Məhkəmə qərarları › İş №1(102)-2227/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2227/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2227/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkum Sultanova Sevinc Təzəxan qızının iştirakları ilə, xx xxxx xxx il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki xxxx ünvanda yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(103)-420/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(101)-1818/2022 nömrəli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), İ.A.Mahmudov və M.H.Əkbərovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4cü, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 10 may 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), İ.A.İbrahimli və H.H.Əhmədovd an ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarından məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2017-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının sonunadək olan dövr ərzində Bakı şəhərində təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə fiziki şəxslərin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, eləcə də aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib ma ddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə ayrı-ayrı fiziki şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, o, 2017-ci ilin noyabr-dekabr aylarında, Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs1 iddiası əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsində nikahın pozulması ilə əlaqədar əmlak bölgüsünə dair mülki işin araşdırılmasını yəqinliklə öyrənib bildikdən sonra, Zərərçəkmiş şəxs1 xeyli miqdarda pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun pozulmuş hüququnu qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada mə hkəmə müdafiəsindən istifadə etməkdə ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan mülki işin onun xeyrinə həll olunmasını təmin edəcəyinə yalandan vəd verərək, həmin vaxt Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən X xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə yekun məhkəmə qərarının çıxarılmasına dair edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3300 manat məbləğində, həmçinin bu işin həlli üçün xahiş edəcəyini yalandan bildirdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyən X himayədarlıq müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs1 bildirib aldadaraq, həmin adla sonuncudan 2017-ci ilin noyabr ayında yaşadığı ünvan 2 ünvanında yerləşən evində 3300 manat, 2017-ci ilin dekabr ayında isə "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, X9 küçəsi 157 ünvanında yerləşən "Şuşa” filialının qarşısında 5000 manat olmaqla, ümumilikdə vahid niyyət və qəsdlə 8300 manat məbləğində pul vəsaitini ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin həmin əməlləri ilə vahid niyyətlə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3300 manat pulu vəzifəli şəxs olan Bakı şəh əri Nizami Rayon Məhkəməsinin hakimi X, 5000 manat məbləğində pulu isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, o, 2018-ci ilin yay aylarında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs1 keçmiş qayınanası X tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar Bakı şəhəri Nizami rayon Polis İdarəsində şikayət ərizəsinin araşdırıldığını yəqinliklə öyrənib bildikdən sonra, Zərərçəkmiş şəxs1 pul vəsaitlərini təkrarən tamah məqsədilə ələ keçirmək üçün yenidən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirmiş, sonuncunun pozulmuş hüququnu qorumaq və təmin etmək məqsədi ilə qanunla müə yyən edilmiş qaydada müraciətinin araşdırılması imkanından istifadə etməkdə ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan şikayət ərizəsi əsasında cinayət işinin başlanılması və X məsuliyyətə cəlb olunacağını təmin edəcəyini yalandan vəd verərək, bu qərarların qəbulu məsələsinin həlli üçün onun xeyrinə xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin vaxt Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsində işləmiş Ədalət Abbasova birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1500 manat, həmçinin Nizami rayon prokurorunun müavini vəzifəsində işləmiş X 2500 manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs1 bildirib aldadaraq, Nizami r ayon Polis İdarəsində şikayət ərizəsi əsasında cinayət işinin başlanacağı və X məsuliyyətə cəlb olunacağına inanan sonuncudan 2018-ci ilin yay aylarında yaşadığı ünvan 2 ünvanında yerləşən evində iki dəfəyə 1500 manat və 2500 manat olmaqla, ümumilikdə vahid niyyətlə 4000 manat məbləğində pul vəsaitini ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən dələduzluq etmiş, həmçinin həmin əməlləri ilə vahid niyyətlə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1500 manat pulu vəzifəli şəxs olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin rəisi X, 2500 manat məbləğində pulu isə Bakı şəhəri Nizami rayon prokurorunun müavini X təkrarən rüşvət qismində verməyə Zərə rçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, 2018-ci ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Mənzil X6 tərəfindən satışı həyata keçirilən mənzillərdən birini almaq istəyən tanışı Şahid2 təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib dövlətin normativ xarakterli hüquqi aktlarla tənzimlənən vətəndaşlara güzəştli şərtlərlə mənzillərin satışı imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə, Şahid2lə qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edilməsi məqsədilə Mənzil X6nin yüksək vəzifəli şəxsinə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2000 manat məbləğində pu l vəsaitinin rüşvət qismində veriləcəyini sövdələşərək 2018-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, "8 Noyabr” prospekti, 23 ünvanında yerləşən 2 saylı "ASAN” Xidmət Mərkəzinin qarşısında Şahid2 qeyd olunan pul vəsaitini alsa da, nəzərdə tutulan mənzilin alışı reallaşmadığından 2020-ci ilin sentyabr ayından 2021-ci ilin payız aylarınadək olan dövrdə hissə-hissə həmin pulu qaytarıb sonuncuya tam ödəməklə Mənzil X6nin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2000 manat pulu təkrarən rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, 2019-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsində işə düzəlmək istəyən tanışı Şah id1 təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib dövlətin normativ xarakterli hüquqi aktlarla tənzimlənən vətəndaşların işə qəbul olunması imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə, Şahid1 onun işə qəbul məsələsinin həlli üçün qeyd olunan komitənin vəzifəli şəxsinə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 750 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləcəyini sövdələşərək 2019-cu ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 81 ünvanında yerləşən Dövlət Statistika Komitəsinin qarşısında Şahid1 qeyd olunan pul vəsaitini alsa da, sonuncunun işə qəbu lu reallaşmadığından 2020-ci ilin noyabr ayında həmin pulu qaytarıb tam ödəməklə Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 750 manat pulu təkrarən rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, 2020-ci ilin aprel ayında Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102” xidməti-zəng mərkəzinə işə düzəlmək istəyən tanışı Zərərçəkmiş şəxs2 təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib dövlətin normativ xarakterli hüquqi aktlarla tənzimlənən vətəndaşların işə qəbul olunması imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə, Zərərçəkmiş şəxs2 onun işə qəbul məsələsinin həlli üçün nazirliyin vəzifəli şəxsinə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləcəyini sövdələşərək, 2020ci ilin aprel ayında yaşadığı ünvan 2 ünvanında yerləşən evin blokunda 500 manat, həmin ay Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 7 ünvanında 3500 manat, 2020- ci ilin yay aylarında isə, Bakı Metropoliteninin "Azadlıq prospekti” stansiyasındakı keçiddə 4000 manat olmaqla, qeyd olunan pul vəsaitini hissə-hissə Zərərçəkmiş şəxs2 alsa da, sonuncunun | işə qəbul olunması reallaşmadığından 2021 -ci ilin yanvar-aprel aylarında həmin pulu hissə-hissə qaytarıb tam ödəməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, 2020-ci ilin may ayında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs5 "Atletlər kəndi”ndə yerləşən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs5 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla güzəştli şərtlərlə dövlət tərəfindən satışa çıxarılan mənzilləri əld ə etmək imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək, qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2507 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2020-ci ilin may ayında poçt vasitəsilə 1207 manat, həmin ay Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 800 və Abşeron rayonu ərazisində "Məhəmmədli” dairəsində 500 manat olmaqla, qeyd olunan pul vəsaitini Zərərçəkmiş şəxs5 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yol u ilə Zərərçəkmiş şəxs5 məxsus 2507 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, sonuncunun mənzil almaq işi reallaşmadığından 2020-ci ilin sentyabr ayınadək həmin puldan hissə-hissə 1300 manat qaytarıb ödəmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2507 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs5 təhrik etmişdir. Bundan başqa, o, 2021-ci ilin aprel-sentyabr aylarında, Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlmək istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs2 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla işlə təmin olunmasında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan qurumda işə düzəlməsini təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2021-ci ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsi zliyi Xidmətinin inzibati binasının qarşısında 3000 manat, həmin ilin yay aylarında bank kartına köçürülmə yolu ilə 500 manat, həmin ilin avqust- sentyabr aylarında isə ünvan 10 ünvanının qarşısında 1000 manat olmaqla, qeyd olunan pul vəsaitini hissə-hissə Zərərçəkmiş şəxs2 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat pulu Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsinə təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, 2022-ci ilin yanvar ayında Bakı şəhəri ndə tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Mənzil X6 tərəfindən satışı həyata keçirilən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs3 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla güzəştli şərtlərlə dövlət tərəfindən satışa çıxarılan mənzilləri əldə etmək imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək, qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üç ün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon filialının qarşısında, "Atatürk” parkının içərisində Zərərçəkmiş şəxs3 qeyd olunan pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar Mənzil X6nin vəzifəli şəxsinə onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs3 təhrik etmişdir. Bundan əlavə o, 2022-ci ilin mart ayında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Mənzil X6 tərəfindən satışı həyata keçirilən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs4 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla güzəştli şərtlərlə dövlət tərəfindən satışa çıxarılan mənzilləri əldə etmək imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü b arəsində yaratdığı inam və etibardan sui- istifadə edərək qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2022-ci ilin mart ayında ünvan 13 ünvanında yerləşən "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon filialının qarşısında Zərərçəkmiş şəxs4 qeyd olunan pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar Mə nzil X6nin vəzifəli şəxsinə onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin məzmunundan müəyyən olunur ki, məhkum zərərçəkmiş şəxslərin məhkəmədə verdiyi ifadələrə istinad edərək onları rüşvət verməyə təhrik etmədiyini, həmin əməlləri törətmədiyini, həmçinin məhkəmələr tərəfindən cəza təyini zamanı onun himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmadığını iddia edir. Məhkum kassasiya şikayətin də (kassasiya şikayətinin məzmunundan çıxış edərək) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının dəyişdirlməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsini, CM-in 178.2.2,178.2.4-cü və 310cu maddələri ilə minimum həddə, həmçinin cinayətlərin məcmusu üzrə aşağı həddə cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 -ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində (kassasiya şikayətinin məzmunund an) məhkəmələr tərəfindən işin halları müəyyən edilərkən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi halda həmin maddə təqsirli bilinərək məhkum olunduğunu, habelə əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya kassasiya şikayətlərini Azərbaycan Re spublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin ( CPM, maddə 146.1). Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (CM-in 310) və dələduzluq (CM-in 178.2.2, 178.2.4) əməllərini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına alm aq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkəmələrin Məhkum ittiham olunduğu CM-ni 32.4, 312.2-ci maddəsi ilə bağlı gəlmiş olduqları qənaətə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlər etməyə görə və ya təkrar maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. CM-in 312.2-ci maddəsində vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. İbtidai istintaq orqanı və məhkəmələr belə nəticəyə gəlmişlər ki, Məhkum zərərçəkmiş şəxslərə sonuncuların müxtəlif səpkidə olan xahişlərinin həll edilməsi üçün vəzifəli şəxsə rüşvət qismində pul verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə dələduzl uq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təhrik etmiş, bununla da Məhkum CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmişdir. İbtidai istintaq orqanının Məhkum ittiham elan etdiyi CM-in 32.4, 312.2-ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersi ya və qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Məhkum irəli sürülmüş ittihamdan isə aydın görünür ki, o, zərərçəkmiş şəxsləri aldadaraq, onların hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş məsələlərinin həll etməkdən ötrü vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul alıb ələ keçirmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktları qəbul edildiyi dövrdə Məhkum əməlləri mövcud olmuş məhkəmə təcrübəsinə uyğun olaraq məhkəmələr tərəfindən CM-nin 32.4, 312-ci maddəsi ilə tövsif edilsə də, daha sonra qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarları yeni məhkəmə təcrübəsinin formalaşmasına əsas yaratmışdır ki, məhkəmə kollegiyası həmin Qəra lardan çıxış edərək Məhkum hərəkətlərində CM-nin 32.4, 312-ci maddəsinin dispozisiyası ilə uzlaşan tərkib əlamətlərinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olub olmamasına, qeyd olunan hərəkətlərin “rüşvət verməyə təhrik” və ya “dələduzluğun üsulu” kimi çıxış etməsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin mür aciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemə tlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023-cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işl ərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəç ilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarınd a və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Öyrənilmiş cinayət işinin materiallarından göründüyü kimi, Məhkum təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə fiziki şəxslərin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətsə də, eləcə də dələduzluq yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirsə də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluğun üsulu kimi istifadə etmişdir ki, bu da öz növbəsində onun CM-nin 32.4,312.2-ci maddəsi təqsirli bilinib cəzalandırılmasını istisna edir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmündən Məhkum CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar xaric edilməlidir. Məhkum təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzanın mübahisələndirilməsinə o cümlədən cəzasının yüngülləşd irilməsi üçün əlavə halların olmasına baxmayaraq məhkəmələr tərəfindən həmin halların nəzərə alınmaması ilə bağlı məhkum kassasiya şikayətində istinad etmiş olduğu dəlilərə gəldikdə, kollegiya qeyd edir ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən CMnin 32.4,312.1-ci maddəsinin xaric edilməsi hər halda ona təyin edilmiş yekun cəzanın yüngülləşdirlməsi üçün əsas yaratsa da, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum CM-nin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təyin edilmiş cəzaların həddi və növü ilə bağlı məhkumun kassasiya şikayətinin dəlilləri ilə razılaşmamaq üçün əsas görmür. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən, həm də onu nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu m addələri ilə cəza təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yoxlanılarkən məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi bütün hallar, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hallar kimi bir azyaşlı uşağının olması (məhkumun kassasiya şikayətində məhkəmələr tərəfindən yünüglləşdirici hal kimi nəzərə alınmaması barədə iddiasını təkzib edir), özünün qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alınmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın məqsə dlərinə (maddə 41), cəzanın təyin edilməsinin ümumi əsaslarına (maddə 58), cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara (maddələr 59, 61) dair müddəalarına əməl olunmuş, cinayət qanununun ədalət prinsipi (maddə 8) pozulmamışdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısının (CMnin 32.4,312.1-ci maddəsinin xaric edilməsi) çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qərarında dəyişiklik edilərək, onun CM-nin 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair müddəalar həmin qərardan və onunl a bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il hökmündən xaric edilməli və hökmlə CM-nin 178.2.2, 178.2.4-cü və 310-cu maddələri ilə təyin edilmiş cəzalar CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla Məhkum qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum 178.2.2-ci, 178.2.4-cü, 310-cu və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(103)-420/2023 qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 1(103)-420/ 2023 qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 1(101)-1818/2022 nömrəli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən s

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar