Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2220/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 27 fevral 2025-ci il tarixli 1(103)-530/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əli Məmmədov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbinə Məmmədzadə) 12 dekabr 2024-ci il tarixli 1(101)1651/2024 nömrəli hökmü ilə xx xxxxxxxx 1982-ci ildə Ağdam rayonu, Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə görə Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5,920 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, 04 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:00-da yaşadığı ünvan 3 ünvanda yerləşən binanın qarşısında küçədə saxlanılaraq 28ci PŞ-nin inzibati binasına aparılmış, şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik ci bindən bir ədəd şəffaf rəngli selofan bükümdə külli miqdarda təmiz çəkisi 5,920 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 27 fevral 2025 tarixli, 1(103)-530/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(101)-1651/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli 1(103)-530/2025 nömrəli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraat a bəraətverici əsaslarla xitam verilməsi, Məhkum İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 3, 5, 6, 8, 10 və 18-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu tanınması, həmçinin müstəntiq Fərid Soltanlının fəaliyyətinin araşdırılması üçün barəsində xüsusi qərar qəbul edilməsi, təhqiqatçı Nicat Abdullayevə cinayət işinin başlanması üçün prokurorluğa məlumat verilməsi, polis nəfərləri Polad Mustafayev, Rəşad Bəşirov və Anar Rüstəmov barədə bilə-bilə yalan ifadə verdiklərinə görə cinayət işinin başlanması üçün xüsusi qərar qəbul edib müvafiq quruma məlumat verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum bildirir ki, o, 04 dekabr 20 23-cü ildə onu saat 16-da tutulmuş və polis əməkdaşları tərəfindən döyülmüşdür. İstintaq sənədlərindən görünür ki, Məhkum saat 16da saxlanılıb və 17:20-də şübhəli şəxs kimi tutulub. Tutulma protokolunda Məhkum qeyd edib ki, narkotik vasitə ona məxsus deyil və tutulmasından narazıdır. Məhkum bildirir ki, psixotrop maddəni onun cibinə Nicat Abdullayev qoyub, hətta dövlət hesabına təyin edilən vəkil də bunun şahidi olub. Lakin çəkiliş zamanı Məhkum konkret polisin adını deyə bilməyib. Çünki onu hədələyiblər ki, polisin adını desə, ona qarşı əxlaqsız hərəkətlər edəcəklər. Saat 17:37-18:00-da Məhkum şəxsi axtarışa məruz qalıb. Əməliyyat tədbirlərinin keçirilməsi qərarında göstərilir ki, Məhkum cinayət başında yaxalanmalıdır. Üstəlik, ünvana gələndə də polisdə guya məlumat olub. Lakin polis öz q ərarını icra etməyib. Çünki əslində polis bilirdi ki, Məhkum narkotik vasitə və ya psixotrop maddə yoxdur və o, onların satışına görə tutulmur. Hətta portal məlumatı da saat 04:44-də çıxarılaraq işə əlavə edilib. 05 dekabr 2023-cü ildə Yasamal Rayon Məhkəməsi əməliyyat tədbirlərinin keçirilməsini qanuni hesab edib. Baxmayaraq ki, Məhkum tutularkən döyülüb və xəsarət izlərini məhkəmədə və Yasamal RPİ MSY-də göstərib. Beləliklə, məhkəmənin bu tədbirin keçirilməsini necə qanuni hesab etməsi şübhəlidir. Baxmayaraq ki, Məhkum guya narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham edilirdi, onun mobil telefonunda da heç bir yazışma tapılmadı. Buna baxmayaraq, Yasamal RPİ və Yasamal Rayon Prokurorluğu Məhkum CM-in 234.4.3-cü maddəsində ittiham etdi. Bu, onu göstərir ki, polis Məhkum qarşı qərəzli idi. Çünki Məhkum verdiyi müsahibəsində onları ifşa etmişdi. İstintaq sənədlərinə əsasən, Məhkum saxlanıldıqdan 97 dəqiqə sonra axtarışa məruz qalıb. Məhkum 3-cü maddənin qurbanı olub. Belə ki, birincisi, Məhkum fiziki və psixoloji işgəncəyə məruz qalıb. Bunu vəkilinə, müstəntiqə, Yasamal Rayon Məhkəməsində hakimə və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməyə bildirib. İkincisi, Məhkum işgəncəyə məruz qalması barədə şikayətləri araşdırılmayıb. Məhkum bildirir ki, o, tutulduğu andan müdafiə hüququ pozulub. Məhkum bildirir ki, onun müqavilə üzrə vəkili var idi və vəkili 28-ci PB-yə gəlmişdi. Özü də vəkilinin gəlməsini tələb edirdi, lakin qəsdən vəkilinin iştirakını təmin etməyiblər. Hətta dövlət hesabına təyin edilən vəkil Nofəl Əhmədovun yanında Məhkum öz vəkilinin g əlməsini tələb edib. N.Əhmədov isə heç bir reaksiya verməyib. Məhkum elə həmin gün Yasamal RPİ MSY-də öz vəkili ilə görüşüb və döyüldüyünü ona bildirib və dərhal da dövlət hesabına təyin edilən vəkildən imtina edib. Ona dövlət hesabına vəkil təyin etsələr də, vəkil onun müdafiəsini həyata keçirməyib. Əksinə təhqiqatçı və müstəntiqin verdiyi sənədləri sorğu-sualsız imza edib. Bundan başqa, Məhkum həbs edildiyi andan heç vaxt özünə qarşı ifadə vermək, ifadə verməkdən imtina etmək hüquqları izah edilməyib və məcbur edilərək sənədlərə imza edib. Məhkum bildirir ki, iş materiallarında dövlət hesabına vəkil təyin edildiyi və ya hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildirişlərdə imzası olsa da, bu sənədlər formal idi. Məhkum bildirir ki, o, nə vəkil müdafiəsi ilə təmin olunub, nə də k i, hüquqları izah edilib. Məhkum bildirir ki, onun müdafiə hüququ təmin edilməyib. Formal olaraq dövlət hesabına vəkillə təmin edilib. Vəkilin iş materiallarında imzası olsa da, Məhkum bildirir ki, vəkil onu müdafiə edəcək heç bir qeyd verməyib. Məhkum bildirir ki, həqiqətən də müdafiə hüququ təmin edilmiş olsaydı, vəkil onun işgəncəyə məruz qalmasından şikayət edərdi, özünün İdarəyə gəldiyi vaxtı sənədlərə qeyd edərdi. Konfidensial görüş keçirərdi. Hazırkı işdə ittiham Məhkum əleyhinə heç bir sübut toplamayıb, buna cəhd də etməyib. İstintaqın yeganə məqsədi o olub ki, Məhkum ona qarşı irəli sürülmüş cinayəti etiraf etsin. Buna görə də ona ağır işgəncələr veriblər. Məhkum belə bir şəraitdən müdafiə olunmaq imkanları olmayıb, istintaq orqanı Məhkum faktiki həbsdə olsa da, onun hüquqlarının müdafiəsi, ən azı onu qanunsuz müdafiədən qoruya biləcək hər hansı bir şərait yaratmayıblar. Məhkum xarici aləmlə, onu müdafiə edəcək şəxslərlə heç bir əlaqə yaratmağa imkan verməyiblər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum qanunsuz olaraq külli miqdarda psixotrop maddə – metamfetamini əldə etməmiş, saxlamamış və daşımamışdır; həmin maddə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Müdafiə tərəfi bunun səbəbi kimi Məhkum polis əməkdaşlarının qanunsuz hər əkətləri barədə “Abzas Media” informasiya portalına müsahibə verməsini göstərmiş, məhkəmələrin sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmadan və işin hallarını tam araşdırmadan onun barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarmasını iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək ilkin olaraq qeyd edir ki, analoji məzmunlu dəlillər müdafiəçi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri hərtərəfli araşdırmış, iş üzrə toplanmış sübutları yenidən yoxlamış və onların əsassız olması barədə əsaslandırılmış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübu tlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üç ün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İş materiallarından görünür ki, məhkumun üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı tutulma, şəxsi axtarış və maddi sübutların götürülməsi prosessual qaydalara uyğun rəsmiləşdirilmiş, bu hərəkətlər müvafiq protokollarla sənədləşdirilmiş, şahidlərin iştirakı təmin olunmuşdur. Maddənin psixotrop maddə – metamfetamin olması və onun miqdarı məhkəmə-kimyəvi ekspertiza rəyi ilə təsdiq edilmişdir. Həmin sübutların həqiqiliyini və mötəbərliyini şübhə altına alan obyektiv məlumatlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübut, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək, onların bir-biri ilə uyğunluğunu, qarşılıqlı təsdiqini və i şin faktiki halları ilə uzlaşmasını yoxlamışdır. Sübutlar arasında ittihamın əsassızlığına dəlalət edən aradan qaldırılmamış ziddiyyətlərin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, müdafiə tərəfinin irəli sürdüyü arqumentlər obyektiv sübutlarla təsdiqlənməmiş, əsasən ehtimal və mülahizələrə söykənmişdir. Kassasiya şikayətində də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edən yeni hallar və ya sübutlar təqdim edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri iş materiallarına və sübutların qiymətləndirilməsinə dair cinayətprosessual qanunvericiliyin tələblərinə tam uyğundur. Beləliklə Məhkum külli miqdarda psixotrop maddəni əldə edib saxlamasını təsdiq edən hallar – onun üzərində psixotrop maddənin aşka r edilməsi, psixotrop maddənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş psixotrop maddənin ona məxsus olmadığını, məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkum üzərində təmiz çəkisi 5,920 qram olan psixotrop maddə metamfetamin cinayət-prosessual qanunveri ciliyin tələblərinə riayət olunmaqla aşkar edilməsi və götürülməsi yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etmiş və bunu məhkumun müdafiə hüququnun pozulması və ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən məhkuma psixi və fiziki zor tətbiq etməklə onu cinayət törədilməsi barədə ifadənin verilməsinə məcbur etməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən dəlillər müdafiə tərəfinin apellyasiya müraciətinin əsasını da təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsassız olması barədə nəticəyə gəlmişdir. Müdafiə tərəfinin psixotrop maddənin polis əməkdaşları tərəfindən “qoyulması” barədə iddiaları isə konkre t və inandırıcı sübutlarla təsdiqlənməmiş, ehtimala və subyektiv mülahizələrə əsaslanmışdır. “Abzas Media” informasiya portalına müsahibə verilməsi ilə bağlı göstərilən arqument də cinayət işinin faktiki halları və toplanmış sübutlarla əlaqələndirilə biləcək obyektiv məlumatlarla təsdiq olunmamışdır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edən yeni hallar və ya sübutlar təqdim edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq qiymətləndirmiş, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə düzgün nəticəyə gəlmişlər. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişd ir ki, cinayət işi üzrə həm ibtidai istintaqda, həm məhkəmə icraatı zamanı Məhkum cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin yardımından istifadə etmək hüququ təmin edilmişdir. Məhkəmə kollegiyası Məhkum məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki zor tətbiq edilməsi barədə iddialarını yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, göstərilən iddialar həm birinci instansiya məhkəməsi tərəfindən, həm də prokurorluq orqanları tərəfindən araşdırılmış, həmin faktlarla bağlı müvafiq yoxlama aparılmış və zor tətbiq edilməsi hallarının təsdiqini tapan hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında özünü ona qarş ı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş, ardıcıl və eyni məzmunlu ifadələr vermiş, təhqiqatçı və müstəntiq tərəfindən tərtib edilmiş prosessual sənədlərə sərbəst qeydlər etmişdir. Bu hallar onun ibtidai istintaq zamanı sərbəst şəkildə ifadə verməsini və prosessual hərəkətlərdə hər hansı təzyiq olmadan iştirak etməsini göstərir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış konkret sübutlara – şahid ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkətlərinin protokollarına və digər sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətində bu barədə irəli sürülmüş dəlilləri əsassız hesab etmişdir. Kassasiya şikayətində isə məhkuma qarşı psixi və fiziki zor tətbiq edilmədiyi barədə məhkəmələrin gəldiyi nəticəni təkzib edən, ya xud əvvəllər araşdırılmamış hər hansı yeni hal və ya sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir. Həmçinin iş materiallarından görünür ki, nə məhkum, nə də onun müdafiəçisi tərəfindən zor tətbiq edilməsi barədə məlumatla əlaqədar aparılmış yoxlamanın nəticəsi üzrə prokurorluq orqanı tərəfindən qəbul edilmiş qərardan şikayət verilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən məhkəməyədək icraat zamanı polis əməkdaşlarının ona qarşı fiziki və psixi təsir göstərilməsi barədə irəli sürülmüş dəlili qəbul etməməkdə haqlı olmuş, həmin iddiaların elan edilmiş ittiham üzrə təqsiri təsdiq edən sübutların həqiqiliyini və mötəbərliyini şübhə altına almaq üçün əsas yaratmadığı barədə düzgün nəticəyə gəlmişdir. Apelly asiya instansiyası məhkəməsi də bu mövqe ilə əsaslı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına uyğun şəkildə araşdırılmış və qiymətləndirilmiş, təqsirləndirilən şəxsin ittiham üzrə təqsirsiz olması barədə dəlillərlə razılaşılmaması qanuni və əsaslı olmuşdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Məhkum üzərində psixotrop maddənin aşkar edilməsini təsdiq edən şəxsi axtarış haqqında 04 dekabr 2023-cü il tarixli protokolu və şahidlərin ifadələri cinayət təqibi üzrə mötəbər sübutlar kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkə mə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə onu cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş dəlillər əsassız hesab edilir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Resp ublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(103)-530/2025 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənl ərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2025-ci il tarixli, 1(103)-530/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2220/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2220/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver