Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2221/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2 024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi İsgəndərov Coşqun İbad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXXXX tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. 2. 01 sentyabr 2023-cü il tarixli ittiham aktına əsasən Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 20 sentyabr 2023-cü il tarixdə Astara Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üz rə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 27 iyul 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqla müəyyən edilməmiş mənbədən əldə etdiyi 1 konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 4 həb narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Tramadol 100” göstəricili güclü təsir edən maddəni malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynində olan şalvarın sol ayağının qatlanmış balaq hissəsində gizlətmiş və 27 iyul 2023-cü il tarixdə, saat 20 radələrində idarə etdiyi “DAF” markalı, 90XK194/44ZA363 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İran İslam Respublikas ından Azərbaycan Respublikasına gələrkən Astara rayonu ərazisində yerləşən Astara Gömrük İdarəsinin Gömrük Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və üzərində şəxsi yoxlama aparılan zaman qeyd edilən həblər saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür.
5. Astara Rayon Məhkəməsinin 1(018)-150/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 1 3 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi İsgəndərov Coşqun İbad oğlu apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutlan həddən də aşağı cəza təyin edilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Astara Rayon Məhkəməs inin 1(018)-150/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi İsgəndərov Coşqun İbad oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində Məhkumun şəxsiyyətinin, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasınin, ilk dəfə cinayət əməli törətməsinin və əməlindən səmimi peşman olmasının, övladının ali təhsil müəssisəsində tələbə olmasına baxmayaraq, II Qarabağ müharibəsinin döyüşlərində, xüsusən də Şuşa şəhərinin azad olunmasında iştirak edərək medallarla təltif edilməsinin məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunmasına əs as verməsinə baxmayaraq məhkəmələrin ona ağır cəza təyin etdikləri qeyd edilməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunaraq məhkum edildiyi maddənin sanksiyasında nəzərdə tutlan həddən də aşağı cəza təyin edilməsi yaxud barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müəyyən müddətə şərti hesab olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi bir inci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi İsgəndərov Coşqun İbad oğlu kassasiya şikayətində Məhkum barəsind ə Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ic timai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntu su törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrini n ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfində n yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxs Məhkuma cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsin ə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).
22. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə m üəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
24. Qeyd edilən maddi hüquq normalarının tələbləri və onlara, eləcə də cəza tətbiqinin ümumi prinsiplərinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının şərhini rəhbər tutmaqla cinayət işinin material ları üzrə müəyyən edilən işin faktiki hallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkuma cəza təyin edərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halları, o cümlədən onun şəxsiyyətini səciyyələndirən, cəzasının yüngülləşdirməsinə təsir edə biləcək halları, habelə təyin olunmuş cəzanın ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin etməmişlər.
25. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkum edilmiş şəxsin əməlindən səmimi peşman olması, 63 yaşında olması, həmçinin yaşa dığı yer üzrə müsbət xarakterizə olunması onun cəzasının yüngülləşdirən hallar kimi müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir.
26. Bundan başqa cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkumun övladı olan X oğlu Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medallarla təltif edilmişdir.
27. Məhkəmə kollegiyası məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini, yəni az ağır cinayətlər kateqoriyasına aid edilməsini və hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş cinayət əməlinin törədilməsi hallarını, onun şəxsiyyətini, ilk dəfə məhkum olunmasını, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, eləcə də yaşadığı yer üzrə müsbət xarakter izə olunmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyata şəraitinə təsirini, özünün ahıl yaşda olmasını, eləcə də oğlunun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmin edilməsində fəal iştirak etməklə Dövlət medalları ilə təltif olunmasını nəzərə alaraq, həmçinin daha əvvəl istinad edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara və onların şərhinə aid Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında verilmiş müddəalara əsaslanaraq hesab edir ki, Məhkumun islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzas ının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
28. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun müdafiəçisi İsgəndərov Coşqun İbad oğlunun kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I: Məhkumun müdafiəçisi İsgəndərov Coşqun İbad oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Kassasiya şikayətinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum cəzaçəkmə müəssisəsindən azad edilsin. Məhkumun üzərinə sınaq müddəti ərzində üzərində davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edilsi n. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-194/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.