əməli cinayət qanunvericiliyinin müvafiq maddələri ilə məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum bəraət verilməsi və ya onun əməllərinin cinayət qanunvericiliyinin digər maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur və onun əməlləri cinayət qanunun müvafiq maddələri ilə düzgün tövsif olunmuşdur. Göstərilən hallar birinci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ekspertiza rəyləri və digər sübutlarla təsdiq edilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası sübutları tədqiq etmədi yindən həmin sübutları yenidən şərh etməyə lüzum görmür. Sübutların toplanmasında, tədqiqində, qiymətləndirilməsində və sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən məcmusunda Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinin kobud pozulması halına yol verilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 228.1, 228.4 və 234.4.3-cü maddələrinə tövsif edilməsində məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, onun barəsindəki cinayət təqibinə həmin maddə ilə bəraətverici əsaslarla xitam verilməsi barədə məhkumun kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində həmçinin məhkum V.Q.Abışov ona ağır cəza təyin edildiyini, cəz anın yüngülləşdirilməsini və qərarın dəyişdirilməsini xahiş edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” A vropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi his sənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli o lması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyə tlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyə t kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əs aslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiya sı məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci madd ələrinin tələblərinə riayət etməklə Coşqun Novruzova ittiham olunduğu maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “M əhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-l i Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımınd an məqsədə uyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 212 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM -in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L İ R: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar