Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2226/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bund an sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 206-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-733/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1977-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır q. Bəhruz Kəngərli küçəsində fərdi evdə yaşayır.
2. B irinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərini qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur.
3. Belə ki, Məhkum Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə tanışları şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikasında yaşayan “Fahri Sert”, Ukrayna dövlətində yaşayan “Sərdar”, Rusiya Federasiyasında yaşayan “Qasım” adlı şəxs lər və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən Məhkum Azərbaycan Respublikasından xarici ölkələrə, qrupun digər üzvləri isə olduqları xarici ölkələrdən Azərbaycan Respublikasına pul köçürmək istəyən şəxslərdən pul vəsaitlərini nağd şəkildə qəbul edib köçürülən məbləğin miqdarından və köçürüldüyü yerdən asılı olmaqla 0,5-2 faizədək xidmət haqqı tutub qalan məbləğə bərabər elektron pul vəsaiti hesab olunan kriptovalyutanı pulun köçürülməli olduğu ölkədə fəaliyyət göstərən qrupun digər üzvünün əsasən “Binance" birjasında, eləcə də digər birjalarda olan kriptovalyuta hesablarına göndərmiş, cinayətin digər üzvü elektron pulları qəbul etdikdən sonra həmin miqdarda nağd pul v əsaitini pulu qəbul edəcək şəxsə təhvil verməklə əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz köçürülməsini təşkil etmişlər, bu üsulla Məhkum 2022-cü ilin dekabr ayından 2023-cü ilin iyun ayının ortalarınadək olan müddət ərzində Şahid3 məxsus 2000 manat və həmin dövrün məzənnəsi ilə 5414,5 manat təşkil edən 3 185 ABŞ dollarını qrupun üzvü “Fahri Sert" adlı şəxsin vasitəsi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına, eləcə də Şahid2 Türkiyə Respublikasında olan 3 005 manat pulunu qrupun üzvü “Fahri Sert” adlı şəxsin, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin Rusiya Federasiyasında olan və Bakı şəhərində Şahid4 Flüseyn oğlu tərəfindən qəbul edilən həmin dövrün məzənnəsi ilə 365 500 manat təşkil edən ümumilikdə 215 000 ABŞ dolla rını qrupun üzvü “Qasım" adlı şəxsin, Şahid1 Fləmid oğlunun Ukrayna dövlətində olan həmin dövrün məzənnəsi ilə 187 000 manat təşkil edən ümumilikdə 110 000 ABŞ dollarını qrupun üzvü “Sərdar” adlı şəxsin vasitəsi ilə həmin xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsini vahid niyyətlə əhatə olunan qəsdlə həyata keçirərək, sonuncu 10000 ABŞ dolları pul vəsaitini 2023-cü ilin iyun ayının ortalarında ünvan 3 ünvanının yaxınlığında Şahid1 təqdim etməklə ümumilikdə xüsusilə külli miqdarda 562 919,5 manat pul vəsaitinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 23 yanvar 2024cü il tarixli, 1(005)-75/2024 nömrəli hökmü ilə Məhkum CM-in 206-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cinayətin predmeti olan 562.919,5 manat pul vəsaitinin məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 225.167,8 (iki yüz iyirmi beş min yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində cərimə edilməklə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir ) il 01 (bir) ay 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq ona 2 (iki) il 4 (dörd) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum cəzaçəkmə müddətinin başlanğıcının onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum üzərinə yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzd irmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması cəzasının icrasının Məhkum yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.
5. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət məhkəmə tə rkibində) 24 aprel 2024-cü il tarixli, 1(103)733/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 1(005)- 75/2024 nömrəli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məhkum həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 1 (bir) il 01 ay 04 (dörd) günün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəz asından çıxılması və üzərində qəti olaraq cinayətin predmeti olan 562.919,5 manat pul vəsaiti məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 225.167,8 (iki yüz iyirmi beş min yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində cərimə və 2 (iki) il 4 (dörd) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, CM-in 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzasının müstəqil ica edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-733/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protest inin, kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı kassasiya protestində bir sıra qanunvericilik normalarına istinadlar edərək protestini onunla əsaslandırmışdır ki, məhkəmə yekun aktını qəbul edərkən cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan, qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xüsusi ilə külli miqdarda pul vəsaitinin qanunsuz olaraq köçürülməsi kimi cinayət əməlini törətmiş Məhkum ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Odur ki, məhkəmə tərəfindən təyin edilən cəza şəxsin i slah olunması üçün yetərli hesab edilə bilməz.
9. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-733/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
10. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, müdafiəçi olaraq hesab edir ki, məhkum olunmuş şəxs Mə hkum əməli düzgün və hərtərəfli araşdırılmamış, işin hallan nəzərə alınmadan Məhkum əsasız olaraq məsuliyyətə cəlb olunmuşdur. Halbuki, işin halları nəzərə alınsaydı müəyyən olunardı ki, həqiqətən Məhkum əməlində cinayət tərkibi yoxdur.
11. Bununla da, müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-733/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə ic lasında iştirak edən Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X8 müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
18. D övlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
19. Həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hö kün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ona bəraət verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)- 733/2024 n ömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
22. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası CMin 58.3-cü maddəsində də cinayət məsuliyyətin in ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
24. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-i n 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
25. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
26. CM-in 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılması ndan ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
28. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşü lür.
29. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
30. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
31. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
32. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
33. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış azadlığın məhdudlaşdırılması cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.
34. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilməklə sanksiyasında cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
35. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum təyin edilmiş cəzaların həddi isə CM-in 206-1.3-cü maddəsi ilə müəyyən edilmiş həddə, yəni cinayətin predmeti olan 562.919,5 manat pul vəsaiti məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 225.167,8 (iki yüz iyirmi beş min yüz altmış yeddi manat səksən qəpik) manat məbləğində cərimə edilməklə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
36. Göründüyü kimi, Məhkum təqsirli bilindiyi CM-in 206-1.3-cü maddəsi ilə t əyin edilən cəzanın həddi qanuni və ədalətli olmuşdur.
37. Kollegiya qeyd edir ki, kassasiya protestində məhkuma daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız törədilmiş cinayətin ictimai təhlükəliliyi, xarakteri, tamah niyyətinin olması, xüsusilə külli miqdarda pul vəsaitinin köçürülməsi mübahisələndirilmişdir.
38. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 206-1.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in həmin maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə ci nayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür.
39. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 2061.3-cü maddəsi ilə təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsir inin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.
40. Kassasiya kollegiyası həmçinin, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tədqiq edilməməsi və Məhkum təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının ləğv edilməsi və ona bəraət verilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.
41. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, a pellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 206-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum müdafiəçisi tərəfindən hazırkı kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu şikayət apellyasiya instansiyası məhkəməsinə verilmiş, apellyasiya məhkəməsi də apellyasiya protesti və apellyasiya şi kayəti əsasında işə baxarkən Məhkum müdafiəçisinin hazırki kassasiya şikayətində qeyd edilən dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 206-1.3cü maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
43. Göstərilənləri nəzərə alaraq, m əhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası CM-in 206-1.3-cü maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
44. Təsvir olunanlar Məhkum müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.6-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.
45. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-733/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli, 1(103)-733/2024 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti, Məhkum müdafi əçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.