Məhkəmə qərarları › İş №1(102)-2222/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2222/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2222/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 1(101)-327/2023 nömrəli (hakimlər: Əsgərova-Məmmədova Leyla Səyavuş qızı (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 9 fevral 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsin in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək onların hər birinə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, barələrində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş; xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayə t əməlini törətməkdə təqsirli bilinərək onların hər birinə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, barələrində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) 26 aprel 2023-cü il tarixli 1(103)807/2023 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 və Məhkum2 əməlləri CM-nin 178.3.2ci maddəsi ilə tövsif edilərək onlara ittihamdan verilmişdir ondan ötrü ki, Məhkum1 və Məhkum2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında qohumu Zərərçəkmiş şəxs1 yalandan bir neçə gün ərzində qaytaracaqları borc adı altında 2021-ci ilin a vqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 1 D ünvanda yerləşən evdə 8.500 manat, 2021-ci ilin avqust ayının ortalarında sifariş verdikləri avtomobillərə aid ehtiyat hissələrinin gömrükdə saxlanılması ilə əlaqədar pul lazım olmasını və malların satışından yaxşı gəlir əldə olunaraq üç yerə böləcəklərini yalandan bildirib Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirmək niyyətində olmalarını gizlətməyə nail olaraq həmin ünvanda 6.500 manat, 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 pulunu tələb etdikdə X- kirayədə yaşadığı ünvan 3 ünvanda yerləşən binanın 0024 nömrəli mənzilin özünə məxsus olmasını, satışa çıxarmasını və tezliklə satışının həyata keçirilməsini yalandan bildirib hazırladığı müqaviləni ünvan 4 ünvanda yerləşən “Ulduz” stansiyası yaxınlığında Zər ərçəkmiş şəxs1 göstərib inandırmaqla 10.000 manat, bir neçə gündən sonra o, qardaşı Xilə Zərərçəkmiş şəxs1 Xətai rayonu, NZS qəsəbəsində yerləşən təmir mərkəzinə şərik olmağı təklif edərək həmin mərkəzdə avtomobillər təmir etdiyini, yaxşı gəlir əldə etməsini, 4 “Range Rover 19 markalı avtomobilləri təmir ilə bağlı təhvil almasını və həmin avtomobillərin hər birindən 1.500 manat gəlir götürəcəyini yalandan bildirməklə 2021-ci ilin sentyabr ayının əvvəllərindən başlayaraq sonunadək olan müddət ərzində üç dəfəyə ünvan 5 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında ümumilikdə 35.000 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 65.000 manat məbləğində külli miqdarda madd i ziyan vurmaqla dələduzluq etməklə dələduzluq etmişlər. Bundan başqa, X9 və X8 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə müştəriləri Zərərçəkmiş şəxs2 2016-cı il buraxılışlı, qara rəngli, “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il modelə yığılması üçün işlədikləri ünvan 7 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında olan avtomobil təmiri servisində təmir üçün təhvil alaraq 19 yanvar 2022-ci il tarixdə ünvan 9 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə Məhkum1 arvadı X6 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs2 köçürdüyü 2.800 manat, 20 yanvar 2022-ci il tarixdə ünvan 10 ünva nda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.450 manat, 23 yanvar 2022-ci il tarixdə ünvan 9 ünvanda olan "MilliÖN” ödəmə terminalı vasitəsilə Xya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.400 manat, 29 yanvar 2022-ci il tarixdə ünvan 9 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 300 manat, 05 fevral 2022- ci il tarixdə ünvan 9 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 450 manat, 2022- ci ilin fevral ayının ortalarında ünvan 7 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında X 3.600 manat və sonuncu dəfə 2022-ci ilin fevral ayının sonlarında həmin ünvanda o, 1.500 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdl ə ələ keçirib avtomobili təmir etməyərək pulu şəxsi ehtiyaclarına sərf etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qardaşı Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında müştəriləri Zərərçəkmiş şəxs2 2016-cı il buraxılışlı, qara rəngli, “Range Rover” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci il modelə yığılması üçün işlədikləri ünvan 7 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında olan avtomobil təmiri servisində təmir üçün təhvil alaraq 19 yanvar 20 22-ci il tarixdə ünvan 9 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə Məhkum1 arvadı X6 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına Zərərçəkmiş şəxs2 köçürdüyü 2.800 manat, 20 yanvar 2022-ci il tarixdə ünvan 10 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.450 manat, 23 yanvar 2022ci il tarixdə ünvan 9 ünvanda olan "MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 1.400 manat, 29 yanvar 2022-ci il tarixdə ünvan 9 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 300 manat, 5 fevral 2022-ci il tarixdə ünvan 9 ünvanda olan “MilliÖN” ödəmə terminalı vasitəsilə X-ya məxsus karta Zərərçəkmiş şəxs2 köçürdüyü 450 manat, 2022-ci ilin fevral ayının ortalar ında ünvan 7 ünvanda yerləşən Xəzər TV-nin inzibati binasının yaxınlığında Məhkum2 3.600 manat və sonuncu dəfə 2022-ci ilin fevral ayının sonlarında həmin ünvanda o, 1.500 manat pul vəsaitini alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib avtomobili təmir etməyərək pulu şəxsi ehtiyaclarına sərf etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən Məhkum1un və Məhkum2un əməlinin Azərbaycan Respublikası CM-n in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilməsinə dair məhkəmələrin gəldiyi nəticə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi kifayət etməyən sübutlar əsasında təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsi ilə bağlı əsassız nəticəyə gəlmiş, bununla bağlı zəruri olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cinayət qanunvericiliyi normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələri nəzərə almamış, ümumi şəkildə isə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq qiymətlənd irməmişdir. Məhkəmə kollegiyası sübutları təhlil edərək təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini əsas götürməklə təqsirləndirilən şəxslərin əməlinə düzgün olmayan hüquqi qiymət vermişdir. Məhkəmələr gəldikləri nəticədə təqsirləndirilən şəxslərin ifadələrinə əsaslansalar da, təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdikləri ifadələri təhlil edilərkən müəyyən edilir ki, onlar Zərərçəkmiş şəxs1 müxtəlif vədlərlə pul almış, lakin həmin vədlərin heç bir etibarlı mənbəyə söykənməmiş və əsası olmamışdır. Təqsirləndirlən şəxslər borc adı altında geri qaytarılması düşünülməyən vəsait almışlar ki, həmin vəsaiti də digər borclarına yönləndirmişlər. Avtomobil təmiri nəticəsində müəyyən məbləğlərdə Zərərçəkmiş şəxs1 pul alın mışdır ki, həm "kapital" şəklində qoyulmuş vəsait, həm də əldə olunan qazanc Zərərçəkmiş şəxs1 vəd verilsə də, həmin məbləğlər ona verilməmiş və bu yolla Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edilmişdir. Həmçinin təqsirləndirilən şəxslər ittiham olunduqları ikinci epizod üzrə də özlərini təqsirli bilməmiş və zərərçəkmişə 11500 manat ziyan vurulmasının səbəbi kimi öhdələrinə götürdükləri işlə bağlı olduğunu ifadələrində göstərmiş, hər hansı bir cinayətkar niyyətlərinin olmadıqlarını bildirmişlər. Lakin məhkəmə hökmdə eyni sübutları fəqrləndirmədən həmin hissəyə hüquqi qiymət verməklə qeyd edilən epizod üzrə təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olması qənaətinə gəlmişdir. Hər iki epizod üzrə sübutların eyni olmasına baxmayaraq məhkəmənin epizodları mahiyyəti üzrə fər qləndirməsi əsaslandırılmamışdır. Cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxslər borc və kommersiya adı altına zərərçəkmiş şəxsdən pul almaqla digər borclarını bağlamaq niyyəti güdmüş və zərərçəkmiş şəxsdən əldə etdikləri vəsaiti qaytarmaq kimi niyyətləri olmamışdır. İş materiallarına əlavə edilmiş 13 noyabr 2021-ci il tarixli əl yazmasından görünür ki, “Mən - Məhkum2, 1984.02.26, Zərərçəkmiş şəxs1 40.000 min manatı borc götürdüm, ayın xx.xx.2021 qaytaracağımı boynuma götürürəm, borcu vermədiyim halda pulun dəyərində mənə aid evimi Zərərçəkmiş şəxs1 adına keçirəcəm, Məhkum2 yazdığımı təzyiq olmadan yazıb öz imzamla təsdiq edirəm, Məhkum2 AA 1699484”. Qeyd edilən sənədlərdən də görünür ki, pul vəsaiti ödənilmədiyi halda həmin pul əvəzi ödəniləcək hər hansı bir mənzil aşkar ed ilməmişdir. Tədqiq edilmiş ifadələr arasındakı ziddiyyətə hüquqi qiymət verərkən məhkəmələr təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxsin qohum olmasını və məhkəmə baxışının ilk iclasında, yəni zərərçəkmiş şəxs dindirilərkən artıq ziyanın ödənilməsini nəzərə almamışdır. Məhkəmələr zərərçəkmiş şəxsin məhkəmədəki ifadəsini əsas sübut kimi qəbul etmiş və onun təqsirləndirilən şəxslər tərəfindən aldadıldığını düşündüyü üçün şikayət etməsi xüsusatını önə çəkməklə, bu faktora xüsusi yer vermişdir. Lakin, zərərçəkmiş şəxsin hüquqşünas olmamasını nəzərə alsaq onun dələduzluq yolu ilə ələ keçirilmiş pul vəsaitini gündəlik danışıq tərzində "borc" adlandırması məhkəmə kollegiyasında şübhə doğurmamalı idi. Habelə, məhkəmə ibtidai istintaq zamanı şəxslərin təklikdə dindirilməsi və baş vermiş hadisələri daha dəqiq, açıq formada danışmaq imkanına malik olmaları, məhkəmələrdə isə qohumluq münasibətləri, proseslərin açıq, aşkarlıq qaydasında aparılması kimi mühüm psixoloji faktorları sübutların qiymətləndirməsi zamanı nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş kassasiya protestin təmin edilməsini və Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsa slardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumların əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən q ərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestinin şərh olunan dəlillərinə münasibət bildirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kass asiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 26 aprel 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməli n hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibar ətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquql arı əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1 və Məhkum2 verilmiş zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilməmiş, təqsirləndirilən şəxslərin dələduzluq əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs hal ında xeyli miqdarda ziyan vurmaqla törədilməsinə tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1 və Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün k ifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya məhkəmə kollegiyası kassasia protestinin dəlillərini, cinayət işinin materialları ilə birlikdə təhlil edərək Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 65.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar epizod üzrə ittihamın cinayət işi üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmaması barədə nəticəyə gəlir. Belə ki, cinayət işi materiallarından da göründüyü kimi ibtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləği yalnız zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri ilə m üəyyən edilmiş, həmin pul məbləğinin verilməsini təsdiq edən hər hansı sənəd mövcud olmamışdır. Məhkum2 Zərərçəkmiş şəxs1 götürülmüş pul məbləğlərinin qaytarılmasına dair üzərinə öhdəlik götürməsi barədə əlyazmada borc məbləğinin 40.000 manat təşkil etməsi öz əksini tapmışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ilkin izahatında ayrı-ayrı vaxtlarda Məhkum1 və Məhkum2 ümumilikdə 53.500 manat pul məbləğini verdiyini qeyd etmişdir. Lakin, Zərərçəkmiş şəxs1 elə həmin izahatında sonda ümumi olaraq təqsirləndirilən şəxslərə 65.000 manat pul verdiyini göstərmişdir. Təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin məhkəməyə qədər icraatda verdiyi, habelə ittiham aktında istinad olunan ifadələrdə alınmış pulların məbləği konkretləşdirilərkən müxtəlif zaman kəsiyi ilə, ümumilikdə 60. 000 manat məbləğində olan pulun verildiyini etiraf etmişlər. Göründüyü kimi, ibtidai istintaq dövründə təqsirləndirilən şəxslər və zərərəçəkmiş şəxsin ifadələrində nəzərdə tutulan məbləğlər toplanıldıqda Zərərçəkmiş şəxs1 60000 manat pul vəsaiti alınması müəyyən edilsə də ittiham aktında da məhz həmin ifadələrə əsaslanmaqla təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 65000 manat ziyan vurması göstərilmişdir. Halbuki, Məhkum1 və Məhkum2 ümumilikdə yerdə qalan 5000 manat məbləğin nə vaxt, harada, hansı üsulla, nə məqsədlə, hansı təqsirləndirilən şəxslər tərəfindən əldə edilməsi məsələsi müyyən edilməmiş olaraq qalmışdır. O cümlədən, həm təqsirləndirilən şəxslər, həm də Zərərçəkmiş şəxs1 alınan pul vəsaitinin 65.000 manat məbləğ təşkil etməsini, həmin məbləğin tərkibini izah edərkən isə sonu ncudan real olaraq 54.000 manat pul vəsaitinin borc alındığını, həmin 54.000 manatdan 25.000 manatı borclarını ödəməsi üçün Məhkum2, 29.000 manatın isə ortaqlıq üçün Məhkum1 verilməsi, 11.000 manatın isə ortaqlığa qoyulmuş puldan əldə edilməli olan gəlir olması halını etiraf etmişlər. Kassasiya məhkəmə kollegiyası da apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərilən halları, o cümlədən təqsirləndirilən şəxslər işlədikləri avtosalonun kirayədə olması, digər şəxslərə borc və borc faizlərinin olması, evin sənədlərinin olmaması səbəbindən satılmasının gecikməsi və Zərərçəkmiş şəxs1 bu məsələlərdən məlumatının olması, təqsirləndirilən şəxslərdən birinin (Məhkum1) kirayədə qalması, uşağının həqiqətən xəstə olması hallarını təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 götürdüklər i borcdan 8900 manat pul məbləğinin qaytarılması, Zərərçəkmiş şəxs1 həmçinin avtosalonun icarə haqqına da şərik olduğu üçün digər xidmətlərdən də ona 1000 manat verilməsini etiraf etməsini, Zərərçəkmiş şəxs1 tərəfindən pul vəsaitlərinin verilməsinin 2021-ci ilin sentyabr ayının sonunda başa çatması, cinayət haqqında ərizənin isə tərəfindən 2022-ci ilin fevral ayının ortalarında verilməsi, ibtidai istintaq yekunlaşdıqdan sonra 65000 manat borcdan qalıq pul məbləğinin isə Məhkum2 məxsus ev hesabına qaytarılması halı ilə birgə qiymətləndirərək, Məhkum1 ortaqlıq şəklində razılaşdıqları xidmətlərdən gələn pul vəsaitlərini başqa borclarına yönəltməklə müştərilər tərəfindən ödənilməli olan pul vəsaitlərinin gecikdirildiyini bildirərkən əslində Zərərçəkmiş şəxs1 ödəməli olduğu 29000 manat ana məbl əğ və 11000 manat xeyiri qaytarmaq üçün vaxt udmağa çalışdığı, eləcə də Məhkum2 Zərərçəkmiş şəxs1 25000 manatı borc aldığını bildirməsi barədə ifadələri ilə razılaşaraq, istər Məhkum2 tərəfindən 25000 manat, istərsə də Məhkum1 29000 manat alınarkən onların niyyətinin dələduzluq, yəni tamah məqsədilə başqa şəxsə məxsus olan əmlakı əvəzsiz əldə etmək olmaması, həqiqi borc münasibətlərinə girmək istəkləri olması qənaətinə gəlməklə hesab edir ki, qeyd olunan epizod üzrə təqsirləndirilən şəxslərə əsassız ittiham irəli sürülmüşdür. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya protestinin dəlilləri ilə birlikdə təhlil edərək, Məhkum1 və Məhkum2 tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirən və ya əmlak hüquqla rını əldə edən zaman zərərçəkmiş şəxsə törədilən ziyanın miqdarının külli deyil, xeyli olması barədə nəticəyə gəlir. Bu səbəbdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmiş şəxslərin əməlləri CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tam əhatə olunduğundan həmin əməllərin CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac olmur. Cəza məsələsinə toxunan kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halların (Məhkum1 himayəsində 5 iyun 2020-ci il təvəllüdlü bir azyaşlı uşağının, Məhkum2 himayəs ində 27 iyul 2013-cü il, 17 iyun 2016-cı il təvəllüdlü iki azyaşlı uşağının olması, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs2 vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəmələri və Zərərçəkmiş şəxs2la barışıq əldə etmələri) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 5 noyabr 2022-ci il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, Məhkum2 və M əhkum1 ona dəymiş ziyanı tamamilə ödəmişdir. Onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 16 dekabr 2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın tamamilə ödənilməsi, hazırda təqsirləndirilən şəxslərə qarşı tələb və şikayətinin olmamasını bildirməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar