Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2218/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Niftəliyev Zaur Gülaməddin oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məh kəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 1(124)163/2023 nömrəli (hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 2000-ci ildə Rusiya Federasiyası, xxx kəndində doğulmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, sürücü işləyən, subay, məhkum olunmamış, Rusiya Federasiyası, xxx kəndi, xxx-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin 10 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən verilmiş a pellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli 1(105)-257/2023 nömrəli (hakimlər: İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarından məhkum müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan 3 (üç) nəfər şəxsin ölümü, iki nəfər şəxsin isə az ağır dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən cinayət əməlini törətmişdir. Belə ki, Məhkum 9 fevral 2022-ci il tarixdə, saat 12:45-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Volvo FH 12» markalı, *********** RUS dövlət qeydiyyat nişanlı, «Schmitz» markalı, *********** RUS dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan yük avtomobili ilə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu, Ağalıq kəndi ərazisindən keçən 6-cı kilometrliyində yolun Yalama istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə düzünə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsini n 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, 1.1 üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək idarəetməni itirməsi səbəbindən yük avtomobili sol tərəfə istiqamətlənməklə yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsinə daxil olmuş, Məhkum idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə həmin vaxt yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs5 idarə etdiyi «VAZ 2106» markalı, **-BD*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfi arasında, sonra yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 70 km/saat sürətlə düzünə hərəkət edən, sürücü Şahid2 idarə etdiyi «Opel Vectra» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısı və sol arxa qanadı arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, o anda arxadan gələn, yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə düzünə hərəkət edən, sürücü Zərərçəkmiş şəxs4 toqquşmadan yayınmaq üçün idarə etdiyi «VAZ 211440» markalı, *********** RUS dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkəti istiqamətinə yönəltməklə dayandırsa da, onun idarə etdiyi avtomobilin qabaq tərəfi ilə həmin yük avtomo bilinin qabaq sağ hissəsi arasında yolun Gəndob istiqamətindəki hərəkət hissəsi üzərində toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə, yəni «VAZ 211440» markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 başın və gövdənin müştərək küt travması, baş beynin yumşaq qişasına qansızmalar, sağ ağciyər və qara ciyər toxumasının cırılmaları, sağ 4-5-6-7-ci, sol 3-4-5-ci qabırğaların və döş sümüyünün cisminin qapalı köndələn sınıqları, alt çənənin və sağ bud sümüyünün aşağı üçdəbirinin qapalı qəlpəli sınıqları, başın alın nahiyəsinin əzilmişcırılmış yarası, sol dizin əzilmiş yarası və sıyrıqları, sağ dizin və sağ baldırın syırıqları, başın və gövdənin dəri örtüyü altına qansızmalardan ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, Zərərçəkm iş şəxs2 gövdənin küt travması, sol ağ ciyər, qara ciyər və dalağın cırılmaları, sağ 2,3,4,5,6,7-ci, sol 2,3,4,5,6,7,8-ci qabırğaların qapalı köndələn sınıqları, sol bud və sol said sümüklərinin qapalı qəlpəli sınıqları, sol dizin və sağ baldırın sınıqlarından ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, «VAZ 2106» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 baş beyin toxumasına və baş beynin yumşaq qişasına geniş qansızmalar, sol ağciyərin cırılması, sol 5-6-7-ci qabırğaların qapalı sınıqları, sol bud sümüyünün qapalı qəlpəli sınığı, başın sağ alın-təpə və orta təpə nahiyələrinin, üzün sol yarısının və alt çənənin əzilmiş-cırılmış yaraları, sol çanaq nahiyəsinin qançırı və sol budun sıyrığı, başın və gövdənin yumşaq örtüyü altına qansızmalardan ibarət insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölmələrinə səbəb olmaqla, «VAZ 211440» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 sağ içəri və bayır topuq sümüklərinin sindesmozun qırılması ilə qapalı yerdəyişən sınıqları, sol 3-4-5-ci qabırğaların qapalı sınıqları və sol dirsəyin əzilmiş yarası və «VAZ 2106» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs5 2-ci bel fəqərə cisminin pazvari deformasiya ilə kompression sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu kassasiya şikayəti ilə onu əsaslandırmışdır ki, apellyasiya məh kəməsinin qərarı ədalətsiz olduğu üçün dəyişdirilməli, Məhkum Azərbaycan Respublikasının CM-ə əsasən daha yüngül cəza təyin olunmalıdır. Belə ki, Məhkum təqsirini səmimi etiraf etmiş, peşman olduğunu məhkəmə qarşısında ifadə etmiş, törətdiyi cinayət əməlinin açılmasında fəal iştirak etmiş, ifadə verərək öz təqsirini qəbul etmiş, əvvəllər hər hansı cinayət törətməmiş, cinayət əməlinin törədilməsində ifşa olunmamış, nəticə etibarı ilə əvvəllər məhkum olunmamış, zərərçəkmiş şəxslərin hüquqi varisləri, ailəsi ilə barışaraq ehtiyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində (fiziki zərər istisna) vurulmuş bütün zərəri aradan qaldırmışdır, o cümlədən o ağır onkoloji xəstəlikdən əziyyət çəkir, onun Azərbaycan Respublikasında heç bir qohumu və ya yaxını yoxdur, uzaqda yaşayan xəstə və yaşlı va lideynlərinin ona ciddi ehtiyacı vardır. Məhkum əməlində onun məsuliyyətini və cəzasını yüngülləşdirən demək olar ki, bütün hallar mövcuddur. Məhkəmə isə Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə törədilməsini, cinayət törətmiş şəxsin ağır onkoloji xəstəsi olmasını, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi (CM-in 59.1.10-cu maddəsi), zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi (CM-in 59.1.12-ci maddəsi); cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması (CM-in 59.1.13-cü maddəsi); törədilmiş cinayətin təqsirinin qəsd formasında olmamas ını nəzərə almadan, CM-in 8, 58-ci maddələrinin tələblərini pozaraq ona 6 il cəza təyin etməkdə haqlı olmamışdır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023cü il tarixli qərarının dəyişdirilərək, Məhkum daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Niftəliyev Zaur Gülaməddin oğlu çıxış edərək, məhkumun əməlindən səmimi peşman olduğunu, Dağıstan Respublikası vətəndaşı olduğunu bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elç in Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz h əmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilməsə də, ona təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nə zərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2 023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cin ayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edi lməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digə r cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zə rərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, özünü tam təqsirli bilərək səmimi peşman olması, əvvəllər məhkum olunmaması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdiriən halları kifayət qədər nəzərə alaraq, təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş əsas və əlavə cəzanın orta həddində cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə gəlinmiş bu nəticə ilə haqlı olaraq razılaşmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsasl ar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2218/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2218/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver