Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2227/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Məmmədov Akif Ramiz oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Akif Ramiz oğlu tər əfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXX il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Qəbələ filialının nəzarətçi mütəxəssis vəzifəsində işləmiş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 dekabr 2021-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 179.3.2 və 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 fevral 2022-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi or qanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə vahid niyyətlə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-3/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CMnin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 fevral 2023-cü il tarixdən hesablanması, iş üzrə verilmiş mülki iddia tam təmin edilərək 26.174,55 (iyirmi altı min yüz yetmiş dörd manat əlli beş qəpik) manat maddi ziyanın mülki cavabdeh Məhkum tutularaq "xxxx" ASC-nə ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məmmədov Akif Ramiz oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-3/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçisi Məmmədov Akif Ramiz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kas sasiya şikayətində qeyd olunmuşdur ki, Məhkum gəncdir, ali təhsillidir. Himayəsində iki azyaşlı uşağı var. Əvvəllər məhkum olunmamışdır. Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. O, vurulmuş maddi ziyanı tamamilə ödəmiş, hazırda zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi yoxdur. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzasının 01 il 03 ayını həqiqətən çəkmişdir. Buna görə də məhkumun cəzasının şərti olaraq tətbiq edilməsini ədalətli hesab edir. Məhkumun cəzasını yüngülləşdirən halları nəzərdən keçirib belə bir nəticəyə gəlmək olar ki, onun cəza çəkmədən də islah oluna biləcəyi mümkündür. Onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həm in Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələrinə əsasən təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti təyin olunmaqla şərti tətbiq edilməsini xahiş etmişdir.
11. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Bəgülov Rasim Ayaz oğlu “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Məhkum "xxxx" ASC- nin mülki iddiası üzrə tələb olunan məbləğin tam şəkildə banka ödədiyini, kassasiya şikayətinin təmin edilməsinə etiraz etmədiklərin i bildirmişdir.
12. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən mad di və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azın dan həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi Məmmədov Akif Ramiz oğlu kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfind ən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüng ülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Məhkəmə kollegiyası təsvir edilənlərə əsaslanmaqla məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.
24. Belə qənaətət gələn məhkəmə kolleg iyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qüvvədə olan cinayət qanununun cəza anlayışına bir sıra yeni elementləri daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusi vurğulanmışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsin in hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi ilə yanaşı islah məqsədləri də daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
26. İstinad edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum törətdiyi cinayət əməlinin nəticəsi olaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin mülki iddia tələbi üzrə ödəməli olduğu 26174.55 (iyirmi altı min yüz yetmiş dörd manat əlli beş qəpik) manat maddi ziyanı tam olaraq ödəmişdir.
27. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, Məhkum tərəfindən "xxxx" ASC-nin mülki iddiası üzrə təl əb olunan məbləğin tam şəkildə banka ödənildiyini, kassasiya şikayətinin təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Yaranmış yeni bu hal cinayət prosesinin tərəfləri arasında barışıq əldə edildiyini təsdiqləyir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət işində mövcud olan yuxarıda qeyd edilən yeni hal, yəni məhkumun zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanın tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi, cinayət işinin digər halları və Məhkum şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri ilə birlikdə götürülməklə onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təyin olunmuş cəzanın eyni Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə əsas verir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, ş ərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Eyni Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
30. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
31. Cinayət işinin yuxarıda təsviri verilən hallarının məcmusunu, eləcə də Məhkum ilk dəfə məhkum olunmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını, əməllər ilə zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tam ödəməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzə rə alaraq, həmçinin daha əvvəl istinad edilən və cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, ona Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə də mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Məmmədov Akif Ramiz oğlunun kassasiya şikayəti təmin edilməli, məhkum barəsində olan Şəki Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsaslanmaqla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmmədov Akif Ramiz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-3/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri üzrə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Məhkum azad edilsin. Məhkum üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun, bu vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun daimi yaşayış qeydiyyatında olduğu ərazi üzrə icra və probasiya şöbəsinə həvalə edi lsin. Sınaq müddətinin əvvəli qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə eyni Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına aid vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-165/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.