Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2219/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024-cü il tarixli, 1(106)-174/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya p rotestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 1(099)-59/2023 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), N.F.Quliyev və A.Ə.Musayev) xx.xx.1984-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, X qeydiyyatda olmaqla, X yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, xx.xx.1971-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməs inin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 08 il, 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2022-ci il ildən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli, 1(103)-316/2023 nömrəli qərarı ilə (hakimlər: K.S.Bəşirov (sədrlik edən), E.İ.Xasməmmədov və İ.Q.Ab dullayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov X20 tərəfindən verilmiş kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(102)-1999/2023 nömrəli qərarı ilə (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), İ.S.Qılıcov və V.C.Cəfərov) kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı X7 münasibətdə ləğv edilərək, cinayət işi apellyasiya instansiya məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Daha sonra həm dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, həmdə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024-cü il tarixli, 1(106)-174/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), İ.H.Əhmədov və Y.X.Həşimov) verilmiş apellyasiya müraciətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair dayısı oğlu X8, habelə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı «Aslan» adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «ÇaylıƏsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 249,669 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə saat 20:35 radələrində Xla həmin yerə gələrək qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb əynindəki şalvarın sol yan cibinə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsin in əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən külli miqdarda, 249,669 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bağlamanın içərisində olmaqla aşkar edilərək götürülmüşdür. X1 külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair bibisi oğlu Məhkum, habelə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı « Aslan » adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaq cadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 249,669 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə saat 20:35 radələrində Məhkumla həmin yerə gəldikdən sonra sonuncu qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb əynindəki şalvarın sol yan cibinə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Məhkum üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən külli miqdarda, 249,669 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bağlamanın içərisində olmaqla aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi cinayət təqibi orqanının Məhkum qarşı irəli sürülmüş ittihamla razılaşdığı halda, X7 münasibətdə fərqli nəticəyə gələrək sonuncunun təqsirliliyinin sübuta yetirilməməsi haqqında yekun qənaətə gəlib, buna müvafiq olaraq CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilən əsaslarla ona bəraət vermiş, bu nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinc i instansiya məhkəməsi tərəfindən X7 bəraət verilərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onun özünün müdafiə xarakterli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Kassasiya protestinin müəllifi eyni zamanda iddia edir ki, X7 CM-nin 234.4.1və 234.4.3-cü maddələri ilə əsassız bəraət verilməsi nəticəsində qanunsuz olaraq Məhkum verilmiş ittihamdan da, onun cinayəti X qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair müddəalar xaric edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntula r kimi qiymətləndirərək həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmaya raq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq X7 bəraət verildiyini, həmçinin həmin bəraət əsasın da Məhkum verilmiş ittihamdan onun cinayəti Xla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair müddəalar xaric edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, ar aşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Dövlət ittihamçısının kassasiya protestinə münasibət bildirərkən, məhkəmə kollegiy ası hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 1(102)-1999/2023 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 23 noyabr 2023-cü il tarixli, 1(102)-1999/2023 nömrəli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin birinci (24 may 2023-cü il tarixli qərarı) qərarını dövlət ittihamçısının kassasiya protestinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, məhkəmələr tərəfindən X5 əməllərinə obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı hərtərəfli və obyektiv araşdırılma aparılmamış, o cümlədən məhkəmələr obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri ola n sübutların tədqiqindən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırılması (həqiqətin müəyyən edilməsi) üçün keyfiyyətli araşdırmanın aparılmasından imtina etməklə yanaşı, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmişlər, bununla da, CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Adı çəkilən qərar faktiki olaraq Xun əməllərinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 419.12-ci maddəsinin mən asına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin 23 noyabr 2023-cü il tarixli qərarında əks olunmuş mövqeyinə görə, yeni apellyasiya baxışı zamanı Xla bağlı qanuni və ədalətli qərar qəbul edilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da ara şdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Lakin, apellyasiya məhkəməsi yeni baxışda Ali Məhkəmənin Cinayət kollegiyasının qərarında göstərilənlərlə razılaşmamaq üçün kifayət qədər əsas gətirmədən, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində Xa elan olunmuş ittihamda göstərilən hərəkətlərə yol verməsi ilə bağlı tutarlı arqumetlər irəli sürməsinə baxmayaraq həmin dəlilləri yoxlamadan, 17 may 2024-cü il tarixli, 1(106)-174/2024 nömrəli qərarında birinci instansiya məhkəməsinin hökmündə əks olunmuş müddəaları öz qərarına köçürməklə kifayətlənmiş, bununla da, natamam araşdırma aparmaqla apellyasiya protestində istinad edilmiş əsaslı dəlillərə düzgün hüquqi qiymət verməmişdir. Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli hökmünə və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024-cü il tarixli qərarına diqqət etdikdə müəyyən olunur ki, birinci instansiya məhkəməsi X17 və "X” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsini, eyni ilə Xun narkotik vasitələrin Məhkum tərəfindən götürüləcəyindən qabaqcadan məlumatlı olmasını təsdiq edən obyektiv sübutların ibtidai istintaq orqanı tərəfindən təqdim edilməməsinə istinad edərək bu əsasla Xa bəraət vermiş, apellyasiya məhkəməsi isə bu qənaətlə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə məhkəmələrin (natamam araşdırma aparılması nəticəsində) X5 narkotik vasitələrin Məhkum tərəfind ən götürüləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncunun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud olmaması barədə gəlmiş olduğu qənaət yanlışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri irəli sürülmüş ittihamın məzmunundan müəyyən olunur ki, o, külli miqdarda narkotik vasitənin (249,669 qram heroin) qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs Məhkum, habelə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı "X” adı ilə tanıdığı şəxslə razılığa gələrək, Biləsuvar rayonu ərazisində yerləşən "Çaylı-Əsgəra bad” dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə, saat 20:35-də Məhkumla həmin yerə gəlmiş, sonuncu narkotik vasitəni əldə edib, saxlayıb və daşıyarkən hər ikisi Biləsuvar şəhəri, H.Əliyev prospektində olan "Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış və üzərilərinə şəxsi axtarış keçirilərkən Məhkum həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin aşağıdakı mübahisələndirilməyən hallarından göründüyü kimi: _ X7 qarşı irəli sürülmüş ittihamda külli miqdarda narkotik vasitələrin götürüldüyü yer kimi - Biləsuvar rayonu ərazisində yerləşən "Çaylı- Əsgərabad” dairəvi yolunun k ənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altı göstərilmişdir; _08 iyul 2022-ci İl tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Məhkum üzərində aparılan şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş bağlamanı çıxarıb təqdim etmiş, həmin bağlamanı tanımadığı İİR-in vətəndaşının göndərdiyini və içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 265 qram olması müəyyənləşdirilmiş və qablaşdırılaraq götürülmüşdür; _ “Mobil telefona baxış keçirilməsi” haqqında 09 iyul 2022-ci il tarixli protokoldan görünür ki, X7 məxsus olan mobil telefon «Samsung» markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi olmuş, telefonun “kontaktlar”na hissəsinə baxış keçirilərkən cinayət işi üzrə digər şübhəli şəxs Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin olması və adının X kimi qeyd edilməsi müəyyən olunmuş. Xun həmin mobil telefon vasitəsilə etdiyi zənglərə baxış zamanı onun Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 03 iyul 2022-ci il saat 10:35 dəqiqədən 08 iyul 2022-ci il saat 08:59 dəqiqəyədək 33 dəfə qarşılıqlı olaraq zənglər edilməsi, sonuncu dəfə həmin mobil nömrələr arasında 08 iyul 2022-ci il saat 08:59 dəqiqədə 13 saniyə ərzində danışığın olması müəyyən edilmişdir; _ “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Məhkum məxsus mobil telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, ona məxsus mobil telefon «Samsung Galaxy A-7» markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi vardır. Həmçinin həmin mobil telefonun “WhatsApp” proqramına baxış keçirilən zaman adı “X” kimi yazılmış şəxsin ona Biləsuvar rayonu, “Çaylı-Əsgərəabad” dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının fotoşəkilini göndərməsi müəyyən edilmişdir; _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən alınmış 05 sentyabr 2022-ci il tarixli 909 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı X6 tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşk ar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür; _ Məhkum 09 iyul 2022-ci il tarixdə şübhəli şəxs, 10 iyul 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində, həmçinin məhkəmə qarşısında bildirmişdir ki, məhz o, Xu yaşadığı ünvana çağırmış, sonuncu onun evinə gəldikdən sonra birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş və Biləsuvar rayonunda yaşayan bir tanışı ilə görüşmək üçün onunla yol yoldaşı kimi Biləsuvar rayonuna getməsini xahiş etmişdir; _ X və Məhkum arasında 10 iyul 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı bir tərəf digər tərəfin ifadəsində göstərdiyi xüsusatları qarşı tərəfin üzünə deməklə, digərinin dediyini təkzib etmişdir; _ X13 ibtidai istintaq dövründə 26 iyul 2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Xun ifadəsində qeyd etdiklərinin yalan olduğunu, həmin gün onun Naftalan şəhərində müalicə müəssisəsində olduğunu, arvadı X Bakı şəhərində olduğunu, həmçinin digər ailə üzvlərinin də Bakı şəhərində olduğunu və yalnız oğlu Xun 10 iyul 2022-ci il tarixdə axşam saatlarında evinə qayıtdığını, həmin gün onun evində ümumiyyətlə heç kimin olmadığını və buna görə də Xin onların evinə qonaq gəlmədiyini göstərmişdir; _ ibtidai istintaq dövründə əldə edilmiş mobil telefon şəbəkəsinin anten dairəsinə dair məlumatlara əsasən X5 08 iyul 2022-ci il tarixdə, saat 19:00 dəqiqədən saat 21:00 dəqiqəyədək Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində olmaması müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı ibtid ai istintaq zamanı dindirilmiş digər təqsirləndirilən şəxs Məhkum müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində Xla bağlı göstərmişdir ki, təxminən 20 ildir ki, narkotik vasitələrdən istifadə edir, əvvəllər CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, X dayısı oğludur, 2022-ci ilin aprel ayında “İnstagram” sosial şəbəkəsində əvvəllər tanımadığı X adlı İİR-in vətəndaşı ilə tanış olmuş və X “WhatsApp” proqramı vasitəsilə danışıb, əlaqə saxlamış, Xn ona istifadə etmək üçün narkotik vasitə göndərməyi təklif etmiş, o, razılaşmış, Xn “WhatsApp” proqramı vasitəsi ilə ona zəng edərək Biləsuvar rayonu ərazisində 100 qram narkotik vasitə heroin gizlətdiyini, həmin narkotik vasitəni gəlib aparmasını, həmin narkotiki pay verdiyini və əvəzində pul istəmədiyini demiş, o da Biləsuvar rayonu ərazisində gizlədilmiş narkotik vasitəni əldə etmək üçün Biləsuvara getməyə razılaşmış, bundan sonra dayısı oğlu Xu yaşadığı ünvana çağırmış, X yaşadığı evə gəldikdən sonra guya onunla birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş bir tanışının Biləsuvar rayonunda yaşamasını, həmin tanışı İlə görüşmək üçün onunla yoldaş kimi Biləsuvar rayonuna getməsini xahiş etmiş, X də onunla Biləsuvar rayonuna getməyə razılaşmış, həmin gün saat 18:30 radələrində Salyan rayonu ərazisindən Biləsuvar rayonu istiqamətində gedən avtomobillərin birinə əyləşib Biləsuvar rayonuna getmişlər, X Biləsuvar rayonuna çatarkən ona xəbər etməsini və narkotik vasitənin gizlədildiyi yeri deyəcəyini bildirmiş, həmin gün saat 19:40 radələrində Biləsuvar rayonu ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Xl ə birlikdə avtomobildən yerə düşmüşlər, o, Xa zəng edərək Biləsuvar rayonu ərazisində olduğunu bildirmiş, X da narkotik vasitə heroinin gizlədildiyi baş yol və ikinci dərəcəli yolu göstərən yol nişanının fotoşəkilini ona göndərmiş, sonra Xə dostunun gözləməsini, görüşəndən sonra geri qayıdacağını bildirmiş və uzağa getməməsini demiş, özü isə həmin yol nişanının olduğu tərəfə gedərək yol nişanının yanında gizlədilmiş içərisində narkotik vasitə heroin olan bağlamanı götürüb, əynindəki şalvarın sol yan cibinə qoymuş, sonra isə geri Xun yanma qayıtmış və dostunun hələ gəlmədiyini demiş, daha sonra isə X10 rayonu ərazisində piyada gəzən zaman polis əməkdaşları onlara yaxınlaşıb, üzərlərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarından onları polis şöbəsinə aparmışlar. İbtidai araşdırma d övründə və birinci instansiya məhkəməsində X8 vermiş olduğu ifadələrində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir, əvvəllər buna görə məhkum olunmuş, Məhkum bibisi oğludur, münasibətləri normal olmuş, X də narkotik vasitə istifadəçisi olduğunu bilir, 08 iyul 2022-ci ildə saat 17 radələrində Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayan qohumu molla X adlı şəxsin evinə qonaq getmək məqsədi ilə Salyan şəhərində yerləşən avtovağzala gedərək təksilərin birinə minmiş, həmin vaxt bibisi oğlu Məhkum təsadüfən avtovağzalda görmüş və söhbət edərkən onun da Biləsuvar rayonuna qonaq getdiyi məlum olmuş, X də həmin taksiyə əyləşmiş və birlikdə Biləsuvar rayonuna getmişlər, həmin gün saat 19 radələrində Biləsuvar rayonuna çatmışlar, taksi sürücüsü onu Bağbanlar kəndinə aparmış, kəndin mərkəzində yerləşən çayxananın yaxınlığında avtomobildən düşüb, qohumu molla Xin evinə getmiş, X isə Biləsuvar rayonunda yaşayan dostu ilə görüşəcəyini bildirib taksi sürücüsü ilə birlikdə həmin yerdən uzaqlaşıb getmiş, o, Xin evinə getmiş və həmin evdə Xin arvadı Ceyranı və qızı Mətanəti görmüş, ailə üzvləri Xin əkin sahəsində olduğunu bildirmişlər, təxminən 1 saata yaxın vaxt Xin evində olmuş, ailə üzvləri ilə söhbət etmiş, təxminən 1 saat sonra X ona zəng edərək, “əgər evə getmək istəyirsənsə gəl yanıma birlikdə gedək” demiş, o da evə qayıtmaq istədiyini bildirmiş, bundan sonra yoldan keçən taksilərdən birinə əyləşib, Bağbanlar kəndindən “Azpetrol” yanacaqdoidurma məntəqəsinin yaxınlığına getmiş və Xlə görüşüb, Salyan rayonuna qayıtmaq üçün taksi sürücülərinə yaxınlaşmışlar, bu zaman polis əməkdaşları onlara yaxınlaşıb, üzərlərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını bildirib, ikisini də polis şöbəsinə dəvət etmişlər. Yuxarıda sadalanmış halladan göründüyü kimi şəxsiyyəti istintaqa məlum olmayan Aslan adlı İran İslam Respublikasının vətəndaşı 249,669 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Biləsuvar rayonunun Çaylı-Əsgərabad dairəvi yolunun kənarında quraşdırılmış yol nişanının altında gizlətmiş və bu barədə cinayətkar qrupun üzvü Məhkum məlumat vermişdir (“X” kimi yazılmış şəxsin ona Biləsuvar rayonu, “Çaylı-Əsgərəabad” dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının fotoşəkilini göndərmiş). Hadisədən bir gün əvvəl Məhkum (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmiş) na rkotik vasitə istifadəçisi olan dayısı oğlu Xa (Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunmuş) onun yəni Məhkum evinə gəlməsini, evdə olarkən isə Məhkum ondan Biləsuvar rayonuna onunla birlikdə getməsini istəmişdir. Həmçinin müəyyən olunur ki, X8 ***-***-**-** mobil nömrəsindən istifadə etməklə həmin nömrədən 03 iyul 2022-ci il saat 10:35 dəqiqədən 08 iyul 2022-ci il saat 08:59 dəqiqəyədək Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 33 dəfə qarşılıqlı olaraq zənglər edilmiş, sonuncu dəfə həmin mobil nömrələr arasında 08 iyul 2022-ci il saat 08:59 dəqiqədə 13 saniyə ərzində danışıq olmuşdur. Eyni ilə X5 Məhkum ilə Biləsuvar rayonuna hansı səbəbdən gəlməsinə dair ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadəsində göstərdiyi məlumatın həqiqətə uyğun olmaması h azırkı iş üzrə məhkum olunmuş bibisi oğlu Məhkum, həmçinin qohum kimi təqdim etdiyi X9 ifadələri (Xun molla X kimi adını çəkdiyi şəxsin arvadının adı X deyil, X, onun X adlı qızı da yoxdur və Xin arvadı ilə qızları Bağbanlar kəndində yaşamırlar) və ibtidai istintaq dövründə əldə edilmiş mobil telefon şəbəkəsinin anten dairəsinə dair məlumatlarla təsdiq olunmuşdur. Digər tərəfdən cinayət işi materiallarına əlavə edilmiş və birinci instansiya məhkəməsində tədqiq və təhlil edilmiş "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdə olan məlumatlardan müəyyən olunur ki, X5 istifadəsində olmuş XXXX mobil nömrəsinə 08 iyul 2022-ci il tarixdə, saat 18:44-də ***-***-**-** mobil nömrəsindən zəng gələrkən sonuncu Biləsuvar rayonu, Əsgərabad kəndində yəni narkotik vasitələrin götürüldüyü yerdə olmuşdur. İbt idai istintaq zamanı əldə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxanda qeyd olunan sübutlar fonunda məhkəmələrin narkotik vasitələrin sui-istifadə edilməsi ilə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkən Xun - Məhkum ifadəsində istinad etdiyi mövcud olmayan dostunu görməyə deyil, qohumlarıgilə qonaq getməyə deyil, həmçinin cinayət törətməyə deyil, yalnız “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Məhkum gözləmək üçün Biləsuvar rayonuna getməsi barədə qənaətləri kassasiya protestinin müəllifinə aydın olmadığı kimi məhkəmə kollegiyasına aydın deyil. Məhkəmə kollegiyasının fikrincə bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlar tədqiq və təhlil edilmədiyi, həmçinin həmin sübutlarla məhkəmədə verilən ifadələrin obyektiv müqayisəsi aparılmadığı üçün yuxa rıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə etibarlı sayıla bilməz. Təsvir olunanlardan görünür ki, məhkəmələr sübutların təsviri ilə kifayətlənib, onları tədqiq və təhlil etməməklə, qərarında əks etdirdiyi sübutlara uyğun olmayan nəticəyə gəlməklə cinayət-prosessual qanunun sübutların tədqiqinə dair qaydalarını, məhkəmə qərarlarının əsaslı və qanuni olması barədə tələblərini pozmuşdur. Belə ki, cinayət-prosessual qanunun 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət tə qibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunan cinayət-prosessual normaların tələblərinin pozulması ilə əldə olunmuş işin faktiki halları və əməlin hüquqi qiyməti barədə nəticələr də əsaslı qənaət kimi qəbul edilə, inandırıcı sayıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, proses iştirakçılarının verdikləri ifadələr toplanmış sübutlarla CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra X5 ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması bu və ya digər cinayət əməlini törədib törətməməsi barədə nəticə verilməlidir. Məhk əmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair məhkəmələrin yekun qənaətləri ilə razılaşmaqla yanaşı, yuxarıdakı sadalanan halların araşdırılmasından çıxış edərək işin yeni apellyasiya baxışında apellyasiya məhkəməsi tərəfindən yalnız onun Xla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədib törtməməsinə qiymət verilməsini zəruri hesab edir. Göründüyü kimi, yuxarıda təsvir edilən çatışmazlıqlar və nöqsanların əksəriyyətinin Ali Məhkəmənin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarında da təsbit edilməsinə baxmayaraq, işə növbəti baxan apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, həmin sübutlara cinayət prosessual qanunv ericiliyinin tələb etdiyi qaydada düzgün qiymət verməmiş, bu isə həmin məhkəmə tərəfindən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verdiyini göstərir. Beləliklə kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən edərək və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısının çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə və X7 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2024cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 və Məhkum barəsində olan 17 may 2024-cü il tarixli, 1(106)-174/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2219/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2219/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver