Məhkəmə qərarları › İş №1(102)-223/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-223/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-223/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlunun iştirakları ilə, Lənkəran Ağır Cin ayətlər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə və onun CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmü ilə isə həmin hökmün ləğv edilməsinə və Məhkum CM-nin 126.2.4 və 221.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən Məhkum müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum olunmuş şə xsin digər müdafiəçisi U.X.Abdurəhmanlı tərəfindən həmin kassasiya şikayətinə verilmiş əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi) Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1980-cı il tarixdə Şamaxı rayonunun 2-ci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi ha qqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən həmin cəzadan azad olunmuş, məhkumluğu ödənilmiş, Hacıqabul rayonunun 2-ci Udulu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 221.3-cü maddəsi ilə CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və o, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq isə onun 07 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 02 avqust 2021-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni cəmi 6 (altı) ay 25 (iyirmi b eş) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla qəti olaraq 2 (iki) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Sınaq müddətində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmuş, sonuncunun davranışı üzərində nəzarətin həyata keçirilməsi isə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 05 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Hacıqabul rayonunun 2-ci Udulu kəndində, evinə ele ktrik cəryanın verilməsi ilə bağlı elektrik kartına 5 manat yükləməsinə baxmayaraq, elektrik sayğacına kartda olan pulun yüklənməyərək kart bloklandığından, kartının bloklanmasını açmaq məqsədi ilə yaşadığı ərazidə olan elektrik enerjisinin verilməsini təmin edən transformatordan elektrik cəryanının verilməsini açarla bir neçə dəfə ayırıb-birləşdirməklə (işıqları söndürüb-yandırmaqla) elektrik cəryanının verilməsində fasilələr yarandığına görə narahat olan həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs küçəyə çıxıb işıqları söndürüb-yandıran şəxsin onun (Məhkum) olduğunu bilib ona iradını bildirib nəyə görə işıqları söndürüb-yandırdığını soruşarkən sonuncunun nalayiq ifadələr işlətməsi və bu səbəbdən aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə, daha sonra əlbəyaxa olub dalaşarkən Zərərçəkmiş şəxs boynundan tutub özünə tərəf çəkib ona bir dəfə yumruq zərbəsi vurması və bunun qarşılığında Zərərçəkmiş şəxs onun ağız, burun, döş qəfəsi və bədənin başqa nahiyələrinə bir neçə dəfə möhkəm yumruq zərbələri vurması nəticəsində sağ almacıq sümüyü üzərinin qançırı, boyun nahiyəsinin sol yan hissəsinin sıyrığı, burun yəhərinin sol yan hissəsinin qançırı, alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, gövdənin arxa səthində sol kürək tini nahiyəsinin qançırı, döş qəfəsinin sağ hissəsində 5-ci 6-cı qabırğalar nahiyəsinin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı xəsarətləri, o cümlədən alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası və burun sümüyünün yerdəyişməyən sınığı xəsarətlərinin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərə r vurmaya aid xəsarətlər almasına görə qisas almaq niyyəti ilə üzərində olan kəsici alətlə (bıçaqla) Zərərçəkmiş şəxs qulaq nahiyəsinə bir dəfə vurub ona qəsdən sol qulaq seyvanının 1/3 hissəsinin kəsilməsi xəsarəti kimi sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 04 avqust 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Məhkum CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsinə və CM -nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli hökmü apelyasiya protestinə əsasən ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılaraq Məhkum CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən onun 07 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı, eləcə də 02 avqust 2021-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək hə bs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olma müddətləri, yəni cəmi 6 (altı) ay 25 (iyirmi beş) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçiləri U.M.Əhmədova kassasiya şikayəti, U.X.Abdurəhmanlı isə - kassasiya şikayətinə əlavə verərək aşağıdakılar xahiş etmişlər: - müdafiəçi U.M.Əhmədova – apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək Məhkum CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-nin 221.3-cü maddəsinə əsasən bəraət verilməsini, onun əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilərək h əmin maddə əsasında ona üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinin tələbrərinə uyğün olaraq onun həbsdə və ev dustaqılıbında saxlanılması müddətlərinin cəza müddətinə hesablanmqla üzərində 2 (iki) il 11 (on bir) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanması, daha sonra isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmündən sonra kassasiya şikayətinə baxılan günədək çəkmiş olduğu cəza da çıxılmaqla qalan cəzanın CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi haqqında qərarın qəbul edilməsini; - müdafiəçi U.X.Abdurəhmanlı isə - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 fevral 2022-ci il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 04 avqust 2022-ci il tarixli hökmlərinin ləğv edilməsi, Məhkum əməlinin CM-nin 126.2.4 və 221.3-cü maddələrindən CM-nin 130.1-ci maddəsinə tövsif edilməsi, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunması və onun həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq cəzasını çəkib qurtarmış hesab edilməsi barədə qərar qəbul edilməsini. Kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 60-cı maddəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, CM-nin 221.3-cü maddəsinə, sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 14 5-ci maddəsinə, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə və inzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə Kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli, ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarlarına, hazırki iş üzrə çıxarılmış hökmlərə və Məhkum ifadələrinə istinad edən müdafiəçi U.M.Əhmədova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası Məhkum barəsində yeni hökm çıxararkən araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verməmiş və nəticədə onun əməli CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Halbuki araşdırılmış sübutlarla Məhkum silah tətbiq edilməklə xuliqanlıq cinayətini törətməsi araşdırılmış sübutlarla, o cümlədən onun özünün cinayət təqibinin bütün mərhələlrində verdiyi eyni cür ifadələri ilə sübuta yetirilməmişdir. Konstitusiyanın 26, 63, 71 və 125-ci, CM-nin və CPM-nin bir sıra maddələrinə, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara istinad edərək bu sübutların ziddiyyətli olmasını və baş vermiş hadisənin həqiqi hallarına uyğun olmamasını bildirən müdafiəçi U.X.Abdurəhmanlı kassasiya şikayətini belə əsaslandırmışdır ki, istər Lənkaran Ağır Cinayətlər Məhkəməsi, istərsə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum əməlini düzgün tövsif etməmiş, onun Zərərçəkmiş şəxs yetirdiyi (hərçənd ki, bunu təsdiq edən mötəbər sübut yoxdur) qəsdən sağlamlığa ağır zərərvurmaya aid olan xəsarəti onun qeyriləri ilə birlikdə ona qarşı etdiyi ictimai təhlükəli qəsddən müdafiə olunarkən yetirməsini, 05 iyul 2021-ci il tarixdə baş vermiş hadisənin təşəbbüskarlarının zərərçəkmiş Zərərçəkmiş şəxsin və digərlərinin olmalarını, bu zaman məhkumun hər hansı əşyadan istifadə etməsinin sübuta yetirilməməsini, məhkuma qarşı edilmiş hərəkətlər nəticəsində onun özünün çoxsaylı xəsarətlər almasını nəzərə almamış, araşdırılmış sübutlara isə həm ayrı-ayrılıqda, həm də məcmu şəklində lazımi qaydada qiymət verməmişlər. Halbuki, hadisə zaman ı Məhkum özünün zorakılığa məruz qalması, bu zaman Zərərçəkmiş şəxs tərəfindən və digərləri tərəfindən ona xəsarətlər yetirilməsi məhkumun ifadələri ilə yanaşı məhkəmə-tibbi ekspertizasının rəyi və toplanmış digər sübutlarla tam təsdiq olunur. Buna baxmayaraq ibtidai və məhkəmə araşdırmaları birtərəfli aparılmış, həm ibtidai araşdırma zamanı Məhkum qarşı CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə ittiham irəli sürülərkən, həm də məhkəmələr tərəfindən onun barəsində əməlinin düzgün tövsif edilməməsi barədə ittiham hökmləri çıxarılarkən yalnız Zərərçəkmiş şəxs mövqeyi, onun və qohumları olan şəxslərin cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ziddiyyətli ifadələri əsas götürülmüş, iş üzrə mövcud olan bir çox ziddiyyətlər aradan qaldırılmamış və nəticədə Məhkum törətmədiyi cinayət əm əlinə görə əsasız olaraq məhkum olunmuş, ona qarşı cinayət törətmiş şəxslər isə məsuliyyətdən kənarda qalmışlar. Araşdırılmış bütün sübutlara və kassasiya şikayətinə əlavəsində irəli sürdüyü dəlillərə əsaslanaraq müdafiəçi U.X.Abdurəhmanlı həmin müraciətində belə nəticəyə gəlir ki, Məhkum ona istinad olunan əməli zəruri müdafiə vəziyyətində törətdiyindən onun əməli CM-nin 130-ci maddəsi ilə tövsif edilməli və o, yalnız bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Buna görə kassasiya şikyətinə əlavənin müəllifi həmin müraciətində irəli sürdüyü tələbə uyğun olan qərarın qəbul edilməsini xahiş edir. Kassasiya müracətlərinə məhkəmə baxışı iclasında iştirak edən Məhkum da müdafiəçisi U.X.Abdurəhmanlının mövqeyi ilə razılaşdığını bildirmiş və sonuncunun kassasiya şikayətinə əlavəsində gö stərdiyi dəlillərə və irəli sürdüyü tələbə uyğun olaraq müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə və ona edilmiş əlavəyə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, məhkəməyə göndərdiyi teleqramda göstərdiyi kimi, səhətində olan problemlərlə bağlı, müdafiəçi U.M.Əhmədova isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun, Məhkum və müdafiəçi U.X.Abdurəhmanlının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə zərərçəkmiş Zərərçəkmiş şəxs və müdafiəçi U.M.Əhmədovanın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. B elə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi U.X.Əhmədovanın kassasiya şikayətinin və müdafiəçi U.X.Abdurəhmanlının kassasiya şikayətinə əlavəsinin məzmunlarından görünür ki, onlar öz müraciətlərində müxtəlif tələblər irəli sürsələr də, bu müracətlərin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törə tməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq həmin maddələrlə təqsirli bilinib məhkum edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun barəsindəki bu haqda çıxarılmış hökmün əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, müdafiəçilər həm də Məhkum əməlinin tövsifində səhvə yol verilməsini də iddia edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün dəyişdirilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıda kı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər U.M.Əhmədovanın və U.X.Abdurəhmanlının müvafiq olaraq kassasiya şikayətini və ona edilmiş əlavəni kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya ins tansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instan siyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışının nəticəsind ə kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə e dilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilmə si və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaflıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin t əqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsitndə deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digər sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cina yət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əs asında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsi n təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı madd ələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyri lərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin q anunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə d air” 17 mart 2011-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətidir. Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərindən, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətinə və ona edilmiş əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə prosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. Bununla belə, məhkəmə kollegiyası onun səlahiyyətinə aid edilən həm bu məsələnin düzgün həll edilib-edilməməsinə, həm də qanunvericiliyinin tələblərinə əməl olunub-olunmamasına münasibət bildirməsi üçün cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək həmin ittihamda təsivr olunmuş cinayət əməllərini deyil, özünü müd afiə edərkən Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, buna görə də CM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş cinayti törətdiyini bildirərək göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin işıqları söndüyündən o, yaşadığı kənddə olan marketə gedib “milliön” ödəmə aparatı vasitəsilə işıq kartına 5 manat məbləğində pul yükləmiş və evə qayıdıb kartı işıq sayğacına daxil etsə də, sayğaca pul yüklənməmiş, işıqlar isə yanmamışdır. Sonra o, “Azərişıq” idarəsində işləyən Şahid7 zəng edib vəziyyəti ona izah etmiş, sonuncu da transformatordan işıqları söndürüb-yandırılsa kartın yüklənə biləcəyini demişdir. Sonra o, transformatora nəzarət edən, həmkəndlisi Xa zəng edib transformatordan işıqları söndürüb-yandırmasını xahiş etmiş, X isə ona Zərərçəkmiş şəxsdə olduğunu, bunu ed ə bilməyəcəyini bildirmişdir. Buna görə o, məcbur olub evlərinin yaxınlığında yerləşən elektrik transformatorun yanına gedərək transformatorun açarı vasitəsilə iki dəfə işıqları söndürüb-yandırmışdır. Bundan sonra su krantına tərəf getmiş, elə həmin vaxt ora gəlmiş Zərərçəkmiş şəxs ondan işıqları kimin söndürdüyünü soruşmuş, ona da kart yüklənmədiyinə görə işıqları söndürüb-yandırdığını demiş, bundan sonra Zərərçəkmiş şəxs və onun arxasınca ora gəlmiş qohumları X, Şahid2, Şahid5 və Şahid4 onu söyüb təhqir etmiş, sonra da tökülüşüb onu döyməyə başlamışlar. Həmin vaxt o, özünü müdafiə etməyə çalışmış, lakin onlar çox olduqları üçün onu yerə yıxıb döymüşlər. O, Şükürlə əlbəyaxa olarkən, digər şəxslər də kənardan onu yumruq və təpiklə vuraraq döyməyə başlamışlar. Dalaşma zamanı o, özünü müdafi ə edib Zərərçəkmiş şəxs yumruqla vurmuş, Zərərçəkmiş şəxs də onun ağzına və burnunun üstünə yumruqla vurmuş, yerə yıxıldıqdan sonra isə həm Zərərçəkmiş şəxs, həm də digər şəxslər onu təpiklə vurub döymüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs onun sinəsinin üstündə oturub onu əlləri ilə tutub boğarkən o, sonuncunun sol qulağını bərk dişləmiş, bundan sonra Zərərçəkmiş şəxs qışqıraraq üstündən qalxıb kənara çəkilmiş və digər şəxslərlə birlikdə oradan uzaqlaşmışdır. Hadisə baş verən vaxt qonşusu Şahid3 və onun oğlu Şahid1 da orada olmuş, Şahid1 da Zərərçəkmiş şəxsgilə kömək edib onun döyülməsində iştirak etmiş, onu döyən şəxslər hadisə yerindən getdikdən sonra isə ora X9 və X gəlib onu yerdən qaldıraraq yaşadığı evə aparmışlar. Məhkum həmçinin qeyd etmişdir ki, evə getdikdən sonra o, DİN-nin 102 xid mətinə zəng edib hadisə barədə məlumat vermiş, həm də döyülməsi nəticəsində xəsarət aldığı üçün təcili tibbi yardım çağırmış, sonra qardaşı X onu xəstəxanaya aparmış, xəstəxanada ona tibbi yardım göstərilmişdir. O, Zərəçəkmiş şəxslə mübahisə edib dalaşarkən əlində bıçaq və ya başqa bir kəsici alət olmamış, Zərərçəkmişin qulağını kəsməmiş, lakin dalaşma zamanı özünü müdafiə etmək üçün onun sol qulağını dişləmiş və məhz bu yolla ona xəsarət yetirmişdir. O, hadisədən əvvəl və sonra heç kimə söyüş söyməmiş, lakin Zərərçəkmiş şəxslə əlbəyaxa olub dalaşarkən qarşılıqlı olaraq biri-birinə qarşı nalayiq ifadələr işlətmişlər. Həm məhkəməyədək icraat, həm də apellyasiya protestinə baxılması üzrə apellyasiya icraatının materiallarından görünür ki, cinayət təqibinin həmin mərhələrində də Məhkum analoj i ifadələr vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələrindən görünür ki, 05 iyul 2021-ci il tarixdə, gecə saat 23 radələrində o, yaşadığı evin həyətində ailə üzvləri, qardaşı Şahid2, əmisi X, xalası oğlu Şahid5 və Şahid4lə birlikdə oturub söhbət edərkən qəflətən işıqlar sönmüş, 4-5 saniyə sonra işıqlar yanmış, 1-2 dəqiqədən sonra yenidən iki dəfə işıqlar sönüb-yanmışdır. Buna görə, o, küçəyə çıxıb yaxınlıqda yerləşən transformatora tərəf getmiş, orada heç kimi görməmiş, elə həmin vaxt kiminsə ucadan qışqıraraq kiminsə ünvanına söyüş söydüyünü eşidib səs gələn tərəfə getmişdir. Həmin şəxsə yaxınlaşanda söyüş-söyən şəxsin həmkəndlisi Məhkum olduğunu, onun əlindəki bıçaqla yolun kənarında yerləşən krantdan ayrı lan özünə məxsus rezin borunu kəsdiyini görüb ondan nəyə görə söyüş-söydüyünü, evdə ailə-uşaq olduğunu bildirib onu sakitləşdirməyə çalışmış, həm də transformatordan kimin işığı söndürməsini soruşmuş, Məhkum də əsəbi halda “transformatordan işığı mən söndürmüşəm, yaxşı eləmişəm” deyib əvvəl ünvansız, sonra da onun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Elə bu səbəbdən aralarında sözlə mübahisə başlamış, mübahisə zamanı Məhkum onun boynundan tutub özünə tərəf çəkib ağzına bir dəfə yumruq zərbəsi vurmuş, o, geri çəkildiyindən yumruq ağızına zəif dəymişdir. Sonra o, da Məhkumin ağız və burun nahiyəsinə 2-3 dəfə yumruqla möhkəm vurmuş, bundan sonra Məhkum cibindən bıçağı çıxarıb onun sol qulağına tərəf çəkmişdir. Həmin vaxt o, qulağının kəsildiyini hiss etməmişdir. Məhkumlə aralarında o lan dava-dalaş səsinə ora gəlmiş qonşusu Şahid1, qardaşı Şahid2, xalası oğlanları Şahid6 və Şahid5 onları aralaşdırmışlar. Sonra həmin şəxslər onu evə tərəf apararkən o, qulağının ağrıdığını hiss etmiş, evinə çatdıqdan sonra qulağından qan gəldiyini və qulağının kəsildiyini bilmişdir. Bu vaxt təcili tibbi yardım çağırılmış və o, rayon mərkəzi xəstəxanasına aparılmış, orada həkimlər onu müayinə edib yarasını sarımış, sonra evinə qayıtmışdır. O, xəstəxanada olarkən Məhkum onun yanına gəlib şikayət etməməsini demiş, o isə əsəbiləşib Məhkumi oradan qovmuşdur. Bu hadisə 05 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdən 30-40 metr kənarda küçədə baş vermişdir. Hadisə baş verən yerdə o və Məhkum olmuş, sonra ora qonşusu Şahid3 və onun oğlu Şahid1, bundan sonra qardaşı Şahid2, xalası oğlu Şahid4 və Şahid5 gəlmişlər. Onlar evə qayıdarkən yolda əmisi Xla rastlaşmış və onlar birlikdə evə qaytmışlar. Aralarında baş verən dava-dalaş zamanı Məhkum cibindən qatlanan bıçağı çıxarmış və onun sol qulağına tərəf çəkmiş, həmin vaxt qulağının kəsildiyini hiss etməmiş və evə qayıtdıqdan sonra bunu bilmişdir. Həmin vaxt Məhkum başqa orada olan şəxslərdə, o cümlədən özündə bıçaq və ya başqa bir kəsici alət olmamış, Məhkumu başqa şəxslər döyməmiş, onun bədəni üzərində olan xəsarətləri isə o, özünü müdafiə edərkən yumruq zərbələri vurmaqla ona yetirmişdir. Baş vermiş hadisədən az müddət sonra o, Məhkumlə barışmış, Məhkum ona xəsarət yetirdiyinə görə üzrxaqlıq edib peşman olduğunu bildirmiş, həm də müalicəsi ilə bağlı Məhkum ona maddi köməklik edərək beş min manat pul da vermişdir. Hazır da o, Məhkumlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs oxşar ifadələri həmçinin həm ibtidai araşdırma zamanı, həm də apellyasiya protestinə məhkəmə baxışı iclasında da vermişdir. Daha sonra iş materillarının təhlili göstərir ki, birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2, Şahid5, Şahid4, Şahid1, Şahid6 da, hər birisi ayrı-ayrılıqda Zərərçəkmiş şəxs ifadlərinə oxşar ifadələr vermiş və qeyd etmişlər ki, onlar Məhkum döyməmiş, hadisə zamanı sonuncunun əlində hər hansı deşici-kəsici və ya başqa alət, o cümlədən bıçaq görməmiş, Zərərçəkmiş şəxs qulağının hansı şəraitdə kəsilməsini də müşahidə etməmiş və bu haqda yalnız münaqişə başa çatdıqdan sonra bilmişlər. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, şərh olunmuş ifadələrlə (zərər çəkmiş şəxsin və şahidlərin) Məhkum verdiyi ifadələr arasında kəskin ziddiyyətlər olmasına baxmayaraq istər ibtidai araşdırmа orqanı, istərsə də məhkəmələr tərəfindən bu ziddiyyətlər son nəticədə aradan qaldırılmamış, Məhkum elan olunmuş ittihamda və onun barəsində çıxarılmış hökmdə hadisə zamanı bıçaqdan istifadə etməsi iddia olunsa da, həmin bıçağın axtarılıb tapılması üçün ibtidai araşdırma orqanı tərəfindən heç bir tədbir görülməmiş, məhkəmələr də bu xüsusata diqqət yetirməmiş və bu halla bağlı həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin gəldikləri nəticələr yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə, faktiki isə - ehtimallara əsaslanmışdır. Həmin ifadələrə görə isə, Zərərçəkmiş şəxs Məhkum ona xəsarəti əlind ə olan deyil, cibindən çıxartdığı qatlanan bıçaqla yetirməsini göstərsə də, həmin bıçağın hansı şəraitdə açmasını, sonradan bu bıçağı hara etməsini bildirməmiş, məhkəmələr bu halları da tam və ətraflı araşdırmamışlar. Bununla yanaşı, istintaq orqanının və məhkəmələrin gəldikləri biri-birindən fərqli nəticələri də yalnız Zərərçəkmiş şəxs və adları yuxarıda gösərilən ifadələrinə əsaslanmış, lakin bu ifadələrin, xüsusən də zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinin Məhkum barəsində keçirilmiş məhkəmə-tibbi eksperizasının rəyi ilə də uzlaşmadığı görünür. Belə ki, məhkəmə-tibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli 251 saylı rəyi ilə müəyyən olunur ki, Məhkum obyektiv və rentgen müayinələrinə əsasən, onun məhkəmətibbi myayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ almacıq sümüyü üzərinin qançırı, boyun nahiyəsinin sol yan hissəsinin sıyrığı, burun yəhərinin sol yan hissəsinin qançırı, alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, gövdənin arxa səthində sol kürək tini nahiyəsinin qançırı, döş qəfəsinin sağ hissəsində 5-ci 6-cı qabırğalar nahiyəsinin qançırları, burun sümüyünün yerdəyişməyən sınığı (cəmi yeddi ədəd) küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın (Məhkum) göstərdiyi şəraitdə, yəni kənar şəxslər tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlərdən sıyrıq və qançırlar sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, burun sümüyünün yerdəyişməyən sınığı isə sağlamlığın qıs a müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Göründüyyü kimi, Zərərçəkmiş şəxs öz ifadələrində Məhkum sifət nahiyysinə cəmi 2-3 yumruq zərbəsi vurmasını göstərsə də, Məhkum məhkəmə-tibbi müayinəsi nəticəsində onun üz və bədən nahiyələrində yeddi xəsarət aşkar edilmiş, bu baxımdan da zərərçəkmişin ifadələri inandırıcı görünmür və bu ifadələrin həqiqiliyi məhkəmə kollegiyasında şübhə doğurur. Buna baxmayaraq, Zərərçəkmiş şəxs tərəfindən onun göstərdiyi sayda yumruq zərbələri vurması nəticəsində Məhkum cəmi yeddi ədəd dərəcxəsi təyin olunmayan və sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətlərinin yetirilməsi mümkünlüyü işə baxan məhkəmələr, xüsusən də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, birinci instansiyası məhkəməsi təsvir edil ən rəyi məhkəmə iclasında elan etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin rəyi ümumiyyətlə tədqiq etməyərək ona öz hökmündə istinad etməklə kifayətlənmiş və zərərçəkmişin ifadələri ilə rəyin nəticəvi hissəsindəki uyğunsuzluq üzrə heç bir araşdırma aparmamış, yəni həqiqətin müəyyən edilməsinə təşəbbüs göstərməmişlər. Bundan başqa, iş materiallarından görünür ki, ibtidai araşdırma zamanı Məhkumla, Zərərçəkmiş şəxslə və adları yuxarıda göstərilən şahidlərlə yanaşı həmçinin 05 iyul 2021ci il taixdə baş vermiş hadisə yerində olan X9 və X4 da şahid qismində dindirilmiş, onlar da Məhkum təkcə Zərərçəkmiş şəxslə dalaşması deyil, həmçinin başqa şəxslər – Şahid3 və Şahid2 tərəfindən vurulması barədə məhkum olunmuş şəxsin ifadələrinə qismən uyğun olan ifadələr vermiş, X4 isə verdiyi ifadəl əri həmçinin Zərərçəkmiş şəxslə, Şahid1la və Şahid4la üzləşdirilərkən də takrarlamışdır. Belə ki, X4 ibtidai araşdırma zamanı göstərmişdir ki, 05 iyul 2021-ci il tarixdə saat 23 radələrində X9in yaşadığı evin həyətində olarkən evin işıqları sönmüş və tez bir zamanda yanmış, lakin 5-10 dəqiqədən sonra bu hal yenə də baş vermişdir. Həmin vaxt Xun bundan narazılıq bildirməsini eşıdib o, X9lə birlikdə küçəyə çıxmış və 3 yol adlanan yerə tərəf getmişdir. Bu zaman Məhkum işıqları yandırıb qayıdırdı, Zərərçəkmiş şəxs isə Vaz-2106 markalı avtomobillə 3 yol ayrıcına gəlmiş və Məhkumdən işıqların onun tərəfindən söndürülüb-söndürülməmsini soruşmuşdur. Məhkum isə ona acıqlı şəkildə cavab verərək işıqlarn onun tərəfindən söndürülməsini və yaxşı elədiyini bildirmiş, Zərəçəkmiş şəxs isə avtomobili ilə t ransformatora tərəf gedib yenidən işıqları söndürmüşdür. Bu vaxt X Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən çıxaraq Məhkum gördükdə eyni sualı ona vermiş, sonuncu da işıq kartının yüklənmədiyini bildirərək işıqların onun tərəfindən söndürüldüyünü demişdir. X Məhkumun yaxasından tutub ona üz nahiyyəsindən bir dəfə sillə ilə vurmuş, o, yəni X4 onları aralamış və Məhkumu X9in yaşadığı evə tərəf aparmışdır. Lakin yolda Məhkum Zərərçəkmiş şəxs avtomobillə transformator tərəfdən qayıtğını görüb ona tərəf gedərək ondan söndürdüyü transformatoru niyə söndürüb-yandrmasını soruşduqda onlar mübahisə etməyə başlamış və həmin mübahisə zamanı Zərərçəkmiş şəxs Məhkum “Sən qudurmusan, camaatın işığını söndürürsən” dedikdə sonuncu Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir dəfə sillə ilə vurmuş və onu təhqir etmişdir. Bu təhqirdən sonra Zərərçəkmiş şəxs avtomaşından düşmüş və onlar yaxalaşdıqda X gəlib onları aralamış, o, da öz növbəsində onları aralamağa çalışmışdır. Şahid1, Şahid4 və X9 isə kənarda dayanıb onlara baxmış, münaqişəyə müdaxilə etməmiş və bu vaxt Zərərçəkmiş şəxsin qardaşı Şahid2 hadisə yerinə yaxınlaşıb Məhkumun Zərəçəkmiş şəxsi boğduğunu gördükdə onun sol gözünə bir dəfə yumruqla vurmuş, lakin istər sonuncu, istərsə də X və o, yəni X4 Məhkumla Zərərçəkmiş şəxsi aralamağa müvəffəq olmamışlar. Onların dalaşmaları zaman Bəşir yerə yıxılmış və bunun nəticəsində onun burnu ya Zərəçəkmiş şəxsin, ya da Şahid2nin dizinə dəyib qanamışdır. Bundan sonra Məhkum ayağa qalxıb Zərərçəkmiş şəxsin boynundan tutaraq yenə boğmağa başlamış, həmin vaxt Şahid2 da Məhkumu vuraraq onu Zərərçəkmiş şə xsdən aralaşdırmağa çalışmış və bu an Məhkum Zərərçəkmiş şəxsin qulağını dişləmişdir. Hadisə yerində olan şəxslər onları aralaşdırdıqdan sonra isə Zərərçəkmiş şəxsin “qulağım” deyib qışqıraraq yaşadığı evə tərəf qaçmışdır. Şahid4 da, digər şahidlər kimi, Məhkum üzərində və ya əlində bıçaq olmasını və bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini göstərməmişdir. Şahid X9 ibtidai araşdırma zamanı dindirilərkən Şahid4 ifadələrinə analoji ifadələr vermiş və eyni zamanda göstərmişdir ki, Zərərçəkmiş şəxs qulağının Məhkum tərəfindən kəsilməsini o, sonradan eşitmiş, lakin özü bunun şahidi olmamışdır. İş materiallarından görünür ki, işə mahiyyəti üzrə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmələr şahidlər X9in və Şahid4, xüsusən də Məh kum başqa şəxslər tərəfindən də döyülməsi və onun Zərərçəkmiş şəxs xəsarət yetirməsinin halları barədə gösərdiklərinə diqqət yetirməmiş, onların bu ifadələrdə əksini tapmış hallar üzrə heç bir araşdırma aparmamışlar, halbuki zərər çəkmiş şəxsə xəsarətin yetirilməsi mexanizminə dair həm Məhkum, həm də Şahid4 verdikləri ifadələri ilə Zərərçəkmiş şəxs ifadələri, habelə onun barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri arasında ziddiyyətlər müəyyən edilmiş və bu ziddiyyətlər də hər hansı yolla aradan qaldırılmamış, nəticə etibarı ilə isə ədalətli məhkəm araşdırması hüququ təsbit edilmiş Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tələblərinin pozulmasına yol verilmişdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən isə, cinay ət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malikdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizaların rəyləri də natamamdır və həmin rəylər üzrə ekspertlərin apardıqları tədqiqat və gəldikləri nəticələr qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki,, məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs adına açılmış tibbi sənədlərdə sol qulaq seyvanının 1/3 hissəsinin kəsilmiş yarası qeyd olunur. Zərərçəkmiş şəxs obyektiv müayin əsi zamanı sol qulaq seyvanının 1/3 hissəsində toxuma çatışmamazlığı ilə seçilən ətraf toxumadan müəyyən qədər aşağı hissədə olan, üzərində cərrahi tikiş izləri olan konsistensiyası bərk, bir qədər qabarıq olan qırmızımtıl-çəhrayı rəngli çapıq toxuması xəsarəti aşkar edilmiş və həmin xəsarət müxtəlif şəraitlərdə, eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə kənar şəxs tərəfindən vurulması zamanı, kriminalistika şöbəsinin vermiş olduğu rəydə qeyd olunduğu kimi, hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Müddəti hadisə gününə, yəni 05 iyul 2021-ci ilə uyğundur. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarət (yəni sol qulaq seyvanının 1/3 hissəsinin his səvi itirilməsi) toxuma çatmamazlığı vaxt keçdikcə bərpa olunmur, geri dönməzdir və onu aradan qaldırmaq üçün cərrahi müdaxilə ilə (kosmetik əməliyyatlarla) mümkündür. Yuxarıda qeyd olunanlara əsaslanaraq həmin xəsarət sifətin silinməz xəsarətlərinə aiddir. Əvvəla iş materiallarından və rəydən göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən ekspertlərə hər hansı bıçaq və ya digər iti kənara malik olan alət təqdim olunmamış, ekspertlər qarşısında isə aşkar edilmiş xəsarətin belə alətlə yanaşı dişləmə nəticəsində də əmələ gələ bilməsi barədə sual qoyulmamış və bu hala dair heç bir ekspert tədqiqatı aparılmamışdır. Halbuki, məhkəməyədək icraat zamanı qeyd olunan rəylə tanış olduqdan sonra Məhkum müdafiəçisi U.X.Abdurəhmanlı ilə birlikdə onun nəticələri razılaşmadığını bildirərək Zərərçəkm iş şəxs rəydə göstərilən xəsarətin yaranması mexanizmi üzrə istintaq eksperimentinin keçirilməsi barədə vəsatət qaldırmış, lakin bu vəsatət ibtidai araşdırma orqanı tərəfindən təmin edilməmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların, xüsusən də Məhkum cinayət təqibinin bütün mərəhələlərində verdiyi eyni məzmunlu ifadələrinin fövqündə əsl həqiqətin müəyyən edilməsi üçün belə eksperimentin keçirilməsi, məhkum tərəfindən verilmiş ifadələrin bu yolla yoxlanılması labüd olmuşdur. Bununla yanaşı, təhlil edilən rəydə bir tərəfdən Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər tərəfdən həmin xəsarətin sifətin silinməz xəsarətlərinə aid olması göstərilmiş, lakin bununla belə həmin xə sarətin sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilməsi müəyyən olunmamışdır. Lakin, ibtidai araşdırma orqanı kimi məhkəmələr də rəy üzrə heç bir araşdırma aparmadan, təkrar və ya əlavə ekspertizanın keçirilməsinin zəruri olmasına baxmayaraq belə ekspertizalar keçirmədən, ən azından rəy vermiş məhkəmə-tibb eksperti L.A.Qasımovu dindirmədən Zərərçəkmiş şəxs yetirilmiş xəsarəti sağlamlığa ağır zərər vuran xəsarət kimi qiymətləndirmiş və bu əsasla Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-nin 126.1-ci maddəsi ilə (sağlamlığa ağır zərər vurma cinayəti), apellyasiya instansiyası məhkəməsi tərəfindən isə - CM-nin 126.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma cinayəti) təqsirli bilinərək məhkum olunmuşdur. Hərçənd, CPM-nin 140.0.1-ci maddəsinin tələbinə g örə, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər, bu tələbdən istisna isə prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. 20 sentyabr 2021-ci il tarixli rəyin natamam və ziddiyyətli olması həmçinin onda təzahürünü tapır ki, Zərərçəkmiş şəxs aldığı xəsarət bir tərəfdən sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edildiyi halda, həmin xəsarət sifətin silinməz xəsarətlərə aid olan xəsarət kimi qymtələndirilmişdir ki, bu nəticə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”na uyğun olmamışdır. Belə ki, həmin Siyahının 1.10-cu bəndinin “Qeyd” hissəsinə görə, sifətdə, eləcə də qulaq seyvanında vaxt ke çdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) sifətdə bərpa olunmayan və sağlamlığa ağır zərər vuran xəsarətlərə, 3.1.5-ci bəndinə əsasən isə cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar – sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilmişdir. Hazırki cinayət işinin materiallarından, o cümlədən təhlil edilən məhkəmə-tibbi ekspertizasının rəyindən isə Zərərçəkmiş şəxs cərrahi (plastik və rekonstruktiv) əməliyyata məruz qalıb-qalmaması və ya onun kəsilmiş və ya dişləmə nəticəsində qopardırılmış qulaq seyvanının 1/3 hissəsin in tikilib-tikilməməsi və qulağın əvvəlki vəzyyətə gətirilibgətirilməməsi, sifətində isə silinməz izin qalıb-qalmaması görünmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə müvafiq nəticələrə gələn məhkəmələrin əsaslandıqları daha bir sübut məhkəmə-tibbi-kriminalistik ekspertizasının 06 iyul 2021-ci il tarixli rəyidir. Həmin rəylə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş qulaq seyvanı fraqmentinin bir kənarı kəsilmiş yaradır, hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş fotoşəkillərdəki şəxsin (əgər o, şəxs Zərərçəkmiş şəxsdursa) sol qulaq nahiyəsində olan xəsarət hər hansı bir iti kənara malik kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Göstərilən rəyin tədqiqat hissəsində məhkəmə kollegiyasının diqqətini çəkən məqam ondan ibarətdir ki, ekspertlərə təqdim olunmuş qulaq seyvanı fraqmentinin kənarları ziqzaq vari formalı olmuş və ekspert Zərərçəkmiş şəxs əyani şəkildə müayinə etmədən fraqmentin ona təqdim edilmiş qulan seyvanına uyğun olması barədə nəticxəyə gəlmişdir. İş materiallarından göürünr ki, həmin ekspertə də hər hansı kəsici alət təqdim edilməmiş və qulaq seyvanını fraqmentinin ziqzaqvari formasının bıçaqla deyil, dişləmə nəticəsində əmələ gələ bilib-bilməməsi nə ibtidai araşdırma orqanı, nə də ki, məhkəmələr tərəfindən yoxlanılmamışdır. Bunlarla yanaşı, məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Məhkum CM-nin 126.2.4 və 221.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yeni hökm çıxarmış apellyasiya intansiyası məhkəməsi məhkumun öz əməllər ini törədərkən ictimai qaydanı pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətində olub-olmaması, digər tərəfdən isə bu əməli törədərkən həqiqətən silah qismində istifadə olunan bıçaqdan istifadə edib-etməməsi sonacən yoxlmanılmamışdır, halbuki araşdırılmış sübutlara görə, Məhkumla Zərərçəkmiş şəxs arasında baş vermş münaqişə məhkum olunmuş şəxsin bir neçə dəfə yaşadığı kəndin işıqlarını yandırıb-söndürməsi səbəbindən onların arasında olan mübahizə və biri-birini söyüşlə təhqir etmələri zəminində baş vermiş və bu münaqişə zamanı sonuncu zərər çəkmiş şəxsə xəsarət yetirmişdir. Halbuki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərin də zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətv erici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətl əri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, m otiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya ta nışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərini göstərməklə bu cinayətin xüsusi ilə qərəzli forması kimi müəyyənləşdirilmiş 221.3-cü maddə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyi də zəruri hesab edərək vurğulamışdır ki, CM-nin 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə e dilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanunu silahın anlayışını, növlərini, xidməti və mülki silahın dövriyyəsini müəyyənləşdirir. Həmin Qanunun 2-ci maddəsinə görə silah – canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermək üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndind ə məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəm iyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməll ər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində araşdırılmış sübutlara əsasən müəyyən edilmiş hallardan görünən odur ki, 05 iyul 2021-ci il tarixdə saat 23 radələrində Məhkum işıq kartı yüklənmədiyinə görə yaşadığı kəndin transformatorundan işıqları bir neçə dəfə söndürüb-yandırmış, buna narazılığını nümayiş etdirən Zərərçəkmiş şəxs ona bu hərəkətinə və ünvansız söyüşlər söydüyünə görə (sonuncunun ifadələrinə əsasən) iradını bildirdikdə onlar mübahisə etmyə başlamış, bu mübahisə onların qarşılıqlı dalaşmalarına çevrilmiş və həmin dalaşma zamanı Məhkum Zərərçəkmiş şəxs qulağına xəsarət yetirmişdir. Məhkum ifadələrinə görə, isə uzaq qohumu və həmkəndlisi olan Zərərçəkmiş şəxs yenə də işığı yandırıb-söndürməsinə görə onu digər şəxslərlə birlikdə döymüş və o, həmin şəxslərin əməllərindən özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs qulağını dişləyərək ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının xuliqanlıq cinayətinə dair verdikləri təfsirdən və izahdan çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına (aradan qaldırılmamış ziddiyyətlərlə və məhkəmə-tibbi və məhkəmə-tibbi-kriminalistik ekspertizalarının rəylərində müəyən edilmiş çatışmazlıqlarla birlikdə) görə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə, yaxud da kassasiya şikayətində və ona edilmiş əlavədə iddia olunan ə məlləri törətməsi barədə qəti fikir söyləmək mümkün deyil və bu vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin hökmünü mötəbər, təkzib edilməz və əsaslı sübutlara söykənən yekun məhkəmə aktı kimi qiymətləndirmək olmaz. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, Məhkum ona ittiham olunmuş cinayətlərin törədilməsi zamanı istifadə etdiyi predmetin, konkret olaraq - bıçağın ekspertlərə təqdim edilmədiyi halda onun tərəfindən bu cinayətlərin məhz bıçaqdlan istifadə etməklə törədilməsi haqda da dəqiq fikir yürütmək mümkün olmadığından (ekspertiza rəylərindən göründüyü kimi, ekspertlər də müstəntiqin onların qarşısında qoyduğu suala ehtimalla cavab vermişlər) həmin rəylərə əsaslanmaqla Məhkum həm silah qismində istifadə olunan predmetdən istifadə etməklə xuliqanlıq, həm də xuliqan lıq niyyətilə sağlamlığa ağır zərər vurma cinayətlərinin törədilməsi bununla da onun CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi əsaslı nəticə kimi qiymətləndrilə bilməz. İş materiallarından, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmündən həmçinin görünən odur ki, sübutların tam və hərətrəfli təkrarən tədqiqindən imtina etmiş və iş üzrə yalnız təqsirləndirilən və zərər çəkmiş şəxsi, habelə cəmisi üç şahidin dindirilməsi ilə kifayətlənmiş apellyasiya instansiyası məhkəməsinin 04 avqust 2022-ci il tarixli hökmü faktiki olaraq bu məhkəmə tərəfindən məhkəmə iclasında araşdırılmış sübutlara deyil, ibtidai araşdırma zamanı toplanmış və əsasən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlara əsaslanmışdır ki, bu da qanunvericiliyin tələblərinə əsasən yo l verilməzdir və belə olduğu təqdirdə də məhkəmənin ittiham hökmü qanuni və əsaslı hesab edilə bilməz.. Belə ki, CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nə ticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən prosessual normaların heç birinə əməl etməyərək eyni zamanda qüvvədə olan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli tarixli Qərarındakı tövsiyələri də nəzərə almamışdır. Həmin qərarın 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Qərarın 23-cü bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, CPMnin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayəti n törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin t əqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, bütün yuxarıda təsvir edilənlərə, o cümlədən apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci maddəsində göstərilən pozuntuya və qanunvericiliyinin digər tələblərinin pozulmasın a yol verilməsinin müəyyən edilməsinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenum qərarlarnda əksini tapmış tövsiyələrə əsaslanaraq, kassasiya şikayətinin və ona edilmiş əlavənin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi U.X.Abdurəhmanlının, həmin kassasiya müraciətlərinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilməklə Məhkum CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmü ləğv olunmalı və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. ape llyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-ci maddələri ilə təqsirli bilinib məhkum olunması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 avqust 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar