Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-222/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, X8 və X2 ibarət tərkibdə) 25 may 2023-cü il tarixli hökmü ilə xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, təqaüdçü, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci il tarixdən hesablanması, mülki iddianın qismən təmin edilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi, Məhkum 442.000 (dörd yüz qırx iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 442.832 (dörd yüz qırx iki min səkkiz yüz otuz iki) manat pulun tutularaq Zərərçəkmiş şəxs ö dənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 1 avqust 2023-cü il tarixli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(101)-83/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən M əhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb orada Almaniya Federativ Respublikasından və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2018-ci ilin noyabr ayında sonuncunun yaşadığı ünvan 2 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları pulu və 2019-cu ilin yanvar ayında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları pulu onun etibardan sui-istifadə və aldatma yolu alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə həmin dövrün məzənnəsi ilə 289.000 manat təşkil edən 170.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin fevral ayının sonlarında tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Ukraynadan akkumlyator gətirib Bakı şəhəri, Nizami rayonunda yerləşən "8-ci km. bazarı” adlanan bazarın yaxınlığında avtomobil ehtiyat hissələri satılan mağ azada və Sumqayıt şəhərində yerləşən maşın bazarında satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2019-cu ilin fevral ayının sonlarında sonuncunun yaşadığı ünvan 2 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları pulu onun etibardan suiistifadə və aldatma yolu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 85.000 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin noyabr ayında tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmas ına inandıraraq Sumqayıt şəhərində avtosalon icarəyə götürüb orada Almaniya Federativ Respublikasından və Gürcüstandan gətirəcəyi avtomobilləri satıb əldə olunan qazancın yarısını ona verəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2018-ci ilin avqust ayında sonuncunun yaşadığı ünvan 2 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları pulu onun etibardan suiistifadə və aldatma yolu alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları məbləğində külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Məhkum ilə Zərərçəkmiş şəxs arasında münasibətlər notariat qaydasında təs diqlənmiş müqavilələr əsasında qurulmuşdur. Məhkum Zərərçəkmiş şəxsla danışdığı kimi avlomobil alqı-satqısı ilə məşğul olmaq məqsədi ilə oğlu Ramillə birgə “Avtosalon" icarəyə götürmüş, Almaniyadan, Gürcüstandan və yerli bazardan 50-dək avtomobil alıb satmışlar. İş üzrə zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs apellyasiya məhkəməsində də hakimin, digər proses iştirakçılarının verdiyi suallara cavab olaraq, Abasqulugil tərəfindən icarəyə götürülmüş avtosalonda satış üçün 50-60 ədəd avtomaşının olduğunu gördüyünü, Abasqulu tərəfindən ona 148.500 manat pulun qaytarıldığını, lakin bu pulları Abasqulunun ona gəlirdən əldə olunan vəsaitdən qaytardığını, lakin bu pulları faizlə kreditə verdiyi pulların faizi olaraq qəbul etdiyini bəyan etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs sahibkarl ıq fəaliyyətini həyata keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs pulu birdəfədə deyil, bir neçə dəfəyə: 2018-ci ilin noyabrından 2019-cu ilin yanvar ayının sonunadınadək 100.000 ABŞ dolları, 2019-cu ilin fevral ayında 70.000 ABŞ dolları, mart ayında 90.000 ABŞ dolları məbləğində, cəmi 260.000 ABS dolları pul almışdır. Pulların zərərçəkmiş şəxs tərəfindən hissə-hissə xeyli müddət ərzində verilməsi faktı təqsirləndirilən şəxsin söz verdiyi kimi kommersiya fəaliyyəti ilə məşğul olmasının, zərərcəkmis şəxsin isə bu barədə məlumatlı olmasının təzahürü və təsdiqidir. Bütün dünyada tüğyan edən “Covid-19” pandemiyası şəraitində bütün fəaliyyət sahələrində iqtisadiyyatın çökməsi baş vermiş, təbii ki, təqsirləndirilən şəxsin fəaliyyətindən də yan keçməmiş, onu Zərərçəkmiş şəxs qarşısında müqavilə öhdəli yini tam yerinə yetirmək imkanından məhrum etmişdir. Hamıya bəlli olan bu fakt fors-major hadisəsidir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə pulları 2018 və 2019-cu illərdə qaytarması, bundan sonra 2020-ci ilin ilk aylarında COVİD “pandemiya”nın başlanması təqsirləndirilən şəxsin gəlir əldə etmək və zərərçəkmiş şəxsə ödəniş etmək imkanlarını məhdudlaşdırmışdır. Zərərçəkmiş şəxs Məhkum vasitəsilə Bəhruz adlı şəxsə verdiyi 400.000 ABŞ dolları barəsində tərəflər arasında razılaşma sənədi tərtib edilmiş və həmin sənəd cinayət işinə əlavə edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixlə məhkəmə iclasında, iş üzrə şahid qismində dindirilmiş X10 həqiqətən Çindən mal gətirib satmaq məqsədilə Abasquludan 400.000 ABŞ dolları məbləğində pulu aldığını, bu barədə tərtib olunmuş razılaşmanı imzaladığ ını etiraf etmiş, hətta Çindən gətirib satdığı maldan əldə etdiyi 100.000 ABŞ dollarını ticarət şəriki, Abasqulunun oğlu Raminə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs eyni məzmunlu müraciətləri əsasında 2021-ci ilin fevral ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və təhqiqat idarəsində araşdırmalar aparılmış, toplanmış materiallar əsasında cinayət işinin başlanılması rədd edilmiş və məsələnin mülki-məhkəmə icraatı qaydasında həlli üçün məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Həmin qərarların ləğv edilməsi barədə məsələ həll edilməmiş, CPM-in 39.1.7-ci maddəsinin tələbi pozulmaqla, eyni fakt üzrə yenidən icraat başlanılmışdır. Bu faktlar təsdiq edir ki, Məhkum Zərərçəkmiş şəxs qarşı dələduzluq əməli törə tmək, onun əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəldilmiş niyyəti olmamışdır. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və ya tərəflərindən Məhkum təqsirsizliyinə dair təqdim etdikləri dəlillərə düzgün və qanunamüvafiq qiymət verilməmiş, vəsatətlərinə baxılmamış, bu da Məhkum təqsirsizliyinə dair məsələnin həll edilməsinə öz mənfi təsirini göstərmişdir. İş üzrə əldə olunmuş sübutların məcmusuna istinad edərək, hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərə əsasən, Məhkum təqsirliliyi sübuta yetirilməmişdir. Odur ki, Məhkum təqsirli bilindiyi əməl üzrə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 42-cl maddəsinə əsasən ona bəraət verilməlidir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi və onun dərhal cəzadan azad edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, işin hallarından göründüyü kimi tərəflər arasında yaranan münasibətlər heç bir zaman müqavilə xarak terli olmamışdır. X19 Məhərrəmovdan biznes fəaliyyətinin həyata keçirilməsi və yaxşı gəlir əldə edilməsi adı ilə aldığı xüsusilə küllü miqdarda pul vəsaitini qaytarmaqdan yayınmaq məqsədi qabaqcadan güddüyündən, gələcəkdə Zərərçəkmiş şəxs onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildiyi üçün, aralarındakı münasibətlərə sonradan mülki münasibət görüntüsü vermək üçün Zərərçəkmiş şəxsla borc müqaviləsi rəsmiləşdirmişdir. Lakin, işin hallarına diqqətlə baxsaq, burada zərərçəkmişə qarşı hər iki şəxs, Məhkum və Bəhruz Eyvazov tərəfindən qabaqcadan əlbir olmaqla, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, aldatma yolu ilə ona qarşı xüsusi ilə külli miqdarda dələduzluq cinayəti törədilmişdir. Bunun təkzibolunmaz sübutu, Bəhruz Eyvazovun cinayət icraatı qaydasında məsuliyy ətdən yayınmağı bacardıqdan sonra, Zərərçəkmiş şəxs aldığı 400.000 ABŞ dollarında pul vəsaitini ələ keçirmək məqsədi ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmasıdır. Qeyd olunduğu kimi istintaq orqanı qərəzli, subyektiv və kobud prosessual pozuntulara yol verilməklə apardığından, zərərçəkmiş şəxsin konstitusion, dövlət tərəfindən tanınan və qorunan əmlak hüququnu kobud şəkildə pozulmuş, zərərçəkmiş şəxsin öz əmlakından başqalarının qanunsuz, cinayətkar əməlləri nəticəsində məhrum edilməsinə bilavasitə şərait yaradılmışdır. Belə ki, qabaqcadan əlbir olaraq, vahid niyyətlə birgə hərəkət edərək zərərçəkmiş şəxsin xüsusilə küll miqdarda - 700 min ABŞ dolları pulunu ələ keçirmiş cinayətkar qrupun üzvlərindən biri, ilkin olaraq zərərçəkmiş şəxsi n etibarından sui-istuifadə etməklə onun 300 min ABŞ dollarını ələ keçirib mənimsəmiş Məhkum yalnız göstərilən məbləği mənimsəməkdə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuş, onun bilavasitə təşkilatçılığı ilə Zərərçəkmiş şəxs daha böyük məbləğdə pulunun, 400 min ABŞ dollarının Məhkum yaxın, cinayətkar qrupun digər üzvü Bəhruz Eyvazov tərəfindən ələ keçirilib mənimsənilməsinə heç bir hüquqi qiymət verilməmişdir, istintaq orqanının bu məsələ ilə bağlı mövqeyi son dərəcə müəmmalı, şübhəli və izaholunmazdır. Belə ki istintaq, Zərərçəkmiş şəxs vurulmuş ziyanın daha böyük hissəsi 400 min ABŞ dollarının müqəddəratı barədə ümumiyyətlə heç bir nəticəyə gəlməmiş, xüsusilə mühüm əhəmiyyət kəsb edən bu məsələyə münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Cinayət işinin materiallarında olan sənədlərlə də təsdiq edilir ki, Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayəti törədilərkən, Məhkum və X10 ilə yanaşı, Məhkum oğlu Şahid2 da bu cinayətdə iştirakçı olmuşdur. Belə ki, Şahid2 bu cinayətdə iştirakçı olması, Şahid2, atası Abasquli Nəsibovun, Bəhruz Eyvazovun və şahid qismində ibtidai istintaq orqanı tərəfindən dindirilmiş digər şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrlə və cinayət işinin materiallarında olan digər sənədlərlə və məhkəmə istintaqı zamanı ifadə vermiş Məhkum və Bəhruz Eyvazovun ifadələri ilə bir daha təsdiq edilmişdir. Bunun məntiqi nəticəsidir ki, Şahid2, cinayət işi başlandıqdan sonra, məsuliyyətdən yayınmaq məqsədi ilə ölkəni tərk edərək X7 Dubay şəhərinə getmiş və ölkəyə qayıtmamışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs Abbasqulu Nəsibov məhkəm ə məsuliyyətinə verilsə də, onun oğlu Şahid2 və onların şərikləri Bəhruz Eyvazovun əməllərində dələduzluq cinayətinin tərkib əlamətlərinin olmasına ibtidai istintaq orqanı tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-83/2023 saylı hökmü və həmin hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-1464/2023 saylı qərarı qanunsuz və əsasız olduğundan ləğv edilməsi və Məhkum əməllərində daha ağır cinayətin əlamətləri olduğundan cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi üçün işin ibdidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün cinayət işinin apellyasiy a instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər i kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinini qərarının ləğv edilməsi barədə tələbini birinci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə cinayət işinin istintaq orqanına qaytarılması zəruriliyi ilə, məhkumun müdafiəçi isə məhkum edilmiş şəxsin əsassız məhkum edilməsini iddia edərək mübahisələndirilən qərarin ləğv edilərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası ilk əvvəl müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirməyi məqsədəmüvafiq hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilm əsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni za manda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir k i, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin möv cud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılması barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda ta m təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkum edilmiş şəxsə əməlində qeyd edilən cinayət əməlinin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Məhkum hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslər ə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirk arın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmən alı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdi r. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, müdafiə tərəfi məhkum edilmiş şəxsin 50-dən çox avtomobilin alğı-satqısı ilə məşğul olmasını iddia etsə də, əksər hissəsinin xaricdən (Almaniya, Gürcüstan) gətirilməsi iddia edilən 50-dən çox avtomobilin gətirilməsinə, rəsmiləşdirilməsinə, alğı-satqısına dair hər hansısa bir sübut - sənədin qalmaması əsası ilə təqdim edilməmişdir. Həmçinin, zərərçəkmiş şəxs ilə aralarında olan “razılığa” əsasən Zərərçəkmiş şəxs hər ay müəyyən edilmiş məbləğdə pulun verilməməsi və buna görə zərərçəkmiş şəxsin şikayət edəcəyindən ehtiyat edərək onunla notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması aralarında olan münasibəti pərdələmək və mülki mübahisəyə çevirmək cəhdi daşımışdır. Qeyd edilənlərdən başqa, məhkum edilmiş şəxs tərəfindən Zərərçəkmiş şəxs davamlı şəkildə müəyyən məbləğlərdə pul qaytarmasının özü, zərərçəkmiş şəxsə qazanc əldə etmə görüntüsü yaradıb, onun etibarını qazanmaq, bu yolla daha çox pulunu ələ keçirmək məqsədi daşımışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi cinayət işi materiallarında olan sübutları, məhkum edilmiş şəxsin öz ifadəsini, xüsusilə zərərçəkmiş şəxsin, şahid ifadələrini qarşılıqlı şəkildə təhlil edərək Məhkum sözügedən dələduzluq cinayətini törədərkən niyyətinin əvvəlcədən formalaşdığı, bu niyyət əsasında da zərərçəkmiş şəxslə avtomobil və avtomobil ehtiyat hissələri - akkumlyator alğı-satqısı ilə məşğul olmağa dair aralarında olan etibardan sui-istifadə edərək sonuncunun külli miqdarda pulunu ələ keçirməsinin müəyyən olunması barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, müdafiəçi kassasiya şikayətində məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsdən biznes fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə pul götürdüyünü, ona bunun qarşılığında artıqlaması ilə pul qaytardığını, zərərçəkmiş şəxsin özünün də onun fəaliyyət göstərdiyi avtosalon ilə və oradakı avtomobillər ilə bilavasitə tanış olub, öz gözləri ilə gördüyünü, bununla da məhkum edilmiş şəxsin dələduzluq etmədiyini, zərərçəkmiş şəxslə onun arasında mülki münasibətlərin mövcud olmasını göstərsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki mə hkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və işdə olan digər sənədlərlə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, cinayət işi üzrə toplanmış sübutlara, yəni zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermişlər. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri he sab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq b irinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi iləə təqsirli bilinərək cəzalandırılması barədə düzgün hüquqi nəticəyə gəl miş, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə ve rilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxa rır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifad ə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçi rən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələblərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 no yabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də tələb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq ola raq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişinə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatət irəli sürməsi hüququnu təsbit etmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən bu barədə vəsatət irəli sürülməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin “Məhkum əməllərində daha ağır cinayətin əlamətləri mövcud olduğundan cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi üçün işin ibdidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə” dəlillərini cinayət işi materialları ilə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələr tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət-prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Belə ki, cinayət işi materiallarında olan 28 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi” qərarına əsasən, Zərərçəkmiş şəxs məxsus 400000 ABŞ dollar pulunun dələduzluq yolu ilə ələ keçirilməsi sübuta yetirilmədiyindən X10 və Məhkum barələrində Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxsin və nümayəndəsinin cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs və nümayəndəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 materiallarla tanış olmuşlar, buna baxmayaraq göstərilən məsələni özündə əks etdirən 28 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi ” qərarının mübahisələndirməsi isə cinayət işi materiallarında öz əksini tapmamışdır. Eyni zamanda CPM-in 391.8-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda, apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət prosessual qanunvericilikdə biri nci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə zərərçəkmiş şəxsin şikayət verməsi təsbit olunmamış, həmçinin CPM-nin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallar təsdiq olunmadığından məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işini birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cinayət prosessual qanunvericilikdə birinci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə zərərçəkmiş şəxsin şikayət verməsi təsbit olunmadığından, apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətlərinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmi n olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-222/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-222/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver