Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-222/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Tağıyev Rəşad Pərviz oğlunun iştirakları ilə, Abşeron Rayon Məhkəm əsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 1(012)-574/2023 nömrəli (hakim: Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi) hökmü ilə xx.xx.1972-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, xxx kəndində qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddətin nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan S umqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli 1(105)-139/2024 nömrəli (hakimlər: İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Abşeron Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan suiistifadə etməklə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona Zərərçəkmiş şəxs tərəfindən saxlanılması və artırılması üçün etibar edilmiş 175 baş hər biri 220 manat olan 38500 manat dəyərində qoyunu, hər birinin dəyəri 500 manat olan ümumi 5000 manat dəyərində 10 baş dananı, hər birinin dəyəri 200 manat olan ümumi 1000 manat dəyərində 5 baş iti və hər birinin dəyəri 22,5 manat olan ümumi 180 manat dəyərində 8 ədəd hind quşunu Zərərçəkmiş şəxs həbs edilməsindən istifadə edərək müxtəlif şəxslərə sat ıb pulunu ələ keçirmiş və zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 44680 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, dələduzluq cinayətinin tərkibinin yaranması üçün şəxs tamah məqsədilə zərərçəkmiş şəxsin əmlakını ələ keçirməlidir. Halbuki baxılan iş üzrə qeyd edilən hal baş verməmişdir. Bu baxımdan Məhkum əməllərində dələduzluq cinayətinin tərkibinin əlamətləri olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmələr iş üzrə müəyyən olunmuş sübutların tədqiqi zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, iş üzrə mötəbər olmayan sübutlara istin ad etmişlər. Belə ki, Şahid2 və Şahid3 ifadələri ibtidai istintaq zamanı saxtalaşdırıldığı birinci instansiya məhkəməsində orta çıxdığı halda məhkəmə həmin müstəntiqin barəsində heç bir tədbir görməmiş və Şahid2 məhkəmə istintaqında verdiyi ifadə başqa olduğu halda, onun ittiham aktında qeyd edilən ifadəsini öz hökmünə qanunsuz olaraq köçürmüşdür. Digər Şahid3 ifadələri isə natamam qeyd edilmişdir. Lakin onun özünün öz xətti ilə yazdığı yazılı şəkildə verdiyi ərizəsində bütün ifadəsini açıq aydın yazmışdır. Digər Şahid7 isə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Məhkum həyətində olan qoyunlarını yığıb aparmışdır. Lakin məhkəmə həmin sübuta qiymət verməmiş, bu sübutu araşdırmamışdır. Məhkəmələrin əsasən istinad etdiyi şahidlər Şahid4 və Şahid6 ifadələri isə iş üzrə mötəbər sübut hesab edilə bilməz. Çünki həmin şəxslərin biri Zərərçəkmiş şəxs anası, digəri isə həyat yoldaşıdır, ona görə də işin nəticəsində birbaşa maraqlı şəxslərdir. Bundan başqa onların ifadələri ümumiyyətlə işin faktiki halları barədə heç bir məlumat verməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarının Məhkum əməllərində cinayət tərkibinin əlamətləri olmadığından ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Tağıyev Rəşad Pərviz oğlu çıxış edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ədalətsiz hesab etdiklərini, şahid ifadələrində çox saylı ziddiyyətlər olduğunu, bəzi şahid ifadələrinin istintaq orqanı t ərəfindən saxtalaşdırıldığını, məhkəmələrin bu hala qiymət vermədiyini, qaytarılmış heyvanların nəzərə alınmayaraq ümumi ittihamda göstərildiyini, məhkəmələr tərəfindən dəymiş ziyanın dəqiq müəyyən edilmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 16 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduq da, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmə tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qa nunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 144-cü maddəsi məhkəm ədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-ol mamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələblərindən çıxış edərək aşağıda təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə gəlinən nəticə uyğun olmamış və həmin hallar Məhkum əməlinin tövsifi məsələsində qanuni və əsaslı yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin plenum qərarında, o cümlədən göstərilmişdir ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya isr af etmə cinayətindən (CM-in 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olm ası (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqında iş üzr ə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “heyvandarlıqla məşğul olur. 2022-ci ilin avqust ayı ərzində Məhkum heyvanlarıma baxması üçün 175 ədəd qoyun, 10 ədəd dana və 5 ədəd çoban iti vermişdir. Həmin heyvanlar təxminən noyabr ayının 18-nə qədər x tərəfindən baxılmışdır. Bundan başqa 2022-ci ilin fevral ayında x adlı şəxslə dalaşdığı üçün Sabunçu rayon polis idarəsində barəsində cinayət işi başlanmış və barəsində Sabunçu Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Onun barəsində həbs qətimkan tədbiri seçildikdən dərhal sonra Məhkum onun həbs edildiyini və həbsdən çıxa bilməyəcəyini düşünüb ona məxsus 10 ədəd dananı əvvəlcə x kəndində qəssab işləyən x adlı şəxsə satmağı təklif etmiş, lakin x danaların ona məxsus olduğunu bildiyi üçün həmin danaları tanımış və almaqdan imtina etmişdir.Bundan sonra həmin 10 ədəd dananı Məhkum x kəndində işləyən x adlı qəssaba 5000 manat pul müqabilində satmışdır...”. Qeyd olunan halların cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq və ya məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri ilə də öz təsdiqini tapdığı müəyyən olunur. Göründüyü kimi məhkəmələrin istinad etdiyi işin faktiki hallarından çıxış edərkən belə müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus əmlakın Məhkum sərəncamına keçməsi üsulu və həmin əmlakın ələ keçirilməsi anı dələduzluq cinayətinin obyektiv cəhətinin fakültətiv əlamətləri ilə uyğunluq təşkil etmir. Belə ki, Zərərçəkmiş şəxs, əmlakını Məhkum etibar etmiş, lakin daha əvvəlcədən Məhkum bu etiba rdan sui-istifadə yolu ilə həmin əmlakı ələ keçirmə niyyəti formalaşmasını təsdiq edən sübutlar nəinki müəyyən olunmamış, bunun əksinə olaraq həmin niyyətin sonradan, yəni əmlakın onun sərəncamına keçdikdən bir müddət sonra (zərərçəkmiş şəxsin həbs ilə əlaqədar) formalaşmasını təsdiq edən məhkəmələrin özlərinin müəyyən etdiyi sübutlara istinad olunmuşdur. Mənimsəmə və ya israf etmə cinayətinin tərkibinə uyğun gəldiyi kimi bu niyyət yalnız Zərərçəkmiş şəxs barəsində xx.xx.2022-ci il tarixdə 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və onun uzun müddət azadlığa çıxa bilməyəcəyinə dair daxili inamın yaranmasından sonra yaranmış, bu niyyətinə nail olmaq üçün də Məhkum müvafiq hərəkətləri etmişdir. Bütün şərh olunanlara baxmayaraq, məhkəmələr məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunan faktları təkzib edən hər hansı sübut əldə edilmədən, Məhkum əmlakı etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsinə dair niyyətinin əvvəlcədən formalaşması hallarını sübuta yetirən mötəbər dəlillər olmadan onun dələduzluq cinayətini törətdiyi qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Belə ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 3 49.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hər hansı bir mötəbər sübutların məcmusuna istinad etmədən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin olmasına dair gəlmiş olduğu nəticə aşağıda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələbləri nə uyğun deyil. Eyni zamanda kassasiya məhkəmə kollegiyası hesab edir ki, talama cinayətlərinin nəzərdə tutulmuş cinayət tərkiblərinin zəruri əlaməti olan hal – baxılan iş üzrə ittihamda talanmış kimi göstərilən özgə əmlakın həcmi və məbləği barədə sübutlar da yenidən tədqiq olunaraq araşdırılmalıdır. Belə ki, verilmiş ittiham üzrə məhkəmələrin gəldiyi nəticəyə əsasən Zərərçəkmiş şəxs ona etibar edilmiş 175 baş hər biri 220 manat olan 38500 manat dəyərində qoyunu, hər birinin dəyəri 500 manat olan ümumi 5000 manat dəyərində 10 baş dananı, hər birinin dəyəri 200 manat olan ümumi 1000 manat dəyərində 5 baş iti və hər birinin dəyəri 22,5 manat olan ümumi 180 manat dəyərində 8 ədəd hind quşunu Zərərçəkmiş şəxs həbs edilməsindən istifadə edərək müxtəlif şəxslərə satıb pulunu ələ keçirməklə zərə r çəkmişə ümumilikdə 44680 manat zərər vurulduğu qeyd edilmişdir. Halbuki həm məhkumun, həm də zərərçəkmiş şəxs və digər şahidlərin verdiyi ifadələrə əsasən talanması ehtimal olunan heyvanların bir hissəsi məhz zərərçəkmiş şəxsin özü tərəfindən geri alınmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin hallar üzrə (talanmış əmlakın həcmi və məbləği) yenidən araşdırıma aparılmadan baxılan iş üzrə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz. İş üzrə kassasiya şikayətin dəlillərinə qiymət verilərkən müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış qərarında göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialara uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və Məhkum CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Bundan əlavə kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətb iqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə müxtəlif tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasi ya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın yuxarıda göstərilən meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha ətraflı, tam araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir o lunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq etmədikdə və məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən qismən məhkəmə istintaqı keçirilməklə yuxarıda sadalanan sübutların yenidən tədqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiya məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiya sı məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxara bilər. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin hökm cinayət-prosessual normalara uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı kassasiya şikayətinə əsasən ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-222/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-222/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver