Məhkəmə qərarları › İş №1(102)-223/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-223/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-223/2024 31.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) 11 may 2022-ci il tarixli hökmü ilə xx.xx.2022-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azə rbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 7 yanvar 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi m üalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin X8 da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, Əliyev Elşad İbiş oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) 22 sentyabr 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməmiş, təqsirləndirilən şəxs X4 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü X4 Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissəsində ləğv edilmişdir. X6 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sü buta yetmədiyinə görə Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmdən Rəşad Hüseynovun Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilmiş, onun üzərində yalnız CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum və X4 Azərbaycan Respublikasının CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslərin müdafiəçiləri – Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxl anılmışdır İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum və X8 öz aralarında və İran İslam Respublikasında olan digər şəxs ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, istintaqa dəqiq məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar rayonu ərazisində, “Çaylı-Əsgərabad” dairəvi yolunun kənarında, üzərində “Bakı-Astara-İran sərhədi-Biləsuvar” yazılmış lövhənin yanında gizlədilmiş külli miqdarda, 319,354 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 7 yanvar 2022-ci il tarixdə saat 01:15 radələrində cinayətlərdən xəbərsiz Şahid6 idarə etdiyi «Khazar» markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb avtomobilin qabaq sağ oturacağının alt hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliy yat-axtarış tədbirləri nəticəsində “Çaylı-Əsgərabad” dairəvi yolunda, Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yaxınlığında narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilən zaman həmin külli miqdarda, 319,354 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda çəkiləri 207,716 qram və 111,638 qram olmaqla 1 (bir) ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində 2 (iki) ədəd bükümdə olmaqla avtomobilin qabaq sağ oturacağının altından aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, hər iki məhkəmə hökmü kobud qanun pozuntuları ilə çıxarılmışdır. Hökmlərin məzmunundan göründüyü kimi ibtidai araşdırma zamanı və məhkəmə araşdırmaları zamanı hər iki təqsirləndir ilən şəxsin müdafiə hüquqları pozulmuşdur. Məhkum qarşı ittihamın əsas sübutlarından biri X4 ifadəsidir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı polis tərəfindən təzyiqlərə məruz qalmalarına dair iddialarını araşdırmamış, bunu həmin şəxslərin işgəncə, pis rəftar barədə şikayətlərinin xüsusi qaydada araşdırıla biləcəyi imkanı ilə əsaslandırmışdır. Məhkəmənin bu barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz, çünki işgəncə, pis rəftar, sair qanunsuz təzyiq nəticəsində alınmış ifadələr ittiham sübutudursa, həmin iddialar araşdırılmadan sübutlara "şübhədənkənar sübut" kimi istinad edilə bilməz. Elan edilmiş ittihamlara, məhkəmə hökmlərinə görə təqsirləndirilən şəxslər İran İslam Respublikasının naməlum vətəndaşı ilə cinayət barədə “Whatsapp" proqramı vasitəsi ilə danışıb r azılığa gəlmişlər. Məhkum istifadəsində olan, polis əməkdaşları tərəfindən götürülmüş telefon "Whatsapp''proqramını dəstəkləmir, onun başqa telefondan istifadə etməsi, daha doğrusu " Whatsapp " proqramını dəstəkləyən telefondan istifadə etməsi ibtidai araşdırma orqanı və məhkəmə tərəfindən müəyyən edilməmişdir. X6 münasibədə isə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə ittiham birinci instansiya məhkəməsinin hökmündən çıxarılmışdır, yəni onun İran islam Respublikasının naməlum vətəndaşı ilə razılığa gəlməsi sübut edilməmişdir. Belə vəziyyətdə Məhkum hansı əlaqə vasitəsi ilə İran İslam Respublikasının naməlum vətəndaşı ilə razılığa gəlməsinin müəyyən ed ildiyi açıq qalır. Birinci instansiya məhkəməsinin hökmündə sübut kimi istinad edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 5-ci vərəqinin təşkil edən raporta görə Ramal adlı şəxsin Biləsuvar ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə sübut kimi istinad edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 6-cı vərəqinin təşkil edən qərara görə Məhkum ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə sübut kimi istinad edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 21-cı vərəqinin təşkil edən qərara görə Məhkum xx.xx.2022-ci il tarixdə sa at 01:41-də şübhəli şəxs kimi tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə sübut kimi istinad edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 42-cı vərəqinin təşkil edən qərara görə Məhkum xx.xx.2022-ci il tarixdə saat 02:30-də şübhəli şəxs kimi tutulmuşdur. Belə çıxır ki: Məhkum eyni statusla 2 dəfə tutulmuşdur, bu da cinayət prossesual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir; Məhkəmələr nəzərə almalı idi ki, bu xüsusatlar kifayət qədər ziddiyyətlidir, qərarların qanuniliyi məhkəmə qaydasında yoxlanılmayıb, yoxlamanın aparılması isə qanunun tələbləri baxımından məcburidir. İş materiallarında birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin sübut kimi istinad edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 5-ci, 6-cı, 21-ci v ə 42-ci səhiflərini təşkil edən qərarların məhkəmə və prokuror nəzarəti qaydasında yoxlandığı görünmür, əksinə görünür ki, həmin qərarlar ümumiyyətlə yoxlanmayıb, yoxlansaydı yuxarıda qeyd edildiyi kimi, şəxsin eyni statusla tutulmasına dair 2 dəfə qərar qəbul edilməsinə münasibət bildirilərdi. Təəssüf ki, həmin xüsusat birinci və apellyasiya instansiyası məhkəməsində icraat zamanı da yoxlanmamışdır. Cinayət işinin materiallarına və birinci instansiya məhkəməsinin hökmünə görə X3 götürülmüş bir ədəd mobil telefona baxış keçirilib. Telefonun “Whatsapp"proqramında İran mobil operatoruna məxsus _**********21 mobil nömrə ilə çoxsaylı səsli və yazılı mesajlar var. Əvvəla telefonun dinlənilməsinə dair məhkəmə qərarı iş materiallarında yoxdur. X3 götürülmüş bir ədəd mobil telefon X4 istifadəsin dədirsə, həm də bu fakt polis əməkdaşlarına 6 yanvar 2022-ci il, məlumdursa birinci instansiya məhkəməsinin hökmündə sübut kimi istinad edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 5-ci vərəqini təşkil edən raporta görə “Ramal adlı şəxsin Biləsuvar ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat xx.xx.2022-ci il tarixdə daxil olmuşdur..." ifadəsinin məntiqi yoxdur, niyə həmin raport X8 barədə yazılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, ifadəsinə “şübhədənkənar sübut " kimi istinad edilmiş Şahid1 və digər polis əməkdaşlarının ifadələrinə görə "Khazar" markalı avtomobil hərəkətdə olarkən “əməliyyat müşahidəsinə götürülmüşdür". Təqsirləndirilən şəxslərin mobil telefonlarının dinlənilməsinə dair məhkəmə qərarı yoxdur və belə çıxır ki, həmin telefonlar dinlənilməmişdir. Eləcə də İran mobil operatoruna məxsus _**********21 mobil nömrənin dinlənilməsinə dair də hər hansı məlumat iş materiallarında yoxdur. Telefonun "Whatsapp"proqramına kənar müdaxilə də texniki baxımdan mümkünsüzdür, lakin fakt budur ki, təqsirləndirilən şəxslər məhkəmə hökmündə göstərilən vaxtda və yerdə polis əməkdaşları tərəfindən saxlanılıblar. Məhz bu xüsusat məhkəmələrin diqqətini cəlb etməli, İran mobil operatoruna məxsus **********21 möbil nömrənin 6 yanvar 2022-ci il tarixdən etibarən hansı antenn dairəsində, faktiki kimin istifadəsində olduğu dəqiqləşdirilməli idi. Müdafiə tərəfinin qənaətinə görə təqsirləndirilən şəxslər heç bir naməlum iran vətəndaşı ilə əlaqəyə girməyib, onlarla İran mobil operatoruna məxsus mobil nömrə ilə yazışma aparan məhz polis əməkdaşları olub, avtomaşından "götürülmüş" torbanın içərisində nə olduğunu da yalnız onlar bilər. Maraqlıdır ki, Məhkum hökmdə qeyd olunan ifadəsinə görə naməlum iranlının ona xx.xx.2022-ci il tarixdə mesaj yazdığını bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi Məhkum istifadəsində olmuş telefon "Whatsapp"proqramını dəstəkləmir. Məhkum aşkar görünən əqli gerilikdən əziyyət çəkir və bu səbəbdən də onun qurban seçilməsi mümkündür. Göründüyü kimi ibtidai araşdırma orqanı və məhkəmə mötəbər sübutlara istinad etmədən Məhkum ziddiyyətli sübutlar əsasında ittiham və məhkum edərək Azərbaycan Respublikası CPM-in və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası"nın tələbləri pozulmuşdur Müdafiəçi kassasiy a şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, elan edilmiş ittihamlar üzrə Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansi yası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətl iliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar A pellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istən ilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nət icəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəb ulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci i l tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tər kibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və ona bəraət verilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsv ir edilmiş narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətmələri, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması, habelə qeyd olunan maddələri Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası ittihamın bu hissəsi üzrə aşağı instansiya məhkəmələrinin gəldikdiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Belə ki, cinayət işi üzr ə müəyyən edilmiş hallara və araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən müəyyən edimişdir ki, Məhkum Məhəmməd oğlu İİR sakini – şəxsiyyəti məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə – heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İİRdən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermiş, bundan sonra İİR sakini müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə – heroini məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə Biləsuvar rayonu ərazisində – “Çaylı-Əsgərabad” dairəvi yolunun kənarında üzərində “Bakı-Astara-İran sərhədi-Biləsuvar” yazılmış lövhənin yanına yerləşdirdikdən və bu barədə 05 yanvar 2022-ci ildə Məhkum məlumat verdikdən sonra, sonuncu ümumi cinayətkar niyyəti realizə etmək üçün 6 yanvar 2022-ci ildə X7 narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı qrupa cəlb etməklə onunla qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan narkotik vasitənin qoyulduğu yerdən əldə edilməsi, saxlanması və daşınaraq Bakı şəhərinə gətirilməsi barədə razılığa gəlmiş, bu məqsədlə həmin tarixdə qeyd olunan əraziyə gedərək oradan içərisində qeyd olunan çəkidə heroin müvafiq torbanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib avtomobil də saxlamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci madd əsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələr in və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımında n həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama cinayəti formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə edib saxladığı həmin narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, onu məhz satış məqsədi il ə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hər əkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayi ət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılı ğın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçılar ın) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-in 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinə dəlalət edən sübutların qeyrimötəbər olması, ibtidai araşdırma orqanı tərəfindən prosessual pozuntularla yol verdiyini göstərsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla (xüsusilə də müdafiə hüquqları təmin edilməklə ibtidai araşdırma dövründə Rəşad Hüseynovun özünə, habelə Məhkum ona qarşı verdiyi bütün ifadələrlə) 7 yanvar 2022-ci ildə “Khazar» markalı 90PY931 qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş ümumi təmiz çəkisi – 319,354 qram narkotik vasitə – heroinin Məhkum və Rəşad Hüseynova məxsusluğu (aidiyyəti) təsdiq olunmasına baxmayaraq, müdafiəçi kassasiya şikayətində onların qəbul olunmasının yolverilməzliyini iddia etmiş, lakin bu dəlillərini hər hansı bir sübutla əsaslandıra bilməmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə tədqiq edilmiş sübutlara əsasən: Təqsirləndirilən şəxs Məhkum məhkəməyədək icraat zamanı ona qarşı irəli sürülmüş ittihamla bağlı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, hadisədən təxminən iki ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə İİR-də yaşayan bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs ona bir neçə dəfə Biləsuvar rayonuna keçirərək qoyaca ğı narkotik vasitəni götürüb realizə etməyi təklif etmişdir. İlk vaxtlar İİR-də yaşayan şəxsin təklifini qəbul etməsə də, sonra ona razılıq vermişdir. 5 yanvar 2022-ci ildə qeyd olunan şəxs onunla sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq Azərbaycan Respublikasına keçirməklə Biləsuvar rayonu ərazisinə narkotik vasitənin qoyulduğunu bildirmiş və həmin maddəni götürərək onun deyəcəyi şəxsə çatdırmağı təklif etmişdir. Bundan bir gün sonra, yəni 6 yanvar 2022-ci ildə digər təqsirləndirilən şəxs X8 ilə görüşərək İİR-də yaşayan şəxsin Azərbaycan Respublikasına artıq keçirdiyi narkotik vasitə barədə məlumat vermiş, onu birlikdə görütməyi təklif etmişdir. Rəşad Hüseynov razılıq verdikdən sonra Biləsuvar rayonuna yola düşmüşlər. Öz mobil telefon aparatı sındığı və üzərində yannız sadə modelli “KG TEL” telefonu olduğu üçün Biləsuvar rayonunda olduqları müddətdə iranlı ilə Rəşadın mobil telefon aparatı vaitəsilə əlaqə saxlamışlar. İçərisində narkotik vasitə olan bağlamanı gizlədildiyi yerdən götürdükdən bir qədər sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar; Həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 ifadələrinin məzmunundan görünür ki, Məhkum və Rəşad Hüseynov 7 yanvar 2022-ci ildə tərəflərindən saxlanılan zaman onlar aşkar olunmuş narkotik vasitənin özlərinə məxsus olmasını etiraf etmişlər; “Avtomobilə baxış keçirilməsi haqqında” 7 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxslərin və onların müdafiəçilərinin iştirakı ilə “Khazar» markalı 90PY931 qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdi r. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının arxa tərəfdən 1 (bir) ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin sellofan büküm açılıb baxıldıqda isə içərisində biri şəffaf rəngli, digəri isə qara rəngli olmaqla iki ədəd büküm olduğu məlum olmuşdur. Həmin bükümlər də açılıb baxılmış və hər iki bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu məlum olmuşdur; Materialların məhkəmə fiziki-kimyəvi ekspertizasının 7 yanvar 2022-ci il tarixli, 19/20 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid6 məxsus avtomaşından aşkar edilmiş narkotik vasitə....” sözlər və imzalar olan bir ədəd zərfdəki,02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi: -207,716 qr; -111,638 qram, ümumi təmiz çəkisi: -319,354 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış nark otik vasitə heroindirlər; «X3 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında» 8 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, X6 məxsus «Sumsung Galaxy A10» markalı, qara rəngli mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dır. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə mobil telefonun yaddaşında adı qeydə alınmamış İran mobil operatoruna məxsus “+98-914-529-0721” saylı nömrəsi arasında saat 14:29 dəqiqədən başlayaraq həmin tarixdə saat 17:58 dəqiqəyə kimi Biləsuvar rayonu, “Çaylı-Əsgərabad” dairəvi yolunun kənarında, üzərində “Bakı-Astara-İran sərhədi-Biləsuvar” yazılmış lövhənin yanında gizlədilmiş külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi ilə bağlı çoxsaylı səsl i və yazılı mesajlar göndərilmişdir. Habelə, İran mobil operatoruna məxsus “+98-914529-0721” saylı nömrəsindən həmin nömrəyə həmin tarixdə saat 16:38 dəqiqədə Bəhramtəpə-Biləsuvar yolunda olan, saat 17:21 dəqiqədə həmin yolun Biləsuvar şəhərinin girişində olan, “Ok Oyl” yanacaqdoldurma məntəqəsinin və saat 17:54 dəqiqədə Biləsuvar rayonu, “Çaylı-Əsgərabad” dairəvi yolunda olan, üzərində “Bakı-Astara-İran sərhədiBiləsuvar” yazılmış lövhənin fotoşəkili göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, məhkum edilmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq Məhkum əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Məhkum Cinayət Məcəlləsinin göstərilən maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bi rbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləş dirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsini n hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsini n baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsif i mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkumn təqsirli olması barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsi ndə (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri iləbəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2 022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar