Məhkəmə qərarları › İş №1(102)-222/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-222/2020

10.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-222/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Vəliyeva Ayşən Umud qızının iştirakları ilə xx xxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olmaqla, ünvan 1 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X5 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.S.Hüseynov və Z.Q.Ağayev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzər də tutulan cinayəti törətməkdə təqsirli bilinib, 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tutulduğu bir gün nəzərə alınmaqla, qəti 06 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişd ir. Təqsirləndirilən şəxs əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 06 ay 22 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 il 05 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CM-nin 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır ona görə ki, o, xx xxxxxxxx 2018-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində küçə ilə gedərkən, küçədə dayanıb dostları ilə söhbət edən, tanımadığı Zərərçəkmiş şəxs ona baxm asına irad tutması ilə əlaqədar, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, sonuncunun sözlərindən əsəbiləşib öz davranışları ilə ictimai qaydalara açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən hərəkətləri etməklə Zərərçəkmiş şəxs üzərinə gedərək onunla əlbəyaxa olan zaman üzərində gəzdirdiyi, istintaqla müəyyən edilməsi mümkün olmayan kəsici-deşici alət olan bıçaqla sonuncunun sağ bud nahiyəsinə bir dəfə qəsdən zərbə endirərək, sağ budun yuxarı 1/3-nin 1 (bir) ədəd bud arteriyasını dəlib keçən və səthi bud venasını tam kəsən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən bədən xəsar əti yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərək həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, nəticədə Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol vermiş, eləcə də məhkəmə tərəfindən təyin edilən cəza məhkumun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edərkən məhkumun ifadəsini, iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil etməmiş, baş vermiş hadisənin mexanizmini və nəticəsini araşdırmadan Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə deyil, sadəcə qəsdən ağır bədən xəsarəti yetirməsi kimi qiymətləndirərək düzgün olmayan nəticəyə gəlmişdir. Protest müəllifi həmçinin hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəli lik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almamış, kifayət qədər araşdırma aparmadan və gəldiyi nəticəni qərarda əsaslandırmadan CM-nin 70-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti tətbiq etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi A.Vəliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş v erib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi və ona təyin edilən cəza mübahisə edilir. Hesab edilir ki, məhkumun əməlində Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin tərkibi olmasına baxmayaraq məhkəmə heç bir qanuni əsas olmadan Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif etmiş və əsassız olaraq ona yüngül cəza təyin etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqs irkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən ko nkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həm in Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Q əsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)...... Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınla şdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Dövlət ittihamçısı məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli olduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hadisə zamanı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsi yyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istin taq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. İş materiallarında olan sübutlardan da açıq-aydın görünür ki, cinayət hadisəsi və münaqişəli vəziyyət əsasən məhkum Təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs arasında yaranmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə hər iki şəxsin qarşılıqlı hərəkətləri nəticəsində yaranmışdır. Mübahisə sonradan davaya keçərkən, hər iki şəxsin niyyəti ictimai qaydanı kobud surətdə pozmağa, ətrafdakılara qarşı açıq-aşkar hörmətsizliyə yönəlməmişdir. Qarşılıqlı zor bir-biriləri arasında yaranan mübahisənin nəticəsi və konfliktin həll yolu kimi baş vermişdir. Həmçinin, cinayət işinin faktiki hallarından gorünür ki, məhkum Təq sirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında anlaşılmazlıq zəminində başlayan mübahisə sonradan qarşılıqlı zor tətbiq edilməyə çevrilmiş, davanın gedişində zərərçəkmiş fiziki cəhətdən daha güclü olduğu və dostları ilə birlikdə olduğu üçün, eyni zamanda məhkum tək olduğu üçün bıçaqla sonuncuya bədən xəsarəti yetirmişdir. İş üzrə şahid qismində dindirilmiş - X6 və X7 məhkuma heç bir xəsarət yetirmədikləri barədə ifadə vermiş, məhkəmə istintaqında verdikləri ifadədə guya hadisə çox qısa zaman kəsiyində baş verdiyindən, hadisəyə müdaxilə etməyə macal tapmadıqlarını bildirmişlər. Lakin apellyasiya məhkəmə baxışı zamanı şahidlərin hər ikisi məhkumla zərərçəkmiş şəxs dalaşanda onları ayırmağa cəhd etdiklərini bildirmişlər. Şahidlərdən biri X istintaq və birinci instansiya məhkəmə baxışı zamanı ifadəsindən fərqli olaraq dava-dalaşın 5-10 saniyə ərzində baş verdiyini bildirmiş, hadisəni əvvəldən görmədiyini, hadisə baş verən zaman telefonla oynadığını bildirmişdir. Lakin birinci instansiya məhkəmə baxışı zamanı o, yanında olan zərərçəkmiş şəxs və digər şahid x1lə söhbət etdiyini bildirmişdir. İş materiallarından görünür ki, ilk olaraq hadisənin kim tərəfindən törədilməsi barədə də iş üzrə ziddiyyətli ifadələr verilmişdir. Birinci instansiya məhkəməsində də, apellyasiya məhkəmə baxışı zamanı ifadəsində də məhkum ilk olaraq məhz Zərərçəkmiş şəxs ona yumruqla alnından vurduqdan sonra aralarında dava-dalaş olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilm işdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Hesab olunur ki, qanunsuz və əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq edilərək şərti məhkum etmə barədə qərar qəbul edilmişdir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. İş materiallarından da görünür ki, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, yaşayış yerindən müsbət xarakterizə olunur, cavandır, ilk məhkumluğudur və əməlindən səmimi peşmançılıq hissi keçirir, ailənin yeganə övladıdır, himayəsində yaşlı anası vardır və hadisə zərərçəkmiş şəxsin səyi nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki,təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslər ə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsi rkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs əməlində heç bir ağırlaşdırıcı hal yoxdur. Bu səbəbdən də məhkuma daha ağır cəza təyin edilməsi və CMin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1- ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İn san Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əs assız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cinayət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar