Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2216/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Qəbələ Rayo n Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi X5in nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qəbələ Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim İsayev Elman Bəhruz oğlu) Məhkum, 3 noyabr 1982-ci il tarixdə Qəbələ rayonunun Bum kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsin də iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis şöbəsinin nizami hissəsinin manqa komandiri vəzifəsində “polis serjantı” rütbəsində xidmət etmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 6 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində nəqliyyat vasitələrini idarə etmək və sürücülük hüququ olmaqla X3 məxsus etibarnamə əsasın da ayıq vəziyyətdə idarə etdiyi VAZ-21074 minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri 28 may küçəsi ilə Qəbələ şəhəri istiqamətində Qəbələ Reabilitasiya mərkəzinin qarşısında keçən hissəsində yolun sağ zolağı ilə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, adı çəkilən Qanunun 36.1.3-cü maddəsinin yuxarıda göstərilən tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, sadalanan yol hərəkəti və nəqliyya t vasitələrinin istismarı qaydalarını pozaraq, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini avtomobilin idarə etməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etdirməmiş, həmin maddənin tələblərini kobudcasına pozması səbəbindən idarə etdiyi nəqliyyat vasitəsi əks istiqamətli yola, yəni hərəkətin Bum qəsəbəsi istiqamətində gedən sol hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmış, bu zaman avtomobilinin qabaq sol hissəsi ilə yolun əks istiqamətli hərəkət hissəsində öz hərəkət yolu ilə hərəkətdə olan sürücü X6 idarə etmə hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ-2106 minik markalı **BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tin hissəsi ilə sonuncunun hərəkət zolağında 25-35 dərəcə bucaq altında toqquşmuş, nəticədə, ehtiyatsızlığından VAZ-2106 minik markalı avtomobilin sürücüsü, zərər çəkmiş X6nın ölümünə səbəb olan ağır dərəcəli travmatik şok, eyni zamanda dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran daxili qanaxma, sol ağ ciyərin əzilməsi, soldan qabırğaların çoxsaylı sınığı, sol böyrək ətrafı toxumaya qansızma, çanaq sümüklərinin sınığı, sol bud sümüyünün boyun hissədən yerdəyişən sınığı, burunun, hər iki əllərin və əl barmaqların üst səthinin, sol diz oynağının ön və içəri səthinin, sağ diz oynağının içəri səthinin, sol baldırın ön aşağı 1/3-nin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə zərər çəkmiş X6 aldığı ağır xəsarətlərdən müalicə üçün yerləşdirildiyi Qəbələ rayon mərkəzi xəstəxanasında həm in gün saat 15:50 radələrində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi cinayətini törətmişdir. Qəbələ Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 29 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə əsas cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək endirilmiş, onun həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm digər hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi X5un nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək, hər ikisi həmin qərarın ləğv edilməsini, dövlət ittihamçısı isə - həmçinin cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in müvafiq normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun bəzi Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 25 iyun 2003-cü il və 15 noyabr 2013-cü il tarixli Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı B.Q.Cabbarlı kassasiya protestini belə əsaslandırmışdır ki, Məhkum tərəfindən törədilmiş və CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi ilk növbədə cinayətin obyekti ilə bağlıdır. Həmin maddədə nəzərdə tutulmuş cinayət maddi tərkibli olmaqla əsas obyekt qismində yol hərə kətinin təhlükəsizliyi ilə yanaşı insanların həyat və sağlamlığı çıxış edir və həmin cinayət az ağır cinayətlər kateqoriyasına aid edilir. Apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza təyini məsələsini həll edərkən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etməsi, bu yolla cəzanın məqsədinə nail olunması hallarını yetərincə araşdırmamış, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada sübutları tədqiq etməmiş və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların nədən ibarət olmasını kifayət qədər əsaslandırmamış, cəzanın yüngülləşdirilməsinin əsası kimi isə Məhkum mərhum zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışığa “sözdə” cəhd etməsinə, onların məhkəmə baxışı dövründə bir n eçə dəfə bununla bağlı danışıqlar aparılmasına istinad etmiş, lakin, faktiki olaraq son nəticədə zərər çəkmiş şəxsin hüquqi varisinin maraqları, sonuncunun doğma valideynini itirməsini, bunun nəticəsində isə onların həyatında və maddi vəziyyətində ağırlığın yaranmasını və barışığın əldə olunmamasını nəzərə almamışdır. Məhkum ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında zərər çəkmiş şəxsin hüquqi varisinə yalnız pul təklif etməklə barışıq əldə etməyə cəhd göstərsə də, sonuncunun baş vermiş hadisə nəticəsində çəkdikləri mənəvi iztirablarının azaldılmasına yönəlmiş hər hansı bir hərəkət etməmiş, lakin buna baxmayaraq ona təyin edilmiş cəza heç bir əsas olmadan yüngülləşdirilmişdir. Halbuki, apellyasiya icraatı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi dəfələrlə artıq pul verilməsi müqabili ndə barışığın əldə edilməsi məsələsinin ümumiyyətlə müzakirə mövzusu olmadığını, ailəsinin mütəmadi olaraq barışıqla bağlı basqıya məruz qaldığını bildirərək apellyasiya şikayətinə məhkəmə baxışının yekunlaşdırılmasını və Məhkum təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını xahiş etmiş, apellyasiya instansiyası məhkəməsi isə yekun qərar qəbul edərkən onun da maraqlarını nəzərə almadan ədalətsiz mövqe nümayiş etdirmişdir. Ümumiyyətlə, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı xüsusatların nə ilə sübut olunmasını hökmdə göstərməmiş, qanunvericiliyin tələblərinə zidd olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növ zəmin yaratmışlır. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı B.Q.Cabbarlı onu n kassasiya protestinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi X5un nümayəndəsi Nümayəndə2 eyni ilə cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri nəzərdə tutulmuş CM-in müvafiq normalarının tələblərinə, CPM-in bir sıra maddələrinə, işin müəyyən edilmiş faktiki hallarına və hazırki iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini cəmisi iki ay, yəni beş ilədək endirib onun həmin cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edərkən, onun zərər çəkmiş şəxsin ailəsinə vurduğu maddi ziyanı ödəməməsini, zərər çəkmişin hüquqi varislə barışıq əldə etməməsini, ümumilik də isə sonuncunun mövqeyini nəzərə almamış və öz qərarında yalnız artıq birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilərək nəzərə alınmış cəzanı yüngülləşdirən hallara əsaslanmışdır. Halbuki, bu xarakterli cinayət işləri üzrə təqsirkar şəxslərə cəza təyin edilərkən zərər çəkmiş tərəfin də mövqeyi nəzərə alınmalı və çıxarılan hökm və ya qəbul edilən yekun qərar onların da pozulmuş hüquqlarının bərpa edilməsinə yönəlməlidir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsinə, ona vurulmuş ziyanı ödəməməsinə baxmayaraq, onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini təmin etmək məqsədilə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmayan cəza təyin etmiş və bununla faktiki olaraq onun azadlıqda qalmasına şərait yaratmışd ır. Qeyd olunanlara əsaslanaraq Nümayəndə2 da Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası ha nsı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, onların müəllifləri – müvafiq olaraq dövlət ittihamçsı B.Q.Cabbarlı və zərər çəkmiş şəxsin hüquqi varisi X5in nümayəndəsi Nümayəndə2 öz müraciətlərində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilərkən bu məsələ ilə bağlı sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini və məhkum olunmuş şəxsin törətdiyi cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, habelə cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin 29 may 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməli olması barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protestini və Nümayəndə2 kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən yekun qərarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cina yət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə isə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan bi ri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq və kassasiya protestinin və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası əvvəla qeyd edir ki, kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarına əsasən, hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində əksini tapmış faktları müəyyən edərkən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hə rtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin hüquqi varisi X5in, şahidlər Şahid3, Şahid2, Şahid1 ifadələrinə, iş üzrə keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə mötəbər və qanuni nəticəyə gəlmiş və onun bu əməlini CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarına görə isə, dövlət ittihamçısı B.Q.Cabbarlı və Nümayəndə2 öz müraciətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilibyetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmirlər və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncuya təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilərkən Məhkum törətdiyi əməlin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmamasını, bu qərarın qanunsuz, ədalətsiz və və əsassız olmasını iddia edirlər Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cavab olaraq ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial əda ləti bərpa etməlidir. Digər tərəfdən o, da vurğulanmalıdır ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tətbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digər şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasında təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apellyasiya və ya kassasiya qaydasında dəyişdirilməsi (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübutların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın), cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi Qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. K onstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tuvtulmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 68-ci maddəsinin İ hissəsinə görə, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədal ət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilikləri sü buta yetirildikdə onların barəsində ittiham hökmlərinin çıxarılaraq barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə cinayətkar qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi, onların belə qəsdlər nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsinin tələb etmək hüququnun təmin edilməsi üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən müvafiq qərarların qəbul edilməsini nəzərdə tutur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və a zadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cə zanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını kompleks halda qiymətləndirməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən, məhkəmələr həmçinin bu cina yətlərin nəticələrinə də diqqət yetirməli və təqsirkar şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsini həll edərkən nəzərlərindən qaçırmamalıdılar ki, belə cinayətlərin obyektini yuxarıda göstərilən qaydalarla yanaşı həmçinin zərər çəkmiş şəxsin sağlamlığı və həyatı da təşkil edir, digər tərəfdən isə bir çox hallarda bu cinayətlərin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə (ölmüş zərər çəkmişlərin hüquqi varislərinə) maddi və mənəvi ziyan da vurulur. Bu isə o deməkdir ki, cəza təyini ilə bağlı məsələni həll edən məhkəmə təkcə müdafiə tərəfinin mövqeyini deyil, həmçinin ittiham tərəfinin də mövqeyini nəzərə almalı və bunlardan hansına üstünlük verməsini qəbul etdiyi yekun məhkəmə aktında müqayisəli şəkildə əsaslandırmalıdır. Belə tələblər isə cinayət və cinayət-prosessual qanunveric iliklərinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artı q ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmələrin hökmlərində və ya qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edi lmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsi nin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə kollegiyası xüsusilə onu qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il tarixli Qərarına görə, cinayət prosesində zərər çəkmiş cinayətin açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törə dilmiş cinayətə görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı təqsirləndirilən şəxsə qarşı duran tərəf qismində çıxış edir. Zərər çəkmiş şəxsin xüsusi marağı cinayət törədilməsi nəticəsində pozulmuş bütün hüquqlarının bərpa edilməsindən, ona vurulmuş nəinki maddi, həm də mənəvi zərərin ödənilməsindən ibarətdir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarının 21-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təq sirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həm çinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzə rdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Təsvir edilənlərdən çıxış edib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinə cəvab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına müraciət edərək əvvəla qeyd etməyi lazım bilir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətdiyinə görə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, həmin maddənin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, bu məhkəmə Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə müvafiq cəzalar, o cümlədən beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən sonuncunun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun ilk dəfə cinayət törətməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, digər tərəfdən isə zərər çəkmiş şəxsin hüquqi varisi Vüsal Məmmədovun təqsirləndirilən şəxsdən şikayətçi olması, onunla barış mayacağı, ona ağır cəzanın təyin edilməsi barədə məhkəmə iclasında ifadə etdiyi mövqeyinə də diqqət yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 5 (beş) il 2 (iki) aydan 5 (beş) ilədək endirərkən əlavə olaraq yeganə o hala əsaslanmışdır ki, Məhkum zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün dəfələrlə cəhdlər etmiş, lakin sonuncunun ondan tələb etdiyi pul vəsaitini tam həcmdə ödəyə bilmədiyinə görə, buna nail ola bilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisi X5in məhkum olunmuş şəxslə barışıq əldə etməsi üçün sonuncudan bu və ya digər məbləğdə pul vəsaitini tələb edib-etməməsi üz rə heç bir araşdırma aparmamış, digər tərəfdən isə ona törədilmiş cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı CPM-in 179-183-cü maddələrində nəzərdə tutulmuş qaydada mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnu və bu hüququn təmin edilməsi üçün ona müvafiq sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını izah etməmiş, eləcə də məhkumun həqiqətən zərər çəkmiş şəxsin hüququ varisinə imkanı olduğu məbləğdə pul vəsaiti təklif etməsinə dair heç bir sübut əldə etməmiş və bu məsələyə dair müvafiq nəticəyə gələrkən yalnız Məhkum və onun müdafiəçisinin izahatlarına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən qərarından həmçinin görünən odur ki, məhkəmə bu qərarında müstəsna olaraq müdafiə tərəfinin mövqeyindən çıxış etmiş, əks tərəfin mövqeyini nəzərə almamasını isə həmin qərarda hər hansı şəkildə əsaslandırmamış, eyni zamanda apellyasiya şikayətinə baxarkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmamış cəzanı yüngülləşdirən başqa halları müəyyən etməmiş, bununla yanaşı təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə imkan verən yuxarı həddədək, yəni beş ilədək endirilməsini əldə edilmiş sübutlara istinad etmədən və onları qiymətləndirmədən izah etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının digər cinayət işləri üzrə qəbul etdiyi qərarlarında vurğuladığı hüquqi mövqeyi və formalaşdırdığı təcrübə ondan ibarətdir ki, apellyasiya və ya kassasiya qaydasında məhkum olunmuş şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməli olması məsələsi o halda nəzərdən keçirilə bilər ki, ilk növbədə cəza təyini məsələsini həll edən birinci instansiyası məhkəməsi CPMin 139.0.5-ci maddəsinə əsasən müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən bu və ya digər halı nəzərə almamış olsun, yaxud da CM-in 61.1-ci maddəsində sadalanmayan hansısa halı və ya halları cəzanı ağırlaşdıran hal kimi nəzərə alsın. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarın göstərilən təcrübəyə uyğun olaraq qəbul edilmiş akt kimi qiymətləndirilməsi barədə isə fikir yürütmək mümkün olmur. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərə əsaslanıb kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq Məhkum barəsində cəza tədbirinin seçilməsi hi ssəsində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi, yəni ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul etmiş apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinin pozulduğunu müəyyən edir, bu pozuntuları həmin qərarın ləğv edilməsi üçün əsası kimi görür və buna görə də kassasiya müraciətlərin təmin edilməsini mümkün bilir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları və bu iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun qərarla müqayisəli şəkildə bir daha təhlil edərək və həmin kassasiya müraciətlərinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, zərər çəkmiş şəxsin hüquqi varisi X5in və onun nümayəndəsi Nümayən də2 çıxışlarını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protesti və Nümayəndə2 kassasiya şikayəti təmin edilməli və Məhkum CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ləğv edilməklə, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda ka ssasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı B.Q.Cabbarlının kassasiya protesti və zərər çəkmiş şəxsin hüquqi varisi X5in nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-2216/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2216/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver