Məhkəmə qərarları › İş №1(102)-2223/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2223/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2223/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarından Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 1(004)129/2023 nömrəli (sədrlik edən hakim Məmmədov Murad Akif oğlu) hökmü ilə xx.xx.1989-cu ildə Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, ünvan 1 ünvanda yerləşən “X” şirniyyat evinin müdiri işləyən, əvvəllər məhkum olunmamış, X-də qeydiyyatda olmaqla X-də kirayədə yaşayan Məhkum Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsi ilə təqsirli bilinərək ona qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qüvvədə saxlanmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə, eləcə də məhkum və onun müdafiəçisinin apellyasiya şikayətinə əlavəsinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli 1(103)-774/2023 nömrəli (hakimlər: Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı şəhəri Yasamal Ray on Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, ona CM-nin 128-ci maddəsi ilə qazancının 15 % (on beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarından Məhkum və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 12 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində müdiri olduğu “Bizim təndir” şirniyyat evinin yerləşdiyi ünvan 2 ünvanın qarşısında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib kuryer kimi işə aldığı Zərərçəkmiş şəxs üzərinə dəfələrlə gedib əl-qol atmaqla sonuncunu vurmağa cəhd edib yüksək səslə Zərərçəkmiş şəxs şərəf və ləyaqətini təhqir etməklə həmin anda küçədən keçən vətəndaşların rahatlığını pozmuş, həmin zaman Zərərçəkmiş şəxs ona yaxınlaşmamasını, əl-qol atmamasını və ondan uzaqlaşmasını bildirməsinə baxmayaraq o, əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmaqla zor tətb iq edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ yanaq nahiyəsinin hematoması” kimi xəsarət yetirib döyməklə qərəzli xuliqanlıq etmişdir. Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum və Zərərçəkmiş şəxs eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışdırlar ki, Məhkum barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, 12 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində baş vermiş hadisə zamanı ünvan 3 ünvanda Zərərçəkmiş şəxs heç bir fiziki bədən xəsarəti yetirilməmiş dir. Sadəcə olaraq Məhkum zərərçəkmiş şəxsə qarşı qanunsuz çəkiliş aparmasına öz etirazını bildirərək dəfələrlə ordan uzaqlaşmasını tələb etmişdir. Onun bu hərəkətlərini davam etdirdiyini görərək əlindəki çəkiliş apardığı mobil telefonunu əlindən almaq üçün cəhd göstərmiş, bu isə cinayət işi materiallarında həmin şəxsə fiziki zərər vurmaq halı olaraq göstərilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarında verdiyi öz ifadələrində qeyd edilən bütün halları təsdiq etmiş və etdiyi şikayətləri şəxsi münasibətlər zəminində baş verən hadisənin verdiyi əsəbi haldan ötəri etdiyini bildirmişdir. O cümlədən, bədən xəsarətləri barəsindəki məhkəmə-tibbi ekspertin verdiyi ekspertiza rəyi ilə Məhkum heç bir əlaqəsi və bağlılığı yoxdur. Həmin bədən xəsarətlərinin ona heç bir aidiyyəti yoxdur. Zərərçəkmiş şə xsin Məhkum qarşı heç bir ərizə və şikayəti yoxdur. Zərərçəkmiş şəxs etdiyi hərəkətlərə və qanunsuz şikayətlər etdiyinə görə ondan üzr istəmiş və barışıq əldə olunmuşdur. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq, Məhkum barəsində olan cinayət işinə obyektiv baxaraq, hərəkətlərində heç bir cinayət əməlinin tərkibi olmadığına görə ona bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi haqqında məhkəmə qərarının qəbul edilməsini xahiş edirlər. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdırlar ki, apellyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı və daha sonra ve rdiyi ifadələrində də təqsirləndirilən şəxs Məhkum tərəfindən "Bizim təndir” adlı obyektin qarşısında döyüldüyünü bildirmişdir. Həmin xüsusatlar həm zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin cinayət işinə əlavə edilmiş materiallarla tam təsdiqini tapmışdır. Lakin, məhkəmənin “qarşılıqlı dava-dalaşa çevrilmiş münaqişənin məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlaması” qənaətinə gəlməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs mobil telefonu vasitəsilə qeydə aldığı “whatsapp” yazışmaları və səs yazılardan müəyyən edilir ki, mübahisə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs təhqir etməsi və onun şəxsiyyətini alçaldan mesajlar göndərdikdən sonra başlamışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs işlətdiyi “B izim Təndir” obyektinə kuryer axtarmış, verilmiş elan əsasında xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs kuryer işləmək üçün Məhkum müraciət etmiş, növbəti gün isə ailəvi məsələlərinə görə işə başlaya bilməmiş, X isə onun işə gəlməməsi əsası ilə ona hədəqorxu gəlməyə başlamış, söymüş təhqiramiz mesajlar göndərmişdir. Göründüyü kimi, tərəflər əvvəllər bir-birini tanımamış, sadəcə bir neçə saatlıq Zərərçəkmiş şəxs işə düzəlmək üçün Məhkum işlətdiyi obyektdə olmuş, tərəflər arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Belə olan halda tərəflərə sadəcə bir-birinin anket məlumatlarının bəlli olması hələ onların bir-birini tanıması və aralarında olan mübahisənin şəxsi münasibətlər zəminində qiymətləndirilməsi üçün əsas ola bilməzdi. Odur ki, məhkəmə tərəflərin mübahisəsini şəxsi münasibət lər zəminində baş vermiş münaqişə kimi qiymətləndirməklə təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi tövsif etməsində haqlı olmamışdır. O cümlədən, məhkəmənin təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin barışmasını və sonuncunun heç bir iddia və şikayətinin olmamasını, eləcə də zərər çəkmiş şəxsin barışıq ərizəsini və qanun normalarının imperativ tələblərini nəzərə alaraq Məhkum cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməli olduğu halda, apellyasiya baxışının predmetini qanun normalarının tələbləri ilə əlaqəli surətdə dəyərləndirməyərək, tövsif etdiyi əmələ görə məsuliyyətdən azad edilməli olan şəxsə, onun barışıq ərizəsi təqdim etməməsi və bəraət tələb etməsi hallarını əsas gətirərək cəza təy in etməkdə tam haqsız mövqedə olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarının ləğv olunması və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş kassasiya protestin təmin edilməsini, kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş et di. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiy ası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, ci nayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri ar asında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların göstərişlərindən çıxış edərək törədilən cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasına uyğunluğunu müəyyən edərək aşağıdakı nəticəyə gəlir. Apellyasiya məhkəməsini qərarı ilə Məhkum əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin dispozisiyası – sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilməsi barədə hökm çıxarılmış, lakin sonradan işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlar ın hansına əsaslanılması qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin Yasamal rayon Şöbəsi tərəfindən alınmış xx.xx.2022-ci il tarixli 928 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ yanaq nahiyəsinin hematoması küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, d ərəcəsınə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Həmçinin, cinayət işinin materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs mobil telefonunda arxivləşdirdiyi faylda adını “kuryer X İŞ” kimi yazdığı Məhkum ***-***-**-** saylı GSM nömrəsini və həmin nömrəyə göndərdiyi özünə aid şəxsiyyət vəsiqəsini göstərir, daha sonra orada saat 10.49-da ona Məhkum tərəfindən whatsappla göndərilən səs faylını oxutdurur. Fayl açılır və orada “qaqaş sən Yasamaldan çıx da, mən sənin yerində olsam Yasamalda durmaram, ayə gəlmirsən “söyüş söyür” gəlmə eee, dünən 20 nəfər adam yığmışdı bəlkə, orada çörəyə ehtiyacı olan adamlar var idi, götürərdim bir ini gəlib işləyərədi, gəlmirdinsə bunu axşamdan niyə demirdin, sən Yasamaldan çıx, and olsun Allaha bütün polislərə pul paylayıb səni tapdırıb gətirib atdıracam ayağımın altına, bütün Yasamalda uşaqlara səs salacam, kimliyin də var məndə” kimi səs yazısının olması müşahidə edilir. Cinayət işinin materiallarında olan, Məhkum təqdim etdiyi whatsapp proqramından skrin edilmiş fotogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Məhkum iş yerinin konumunu atmasını istəyir. Məhkum da Zərərçəkmiş şəxs Musabəyov parkının yaxınlığında yerləşən iş yerinin konumunu atır. Digər fotogörüntüdən görünür ki, Məhkum xx.xx.2022-ci il tarixdə saat 07.51-dən saat 11.37-dək olan müddətdə Zərərçəkmiş şəxs “salam, hardasan, hardasannn, telefonu aç, ala telefonu accccc” kimi vatsappla mesaj göndə rir, digər göndərdiyi 3 mesaji isə sonradan silir. Zərərçəkmiş şəxs isə xx.xx.2022-ci il tarixdə Məhkum bir səsə yazısı yönləndirir və “elə bildin səs yazıları sildin, mənim subutlarım olmadı, cox sağ ol” kimi mesaj göndərir. O cümlədən, Məhkum xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə küçədə arasında baş verən hadisənin videogörüntüsü köçürələrək təqdim etdiyi CD diskə baxış zamanı orada xx.xx.2022-ci il tarixdə saat 16 radələrində küçədə çəkilmiş, eləcə də səssiz rejimdə və 37 saniyə müddətində çəkilişi olan 1 ədəd videogörüntü olan faylın olması müşahidə edilir. Görüntüyə baxış zamanı müəyyən edilir ki, görüntü səki və yolun kənarını fiksə edir. Görüntüdə saat 15:58 olduqda görünür ki, Zərərçəkmiş şəxs ağ qısaqol idman köynəyi və qara rəngli idman şalvarında ol maqla əlini yuxarı qaldıraraq mobil telefonu ilə çəkiliş aparır. Bu zaman mavi rəngli qısaqol köynək və boz rəngli şalvar geyinmiş Məhkum ona yaxınlaşaraq sol əli ilə Zərərçəkmiş şəxs sifətinin sağ yanaq hissəsinə vurur. Orada olan bir nəfər cavan oğlan araya girərərk Məhkum kənara çəkməyə çalışır. Həmin arada Zərərçəkmiş şəxs sağ ayağı ilə Məhkum sağ tərəfdən bel nahiyəsinə, daha sonra sol ayağı ilə Məhkum sol bud nahiyəsinə təpiyi ilə vurur, çəkilişə davam edir. hadisə yerində iki nəfər başqa şəxs görünür, onlar Məhkum və Zərərçəkmiş şəxs birbirindən uzaq tuturlar. Video görüntüdən edilmiş skrindən Məhkum əlinin Zərərçəkmiş şəxs əlində saxladığı mobil telefonuna deyil, əlini tam açaraq sonuncunun birbaşa sifətinə doğru uzadaraq güc tətbiq etməsi müşahidə edilir. Halbuki Zərərçəkmiş şəxs əlindəki çəkiliş etdiyi mobil telefonu sifətindən xeyli öndə, yəni sinəsindən 9-10 sm qabaqda tutmuşdur. İş materiallarından, apellyasiya məhkəməsində tədqiq olunmuş bir-birini tamamlayan, mötəbər sübutların məcmusundan görünür ki, Məhkum ilə zərər çəkmiş Zərərçəkmiş şəxs mübahisəsinə səbəb həmin şəxslərin arasında əldə edilmiş şifahi razılaşmaya baxmayaraq sonuncunun heç bir əsas olmadan, məlumat vermədən işə çıxmaması, buna görə Məhkum işində problemlərin yaranması, Məhkum zənglərinə cavab verməməsi, nəticədə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs polis əməkdaşlarının vasitəsi ilə ona problem yaradacağına və nalayıq ifadələr işlətməklə təhqir etməsinə dair zərər çəkmiş şəxsin mobil telefonuna səsli mesaj göndərməsi olmuşdur. Beləliklə, iş materiallarına olan sübutlarla müəyyən edilir k i, hadisə vaxtı Məhkum əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmaqla zor tətbiq edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib döyməklə xəsarət yetirmişdir. Məhkum ona apellyasiya instansiyası məhkəməsinin qərarı ilə istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətlərində və kassasiya protestində iddia olunanın əksinə olaraq apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə və apellyasiya şikayətinə əlavəyə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək onun təqsirinin sübuta yetirilməsi ilə bağlı nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiy mətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi və həmin əməlin Azərbaycan Respublikası CM-nin 128-ci maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətlərində məhkuma bəraət verilməli olduğu iddia olunur. Belə ki, şəxsə bəraət verilməsi ilə bağlı məs ələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətlərinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan və Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun və zərərçəkmiş şəxsin kassasiya şikayətlərində (hadisənin tamamilə başqa formada baş verməsinə dair dəlillərinə əsasla nmaqla), kassasiya instansiyası məhkəməsini iş üzrə müəyyən olunmuş faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, həmçinin kassasiya protestində birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya müraciətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların m üəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərində irəli sürülmüş tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və tərəflərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya müraciətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsi ni və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənb əyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya müraciətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əmə l olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət məsuliyyətindən və cəzadan azad edilməsi məsələlərinə, eyni zamanda bu barədə kassasiya protestinin dəlillərini müzakirə edən kassas iya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs apellyasiya məhkəmə kollegiyasına təqdim etdiyi ərizədən görünür ki, onun Məhkum qarşı heç bir şikayəti tələbi və mülki iddiası yoxdur və onunla barışmışdır. Lakin məhkum edilmiş şəxs verilmiş ittiham hökmü üzrə apelyasiya icraatı zamanı özünü təqsirli bilməmiş və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəmə kollegiyası qeyd edilən hala qiymət verərkən hesab etmişdir ki, zərər çəkmiş şəxsin Məhkum şikayətin olmaması və onunla barışması barədə müvafiq ərizəsinin olmasına baxmayaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən zərər çəkmiş şəxslə barışması ilə bağlı azad edilməsinə dair müraciəti olmadığından, əməlində cinayət tərkibi olmaması əsası ilə barəsində bəraətv erici hökm çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən halla müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət məsuliyyətindən azad etmə törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsidir. Cəzadan azad etmə isə dövləti t əmsil edən səlahiyyətli orqan tərəfindən cinayət törətməkdə təqsirli olan və məhkum edilən şəxsə cəzanın tətbiq edilməməsinə, habelə məhkumun cəzanın qalan hissəsini çəkməkdən azad edilməsinə dair qərarın verilməsidir. Lakin cinayət məsuliyyətindən azad etmədən fərqli olaraq, cəzadan azad etmə şəxs barəsində ittiham hökmü çıxarıldıqdan sonra tətbiq edilən cinayət-hüquq institutudur. Ona görə də cinayət qanununda nəzərdə tutulmuş yalnız cəzadan azad etmənin mümkün olduğu hallarda cinayət təqibinə xitam verilməsindən söhbət gedə bilməz. Bundan əlavə cinayət təqibinə xitam verilməsi üçün təqsirləndirilən (şübhəli) şəxsin (həmin şəxs öldükdə onun hüquqi varisinin və ya müdafiəçisinin) razılığı olmalıdır, çünki həmin hallardan heç biri bəraətverici əsas deyildir (CPM-nin 41.2-ci maddəsi). Cinay ət qanununda nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmə halları mövcud olduqda artıq başlanmış cinayət təqibinə xitam verilərkən təqsirləndirilən (şübhəli) şəxsin (həmin şəxs öldükdə onun hüquqi varisinin və ya müdafiəçisinin) etiraz etməsi CPM-nin 41.2-ci maddəsinə əsasən icraatın adi qaydada davam etdirilərək məhkəmənin müvafiq yekun aktının çıxarılmasınadək çatdırılmasına səbəb olduğu üçün eyni yanaşma məhkəmə baxışının gedişinə də aid edilməlidir. Həqiqiliyi şübhə doğurmayan zərər çəkmiş şəxsin Məhkum şikayətinin olmaması və onunla barışması barədə müvafiq ərizəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum təyin olunmuş qazancının 15 % (on beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərardan xaric edilməlidir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Məhkum, Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, lakin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum qazancının 15 % (on beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilməsi barədə müddəalar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2023-cü il tarixli qərarından xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar