Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2221/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X5 və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 307.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayə t işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2025-ci il tarixli, 1(106)-244/2025 nömrəli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X10 17 iyun 1995-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, ev 355, mənzil 15-də qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, X10 15 yanvar 2023cü il tarixdə saat 16 radələrində Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 373 nömrəli evdə əmisi Şahid1 X3 xüsusi amansızlıqla qəsdən öldürməsinə dair xüsusilə ağır cinayətin törədilməsindən sonra Şahid1lə sövdələşmədən və cinayətin gizlədilməsini qabaqcadan vəd etmədən, yəni cinayətə köməkçilik və ya iştirakçılığın digər növlərinin əlamətləri olmadan həmin cinayəti örtbasdır etmək, obyektiv həqiqətin ortaya çıxmasına mane olmaq, zərərçəkmiş şəxsin guya öz ehtiyatsızlığından yıxılaraq başının yerə dəyməsi nəticəsində xəsarətlər almaqla ölməsi görüntüsünü yaratmaq və bununla da Şahid1 qanunsuz olaraq cinayət məsuliyyətindən yayınmasını və cəzadan xilas olmasını təşkil etməkdə ifadə olunan şəxsi niyyətlə, həmin gün saat 17 radələrində yuxarıda göstərilən ünvanda yerlə şən cinayətin törədildiyi həyətyanı evə gedərək, iş üzrə əhəmiyyətli maddi sübut olan, cinayətin törədilməsində istifadə olunmuş aləti, evin qonaq otağında xalçanın üzərində olmaqla səthində insan qanı ləkələri olan və cinayətin aləti olduğu açıq-aşkar surətdə məlum olan təsərrüfat-məişət təyinatlı baltanı götürməklə həmin evin həyət sahəsinin arxa hissəsində yerləşən, hasarla soyuducunun arasına qoyaraq qəsdən gizlətməklə qabaqcadan vəd etmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətmişdir.
3. Ağcabədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X11) 5 dekabr 2024-cü il tarixli, 1(017)-155/2024 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmə kdə təqsirli bilinməsi, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin bu gündən, yəni 5 dekabr 2024-cü il tarixdən hesab edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan bəraət almış şəxs X6 müdafiəçisi apellyasiya şikayəti verərək, cinayət işi materiallarını obyektiv və hərtərəfli araşdıraraq, bu işdə bəraətin əsaslarının mövcud olub-olmadığının araşdırılmasını, əgər məhkəmə kollegiyası təqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tərkibinin olduğunu hesab edərsə, iş üzrə aırlaşdırıcı halların olmadığını, iş üzrə mövcud yüngülləşdirici halları və cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış Şahid2 oglunun təqsirləndirilən şəxs X4 heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona təyin olunmuş cəzaya CM-in 62-ci və ya 70-ci maddələrinin müddəalarının hər hansı birinin tətbiqi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: hakim X8 (sədrlik edən), X14 və X2 ibarət məhkəmə tərkibində) 30 aprel 2025-ci il tarixli, 1(106)244/2025 nömrəli hökmü ilə məhkum edilmiş şəxs X6 müdafiəçisi Müdafi əçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 5 dekabr 2024-cü il tarixli, 1(017)-155/2024 nömrəli hökmünün həmin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə CM-in 307.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsindən dərhal həbsdən azad edilməsi, X7 pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə əlaqədar olaraq, həmçinin vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi hökm edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan cinayət işinin faktiki hallarına, sübutlar siyahısına, bəraət almış şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə və bir sıra qanunvericilik normalarına istinadlar edərək, müraciətinin dəlilləri qismində qeyd etmişdir ki, müdafiə tərəfi birinci instansiya məhkəməsinin ittiham hökmündən verdiyi apellyasiya şikayətində təqsirl əndirilən şəxsin barəsində CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiə tərəfi Sahil Mehdiyevin əməlində cinayət tərkibinin olub-olmamasını mübahisələndirməyərək əməldə CM-in 307.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin mövcudluğunu qəbul etmiş, apellyasiya şikayəti şəxsin barəsində yüngül cəzanın təyin edilməsi və ya təyin edilmiş cəzanın şərti hesab edilməsi ilə bağlı olmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin hökmünün əsasını təşkil edən digər müddəa gizlədilmiş cinayət hadisəsi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 hazırkı cinayət işi üzrə Sahil Mehdiyevdən heç bir şikayət və tələbinin olmadığını bildirməsi olmuşdur. Lakin apellyasiya intansiyası məhkəməsi nəzərə almamışdır ki, CM-in 307-ci maddəsində nəzərdə tutulan cin ayət nəticəsində zərər vurulmuş obyektlə gizlədilmiş cinayət hadisəsi üzrə zərər vurulmuş obyekt fərqlidir, gizlədilmiş cinayət hadisəsi üzrə zərərçəkmiş şəxsin CM-in 307-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair işdə zərərçəkmiş şəxs statusunda iştirakı yolverilməzdir. Həmçinin məhkəmə kollegiyası Sahil Mehdiyevin xüsusilə ağır cinayəti gizlətmək məqsədi və niyyəti olmaması barədə səhv qənaətə gəlmişdir, belə ki, birinci instansiya məhkəməsi baxışında S.Mehdiyev verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildiyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsinin S.Babayevin əməlində cinayət tərkibi olmaması qənaəti hər hansı bir obyektiv sübutlarla təsdiq edilməmişdir.
8. Kassator protestinin dəlilləri qismində istinad etdiyi sübutları – bəraət almış şəxsin i fadəsini şahid ifadələri və apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə qarşılaşdıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə X7 əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2025-ci il tarixli, 1(106)-244/2025 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəmə sində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
9. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktla rı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normaların ın düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X7 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2- ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsasla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2025-ci il tarixli, 1(106)-244/2025 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud old uğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində əməldə cinayət tərkibinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir.
20. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunu n 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi ü zrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
25. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri- əsaslandırıcı hissəsində göstərsin.
26. Kassasiya protestində apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya icraatı zamanı məhkəmə dinləmələrinin, onun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun o laraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
27. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına əsasən X10 Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində ittiham edilmişdir.
28. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılan sübutlara əsasən müəyyən edilmişdir ki, X10, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə iş üzrə əhəmiyyətli maddi sübut olan, cinayətin törədilməsində ist ifadə olunmuş aləti, evin qonaq otağında xalçanın üzərində olmaqla səthində insan qanı ləkələri olan və cinayətin aləti olduğu açıq-aşkar surətdə məlum olan təsərrüfat-məişət təyinatlı baltanı götürməklə həmin evin həyət sahəsinin arxa hissəsində yerləşən, hasarla soyuducunun arasına qoymuş, bununla da əməlində CM-in 307.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmuşdur.
29. Apellyasiya instansiya məhkəməsi qismən məhkəmə istintaqı keçirməklə əldə edilmiş sübutların cinayət işi materiallarında olan sübutlarla əlaqəli tədqiqi əsasında birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən S.Mehdiyevin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində vermiş olduğu 12 sentyabr 2024-cü il tarixli ifadəsini mötəbər sübut kimi qəbul edib, 24 yanvar 2023-cü il tarixdə onun verdiyi ilkin ifadəsini, həmçinin birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini iş üzrə digər sübutlarla müqayisə etmədən sözügedən ifadələri əsassız sübut kimi hesab etmək, həmin sübutları mümkünlüyü və mötəbərliyini şübhə altına almaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, X6 cinayət alətini götürməklə gizlətməkdə məqsədi uşaqların və qonşuların baltanı görməməsi olunduğundan onun əməlində Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tərkib əlamətlərinin mövcud olması, yəni onun qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətməsi müəyyən edilmir. Bununla da, kollegiya belə qənaətə gəlmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttiham ın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması X6 Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmə kollegiyasında qəti inam yaradır.
30. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hökmdə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında müəyyən etdiyi halları, xüsusilə də X6 24.1.2023-cü il tarixli ilkin ifadəsinin, 12.9.2024-cü il tarixdə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı vermiş olduğu ifadəsinin, həmçinin şahid i fadələrinin cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli tədqiqini və S.Mehdiyevin ittiham edildiyi CM-in 307.3-cü maddəsinin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini nəzərə alıb, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq X7 Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsində göstərilən - əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi haqqında əsaslı və qanuni nəticəyə gəlmişdir.
31. Dövlət ittihamçısı tərəfindən veril miş kassasiya protestinin dəliləri qismində apellyasiya instansiya məhkəməsinin qeyd edilən qənaətini təkzib edən hər hansı sübuta istinad edilməmiş, yalnız cinayət işi materiallarında olan və apellyasiya instansiya məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə araşdırılaraq tədqiq edilmiş S.Mehdiyevin, şahidlərin ifadələrinə və ekspertiza rəylərinə istinadlar edilərək məhkəmə tərəfindən düzgün və ədalətli nəticəyə gəlinmədiyi qeyd edilmişdir. Halbuki hökmdə həmin dəlillər məhkəmə tərəfindən qiymətləndirilərək kifayət qədər şübhəli məzmuna malik olması əsası ilə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş mötəbərlik tələblərinə cavab verməməsi qənaətinə gəlinmişdir.
32. Kassasiya kollegiyası protestdə göstərilən “müdafiə tərəfinin ittiham hökmü ilə razı olması, apellya siya instansiya məhkəməsi qarşısında məhkum barəsində təyin edilmiş cəzanın mübahisələndirilməsi” ilə bağlı dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsi yalnız “şikayətin predmeti” ilə formal məhdudlaşmır, yəni müdafiə tərəfinin birinci instansiya məhkəməsinin hökmünün yalnız cəza hissəsini mübahisələndirməsi apellyasiya instansiyası məhkəməsinin bəraət hökmü çıxarmasına maneə deyil.
33. İttiham tərəfinin həmin arqumentini əsassız hesab edən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya m əhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
34. Yəni, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və ya apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olara q başqa hüquq sahəsinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır.
35. Göründüyü kimi, müdafiə tərəfinin apellyasiya müraciəti əsasən cəza hissəsinin mübahisələndirilməsinə yönəlsə də, məhkəmənin işi mahiyyəti üzrə araşdırıb bəraət hökmü çıxarması qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilmiş və cinayət-prosessual qanunvericiliyin tələblərinə tam cavab vermişdir.
36. Dövlət ittihamçısının müraciətində göstərdiyi “S.Mehdiyevin verdiyi ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilməsi, apellyasiya instansiya məhkəməsinin isə onun əməlində cinayət tərkibinin olmaması” qənaətinə gəlməsinin əsassız olmasına m ünasibətdə kollegiya qeyd edir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Belə ki, cinayət işi materiallarından da müəyyən edildiyi kimi, hətta birinci instansiya məhkəməsində məhkəmə icraatı zamanı S.Mehdiyev qismən etirafedici ifadə versə də, ona verilən suallara cavab olaraq baltanı gizlətməkdə məqsədinin qohum-qonşuların onu görməməsi olmuşdur. Apellyasiya kollegiyası S.Mehdiyevin ittiham edildiyi cinayətin ictimai təhlükəliliyinin xarakterini qiymətləndirərək həmin cinayətin subyektiv cəhətdən birbaşa qəsdlə törədilməsini, onun cinayətin alətini götürüb gizlətməkdə isə elə bir məqsədinin müəyyən edilməməsi q ənaətinə gəlmişdir. Göründüyü kimi, məhkəmə kollegiyası haqlı olaraq müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin öz təqsirini etiraf etməsinin sübuti əhəmiyyəti digər sübutarın iş üzrə əhəmiyyətindən üstün qəbul edilə bilməz.
37. Həmçinin kollegiya müraciətin digər dəlili qismində göstərilən “gizlədilmiş cinayət hadisəsi üzrə zərərçəkmiş şəxsin CM-in 307-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair işdə zərərçəkmiş şəxs statusunda iştirakının yolverilməzliyinə” dair qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında Şahid2 şahid qismində ifadə vermiş, hətta hökmdə onun “Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi” statusun da olması qeyd edilmişdir.
38. Bununla da, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin cinayət işinin faktiki hallarının sübutlarlarla əlaqəli şəkildə qiymətləndirməsinə münasibətdə verdiyi qiymətlə razılaşır.
39. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.
40. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
41. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edil məsini mümkün hesab etmir.
42. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2025-ci il tarixli, 1(106)-244/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2025-ci il tarixli, 1(106)-244/2025 nömrəli hökmü Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibə tdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.