Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2228/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Büros unun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 120.2.1, 120.2.4 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2025-ci il tarixli, 1(106)460/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Barəsində tibbi x arakterli məcburi tədbirlər tətbiq edilən şəxs Təqsirləndirilən şəxs xx xxxx 1994-cü ildə Masallı rayonu, Qasımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qasımlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı Respublika Psixiatriya Xəstəxanası X24 müalicə alır.
2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs həmkəndlisi X4 2014-cü ildə Rusiya Federasiyasında aralarında baş vermiş mübahisə zamanı əmisi Şahid12 xəsarət yetirməsi, eyni zamanda sonuncunun keçmiş həyat yoldaşı Şahid4 ilə qeyri-rəsmi sevgi münasibətində olmasını eşidərək qısqançlıq zəminində onu qəsdən öldürərək qisas almaq qərarına gəlib, bu məqsədini həyata keçirmək üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq, yəni anlaqsız vəziyyətdə 2024-cü ilin may ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda qohumu Zərərçəkmiş şəxs özünə məxsus olan Masallı rayon Qasımlı kəndində evində saxladığı «Vinçester» tipli, 12 kalibrli, «Mavoric MRC 112» modelli, «20AZ-0050» nömrəli pompalı, təklüləli tüfəngi-yivsiz odlu ov silahını və 8 ədəd zavod üsulu ilə hazırlanmış 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronları ələ keçirib talayaraq Qasımlı kəndində yaşadığı evdə gizlətmiş, Semur Alışanovun hərəkətləri və onu qətlə yetirmək niyyəti barədə həmkəndlisi və dostu X8 bildirməklə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar plana əsasən XanŞahid11 20 may 2024-cü il tarixdə saat 18 radələrində çay içmək adı ilə Semur Alışanovu aldadaraq yaşadığı Masallı rayon Qasımlı kəndində olan evdən çıxarıb qabaqcadan idarəetməsi üçün XanŞahid11 verdiyi «Nissan Note» markalı «**-KE-***» dövlət qeydiyyat nişanlı avtomaşınla Masallı rayonu Göyəçöl kəndi ərazisində yerləşən «Samovar» adlı yeməkxanaya aparıb birlikdə çay içib söhbət edərkən qrup üzvü XanŞahid11 istifadəsində olan mobil telefon vasitəsilə bu barədə ona məlumat vermiş, o, həmin gün saat 19:30 radələrində qanunsuz olaraq əldə etdiyi həmin 12 kalibrli, «Mavoric MRC 112» modelli, «20AZ-0050» nömrəli pompalı, təklüləli tüfəngi-yivsiz odlu ov silahını atəşə hazır vəziyyətə gətirib qeyd edilən ünvana gedərək öldürmək niyyəti ilə silahı Semur Alışanova tərəf tutub açılacaq atəş nəticəsində başqa şəxslərin həyatı üçün təhlükə yarada biləcəyinə əhəmiyyət verməyib yaxın məsafədən qəsdən bir dəfə atəş açaraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz etməklə sol ağciyəri, ürək kisəsini, ürəyi, qalxan aortanı, sağ İV və sol V qabırğanı zədələyib dəlib keçən odlu silah yaralanması ilə müşaiyət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid (ölümünə səbəb) bədən xəsarəti yetirmiş, bununla kifayətlənməyərək üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 105 mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı çıxardıb öz cinayətkar niyyətini davam etdirib müstəsna dərəcədə qəddarlıq göstərərək, xüsusi amansızlıq nümayiş etdirməklə aşkar surətdə xüsusi əzab verdiyini dərk edib, bunu arzulayaraq niyyətini başa çatdırmaq və şiddətli ağrılar vermək məqsədilə atəşin təsirindən yerə yıxılmış vəziyyətdə olan Semur Alışanovun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq döş qəfəsinin sağ və sol yarısını arxa hissəsini sağ və sol döş boşluğuna nüfuz etməklə sağ və sol ağciyəri zədələyən dörd ədəd, başın ənsə nahiyəsinin, boynun sol yan hissəsinin, döş qəfəsinin sağ və sol arxa hissəsinin döş boşluğuna nüfuz etməyən on bir ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır və sol əlin və sol ayağın qançırı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək odlu silahı və döyüş sursatını talayıb istifadə etməklə, qabaqcadan əlbir olub bir qrup şəxs halında xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla Semur Alışanovu qəsdən öldürmüş, yəni qəsdən həyatdan mərhum etmişdir.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət məhkəmə tərkibində) 13 fevral 2025-ci il tarixli, 1(099)-152/2025 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edil məsi, Masallı Rayon Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli, 4(050)-98/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə barəsində tətbiq edilmiş xüsusi tibb müəssisəsinə yerləşdirmə növündə təhlükəsizlik tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, qərarın icrasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılması qərara alınmış, qərarla həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X29 (sədrlik edən), X12 və X7 ibarət məhkəmə tərkibində) 26 may 2025-ci il tarixli, 1(106) -460/2025 nömrəli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 1(099)-152/2025 nömrəli qərarının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2025-ci il tarixli, 1(106)-460/2025 nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində apellyasiya müraciətinin dəlilləri təkrarlanmaqla, aşağı instansiya məhkəmələri tərəf indən gəlinmiş nəticələrə, sübutlara – ekspertiza rəylərinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, ekspert rəylərində mövcud olan ziddiyyətli məqamlar məhkəmələr tərəfindən aydınlaşdırılmamış, şəxsin əməlinə və psixoloji vəziyyətinə, xüsusi ilə də cinayətə hazırlıq hərəkətlərini necə planlamasına diqqət yetirilərək hüquqi qiymət verilməmişdir. Qeyd etdiklərinə əsasən məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2025-ci il tarixli, 1(106)-460/2025 nömrəli qərarının ləğv edilməsini, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraata dair materiallara yenidən baxılması üçün işin yeni apellyasiya instansiyası baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi (vəkil) Nümayəndə hər biri ayrı-ayrılıqda çıxış edərək, tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək, ona uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından müraciətlərinin təmin edilməsini xahiş etdilər.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən d övlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasi ya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
16. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) Nümayəndə kassasiya şikayətində işin tam, hərtərəfli və obyektiv baxılmadığını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndə si (vəkil) Nümayəndə kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2025-ci il tarixli, 1(106)460/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesi gedişində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtid arında olub-olmaması yalnız psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər.
19. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində bir neçə məhkəmə-psixiatrik ekspertizaları təyin edilərək ekspert rəyləri alınmış və məhkəmə iclasında tədqiq edilmişdir.
20. İş materiallarında olan «Salyan Rayonlararası Psixiatriya Xəstəxanası»nın 29 may 2024-cü il tarixli, 144 saylı arayışından görünür ki, xx xxxx 1994-cü il təvəllüdlü X19 (Təqsirləndirilən şəxs) SHXÇDX-nin Masallı rayon şöbəsinin 26 dekabr 2016-cı iltarixli 811 №-li göndərişinə əsasən psixiatrik tibbi müayinədən keçməsi üçün həmin xəstəxanada 12 yanvar 2017-ci il tarixdən 14 yanvar 2017-ci il tarixədək müddət ərzində stasionar müayinədə olmuşdur. Aparılan psixiatrik müayin ələrə əsasən ona, F60.3 «Emosional davamsız tip şəxsiyyət pozuntusu» diaqnozu təyin edilmişdir.
21. İş materiallarında olan «kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 24 iyun 2024-cü il tarixli, 1813 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyətinin uzun müddət və əsaslı müayinə olunması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs barəsində istintaqın qərarda qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxstşt psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertizası şöbəsinə göndərilməsi zəruridir.
22. İş materiallarında olan «kompleks stasionar məhkəmə- psixiatrik və psixoloji ekspertizası»nın 10 avqust 2024-cü il tarixli, 141 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman «İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu»ndan əziyyət çəkmiş və qeyd olunan psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən psixi pozuntunu xarakterizə edən əlamətlər rəyin motivləşdirici hissəsində təsvir edilmisdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman əziyyət çəkdiyi impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyətində olduğundan o həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqti darında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əmələ münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti halhazırda da davam etdiyindən hal-hazırkı psixi vəziyyətinə görə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməl ini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımı səviyyədə yerinə yetirmək, digərməhkəmə-istintaq hərəkətləri ndə iştirak etmək qabiliyyətinə malik deyildir. Hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan diqqətində dayanıqsızlıq, tənqidi-analizetmə qabiliyyətinin sinir-gərginliyi fonunda zəifləməsi, ola biləcək nəticələri proqnazlaşdırmadan davranmaq, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, mübahisəyə və konfliktə meyillilik, emosional dayanıqsızlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, impulsivlik, psixiaktivliyin yüksəlməsi, mənfi emosiyalarının davranışında reallaşması və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən emosional halından asılı olaraq öz hərəkə tlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən psixi-emosional sferasında impulsivlik, qəzəb, aqressiya və s. kimi hallar yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən fizioloji affekt halında olmamışdır.
23. İş materiallarında olan «təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 04 oktyabr 2024-cü il tarixli, 166 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» psixi pa tologiyalasından əziyyət çəkmiş və həmin psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Şəxsiyyətin emosional davamsız pozuntusu nəticələri nəzərə almadan müəyyən impulsiv hərəkətlərə meylliliklə səciyyələnən şəxsiyyət pozuntusudur. Təqsirləndirilən şəxs həmin pozuntu əsasən emosional kontrolun çatışmazlığı, əhvali-ruhiyyənin qeyri-stabilliyi, ətrafdakılarla tez-tez konfliktlərinin olması kimi əlamətlərlə ifadə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən həmin psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirl əndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olduğundan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» müəyyən edilir. Təqsirləndirilən şəxs düçar olduğu həmin psixi patologiya hazırda da dekompensasiya vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxl anılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu hazırda da dekompensasiya vəziyyətində olduğundan o, hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdipsixi xüsusiyyətlərində; diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün tənqidliyi və proqnozlaşdırma qabiliyyətininin zəiflədiyi, emosional-iradi sferasında; davranışlarına iradi nəzarətin çatışmazlığı, nəticəsini düşünmədən ani davranmağa meyillilik, qıcığa qarşı həssaslıq, aqressivlik, emoisonal dayanıqsızlıq və s. müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı emosinal vəziyyəti onda aşkar olunan şəxsiyyət pozuntusu ilə şərtləşmişdiyindən, o, öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi- emosional sferasında aqressi vlik, impulsivlik, qəzəblilik əmələ gəlmişdir. Həmin halın yaranması onda aşkar olunan «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır.
24. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı alınmış «təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası»nın 17 yanvar 2025-ci il tarixli, 07 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırdakı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyu lmuş sualları aşağıdakı kimi cavablandırır: Ekspert komissiyasının üzvləri iş materiallarının və aparılmış təkrar kompleks stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizası rəylərini tədqiq və təhlil edərək belə nəticəyə gəlir ki, verilmiş rəylər əsaslı olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi zaman İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu formasında psixi pozuntudan əziyyət çəkmiş, göstərilən psixi pozuntu həmin cinayət əməlini törətdiyi zaman dekompensasiya vəziyyətində olmuş, yəni psixi pozuntu kəskinləşmə ilə təzahür etmişdir. Buna görə də Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə gö rə anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara görə zərər yetirilməsi təhlükəsi mövcuddur, buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlunda müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu, dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual hərəkətlərdə iştirak etmək və öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarında deyildir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən əqliintellektual imkanları ümümilikdə normaya uyğun qiymətləndirilir. Lakin aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs sinir-gərginliyi fonunda koqnitiv imkanlarında müəyyən dəyişikliyin yarandığı (qavramasında lənglik, diqqətində dayanıqsız mücərrəd anlayışları məhdud şək ildə şərh etmək, ixtiyari yaddaşında nisbi zəiflik, təfəkküründə ilişkənlik, emosional fonda proqnozlaşdırma qabiliyyətinin zəifləmə, davranışına tənqidi münasibət bəsləməməsi və sair) qeydə alınır. Psixi-emosional vəziyyətində əhvalının dayanıqsız olması, xarici qıcıqlara qarşı həssaslıq, emosional davamsızlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, psixi aktivliyin yüksəlməsi nəticəsində aqressiyaya və impulsiv hərəkətlərə meyillilik, xarakterik xüsusiyyətlərində kinlilik, kobudluq, konfliktə meyllilik, inadkarlıq və s. aşkar edilir. Cinayət işi materiallarında verilmiş ifədələrin psixoloji prizmadan incələməsinə və şəxsin eksperimental-psixoloji müayinəsinə əsasən belə nəticəyə gəlinir ki, hadisəni törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində impulsivlik, qəzə b, aqressiya təzahür olunmuş, fizioloji affekt vəziyyətində olmamışdır. Sinir gərginliyi və emosional fonda koqnitiv imkanlarının zəifləməsi ilə əlaqədar öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır.
25. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı var. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür.
26. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhələr doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və y a ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
27. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən ekspertizaların rəyləri nəzərdən keçirib nəticəyə gəlmişdir ki, həmin rəylərin əsaslılığı şübhə doğurmur, onların əsassız olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq məhkəmə baxışı zamanı keçirilmiş təkrar kompleks komisyon stasionar məhkəməpsixiatrik və psixioloji ekspertizalarının rəyləri mötəbər sübut kimi qəbul etmiş, apellyasiya şikayətinin həmin rəylərinin əsassız olması və şübhə doğurması barədə dəlillər əsassızdır.
28. İşdən görünür ki, cinayət işi üzrə yenidən təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi ü çün əsaslar olmamış, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili də əsassızdır.
29. Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
30. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
31. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır.
32. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır.
33. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlə rin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir.
34. Həmin Məcəllənin 95.0-cı maddəsinə əsasən məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: 95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; 95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.
35. Həmin Məcəllənin 97.4-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər.
36. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 95.0.4-cü maddəsinin tələblərini rəhbər tutub əsaslı olaraq X10 ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiri tətbiq etmişdir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qərarı kifayət qədər əsaslandırılmışdır, məhkəmə hansı səbəbdən məhkəmə-psixiatrik ekspertizaların rəylərini sübut kimi qəbul etdiyini izah etmişdir. Beləliklə, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri qərard a göstərilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır.
38. Həmçinin iş materiallarından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir.
39. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X1, onun nümayəndəsi (vəkil) Nümayəndə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin və dövlət ittihamçısının çıx ışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2025-ci il tarixli, 1(106)-460/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2025-ci il tarixli, 1(106)-460/2025 nömrəli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X3 və onun nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.