Məhkəmə qərarları › İş №1(102)-2228/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2228/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2228/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Abdıyev Telman Xanlar oğlunun iştirakları ilə xx xxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xxxxxx ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 1(103)-2072/2022 nömrəli qərarından Məhkum və məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (s ədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) Məhkum və Məhkum, hər birisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalarının əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmış, həmçinin CM-in 93-1-ci maddəsinə əsasən, onlara narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayət Məhkəməsinin 29 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il müddətə endirilməklə, 05 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarından Məhkum və məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Məhkum tanışı Məhkum cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən naməlum tarixdə Bakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsinin Xanlar küçəsində yerləşən kanalın yaxınlığında olan ağacın altından qanunsuz olaraq satış məqsədilə 04 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 6,005 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib 03 ədəd bükümlərdə olan hissəsini üzərində saxlamaqla daşımış və 01 mart 2022-ci ildə saat 14:55 dəqiqədə Bakı şəhəri Xəzər rayon polis idarəsinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsində saxlanılaraq, həmin polis idarəsinə gətirilmiş və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri-1,138 qarm, 0,976 qram və 1,258 qram olmaqla, ümumilikdə təmiz çəkisi 3,372 qram təşkil edən külli miqdarda, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmçinin Məhkum tanışı Məhkumlə cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən naməlum tarixdə Bakı şəhəri Xəzər rayonunun Türkan qəsəbəsinin Xanlar küçəsində yerləşən kanalın ya xınlığında olan ağacın altından qanunsuz olaraq satış məqsədilə 04 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 6,005 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini əldə edib 01 ədəd bükümdə olan hissəsini üzərində saxlamaqla daşımış, 01 mart 2022-ci ildə saat 14:55 dəqiqədə, Bakı şəhəri Xəzər rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsində saxlanılaraq, polis idarəsinə gətirilmiş və orada videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə və təmiz çəkisi 2,633 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum T müdafiəçisi Müdafiəçi 5 kassasiya şikayətinin məzmunundan görünür ki, sonuncu bir tərəfdən Məhkum məhkəmə iclasında vermiş olduğu ifadələrinə istinad edərək sonuncunun heç bir cinayət törətmədiyinə, digər tərəfdən isə məhkumun ondan aşkar edilmiş narkotik vasitələrin məhz şəxsi istifadə məqsədi ilə əldə etdiyi qeyd edərək, hüquqların müdafiə etdiyi şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif olunmadığını bununla da, məhkəmələrin cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilmədiyini, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulduğunu göstərmişdir. Məhkumun müdafiəçisi Məhkum əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 21 dekabr 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif etməklə, CM-in 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında ona təyin edilmiş cəzanı 1 il müddətə azaltmasına baxmayaraq ümumilikdə məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə onun əməli əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma kimi Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, müvafiq olaraq da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Mə hkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarını dəyişdirərək, onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif etməklə, CM-in 234.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və məhkum müdafiəçisi Müdafiəçi5 ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində məhkumların əməl lərinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, nəticədə onların əməllərinə uyğun olmayan cəzaya məruz qaldıqlarını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi Məhkum və Məhkum əməllərinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və onlara CM-in 234.1-ci maddəsi ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər. Odur ki, kollegiya məhkumun Məhkum müdafiəçisinin və Məhkum kassasiya şikayətlərini Azərbaycan Respublika sı CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edi lən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkum və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə “məhkumların özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri, şəxsi axtarış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi” əsas olmuş dur. Lakin Məhkum və Məhkum ibtidai araşdırma dövründə vermiş olduqları ifadələrinə diqqət etdikdə sonuncular istifadə etmək üçün narkotik maddə almaq istədiklərini, bu məqsədlə Məhkum sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran vətəndaşı kimi tanıdığı, lakin adını bilmədiyi şəxsdən zəng edərək özü üçün 03 büküm və Ceyhun üçün 01 bükümdə heroin istədiyini, zəng etdikləri şəxsin heroinləri Xəzər rayonu Türkan qəsəbəsi Xanlar küçəsi "Kanal” adlanan ərazidə ağacın altından götürə biləcəyini deməsini, sonra həmin yerə gedib oradan 4 bükümdə heroin götürdüklərini, onların narkotik vasitələri götürdükdən sonra birlikdə Türkan qəsəbəsi Gənclər küçəsi ilə yolla gedərkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişlər. Göründüyü kimi məhkum edilmiş şəxslər vermiş olduqları ifadələrin də əldə etdikləri narkotik vasitələri satış niyyəti ilə deyil məhz şəxsi istifadələri üçün əldə etdiklərini bildikdikləri halda apellyasiya məhkəməsi qeyd olunan ifadələri etirafedici ifadələr, həmçinin Məhkum və Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən əsas sübut kimi qiymətləndirmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmədə məhkum edilmiş şəxslərin ifadələri ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarlarla müqayisə təhlili aparılmadığından aydın deyil, gercəkdən də Məhkum və Məhkum narkotik vasitələri şəxsi istifadə və satış məqsədi ilə əldə etmişlər. Digər tərəfdən məhkəmələr tərəfindən qəbul edilmiş məhkəmə aktlarına diqqət etdikdə müəyyən olunur ki, Məhkum və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmələri üçün əsas - həlledici şəkildə narkotik vasitə olan heroinin (6,005 qram) miqdarı və narkotik vasitələrin ayrı-ayrı bükümlərə (4 bükümdə) ayrılması olmuşdur. Məhkəmələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanuna və "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu və 11-ci bəndlərinə istinad edərək Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmələri, saxlamaları və daşımaları barədə nəticəyə gəlmişlər. Ali Məhkəmənin Plenum qərarının məhkəmələrin istinad etdikləri müddəasında (9-cu bəndində) məhkəmələrə izah olunur ki, narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün nar kotiklərdən və psixotrop maddələrdən istifadə edib-etməməsinin, həmçinin onda narkotik vasitələrin hazırlanması üçün avadanlığın olub-olmamasının araşdırılması üzrə sübutlar başa düşülür. Məhkumların vermiş olduqları ifadələrindən görünür ki, sonuncular narkotik vasitə olan heroini Nurlanın tanığı İranlıya 4 bükümdə sifariş etmişlər (3 bükümü Məhkum, 1 büküm isə Məhkum), qeyd olunan narkotik vasitəni bükümlərdə (narkotik vasitənin məhkumlar tərəfindən bükümlərə ayrılması ilə bağlı nə ibtidai istintaq orqanı nədə ki, məhkəmələr heç bir sübuta istinad etməmişlər) əldə etdikdən qısa müddət sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmçinin hər iki məhkuma münasibətdə ayrı-ayrılıqda həyata keçirilmiş 01 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda n müəyyən olunur ki, Məhkum və Təqsirləndirilən şəxs üzərilərində narkotik vasitələrin hazırlanması və ya ölçülməsi üçün avadanlıq aşkar edilməmişdir. Digər tərəfdən məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli 2250 nömrəli və 12 may 2022-ci il tarixli 2409 nömrəli rəylərindən görünür ki, Məhkum və Məhkum Opioidlərin qəbulu nəticəsində asıllıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları var, ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Eyni zamanda ibtidai araşdırma orqanı tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana (Xəzər RPİ-nin X2 və Xəzər RPİ-nin 1-ci PŞ-nə) Məhkum və Məhkum narkotik vasitələrin satışı ilə bağlı onların əlbir olduğu şəxslərin, habelə onların cinayət əməllər inə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair əməliyyat tapşırığı verilməsinə baxmayaraq, həmin tapşırığa cavab belə verilməmişdir. Göründüyü kimi narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, bunu həyata keçirən qrup və güdülən məqsədlə bağlı hərtərəfli, tam və obyektiv araşdırılmanın aparlmadığı bir vəziyyətdə, həmçinin Məhkum və Məhkum sözügedən xüsusatlar barədə vermiş olduqları ifadələri təkzib olunmadığı şəraitdə, cinayət təqibi orqanı və onun ardınca məhkəmələr nəyə əsasən Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması haqqında nəticəyə gəliblər – bu kassasiya şikayəti müəlliflərinə aydın olmadığı kimi, məhkə mə kollegiyasına da aydın deyil. Təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləş dirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı ha llarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə e dilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü, o cümlədən Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayə t-Prosessual Məcəllənin 143146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara (CPM-in 143-146-cı maddələrinə) əməl olunmadan əldə edilmiş – Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmələri, saxlamaları və daşımaları dair nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbd ən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətlərinə onların məzmununa və irəli sürülmüş apellyasiya tələblərinin xarakterinə adekvat olan prosedura uyğun təkrarən baxılmalıdır. Odur ki, məhkum müdafiəçisi Müdafiəçi5 və Məhkum kassasiya şikayətləri ilə əlaqədar müəyyən edilən hallar məhkəmə qərarının kassasiya qaydasında məhkumlara münasibətdə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntular kimi çıxış edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkum müdafiəçisi Müdafiəçi5, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslar a görə hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2022-ci il tarixli 1(103)-2072/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum və məhkum müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum və Məhkum barələrində olan 21 dekabr 2022-ci il tarixli 1(103)-2072/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar