Məhkəmə qərarları › İş №1(102)-223/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-223/2020

02.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-223/2020 02.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X18, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının və Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Mə hkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X27) Məhkum (xx xxxxxx 1989-cu ildə ünvan3də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2015-ci ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan2-də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 185.2.1 və 185.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2018-ci il tarixdən hesablanmasıqərara alınmışdır. Həm çinin, hökmlə işdə olan maddi sübutlar, talama məqsədi olmadan qaçırılmış zərər çəkmiş şəxslər X4 məxsus olan VAZ 21074 markalı ** xx xx xx *** dövlət qeydiyyat nişanlı, X19 məxsus VAZ 2107 markalı ** xx xx xx *** dövlət qeydiyyat nişanlı, X24 məxsus VAZ-21074 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı, X20 məxsus VAZ21074 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı, X28 məxsus VAZ-21074 markalı **xx xx xx-*** dövlət qeydiyyat nişanlı və X9 məxsus VAZ-2106 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillər, habelə zərərçəkmiş şəxs X15 avtomobilindən oğurlanmış və istintaqın gedişində götürülmüş 1 ədəd “laqonda”nın, 1 ədəd “elektrik dreli”nin, iki ədəd avtomobilə aid səs gücləndiricilərin sahiblərinə qaytarılması nəzərə alınmış, zərərçəkmiş şəxslərə mülki mühakimə icra atı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X5, hakimlər Muxtarov Teyyub Asif oğlu və X1 ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkum barəsində olan xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə on səkkiz yaşına çatmış şəxs olmaqla, xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxxxxx 2015-ci il tarixdə ünvan 1 ünvanının qarşısından X4 məxsus olan VAZ 21074 markalı ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdıb, ünvan11nin ərazisində gəzən zaman, orada qaçırdıqları avtomobilin yanacağı qurtardığı üçün avtomobili həmin yerdə saxlayıb ünvan7nə qaydıraq, xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2015-ci il tarixə keçən gecə öz cinayətkar əməllərini davam etdirib vahid niyyətlə əhatə olunan davamlı qəsdlə tanışları X33 oğlu ilə qabaqcadan əlbir olub qrup yaradaraq, yenidən avtomobili saxladıqları ünvan6nə qayıdaraq avtomobilə yanacaq vurub mühərriki işə salaraq ünvan8 və ünvan7 ərazisində bir gün idarə edib ünvan8 və ünvan7 ərazisində gəzdikdən sonra, qanunsuz olaraq ələ keçirdikləri ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2015-ci il tarixdə ünvan9n bağ sahəsinin ərazisində yerləşən ünvan79nin yaxınlığına aparıb saxlayıb getməklə, nəticədə X49ə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Bundan başqa o, özgənin əmlakını gizli yolla talama məqsədilə təkrarən tanışı X33 oğlu ilə birlikdə hər ikisi on səkkiz yaşına çatmış şəxs olmaqla xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olub qrup təşkil edərək xx xxxxxxx 2015-cı il tarixdə saat 02 radələrində ünvan11ndə yerləşən X7 məxsus mağazanın şüşəsini sındırıb mağazaya qanunsuz daxil olaraq mağazada satış üçün nəzərdə tutulmuş sonuncunun mülkiyyətində olan 372 m anat dəyərində 31 blok “Vest” markalı, 5 blok 50 manat dəyərində “Davidof” markalı siqaretləri, 43 ədəd 43 manat dəyərində “Hell” energetik içkilərini, 11 ədəd 66 manat dəyərində “Zolotoy kolço” adlı, 13 ədəd 71 manat dəyərində “Krepost” adlı, 22 ədəd 88 manat dəyərində müxtəlif adda olan araqları, 50 ədəd 70 manat dəyərində “Baltika” adlı pivələri, 290 manat nağd pulu, 3 ədəd 27 manat dəyərində qadın koftalarını, 4 dəst 162 manat dəyərində kişi idman paltarlarını, 7 ədəd 77 manat dəyərində qadın jiletlərini, 4 ədəd 100 manat dəyərində qadın xalatlarını, ümumilikdə 1416 manat dəyərində müxtəlif çeşiddə ərzaq məhsullarını və geyim əşyalarını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla talama məqsədilə təkrarən tanışı X33 oğlu ilə birlikdə hər ikisi on səkkiz yaşına çatmış şəxs olmaqla xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olub qrup təşkil edərək, xx xxxxxxx 2015-cı il tarixdə saat 03 radələrində ünvan11ndə yerləşən X10 məxsus kompüter salonunun şüşəsini sındırıb salona qanunsuz daxil olaraq oradan sonuncunun mülkiyyətində olan hər bir ədədi 100 manat dəyərində 4 ədəd “Digital” markalı kompüterin prosessorlarını və hər bir ədədi 200 manat olan 5 ədəd “LC” markalı monitorlarını gizli yolla talamaqla ümumilikdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsun 1400 (min dörd yüz) manat dəyərində əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X33 oğlu və şəxsiyyəti tam olaraq istintaqa məlum olmayan X76 adlı şəxslə avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə, qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx xxxxxx 2015-ci il tarixdə saat 23 radələrində, ünvan4nın qarşısında dayanmış vəziyyətdə olan X19 məxsus VAZ 2107 markalı ** xx xx xx *** dövlət qeydiyyat nişanlı avtomobilin X17un sol qabaq qapısını açmasından sonra mühərriki işə salıb avtomobili idarə edərək qrup üzvləri ilə birlikdə ünvan3 X41 yaxınlığında olan X11 yanına gəlib sonuncuya qaçırdıqları avtomobillə gəzməyi təklif edib razı salmaqla yetkinlik yaşına çatmayan xx xxxx 1998-ci il təvəllüdlü X38u cinayətkar fəaliyyətə cəlb edib ələ keçirdikləri X60a məxsus nəqliyyat vasitəsi ilə birlikdə ünvan3 ərazisində gəzib qaçırdıqları avtomobili ünvan59 ərazisində yerləşən ünvan35 adlanan bazarın yaxınlığına aparıb saxlayıb getməklə nəti cədə X60a məxsus avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə on səkkiz yaşına çatmış şəxs olmaqla xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdikdən sonra digər tanışı X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx xxxxxx 2015-ci il tarixdə saat 24 radələrində talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədilə, ünvan7 DOS 84, 1 nömrəli binanın qarşısında dayanmış vəziyyətdə olan 2500 manat dəyərində X24 məxsus VAZ-21074 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını kilidinə qrup üzvləri ilə birlikdə kənar təsir edib açaraq X12la birlikdə avtomobilin salonuna əy ləşib X56un avtomobili idarə etməsinə şərait yaratdıqdan sonra sonuncu mühərriki işə salmaqla avtomobili idarə edib həmin avtomobillə birlikdə iki saat müddətində ünvan7 və ünvan8 ərazisində gəzdikdən sonra avtomobili qaçırdıqdları yerin yaxın ətrafında saxlayıb özləri oradan kənarlaşaraq talama məqsədi olmadan X12a məxsus avtomobili ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə on səkkiz yaşına çatmış şəxs olmaqla xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdikdən sonra digər tanışı X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx xxxxxx 2015-ci il tarixdə saat 04 radələrində talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədilə, ünvan45in qarşısında dayanmış X28 məxsus VAZ-21074 markalı **-xx xx xx*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq X12la avtomobilin salonuna əyləşib X56un avtomobili idarə etməsinə şərait yaratdıqdan sonra sonuncu mühəriki işə salmaqla avtomobili idarə edib həmin avtomobillə birlikdə iki saat müddətində ünvan7 və ünvan8 inzibati ərazisində gəzdikdən sonra avtomobili ünvan57ndə yerləşən Gəc zavodunun yaxınlığında saxlayıb oradan kənarlaşaraq talama məqsədi olmadan Zərərçəkmiş şəxs4ə məxsus avtomobili ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə on səkkiz yaşına çatmış şəxs olmaqla xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdikdən so nra digər tanışı X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx xxxxxx 2015-ci il tarixdə saat 02 radələrində talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədilə, ünvan65in qarşısında dayanmış vəziyyətdə olan X20 məxsus VAZ-21074 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq qrup üzvlərinin avtomobilin salonuna əyləşməsindən sonra avtomobilin sükanı arxasına əyləşib mühəriiki işə salmaqla avtomobili idarə edib, ünvan55ndə saxlayaraq avtomobilin üzərində olan, həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs8yə məxsus 160 manat dəyərində pioner markalı maqintafonu, 310 manat dəyərində 8 ədəd səs gücləndiriciləri, avtomobilin yük yerində olan 150 manat dəyərində bir ədəd elektrik mişarını və 120 manat dəyərində bir ədəd elektrik drelini gizli yolla ta layaraq zərərçəkmiş şəxsə ümumilikdə 740 manat dəyərində ziyan vurmaqla oğurluq etdikdən sonra avtomobili X38 idarə edərək ünvan5nin yaxınlığında saxlayıb oradan kənarlaşaraq talama məqsədi olmadan Zərərçəkmiş şəxs14nə məxsus avtomobili ələ keçirib qaçırmışdır. Bundan başqa o, təkrarən nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə on səkkiz yaşına çatmış şəxs olmaqla xx xxxx 1998-ci ildə anadan olmuş yetkinlik yaşına çatmayan X16 vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etdikdən sonra digər tanışı X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixə keçən gecə talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədilə, ünvan21nın qarşısında dayanmış X9 məxsus VAZ-2106 markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq qrup üzvlərinin avtomobilin salonuna əyləşməsindən sonra mühərriki işə salmaqla avtomobili idarə edib həmin avtomobillə birlikdə iki saat müddətində ünvan7 və ünvan8 ərazisində gəzdikdən sonra avtomobili ünvan20ndə saxlayıb oradan kənarlaşaraq talama məqsədi olmadan Zərərçəkmiş şəxs12a məxsus avtomobili ələ keçirib qaçırmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumkassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutetməyə dair normalarının tələbləri pozulmuş, o cümlədən cinayətin digər iştirakçılarının ibtidai istintaq zamanı işgəncənin təsiri ilə onun əleyhinə verdikləri ifadələr əsas götürülmüş, onların, eləcə də zərərəçəkmiş şəxslərin məhkəmədə onun xeyrinə verdikləri ifadələr isə nəzərə alınmamış, nəticədə o, təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı, cinayət törədilən vaxt ümumiyyətlə Azərbaycan Respublikasında deyil, ünvan38nda olduğu halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinmişdir. Bununla yanaşı Məhkum kassasiya şikayətində əməllərindən peşman olduğunu qeyd edərək, məhkəmələr tərəfindən bir qardaşının da hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsinin, anasının xəstə, atasının təqaüdçü olmasının nəzərə alınmadığını bildirmişdir. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11-ci maddələrində göstərilən halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslara Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmaya raq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual normaların tələblərinin pozulduğunu, nəticədə əməlində cinayət tərkibi olmadığı, təsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət M əcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 1772.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, he ç bir cinayət törətmədiyini, ümumiyyətlə cinayət hadisələri törədilən vaxt Azərbaycan Respublikasında deyil, ünvan38nda olduğunu iddia etməklə, cinayətə aidiyyatının, əməlində cinayət tərkibinin əlamətlərinin olmamasına, təqsirliliyinin sübuta yeririlməməsinə baxmayaraq barəsində Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi haqqına kassasiya tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kass asiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərin ə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin (o cümlədən, əməllərində cinayət t ərkibinin əlamətlərinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq barəsində ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürü lmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb prosessual təminatlara əməl olunması, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən hall arın, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, məhkumun baxılan işdə onun əməllərində cinayət tərkibinin əlamətlərinin olduğunu və təqsirliliyini təsdiq edən sübutların olmaması, ittihamın müstəsna olaraq cinayətlərin digər iştirakçılarından ibtidai istintaqda pis rəftarın, hədə-qorxunun təsiri altında alınmış həqiqəti əks etdirməyən “etirafedici” ifadələr vasitəsi ilə əsaslandırılması haqında iddialarının əksinə olaraq, hökmdə məhkəmənin Məhkum hərəkətlərinin faktiki məzmununa dair nəticələri cinayətlərin digər iştirakçıla rı olan X11, X6 özləri barəsində işə ayrıca icraatda məhkəmədə baxılarkən verdikləri Məhkum da cinayətlərdə iştirak etməsinə dair ifadələri; hazırki işə birinci instansiya məhkəməsində baxılarkən cinayətin daha bir iştirakçısı olan Mirzə-X32 Məhkum əleyhinə verdiyi ifadə; Məhkum özünün razılığı ilə birinci instansiya məhkəməsində elan olunmuş şahidlər X8 və X13 ifadələri; zərərçəkmiş şəxslərin ifadələri; Məhkum cinayət hadisələri törədilən vaxt ünvan38nda deyil, Azərbaycan Respublikasının ərizasində olduğunu göstərən ünvan15nin 29 iyun və xx xxxx 2018-ci il tarixli məlumatları; istintaq hərəkətlərinin protokolları və digər materiallar vasitəsi ilə əsaslandırılmışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış araşdırmalarda cinayətin digər iştirakçılarının məhkəməyədək ic raatda pis rəftara məruz qaldıqlarını və bu səbəbdən ibtidai istintaq zamanı Məhkum əleyhinə ifadələr verdiklərini göstərən sübutlar əldə olunmamış, əksinə həmin şəxslərin pis rəftara məruz qalmadığı ünvan77nda aparılmış araşdırma nəticəsində çıxarılmış cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə olunmaqla şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələri nin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqlarıı nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum cinayət əməllərinin faktiki məzmunu və onun Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2-ci maddələri ilə və bu maddələrdə gəstərilən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə b ağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar hökmün və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.6, 416.1.11-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar