Məhkəmə qərarları › İş №1(102)-2224/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2224/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2224/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli 1(101)-1243/2022 nömrəli (hakimlər: Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsi rli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 9 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Məhkum Vələd oğlu barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli 1(103)-1711/2022 nömrəli (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Vələd oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinərək məhkum olunmuşdur, ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2017,782 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq bir hissəsini yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində, bir hissəsini isə üzərində saxlamış, mötəbər mənbədən daxil olmuş əməliyyat məlumat əsasında Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 9 fevral 2022-ci il tarixdə, saat 21:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi döngə 1 ünvanın yaxınlığında s axlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə ümumi təmiz çəkisi 2,782 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, həmin tədbirlərin davamı olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən 1 otaqlı evinə baxış keçirilən zaman otaqdakı çarpayının üzərinə yığılmış döşəklərin arasından 1 ədəd qara rəngli sellofan torbanın içərisindəki iki ədəd şəffaf bükümlərin içərisindən ayrı-ayrılıqda təmiz çəkisi müvafiq olaraq 1.795,0 qram və 220,0 qram, ümumi təmiz çəkisi 2.015,0 qram olan külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Əvvəla, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə obyektiv hüquqi qiymət verə bilməmiş onun gəldiyi nəticə işin faktiki halları ilə uyğun gəlməmiş, həmçinin ittiham hökmündə göstərilən hallar işdə sübutlarla təsdiq edilə bilməmişdir. Telefon danışıqları barədə əldə edilmiş məlumata əsasən narkotik vasitənin satışı məqsədi ilə əldə edilməsi sübut yetirildiyi qeyd edilsə də, həmin şəxslərin əhatə dairəsi müəyyən e dilə bilməmiş və məhkəmədə dindirilməmişdirlər. Məhkəmə araşdırması zamanı həbsin bilavasitə şahidi olmuş şəxslərin şahid qismində tanınması və məhkəməyə çağırılırması barədə vəsatətlərin verilməsinə baxmayaraq təmin olunmamış, əksinə həbsi həyata keçirən hər iki polis nəfəri də məhkəmə prosesində dindirilmiş, beləliklə də müdafiə hüququ pozulmuşdur. Məhkəmələr əsassız olaraq törədilmiş cinayət əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Belə ki, işdən də göründüyü kimi, narkotik vasitəni satışı məqsədi ilə üzərində gəzdirməsinə dəlalət edən bir dənə belə olsun əsaslı sübut yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində şikayət verilən qərarı qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həm in hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və yenidən araşdırma aparılması məqsədilə apellyasiya məhkəmə baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanı lmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ol an kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu za man əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını m üəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanun u ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəy ə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkə məsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsasl anılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində törədilmiş cinayət əməlinin məhkəmələr tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu munun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmi z və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əh əmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib, daşıma və saxlama cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, məhkumun narkotik vasitəni satışı i lə məşğul olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini tamamilə əsassız hesab edir. Belə ki, cinayət işinə əlavə edilmiş 9 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 9 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı İsa Süleymanov tərəfindən, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Abil oğlunun iştirakı ilə, Məhkum üzərində video-çəkilişlə şəxsi axtarış keçiriləcəyinə dair qərarla tanış edilmiş və vəzifələri izah edildikdən sonra saat 22- 45-də şəxsi axtarış və götürmə başlanılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkot ik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Məhkum əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddə təqdim etmişdir. Sorğu zamanı Məhkum həmin maddənin narkotik vasitə olan “Kakos” olduğunu, təxminən 7 gün bundan əvvəl Balaxanı qəsəbəsi, qəbirstanlığın yaxınlığından keçən zaman naməlum şəxsin ora qoyduğunu görərək bağlamanı götürdüyünü bildirmişdir. Həmin bağlamadan bir qismini üzərində istifadə üçün saxladığını, digər qismini isə yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi ev 3-da gizlətdiyini qeyd etmişdir. Bundan başqa, cinayət işininə əlavə edilmiş 9 fevra l 2022-ci il tarixli “fərdi evə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 9 fevral 2022-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı İsa Süleymanov tərəfindən, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Abil oğlunun iştirakı ilə, Məhkum evinə baxış keçirilməsi və götürmə haqqında qərarla tanış edilmiş, həmin gün saat 23:30-da baxışın keçirilməsinə başlanılmışdır. Məhkum qeyd etdiyi narkotik vasitənin evin hansı hissəsində olması göstərməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum yaşadığı bir otaqdan ibarət evə daxil olaraq sol tərəfdə yerləşən çarpayının altını göstərmiş, sonra oradan bir ədəd qara rəngli sellofan və içərisindən iki ədəd şəffaf rəngdə sellofana bükül müş içərisində tünd qəhvəyi rəngdə maddəni təqdim etmişdir. Əlavə suallara Məhkum həmin maddələrini narkotik vasitə olan “Kakos” olduğunu, təxminən 7 gün bundan əvvəl Balaxanı qəsəbəsi, qəbirstanlığın yaxınlığından keçən zaman naməlum şəxsin ora qoyduğunu görərək həmin bağlamanı götürdüyünü və bağlamada olan maddələri evdə çarpayının altında gizlətdiyini qeyd etmişdir. Əlavə olaraq həmin maddəni öz istifadə üçün orada saxladığını bildirmişdir. O cümlədən, cinayət işinin materiallarına əlavə edilmiş 1 may 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azerfon MMC»-nin 18 aprel 2022-cİ il tarixli AZF/LGL-5443/22 nömrəli məktubuna əlavə olunaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, Məhkum istifadəsində olan ***-***-**-** saylı nömrə ilə aparılan danış ıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD diskə 1 may 2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrənin ünvan 4 ünvanında qeydiyyatda olan X5 məxsus olması göstərilmişdir. ***-***-**-** saylı nömrə ilə müxtəlif nömrələrin sahibləri arasında müxtəlif saatlarda danışıqların və SMS yazışmaların aparıldığı, «SMS» mesajların məzmunundan Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Belə ki, xx-xx-2021-ci il saat 19:08:46-də istifadəsində olan ********* mobil nörədən ********* mobil nömrəyə “Menem eziz nomre menimdi brat mende 15” məzmunlu, xx-xx-2021 20:51:57 -də ********* mobil nömrəyə “25 manatlıq kola 2” məzmunlu, xx-xx-2021-ci il 20:3 8:31-də ********* mobil nömrəyə “ Vayaq didiyen kimi

06. Pat qram kola alib temiz 0.1 qram kola vermey olar" məzmunlu, xx-xx-2022-ci il 19:24:30də isə ********* mobil nömmrəyə “BİBİ SALAM.X-Dİ MENE 1 LİTR KOLA LAZİMDİR PULUYNAN.ALİNAR MENE CAVAB DE” məzmunlu mesajlar yazılmışdır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin ed ilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar