Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2228/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Ağayeva Fəridə Zahid qızının iştirakı ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1382/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1959-cu il tarixdə İmişli rayonu Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 aprel 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 11 may 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhku m cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum "xxxx" Mənzil Tikinti Kooperativinin fəaliyyətinə rəhbərlik edərkən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2004-cü il tarixli 305 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əsgərov, Şahid7, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində kommersiya məqsədləri üçün, 2014-cü ilin 3-cü rübündə təməli qoyulmuş, yaşayış sahəsi 15714,5 kvadrat metr, qeyri-yaşayış sahəsi 671,8 kvadrat metr olmaqla, ümumi sahəsi 16386,3 kvadrat metr olan 1 ədəd, 16 mərtəbəli yaşayış binasına görə, cəmi 1655497,80 manat bina tikintisi fəaliyyə ti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisini hesablayaraq və hesablanmış vergini bərabər hissələrlə 10 (on) rüb ərzində, hər rübdə 165549,78 manat olmaqla, sonrakı rübün 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməli olduğu halda, qeydiyyatda olduğu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə bəyannamə təqdim etməsinə baxmayaraq, 2016-cı ilin 1-ci rübü üzrə hesablanmış və 20 iyul 2017-ci il tarixədək ödənilməli olan 20314,04 manat, xx.xx.2017-ci il tarixədək ödənilməli olan 165549,78 manat, xx.xx.2018-ci il tarixədək ödənilməli olan 165549,78 manat, 20 aprel 2018-ci il tarixədək ödənilməli olan 165549,78 manat, xx.xx.2018-ci il tarixədək ödənilməli olan 165549,78 manat olmaqla, cəmi 682513,16 manat məbləğində bina tikintisi fəaliyyəti ilə məşğul ola n şəxslərin sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, o kooperativdə 2017-ci ilin iyun ayı üzrə işçilərin orta sayı 18 nəfər və onlara ödənilmiş 3630,0 manat əmək haqqından 74,20 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (MÖMV) ödəməli olduğu halda, bəyannamə təqdim etməsinə baxmayaraq, 74,20 manat, 2017-ci ilin 4-cü rübü üzrə işçilərin orta sayı 12 nəfər, onlara ödənilmiş 9315,90 manat əmək haqqından 178,85 manat MÖMV ödəməli olduğu halda, bəyannamə təqdim etməsinə baxmayaraq, 178,85 manat, 2018-ci ilin 1-ci rübü üzrə işçilərin orta sayı 15 nəfər, onlara ödənilmiş 3865,80 manat əmək haqqından 112,8 manat MÖMV ödəməli olduğu halda, bəyannamə təqdim etməsinə baxmayaraq, 112,8 manat, 2-ci rübü üzrə işçilərin orta sayı 15 nəfər, onlara ödə nilmiş 6000,0 manat əmək haqqından 261,6 manat MÖMV ödəməli olduğu halda, bəyannamə təqdim etməsinə baxmayaraq, 261,6 manat, 3-cü rübü üzrə işçilərin orta sayı 27 nəfər, onlara ödənilmiş 6781,1 manat əmək haqqından 293,0 manat MÖMV ödəməli olduğu halda, bəyannamə təqdim etməsinə baxmayaraq, 293,0 manat, 4-cü rübü üzrə işçilərin orta sayı 30 nəfər, onlara ödənilmiş 7350,0 manat əmək haqqından 522,9 manat MÖMV ödəməli olduğu halda, bəyannamə təqdim etməsinə baxmayaraq, 522,9 manat olmaqla, cəmi 1443,35 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-15/2024 nömrəli, 07 may 2024cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsində nəzərdə tutulan cinayə t əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə tikinti, təmir və quraşdırma sahəsində rəhbər, maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 may 2024cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri, mülki iddia və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən Məhkum barəsində aparılan cinayət təqibinə xitam verilməsi, barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və onun dərha l azadlığa buraxılması, eləcə də mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs barəsində fakt üzrə 24 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış və həmin iş üzrə ibtidai araşdırma aparılmışdır. 28 mart 2023-cü il tarixdə isə cinayət işi Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsindən həmin Məcəllənin 213.3-cü maddəsinə tövsif edilmişdir. Məhkəmə istintaqının aparıldığı müddətdə təqdim edilmiş 09 aprel 2024-cü il tarixli, 9/8336 saylı məhkəmə-mühasibat ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, ümumilikdə 710687,51 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayılması faktı üzrə cinayət təqibinin aparılması müddəti artıq bitmiş hesab olunmalıdır. 09 aprel 2024-cü il tarixli 9/8336 saylı ekspertiza rəyinin tədqiqi hissəsində göstərildiyi məlumatlardan da aydın olur ki, vergitutma əməliyyatlarının aparılmasından 3 ildən artıq müddət keçmişdir. Bu səbəbdən də hesab edir ki, hazırkı iş üzrə cinayət təqibinə xitam verilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində cinayətə cəlb etmə müddətləri göstərilmişdir. İttiham az ağır cinayət hesab edilən əməl üzrə irəli sürülmüşdür və Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1382/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nə rimanov Rayon Məhkəməsinin 1(005)-15/2024 nömrəli, 07 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinə dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1382/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən müəyyən edilmiş müddət ötürüldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 39.1.3, 39.1.11, 39.2 və 39.3-cü maddələrinə əsasən Məhkum barəsində aparılan cinayət təqibinə xitam verilməsi, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal azadlığa buraxılması, iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
11. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə k assasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi kassasiya şikayətində Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq sonuncu barəsində ittiham hökmünün çıxarıldığını iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyas ı kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1382/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində təsviri verilən, birinci instansiya məhkəməsinin hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma təmin edilməklə bu dəlillərə bütövlükdə ətraflı cavablandırma verilmişdir.
21. Kassasiya şikayətinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
22. Hazırki kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmad an apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
25. Nəticədə, birinci instansiya məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1382/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublik ası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1382/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.