Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-222/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Məhkum3 vəkili, ”MBM” Vəkil Bürosunun vəkili Baloğlanov Teymur Ağalar oğlunun iştirakları ilə, • **** 1962-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kürdəmir rayon İcra Hakimiyyət i başçısının birinci müavini vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə, xx xxxx 1973-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayon İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olan, faktiki Kürdəmir rayonu, Xırdapay kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum3 Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə, xx xxxxxx 195 7-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, Kürdəmir şəhəri, Bakı prospekti 7B ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum5 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ***** 1962-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayon Təhsil şöbəsinin baş mühasibi vəzifəsində işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum7 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarından - dövlət ittihamçısı, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə, -Məhkum2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Gülardaş oğlu tərəfindən, -Məhkum5 müdafiəçisi, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Qasımov Feyzulla Sabir oğlu tərəfindən, -Məhkum7 müdafiəçisi,fərdi qaydada fəaliyyət göstərən vəkil Babayeva Xeyransa Qubat qızı tərəfindən və -Məhkum3 vəkili, “MBM” Vəkil Bürosunun vəkili Baloğlanov Teymur Ağalar oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: E.X.Süleymanov (sədrlik edən), C.Ş.Səfərli və A.Ə.Musayev) Məhkum2 - Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 179.3.2-ci maddəsi ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 308.2-ci maddəsi ilə ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum3 - Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan m əhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum3 qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum5 - Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum5 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi r ejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum7 - Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1 və 311.3.3-cü maddələri 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum7 qəti olaraq ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 21 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Məhkum1, Məhkum4, Məhkum6, Məhkum8 Müşviq oğlu, X3 və Məhkum10 təqsirli bilinərək məhkum edilmişlər. Hökmlə həmçinin: - Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş - məhkum edilmiş şəxs Məhkum1 mülk iyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın İ sektor 02 saylı bağ sahəsində yerləşən 0,0370 ha (xx.xx.2013-cü il tarixli, No ******* saylı çxarış) torpaq sahəsi, - Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha (xx.xx.2002-ci il tarixli Seriya JN-4799H, Kod:00306016 saylı şəhadətnamə) həyətyanı torpaq sahəsi; - məhkum edilmiş şəxs Məhkum2 mülkiyyətində olan 15 may 2007-ci il tarixli, Seriya MH No ******* saylı çıxarışa əsasən - Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi; - məhkum edilmiş şəxs Məhkum3 mülkiyyətində olan: - (JN-162, Kod 90600028 saylı şəhadətnamə, Kürdəmir rayon AİK-nın 25 noyabr 1998-ci il tarixli 11 saylı qərarı) Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinat lı və 0,48 ha həyətyanı torpaq sahələri; - Kürdəmir rayonu Karrar kəndində 2,07 ha (No ******* qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) kənd təsərrüfat təyinatlı torpaq sahəsi; - Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha (No ******* qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; - Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha (No 0327122, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; - ünvan 4 ünvanında yerləşən 0,10 ha (No 0327123, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; - ünvan 5 ünvanda yerləşən 0,0300 ha (No 0147313, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; - ünvan 6 ünvanında yerləşən 83 nömrəli mənzil (No 0246135, qeydiyyat tarixi xx.xx.2 013cü il tarixli çıxarış); - ünvan 7 ünvanında yerləşən 41,5 kv.m (No 0323377, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) qeyri-yaşayış binası Azərbaycan Respublikası CM-nin 99-1, 99-2, 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan, Məhkum9 tərəfindən ödənilmiş 14.000 manat məbləğində pul vəsaiti, Məhkum1 tərəfindən ödənilmiş 101.949 manat məbləğində pul vəsaiti dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Zərərçəkmiş hüquqi şəxslər - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ödənilməmiş qalan ziyana görə mülki iddia verilmədiyindən hökm qanuni qüvvəyə mindikd ən sonra mülki mühakimə icraatı qaydasında Məhkum1 və qeyrilərinə qarşı mülki iddia vermək hüquqları izah edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən: - təqsirləndirilən şəxs Məhkum6 müdafiəçiləri X9 və Şükürov Ədalət Müslüm oğlu, - təqsirləndirilən şəxs Məhkum4 müdafiəçisi X5, - təqsirləndirilən şəxs Məhkum10 müdafiəçisi Babayeva Xeyransa Qubat qızı, - təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi X10, - təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisi Ağaşirinov Ağalar Əzizağa oğlu, - təqsirləndirilən şəxs Məhkum7 və onun müdafiəçisi Niftəliyev Zaur Gülaməddin oğlu, - təqsirləndirilən şəxs Məhkum5, - təqsirləndirilən şəxs Məhkum3 və onun müdafiəçisi Baloğlanov Teymur Ağalar oğlu və - təqsirləndirilən şəxs Məhkum8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən i şə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), İ.Q.Abdullayev və R.M.Cəfərov) verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 179.3.2-ci maddəsi ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 179.3.2-ci maddəsi ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-i n 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsinə əsasən, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum3 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum8 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında bank və kredit təşkilatlarında rəhbər və maddi- məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsinə əsasən, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum4 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum5 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum6 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, C M-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum7 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yol u ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum10 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 46.2-ci maddəsinə əsasən, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2.000 manat cərimə cəzası, CM-in 313-cü maddəsi ilə 1 ( bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2.000 manat cərimə cəzası təyin edilmiş, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması və 2500 manat cərimə cəzası təyin edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən, Məhkum10 21 oktyabr 2021-ci ildən 2 avqust 2022-ci ilədək həbsdə saxlandığı 9 (doqquz) ay 12 (on iki) gün müddət nəzərə almaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmış, C M-in 68.2-ci maddəsinə əsasən, cərimə cəzası müstəqil icra olunması, CMin 69.3-cü maddəsinə əsasən, Məhkum10 21 oktyabr 2021-ci il tarixdən 2 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı, cəmi 9 (doqquz) ay 12 (on iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün təyin edilmiş cəzadan çıxılmış və Məhkum10 üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqalarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum3 mülkiyyətində olan: - (JN-162, Kod 90600028 saylı şəhadətnamə, Kürdəmir rayon AİK-nın 25 noyabr 1998-ci il tarixli 11 saylı qərarı) Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri; -Kürdəmir rayonu Karrar kəndində 2,07 ha (No ******* qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) kənd təsərrüfat təyinatlı torpaq sahəsi; -Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha (No ******* qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; -Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha (No 0327122, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; -ünvan 4 ünvanında yerləşən 0,10 ha (No 0327123, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; -ünvan 5 ünvanda yerləşən 0,0300 ha (No 0147313, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; -ünvan 6 ünvanında yerləşən 83 nömrəli mənzil (No 0246135, qeydiyyat tarixi xx.xx.2013cü il tarixli çıxarış); əmlakları üzərinə qoyulmuş həbs götürülmüş və həmn əmlakların xüsusi müsadirə olunmaması qərara alınmışdır. İşin halları: Məhkum2, maddi məsul vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün şəxsən və vasitəçidən istifadə etməklə birbaşa yolla külli m iqdarda maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı etmişdir. Məhkum3, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqəda r edəcəyi bilə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün şəxsən və vasitəçidən istifadə etməklə birbaşa yolla külli miqdarda maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, 17 iyun 2014-cü il tarixdən 21 noyabr 2016-cı il tarixədək Kürdəmir rayon İcra hakimiyyəti başçısı Aparatında Yetkinlik ya şına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada uşaqlarla iş üzrə məsləhətçi-psixoloq vəzifəsində və 21 noyabr 2016-cı il tarixdən 19 avqust 2020-ci il tarixədək Kürdəmir rayon İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9-cu bəndinə əsasən, müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi, yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramları və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlanmasının həyata keçirilməsi, müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramların təsdiq edilməsi və həmin proqramların icrasına nəzarətin həyata keçirilməsi kimi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhkum1 və Kürdəmir rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyən Məhkum2 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət v ə məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvləri üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum2 və Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni 2004-cü il tarixdən Kürdəmir rayon Yaşıllaşdırma İdarəsinin rəisi vəzifəsində işləyən X6 2014-cü ilin may ayında Kürdəmir şəhəri, H.Əliyev prospekti 12 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına şəxsən dəvət edərək orada X10ə qeyd edilən vəzifədə qalıb fəal iyyətini davam etdirməsi müqabilində 14.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirməklə, pul vəsaiti qismində həmin maddi neməti özü, əlbir olduğu Məhkum2 və Məhkum1 üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, həmin niyyətlə 2014-cü ilin may ayı ərzində rayon məhkəməsinin inzibati binasının yanında şəxsən külli miqdarda - 13.000 manat məbləğində maddi nemət olan pul vəsaitini X10 özü və əlbir olduğu Məhkum2, Məhkum1 üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmçinin, eyni niyyətlə, 2014-cü ilin may ayında Məhkum2 X6 Kürdəmir şəhəri, H.Əliyev prospekti 12 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin i nzibati binasındakı xidməti otağına dəvət edərək orada X10 həmin vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində 5.000 manat məbləğində pul vəsaitini yenidən rüşvət qismində onlara verməli olmasını bildirib həmin məbləğdə maddi neməti özü, əlbir olduğu Məhkum1 və Məhkum2 üçün birbaşa yolla sonuncu vasitəsilə X10dən rüşvət qismində istəyib, sonuncunun özlərinin qanunsuz tələbləri ilə yenidən razılaşmasına nail olaraq, 2014-cü ilin may ayında sonuncudan Məhkum2 vasitəsilə sonuncunun qeyd edilən xidməti otağında 5.000 manat məbləğində pul vəsaitini qəbul etməklə, ümumilikdə iki dəfə olmaqla, şəxsən və Məhkum2 vasitəsilə külli miqdarda - 18.000 (on səkkiz min) manat məbləğində maddi nemət olan pul vəsaitini özü və əlbir olduğu Məhkum2, Məhkum1 üçün birbaşa yolla rüşvət qismində qabaqca dan əlbir olan bir qrup şəxs halında istəməklə alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum2 və Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, yuxarıda qeyd edilən səlahiyyətlərə, habelə həmin Əsasnamənin 3.5 və 4.5-ci bəndlərinə əsasən, müvafiq ərazidə istehlak baz arı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin və mülkiyyətçilərin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin yaradılmasına kömək göstərilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi 16 aprel 2014-cü il tarixdən Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhkum1 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq korrupsiya şəbəkəsi yaratmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq, yəni Bakı şəhər sakini Şahid11 ilə 2016-cı ilin sentyabr-oktyabr ayında Kürdəmir rayonu ərazisində görüşüb Şahid11 Kürdəmir rayonu ərazisində Bakı-Qazax magistral yolunun kənarında yerləşən “İbrahim” restoranında aparılan təmir-tikinti işlərinə icazə verilməsi barədə icra başçısının sərəncamının verilməsi və tikintiyə maneələrin yaradılmaması müqabilində 5.000 manat məbləğində pul vəsaitini rüşvət qismində onlara verməli olmasını bildirib həmin məbləğdə maddi neməti özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən Şahid11 təkrarən rüşvət qismində istəyib, sonuncu ilə 2.000 manat məbləğində rüşvət qismində pul verməsi barədə şəxsən razılaşdıqdan sonra bir neçə gün müddətində Şahid11 şəxsən Kürdəmir rayonu ərazisində hissə-hissə olmaqla iki dəfəyə cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, Şahid11 ilə 2020-ci ilin yanvar-fevral ayında Kürdəmir rayonu ərazisində görüşüb Şahid11 “İbrahim” adlı həmin restoranının ərazisini 12 metr ölçüdə artırmaq üçün icra başçısının sərəncamının verilməsi və həmin ərazidə aparılan tikintiyə maneələrin yaradılmaması müqabilində vahid niyyətlə 10.000 manat məbləğində pul vəsaitini rüşvət qismində onlara verməli olmasını bildirib həmin məbləğdə maddi neməti özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən Şahid11 təkrarən rüşvət qismində istəyib, sonuncu ilə 5.000 manat məbləğində rüşvət qismində pul verməsi barədə razılaşdıqdan bir neçə gün sonra Şahid11 şəxsən Kürdəmir rayonu ərazisində 5.000 (beş min) manat məbləğində pul vəsaitini qəbul etməklə, vahid niyyətlə cəmi külli miqdar təşkil edən 15.000 manat məbləğində maddi nemət olan pul vəsaitini özü və əlbir olduğu Məhkum1 üçü n birbaşa yolla şəxsən rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən istəməklə vahid niyyətlə külli miqdarda-cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən təkrarən alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə-səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, yuxarıda qeyd edilən səlahiyyətlərə, habelə həmin Əsasnamənin 3.5 və 4.5-ci bəndlərinə əsasən, müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər görülməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin və mülkiyyətçilərin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərmə sinə, əlavə iş yerlərinin yaradılmasına kömək göstərilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi 16 aprel 2014-cü il tarixdən Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhkum1 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq korrupsiya şəbəkəsi yaratmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələ rinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq, yəni Kürdəmir rayonu, Mollakənd kənd sakini Şahid8 ilə 2017-ci ilin may ayında Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində görüşərək orada Şahid8 kənd ərazisində olan süni göldə balıq vətəgəsi yaradaraq balıqçılıq fəaliyyəti ilə məşğul olmaqdan ötrü icazə barədə icra başçısının sərəncamının verilməsi və bu fəaliyyətə maneələrin yaradılmaması müqabilində 5.000 manat məbləğində pul vəsaitini rüşvət qismində onlara verməli olmasını bildirib həmin məbləğdə maddi neməti özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən Şahid8 təkrarən rüşvət qismində istəyib, sonuncunun 1.000 manat məbləğində pul verə biləcəyini bildirməsi ilə əlaqədar onun özlərinin qanunsuz tələbləri ilə razıl aşmasına nail olaraq, həmin gün Şahid8 şəxsən Kürdəmir rayonu, Mollakənd kəndində 1.000 (bir min) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləğdə maddi nemət olan pul vəsaitini özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə-səlahiyyətlərindən su i-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, yuxarıda qeyd edilən səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhkum1 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələr inin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni 2015-ci ilin yanvar ayından Kürdəmir rayon Qocalı kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid6 2017-ci ilin may ayında Kürdəmir şəhəri, H.Əliyev prospekti 12 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına şəxsən dəvət edərək orada Şahid6 qeyd edilən vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində kənd bələdiyyəsi üçün ayrılmış dotasiya məbləğindən 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində özlərinə verilməsinin zəruri olmasını bildirməklə, pul vəsaiti qismində maddi neməti özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, 2017-ci ilin may ayında 500 (beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini xidməti otağında şəxsən özü və Məhkum1 üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, yuxarıda qeyd edilən səlahiyyətlərə malik təşkilatisərəncamverici funks iyaları yerinə yetirən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhkum1 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq yaratdıqları korrupsiya şəbəkəsində qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar ümumi himayədarlıq, yəni 2000-ci il tarixdən Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən Şahid4 2017-ci ilin may ayında Kürdəmir ş əhəri, H.Əliyev prospekti 12 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına şəxsən dəvət edərək orada Şahid4 qeyd edilən vəzifədə qalıb fəaliyyətini davam etdirməsi müqabilində kənd bələdiyyəsi üçün ayrılmış dotasiya məbləğindən 500 manat məbləğində pul vəsaitinin rüşvət qismində özlərinə verilməsinin zəruri olmasını bildirməklə, pul vəsaiti qismində maddi neməti özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyib, 2017-ci il və 2018-ci ilin may ayında ildə bir dəfə 500 manat məbləğində olmaqla, cəmi 1.000 (bir min) manat məbləğində maddi nemət olan pul vəsaitini xidməti otağında şəxsən özü və Məhkum1 üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alaraq yaratdıqları korrupsiya şəbəkəsin in məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, yuxarıda qeyd edilən səlahiyyətlərə, habelə həmin Əsasnamənin 3.5 və 4.5-ci bəndlərinə əsasən, müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçir ilməsi üçün tədbirlər görülməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin və mülkiyyətçilərin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin yaradılmasına kömək göstərilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi kimi səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhku m1 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq korrupsiya şəbəkəsi yaratmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq, yəni Kürdəmir rayonu, Muradxan kənd sakini Şahid3 2018-ci ilin mart ayında Kürdəmir şəhərində yerləşən “H.Əliyev” adına parka dəvət edərək orada Şahid3 avtomobil yuma və təmiri fəaliyyəti ilə məşğul olmaq üçün tikilməkdə olan qeyriyaşayış binasına tikintiyə icazə barədə icra başçısının sərəncamının verilməsi və tikintiyə maneələrin yaradılmaması müqabilində 3.000 manat məbləğində pul vəsaitini rüşvət qismində onlara verməli olmasını bildirib həmin məbləğdə maddi neməti özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla şəxsən Şahid3 təkrarən rüşvət qismində istəyib, sonuncunun özlərinin qanunsuz tələbləri ilə razılaşmasına nail olaraq, həmin gün Şahid3 şəxsən Kürdəmir şəhərində yerləşən “H.Əliyev” adına parkda 3.000 (üç min) manat məbləğində pul vəsaitini qəbul etməklə, həmin məbləğdə maddi nemət olan pul vəsaitini özü və əlbir olduğu Məhkum1 üçün birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun ara larındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə əsasən, yuxarıda qeyd edilən səlahiyyətlərə, habelə həmin Əsasnamənin 3.5 və 4.5-ci bəndlərinə əsasən, müvafiq ərazidə istehlak bazarı, sahibkarlığın inkişafı və dəstəklənməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün tədbirlər gör ülməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin və mülkiyyətçilərin üzərinə əlavə vəzifələr qoyulmaması şərtilə, daşınmaz əmlak obyektləri barədə məlumat bazasının formalaşdırılmasının və yeniləşdirilməsinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına, bağçılıqla, bostançılıqla məşğul olan vətəndaşlara kənd təsərrüfatı məhsullarının satışında kömək göstərilməsi məqsədi ilə tədbirlər həyata keçirilməsi, müvafiq ərazidə rəqabətin və bazar iqtisadiyyatının inkişafı üçün şərait yaratmaq, sahibkarlıq subyektlərinin yaradılmasına və fəaliyyət göstərməsinə, əlavə iş yerlərinin y aradılmasına kömək göstərilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsi kimi səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi Kürdəmir rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləyən Məhkum1 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq korrupsiya şəbəkəsi yaratmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bil ə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq, yəni biyan istehsalı fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən zavodunun fəaliyyətinə - xammal, istehsal üçün zəruri olan avadanlıqlarla təmin olunma və istehsal prosesinin mütəmadiliyinə maneələrin yaradılmaması müqabilində 2018-ci ilin iyun ayında Məhkum1 Cəmiyyətin təsisçisi Şahid2 Kürdəmir şəhəri, H.Əliyev prospekti 12 ünvanında yerləşən rayon İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağına dəvət edib, Şahid2 həmin aydan başlanmaqla, fəaliyyət göstərəcəyi hər ay 15.000 manat məbləğində pul vəsaitini rüşvət qismində ona verməli olmasını bildirib, həmin məbləğdə külli miqdarda maddi neməti özü və əlbir olduğu cinayətkar şəbəkə üzvü olan özü üçün Məhkum1 ş əxsən birbaşa yolla Şahid2 rüşvət qismində istəyib, sonuncunun imtina etməsi ilə əlaqədar cinayətkar qrup üzvü ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, yerli icra orqanının rəhbəri kimi imtiyazlarından yararlanmaqla verdiyi qanunsuz tapşırıqlar əsasında həmin müddətdən etibarən qeyd edilən zavoda biyan köklərinin gətirilməsinin və zavodun təbii su ilə təmin olunmasının qarşısının alınması nəticəsində zavodun fəaliyyətinə süni maneələr yaratmaqla Şahid2 özlərinin qanunsuz tələbləri ilə razılaşmasına nail olub, 2018-ci ilin avqust ayından etibarən sonuncudan həmin Cəmiyyətin direktoru Şahid1 gətirib təqdim etməsilə 15.000 manat məbləğində pulu həmin ilin noyabr ayına qədər olan müddətdə, cəmi 3 ay müddətində 3 dəfə olmaqla hər ayın 15ci günündə Kürdəmir şəhəri ərazisində şəxsə n qəbul etməklə, cəmi 45.000 manat məbləğində, habelə, 2019-cu ilin dekabr ayında Şahid2 müraciət edərək maddi vəziyyətinin yaxşı olmamasına görə həmin məbləğin azaldılmasını xahiş etməsi ilə əlaqədar, cinayətkar şəbəkə üzvü ilə aralarındakı ümumi niyyətə uyğun olaraq, qeyd edilən məbləğin 2.000 manat azaldılmasına Məhkum1 razılıq verib, eyni niyyətlə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral ayınadək olan müddətdə, 2 ay ərzində 2 dəfə hər ayın 15-ci günündə 13.000 manat məbləğində pulu Şahid2 Şahid1 gətirib təqdim etməsilə Kürdəmir şəhəri ərazisində şəxsən qəbul etməklə, cəmi 26.000 manat məbləğində, ümumilikdə 2018-ci ilin avqust ayından 2020-ci ilin fevral ayınadək olan müddətdə 5 ay üzrə hər ay 1 dəfə olmaqla, külli miqdarda - cəmi 71.000 (yetmiş bir min) manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə özü və əlbir olduğu Məhkum1 üçün sonuncu vasitəsilə birbaşa yolla rüşvət qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən istəyib şəxsən təkrarən alaraq yaratdıqları korrupsiya şəbəkəsinin məqsədlərinə uyğun aralarındakı pay bölgüsünə əsasən bölmüş, həmin hərəkətləri ilə Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının aparatını əhali arasında nüfuzdan salıb, sakinlər qarşısında etimadsızlığına səbəb olmaqla dövlət qurumunun normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum5, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəz ifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkət, xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün şəxsən birbaşa yolla külli miqdarda maddi neməti rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkum7, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər üçün şəxsən birbaşa yolla külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının Məhkum3 mülkiyyətində olan d aşınmaz əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi, və xüsusi müsadirə olunmamasına dair hissədə ləğv edilməsi və işin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Məhkum3 mükiyyətində olan: - (JN-162, Kod 90600028 saylı şəhadətnamə, Kürdəmir rayon AİK-nın 25 noyabr 1998-ci il tarixli 11 saylı qərarı) Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri; - Kürdəmir rayonu Karrar kəndində 2,07 ha (No ******* qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) kənd təsərrüfat təyinatlı torpaq sahəsi; - Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha (No ******* qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; - Kürdəmir şə həri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha (No 0327122, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; - ünvan 4 ünvanında yerləşən 0,10 ha (No 0327123, qeydiyyat tarixi xx.xx.2014-cü il tarixli çıxarış) həyətyanı torpaq sahəsi; - ünvan 5 ünvanda yerləşən 0,0300 ha (No 0147313, qeydiyyat tarixi xx.xx.2008-ci il tarixli çıxarış) torpaq sahəsi; - ünvan 6 ünvanında yerləşən 83 nömrəli mənzil (No 0246135, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış); əmlakları üzərinə qoyulmuş həbs götürülməsi və həmn əmlakların xüsusi müsadirə olunmamasına dair hissədə qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-in 179.3.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilməsi və ona CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsinə,habelə Kürdəmir rayonu Atakişili kəndində yerləşməklə Məhkum2 məxsus fərdi yaşayış evinin həbsdən azad edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum2 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum5 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022 -ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin Məhkum5 barəsində olan hissəsinə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum5 17 dekabr 2015-ci il tarixdən 15 may 2018-ci il tarixədək Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən həmin vaxt Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məhkum1 və onun birinci müavini vəzifəsində işləmiş Məhkum2 Şəmcəddin oğlu ilə cinayət əlaqəsinə girib xəstəxananın həkimlərindən hər ay rüşvət almasına dair verilmiş ittiham iş materialları ilə təsdiq olunmur. Belə ki, adları ittiham aktında sadalanan həkimlərdən heç biri Məhkum5 rüşvət vermələrinə dair ifadələr verməmişlər. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum5 ərizə ilə Azərbaycan Respubli kası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum7 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum7 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum7 verilmiş ittiham əsassız olmuşdur. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məhkum1 tapşırığı ilə bütün idarə və təşkilatlardan rayonda abadlıq işlərinin aparılması məqsədi ilə pul yığılmışdır. O cümlədən, Məhkum7 işlədiyi Kürdəmir rayon Təhsil şöbəsində də pul yığılmışdır. Müdafiəçinin fikrincə, Məhkum7 təyin edilmi ş cəza da ədalətsiz olmuş, onun cəzasını yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəza təyin olunmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum7 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum3 əməlinin Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələrindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilərək, çəkdiyi cəza müddəti nəzərə alınmaqla azad edilməsi və Məhkum3 məxsus daşınmaz əmlakın xüsusi müsadirəsinə dair müddəanın xaric edilməsinə dair qərar qəbul edilm əsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı natamam, ədalətsiz və qanunsuzdur. Belə ki, Şahid14 hərəkətlərində rüşvət almaya görə məsuliyyəti nəzərdə tutan CM-in 311-ci maddəsinin tərkib əlamətləri yoxdur. Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Məhkum1 ibtidai istintaq və məhkəmə baxışı zamanı bildirmişdir ki, dövlət büdcəsindən maliyyələşməyən abadlıq işləri və sosial təyinatlı obyektlərin inşası məqsdi ilə tədbir keçirmiş və hamını bu işə dəstək verməyə dəvət etmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti aparatının işçiləri tərəfindən ayrı-ayrı şəxslərdən qəbul edilmiş pul vəsaitləri məhz həmin işlərin görülməsinə yönəldilmişdir. Şahid14 da istintaq və məhkəmə baxışları zamanı Məhkum1la oxşar məzmunlu ifadələr vermişdir. M üdafiəçi qeyd edir ki, rayon ərazisində tikilmiş obyektlər və görülmüş abadlıq işləri reallıqda mövcuddur, lakin ibtidai araşdırma orqanı və məhkəmələr həmin halları nəzərə almamış və hüquqi qiymət verməmişlər. Şikayətdə həmçinin qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi Şahid14 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 41,5 kv.m (No 0323377, qeydiyyat tarixi xx.xx.2013-cü il tarixli çıxarış) qeyri-yaşayış binasının xüsusi müsadirə olunmasına dair birinci instansiya məhkəməsinin hökmünü qanunsuz olaraq qüvvədə saxlamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 ərizələrini, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və məhkum Şahid14 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaq əli şəkildə araşdırıb, məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 ərizələrinin nəzərə alınması, məhkum Şahid14 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçilər T.Baloğlanovun və Müdafiəçi1, məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 ərizələrinin nəzərə alınması, məhkum Şahid14 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri məhkumlar tərəfindən geri götürüldüyündən həmin şikayətlər baxılmadan geri qaytarılmalı, məhkum Şahid14 m üdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu k assasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri məhkumlar tərəfindən geri götürülməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarından məhkumlar Məhkum2, Məhkum7 və Məhkum5 müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum3 mülkiyyətində olan daşınmaz əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi, və xüsusi müsadirə olunmamasına dair hissədə ləğv ed ilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum Şahid14 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifi və Məhkum3 məxsus daşınmaz əmlakın xüsusi müsadirəsinə dair müddəanın xaric edilməsi mübahisə olunur. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi – “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” yaranan cinayət məsuliyyəti cinay ət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinə görə - “Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 311.1-ci maddəsində “Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sa ir neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə” görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 311.3-cü maddəsinə görə “Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 311.3.1.qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 311.3.2. təkrar törədildikdə; 311.3.3. külli miqdarda törədildikdə – səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilk öncə Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin məhkumun əməllərinin CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələrindən həmin Məcəllənin 308.1-ci maddəsinə tövsif edilərək, çəkdiyi cəza müddəti nəzərə alınmaqla azad edilməsi və Məhkum3 məxsus da şınmaz əmlakın xüsusi müsadirəsinə dair müddəanın xaric edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusi ya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insa n davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstə rilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxı şı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum3 CM-in 308.2, 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etm əmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum3 verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum3 əməlini Azərbaycan Respublikası CM-in 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsi baxışı zamanı araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum3 elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, onun ittiham olunduğu cinayət əməllərini törətməsi ətraflı təhlil və tədqiq olunmuş sübutların məcmusu ilə, o cümlədən iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə istintaqı hərəkətlərinin protokolları, çoxsaylı məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkum Şahid14 qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəl illərini iş materialları ilə əlaqədar təhlil edərək aşağıdakıları qeyd edir: Cinayət işinin materiallarından görünür ki, Məhkum3 8 adda ümumi dəyəri 370.000 (üç yüz yetmiş min) manatdan artıq olan əmlakının üzərinə həbs qoyulmuş və həmin əmlak birinci instansiya məhkəməsinə tərəfindən Azərbaycan Respublikası CM-nin 99-1, 99 - 2, 99-3-cü maddələrinə əsasən xüsusi müsadirə edilmişdir. Müsadirə edilən əmlaklar aşağıdakılardır: -Məhkum3 mülkiyyətində olan Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 7.667 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan Kürdəmir rayonu, Pirili kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahələrinin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 15.000-22.000 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 2.286,9 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsinin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 525 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsilərinin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 30.000 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,0300 ha torpaq sahəsinin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 37.425 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 83 nömrəl i mənzilin 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 109.068 manat təşkil edir. -Məhkum3 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binasının 30 noyabr 2020-ci il tarixinə orta bazar dəyəri təxminən 163.244,44 manat təşkil edir. Verilmiş ittihamdan görünür ki, Məhkum3 cəmi 7 epizod üzrə CM-nin 311-ci maddəsi ilə rüşvət almaya görə ittiham verilmiş, 7 epizod üzrə alınan rüşvətin məbləği cəmi 101 min manat təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum3 17 iyun 2014-cü ildən Kürdəmir İcra hakimiyyətində vəzifəyə təyin edilmişdir. Yəni müsadirə olunan əmlaklar onun hazırki vəzifəyə təyin edilməzdən əvvəl əldə etdiyi əmlaklardır. Azərbaycan Respublikası CPM-nin 248.1.1-ci maddəsinə görə, mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hall arda xüsusi müsadirəni təmin etmək məqsədi ilə əmlak üzərinə həbs qoyulur. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gə lirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda, həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Azərbaycan Respublikası CM-in 99-1.3-cü maddəsinə əsasən, məhkum tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası apellyaisya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkum Şahid14 mülkiyyətində olan daşınmaz əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi, və xüsusi müsadirə olunmamasına dair hissədə ləğv edilməsi barədə kassasiya protestinin dəlilləri əsassızdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şi kayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1 və 414-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum7 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum5 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Məhkum3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edil məsin. Məhkum3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 avqust 2022-ci il tarixli qərarı məhkum Şahid14 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-222/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-222/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver