Məhkəmə qərarları › İş №1(102)-2222/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2222/2025

04.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2222/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkumlar – Məhkum2 və Məhkum1 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 17 iyul 2024-cü il tarixli qərarından məhkumların özləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-515/2024 saylı, 09 aprel 2024-cü il tarixli hökmü (hakimlər X4 (sədrlik edən), X3, X1 ibarət tərkibdə) ilə xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ma ddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması; xx xxxxxxx 1987-ci ildə, Yardımlı rayonu, Gilar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, “Milla” şirkətində sürücü işləmiş, məhkum olunmayan, Yardımlı rayonu, Şəfəqli ərazi dairəsi, Gilar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, fərdi yaşayış evində yaşamış, hal-hazırda A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 noyabr 2022ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxslərin müdafiəçisi Müdafiəçi3, habelə məhkum edilmiş Məhkum2, eləcə də sonuncunun digər müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrıayrılıqd a verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1376/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı nəticəsində ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İttiham aktına və hökmə, əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum1 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni qohumu Məhkum2, şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Yardımlı rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3185 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 3080 qram narkotik vasitə qurudulmuş m arixuana və külli miqdarda təmiz çəkisi 3170 qram psixotrop maddə metamfetamini Məhkum2la birlikdə qanunsuz əldə etməklə birlikdə yaşadıqları Məhkum2 məxsus ünvan 3 ünvana daşımaqla orada saxlamış, əldə etmiş olduqları həmin maddələrdən üç ədəd bükümdə 2260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayırıb qablaşdıraraq öz üzərində, bir bükümdə 1090 qram çəkidə narkotik vasitə heroini isə Məhkum2 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində daşıyarkən onun Məhkum2 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2022ci il tarixdə, saat 14:15-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Məhkum2la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ev 23 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 16:15-dən etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən üç ədəd bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 540 qr, 420 qr, 1300 qr, ümumi təmiz çəkisi 2260 qram çəkidə külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana, Məhkum2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 1090 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq 19 noyabr 2022-ci il tarixdə saat 18:30-dan etibarən birlikdə yaşadıqları Məhkum2 məxsus ünvan 3 ünvana özlərinin icazəsi və razılığı ilə baxış keçirilən zaman evin zirzəmisindən iki ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 820 qram çəkidə külli miqdarda Məhkum1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1060 qr, 1035 qr, ümumi təmiz çəkisi 2095 qram çəkidə külli miqdarda Məhkum2 üzərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda tə miz çəkisi 740 qr, 1230 qr, 1200 qr, ümumi təmiz çəkisi 3170 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum2 satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni qohumu Məhkum1, şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Yardımlı rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3185 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 3080 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 3170 qram psixotrop maddə metamfetamini Məhkum1la birlikdə qanunsuz əldə etməklə birlikdə yaşadıqları özünə məxsus ünvan 3 ünvana daşımaqla orada saxlamış, əldə etmiş olduqları həmin maddələrdən bir bükümdə 1090 qram çəkidə narkotik vasitə heroini ayırıb qablaşdıraraq öz üzərində, üç ədəd bükümdə 2260 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Məhkum1 ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq öz üzərində daşıyarkən onun Məhkum1 ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və külli miqda rda psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 noyabr 2022-ci il tarixdə, saat 14:15-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, Məhkum1la birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ev 23 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 16:15-dən etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 1090 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı isə sonuncunun sağ əl ində saxladığı qara rəngli sellofan torbanın içərisindən üç ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 540 qr, 420 qr, 1300 qr, ümumi təmiz çəkisi 2260 qram çəkidə külli miqdarda eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq 19 noyabr 2022-ci il tarixdə saat 18:30-dan etibarən birlikdə yaşadıqları Məhkum2 məxsus ünvan 3 ünvana özlərinin icazəsi və razılığı ilə baxış keçirilən zaman evin zirzəmisindən iki ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə 820 qram çəkidə külli miqdarda Məhkum1 üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1060 qr, 1035 qr, ümumi təmiz çəkisi 2095 qram çəkidə külli miqdarda Məhkum2 üzərindən aşkar edilmiş heroinlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 740 qr, 1230 qr, 1200 qr, ümumi təmiz çəkisi 3170 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumlar hər biri kassasiya şikayətlərində göstərmişlər ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən yüngülləşdirici halları nəzərə almadan ağır cəza təyin etmişdir. Şikayətdə göstərilənlərə əsasən Məhkum2 və Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının yüngül cəza təyin edilməklə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkumların və kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbayca n Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar işə baxan məhkəmələr tərəfindən onlara cəza təyin edilərkən onların törətdiyi əməlin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Kon vensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumlar Məhkum2 və Məhkum1 təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkumlar Məhkum2 və Məhkum1 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin m üddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitə dir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateq oriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Mə cəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzg ün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdandan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə u yğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digə r sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum2 və Məhkum1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkumlar Məhkum2 və Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumların kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkumlar Məhkum2 və Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyul 2024-cü il tarixli hökmündən məhkumların özləri tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayətləri təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1367/2024 saylı, 17 iyul 2024-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar