Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-223/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əzizov Azər Mirzə oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəmə sinin 1 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi A.M.Əzizov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Quba rayonunun Davidoba kəndində anadan olmuş, Azərbayc an Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum yaşamış, olunmamış, ünvan 1 ünvanda CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun 23 avqust 2021-ci il tarixdən 14 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 4 (dörd) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş həmin cəzadan çıxılmış və məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmçinin Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimka n tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuş, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş və onun cəza çəkmə müddətinin əvvəlinin 1 fevral 2024-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Bununla yanaşı məhkəmə tərəfindən Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi polis mayoru X1 tərəfindən hazırki iş üzrə ibtidai araşdırma zamanı kobud qanun pozuntularına və səhvlərə yol verilməsi müəyyən edildiyindən onun barəsində 1 fevral 2024-cü il tarixli xüsusi qərar çıxarılmış və həmin qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər nazirinə göndərilmişdir. İşin halları: Birinci i nstansiya məhkəməsinin hökmünə əsasən, Məhkum “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələrin siyahısına (Siyahı 1)” və “Psixotrop maddələrin siyahısına (Siyahı İİ)” daxil edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşımış, saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 2 ədəd bükümdə 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə 0,277 qram çəkidə narkotik vasitə heroini satış məqsədil ə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamışdır. 22 avqust 2021-ci il tarixdə Məhkum Quba şəhəri, Fətəlixan küçəsində 0,277 qram narkotik vasitə heroini tanışı Şahid1 satmış, daha sonra 23 avqust 2021-ci il tarixdə saat 05 radələrində Quba rayonunun Qəçrəş kəndi ərazisindəki “Asma-Körpü" adlanan istirahət mərkəzinin yaxınlığında Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarının sol qabaq yan cibində “Rothmans” adlı siqaret qutusunun arxa hissəsində, həmin qutunun sellofan örtüyü arasında gizlədərək qanunsuz olaraq saxladığı 2 ədəd kağız bükümdə təmiz çəkiləri 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Sumqayıt Ağır Cinayətlər Məhkəmə sinin 1 fevral 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Məmmədov Samir Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi A.M.Əzizov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsmayılov Azər İbrahim oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından barət tərkibdə) 9 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.H.Əsədov kassasiya protesti, Məhkum müdafiəçisi A.M.Əzizov isə - kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər: - dövlət ittihamçısı T.H.Əsədov – həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul olunmasını; - müdafiəçi A.M.Əzizov – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını və Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərarın qəbul edilməsini. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.H.Əsədov həmin protestini belə əsaslandırmışdır ki, Məhkum hökmlə onun təqsirli bilindiyi əməli törətməsi ilə yanaşı, həmçinin ibtidai araşdırma orqanı tərəfindən ona qarşı satış məqsədilə 10,910 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına görə də ittiham irəli sürülmüş, həmin metamfetamini isə o, ilkin əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunduqdan bir müddət sonra - 2 021-ci ilin sentyabr ayında qonşusu Şahid2 qabaqcadan vəd etmədən aparıb özü yaşayan ünvan 2 ünvanında yerləşən binanın həyətində anbar kimi istifadə etdiyi yarımtikilidə gizlədərək saxlamış, 13 oktyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncuya məxsus həmin yarımtikiliyə baxış keçirilərkən ona məxsus 1 ədəd “Magna” adlı siqaret qutusunda yerləşdirilmiş göstərilən psixotrop maddə aşkar edilərək götürülmüş və son olaraq Məhkum törətdiyi əməlləri CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilərək o, bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməyərək əsassız olaraq Məhkum ona elan olunmuş ittiham dan ikinci epizod üzrə cinayət əməlini törətməsinə dair müddəaları xaric edib onun yalnız ittihamın birinci epizodu üzrə təqsirli bilinməsini mümkün bilmiş, nəticədə isə onun əməllərinin tövsifində səhvə yol vermişlər. Halbuki, araşdırılmış sübutlarla Məhkum bütövlükdə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Müdafiəçi A.M.Əzizov da kassasiya şikayətində CPM-in bir sıra maddələrinə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, əsasən də Məhkum ifadələrinə, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin aktlarda məhkəmələrin gəldikləri nəticələrə istinad edərək və hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamdan onun 10,910 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etməsinin və daşıyıb yaşadığı evdə saxlamasının sübuta yetirilməməsi əsası ilə xaric edilməsi ilə razılaşaraq öz şikayətini belə əsaslandırmışdır ki, işə baxan məhkəmələr Məhkum satış məqsədilə 2 ədəd bükümdə 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə 0,277 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamasına, 22 avqust 2021-ci il tarixdə isə 0,277 qram narkotik vasitə heroini tanışı Şahid1 satmasına dair təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlməmiş, bu haqda yekun məhkəmə aktlarını qəbul edərkən Məhkum məhkəmə iclasında verdiyi ifadələrini, habelə digər sübutları nəzərə almamış, bu sübutlara isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmişlər. Halbuki, məhkəmə iclasında araşdırılmış sübutlarla Məhkum satış məqsədilə ona elan olunmuş ittihamda göstərilən çəkilərdə narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlaması və daşıması, habelə narkotik vasitə olan heroini Şahid1 satması öz təsdiqini tapmamışdır. Buna baxmayaraq o, əsasız olaraq bu əməli törətdiyinə görə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, bu haqda yekun məhkəmə aktları qəbul edilərkən isə məhkəmələr prosessual hüquq normalarının tələblərini pozmuşlar. Qeyd olunanlara əsaslanaraq müdafiəçi A.M.Əzizov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayəti nə məhkəmə baxışı iclasının keçirləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi A.M.Əzizovun rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayıb həmin məhkəmənin çıxardığı hökmün dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edərkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş və Məhkum qarşı irəli sürülmüş ittihamdan o nun həmin ittihamın ikinci epizodu üzrə cinayət törətməsinə dair müddəalar xaric edilməklə onun əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmiş, nəticədə məhkəmə tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Müdafiəçi A.M.Əzizov isə kassasiya şikayətində eyni ilə iş üzrə toplanmış və araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilmədiyini və hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilmədiyi halda onun qanunsuz və əsassız olaraq məhkum edildiyini iddia edir və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməli olması haqda tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini və müdafiəçi A.M.Əzizovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağ ıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həll i qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsind ə kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlə rin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şü bhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tər əfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayə t törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsas ında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılma mış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərini n olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlə bağlı müxtəlif ölkələrə qarşı şikayətlərə dair Qərar larında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasına, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasına qiymət verilməsindən ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə qeyd etmişd ir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (məsələn, “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı Qərar). Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin m övcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habel ə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinay ətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərini n pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələbl ərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olu nur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəx sin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatı nı aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbə r və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət iş lərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (v ə ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıql arına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğu n gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara is tinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1 fevral 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə əsasən cinayət işinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsi, kassasiya müraciətlərinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, habelə birinci instansiya məh kəməsinin müdafiə tərəfininin vəsatətlərinə əsasən əldə edilmiş və həmin məhkəmənin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittihamın bir hissəsinin – Məhkum satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən 2 ədəd bükümdə 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0,654 qram olan psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə 0,277 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlaması, 22 avqust 2021-ci il tarixdə isə onun 0,277 qram narkotik vasitə heroini tanışı Şahid1 satması barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən sonuncunun külli miqdarda psixotrop maddə olan 10,910 qram çəkidə metamfetamini satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair ittihamın digər hissəsinin sübuta yetirilməməsi, nəticə etibarı ilə isə məhkumun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum məhz həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası sübutların toplanılmasına, araşdırılmasına və sübutetməyə dair cinayət-prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu və Avropa Məhkəməsinin hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq hesab edir ki, işə maziyyəti üzrə baxana məhkəmələr məhkəməyədək icraat zamanı Məhkum 10,910 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə etməsinə, daşımasına və üzərində saxlamasına dair toplanmış sübutların kifayət etməməsi, nəticə etibarı ilə isə onun bu əməli törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmiş, bu nəticənin əsasına isə təkcə Məhkum özünü müdafiə xar akterli ifadələrini deyil, həm də heç bir qanun pozuntusuna yol verilmədən əldə olunmuş digər sübutları da qoymuşlar. Məhkəmə kollegiyası kassasiya protestinin və həmçinin kassasiya şikayətinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün iş üzrə toplanmış və araşdırılmış sübutların bir qisminə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, ilk dəfə Şahid1la birlikdə 23 avqust 2021-ci il tarixdə Quba-Qəçrəş yolunda tutulmuş, həmin vaxt onun üzərində 2 bükümdə metamfetamin olmuş, həmin metamfetamini o, Şahid1 almış və polis şöbəsinə aparılıb üzərində axtarış keçirilərkən həmin iki bükümdə metamfetamin aşkar edilərək götürülm üşdür. Eyni zamanda onunla birlikdə həmin tarixdə Şahid1 də üzərində polis şöbəsində axtarış aparılmış və ondan bir bükümdə heroin aşkar edilib götürlmüş, lakin o, həmin narkotik vasitəni Şahid1 satmamış, bunu ibtidai araşdırma zamanı da bildirərək özündə aşkar edilərək götürülmüş metamfetaminin Şahid1 tərəfindən satılması barədə ifadələr vermiş, lakin onun bu ifadələri ibtidai araşdırma zamanı düzgün yazılmasa da ona qarşı yalnız CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Şahid2 yaşadığı evdən götürülmüş psixotrop maddə və elektron tərəzilər ona məxsus olmamış, guman edir ki, həmin əşyalar Şahid1 ona saxlaması üçün verdiyi avtomobil ehtiyat hissələrinin və avtomobil çexollarının arasında olmuş və Şahid2 onun bacısının xahişi ilə bunları saxlamaqdan ötrü evinə apardıqdan sonra h əmin metamfetamini və elektron tərəziləri aşkar etmiş, onları götürüb başqa yerdə gizlətmiş və 2021-ci ilin oktyabr ayında polis əməkdaşları tərəfindən onun yaşadığı evə və ona məxsus yarımtikiliyə baxış keçirlərkən metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Bu haqda isə o, yalnız barəsində cinayət işi üzrə ibtidai araşdırma aparılarkən və həbsdə olarkən bilmişdir. İş matriallarından göründüyü kimi, Məhkumun ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyətlər müəyyən edildiyindən birinci instansiya məhkəməsi tərəfindən onun məhkəməyədək icraat dövründə verdiyi ifadələri də tədqiq olunmuş və sonuncu həmin dövrdə ona qarşı irəli sürülmüş ittihamın birinci hissəsi ilə bağlı göstərmişdir ki, o, Şahid1 ilə yaxın dost olmuş, onun əvvəllər na rkotik olan heroin qəbul etdiyinə və saxlamasına görə məhkum olunması barədə məlumatı da var idi. Təxminən 2021-ci ilin mart ayının ortalarında, o, Novruz bayramından əvvəl Bakı şəhərinə getmiş, orada Yasamal rayonu, Alatava qəsəbəsinin ərazisində olduğu zaman təsadüfən zibillikdən bir ədəd siqaret qutusu tapmış, onun içərisinə baxdıqda orada 4 ədəd kağız bükümlərdə metamfetaminin, 1 ədəd bükümdə isə heroinin olmasını aşkar etmiş və onları sonradan öz istifadəsi üçün götürüb Quba şəhərinə gətirərək evində saxlamışdır. 20 avqust 2021-ci il tarixdə o, növbəti dəfə Bakı şəhərinə getməli olmuş, lakin həmin vaxt pulu olmadığına görə Şahid1dan borc olaraq 10 manat məbləğində pul istəmişdir. Bu pulu verməyə razılığını bildirən Şahid1 əvəzində ona narkotik vasitə tapmasını xahiş etmiş, o, da özü ndə narkotik vasitə olmasını sonuncuya bildirərək Bakı şəhərinə getmiş, Quba şəhərinə qayıtdıqda isə 22 avqust 2021-ci il tarixdə Şahid1 özünün idarə etdiyi “Azsamand” markalı avtomaşında onun yaşadığı küçəyə gəlmiş, o, isə özündəki metamfetamini və bir bükümdə heroini götürüb heroini Şahid1ə vermiş, onunla birlikdə həmin avtomaşında gəzərkən narkotik vasitəni və psixotrop maddəni qəbul etməkdən ötrü əlveişli yer axtarmış və bu məqsədlə həmin gün təxminən saat 24 radələrində Quba rayonunun Qəşrəş kəndi ərazisinə gəlib orada “Asma Körpü” adlanan istirahət mərkəzinin yaxınlığında dayanıb hər birisi bir bükümdə olan metamfetamini istifadə etmişlər. Bundan sonra onlar Quba şəhərinə qayıtmaq istədikdə Şahid1in idarə etdiyi avtomaşın xarab olmuş və buna görə onlar saat 5 radələrinə qədər Quba-Qə çrəş yolunda qalmışlar. Bu vaxt həmin yerə polis əməkdaşları gəlib özlərini təqdim edərək onların narkotik sərxoşluğu vəziyyətində olmalarından şübhələnib Quba RPŞ-nə aparmış və orada şübhəli şəxs qismində tutulduqdan sonra onun və Şahid1 üzərində video çəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Bu istintaq hərəkətinin keçirilməsi zamanı o, metamfetamin qəbul etdiyini və üzərində də həmin psixotrop maddə olmasını etiraf etmiş və əynində olan cins şalvarının sol qabaq yan cibindən bir ədəd “Rothmans" siqaret qutusunun içərisində olan iki bükümdə metamfetamini, arxa cibindən bir ədəd “Samsunq" markalı mobil telefonu, şalvarının qayış hissəsindən 1 ədəd açılıb qatlanan cib bıçağını çıxarıb təhqiqatçıya təqdim etmişdir. Eyni zamanda Şahid1 də üzərindən onun verdiyi narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Şübhəli şəxs qismində verdiyi ilkin izahatında isə Məhkum bildirmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş 2 bükümdə psixotrop maddəni və 10 manat pulun müqabilində Şahid1yi verdiyi bir bükümdə narkotik vasitə olan heroini o, “facebook" sosial şəbəkəsində yerləşdirilən elana əsasən, tanımadığı şəxsin bank kartına “milliön" ödəmə terminalı vasitəsilə 30 manat məbləğində pul yüklədikdən sonra həmin şəxsin şəklini göndərdiyi yerdən 20 avqust 2021-ci il tarixdə Bakı şəhərində olarkən götürmüş, Quba şəhərinə qayıtdıqda isə metamfetaminləri özündə saxlamış, heroini isə Şahid1a vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 da təhlil edilən epizod üzrə Məhkum ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dind irilərkən verdiyi ifadələrinə analoji olan ifadələr vermişdir. İş materiallarının təhlili göstərir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamın birinci epizodu üzrə cinayət əməlini törətməsi həmçinin ibtidai araşdırma zamanı və məhkəmə iclasında şahid qismində dindirilmiş Quba rayon Polis Şöbəsinin əməkdaşları Şahid8, Şahid7, X6, Şahid9 ifadələri ilə, adı çəkilən məhkumun və Şahid1 üzərlərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 23 avqust 2021-ci il tarixli protokollarla, məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli 6/3644 saylı rəyi ilə də təsdiq olunur. Bu sübutların fonunda məhkəmə kollegiyası müdafiəçi A.M.Əzizovun kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Məhkum 2 ədəd bükümdə 0,308 qram və 0,346 qram olmaqla ümumi təmiz çəkisi 0, 654 qram olan psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə 0,277 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlaması və bununla da onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilərək bu əməli törətdiyinə görə təqsirli bilinməsi haqda məhkəmələrin gəldikləri nəticə əsaslı və qanunidir, belə olan halda isə onun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024- cü il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından isə görünən odur ki, məhkəmələr Məhkum həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrini yuxarıda təsvir edilmiş sübutlarla əlaqəli şəkil də müqayisə edib qiymətləndirməklə düzgün olaraq belə qənaətə gəlmişlər ki, sonuncunun məhkəmə iclasında verdiyi ifadələr araşdırılmış digər sübutlarla heç də uzlaşmadığından bu ifadələr onun məsuliyyətdən kənarda qalmağa yönəlmiş ifadələr kimi qiymətləndirilməli və mötəbər sübut kimi qəbul edilməməli, yekun məhkəmə aktlarının əsasına isə onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri qoyulmalıdır. Məhkum üzərindən aşkar edilərək götürülmüş cəmisi 0,654 qram çəkidə psixotrop maddə metamfetaminlə yanaşı, onun həmçinin qanunsuz olaraq satış məqsədilə külli miqdarda - 10,910 qram çəkidə metamfetamini də əldə edərək daşımasına və yaşadığı evində saxlamasına dair ona qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi, bu əməlləri törətməsinə dair müddəaların isə həmin ittihamdan əsa ssız olaraq xaric edilməsi barədə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası yenə də cinayət işinin materiallarına müraciət etməyi zəruri bilir. Belə ki, bu epizod üzrə Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, o, hazırki iş üzrə həbs olunaraq istintaq təcridxanasında həbsdə saxlanılarkən bundan əvvəl – 2021-ci ilin avqust ayında avtomobil ustası işləmiş dostu Şahid1 öz fəaliyyəti ilə bağlı istifadə etdiyi müxtəlif ləvazimatları və avtomobilllər üçün ehtiyyat hissələrini ona verərək həmin əşyaları müvəqqəti olaraq evində saxlamasını xahiş etmiş, o, da buna etiraz etməyərək həmin əşyaları götürüb yaşadığı evə qoymuşdur. Sonradan onunla birlikdə Şahid1 də həbs edilmişdir. O, həbs olunduqdan sonra bu əşyaların bəzilərinin sahiblə ri onun yaşadığı evə gələrək öz əmlaklarını tələb etmiş, həmin vaxtlarda isə anası işdə olduğu üçün evdə qalan azyaşlı bacısı bundan narahat olaraq və qorxaraq qonşuları Şahid2 Şahid1ın verdiyi əşyaları özündə saxlamasını xahiş etmiş, Ələkbər də Şahid1ın verdiyi əşyaları götürüb aparmışdır ki, əşyaların bir qismini sahibləri gəlib götürsün, sahibsiz əşyaları isə satsın, çünki Şahid2 demişdir ki, həmin əşyaların arasında onun da əşyaları var. Bundan təxminən 10 gün sonra Şahid2 polis əməkdaşları tərəfindən tutulmuş və ona məxsus yarımtikilidən narkotik vasitə ilə həmçinin bir ədəd “Maqna” siqaretinin qutusunda metamfetamin aşkar edilərək götürülmüşdür. Bu haqda o, həbsdə olduğu müddətdə Quba RPŞ-nə etap olunduqdan sonra bilmiş və bununla bağlı müstəntiq ona məlumat vermişdir ki, Şahid2 aşka r edilərək götürülmüş metamfetamin onun, yəni Məhkum yaşadığı evdən götürüb gətirdiyi müxtəlif əşyaların arasında olması barədə ifadəldər vermişdir. Şahid1 saxlamaqdan ötrü verdiyi əşyalar isə bir aydan çox müddətdə onların evində olmuş, lakin o, həmin əşyaların arasında psixotrop maddə olmasını aşkar etməmişdir. Bu haqda o, müstəntiqə bildirərək Şahid2 götürdüyü əşyaların Şahid1 məxsus olmasını demiş, lakin buna baxmayaraq Şahid2 götürülmüş psixotrop maddənin əldə edilməsi, daşıması və saxlamasına görə ona qarşı əsassız ittiham irəli sürülmüş, lakin həmin psixotrop maddəni o, əldə etməmiş və bu əşya ona məxsus olmamışdır. Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən isə görünür ki, o, 2021-ci ilin avqust ayında Şahid1 onun xahişi ilə müvəqqəti olaraq saxlaması üçün ona məxsus əşy aları götürərkən sonuncu ona həmin əşyaların arasında “Maqna” siqaret qutusunun içərisində metamfetamin olmasını, münasib müştəri tapdıqda isə həmin metamfetamini sataraq pul əldə edəcəyini bildirmişdir. Lakin, iş materiallarından görünür ki, Şahid1 ibtidai araşdırma zamanı bu halı inkar etmiş və məhkəmə iclasında da göstərmişdir ki, onun Məhkum saxlamaqdan ötrü verdiyi əşyaların arasında Şahid2 götürülmüş psixotrop maddə olmamışdır. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında, Şahid1 isə cinayət təqibinin bütün mərhələlərində Məhkum saxlamaqdan ötrü verdiyi əşyaların arasında psixtorop maddənin olmasını qəti şəkildə inkar etmiş və sonuncu yalnız ehtimalla bildirmişdir ki, bu psixotrop maddə Məhkum məxsusdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma zamanı verdiyi ifadələri təsdiq etməyərək göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında qonşusu Məhkum həbsdə olarkən onun anasının və bacısının xahişi ilə müvəqqəti olaraq Şahid1 məxsus olan əşyaları götürüb qaraj kimi istifadə etdiyi yarımtikilidə saxlamış, lakin həmin əşyaların arasında psixotrop maddə olmasını görməmişdir. 13 oktyabr 2021-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları onu saxlayıb ona məxsus yarımtikiliyə baxış keçirərkən həmin əşyaları da götürmüş və onun içərisində “Maqna” siqaret qutusunda yerləşdirilmiş psixotrop maddə - metamfetamin aşkar etmişlər. İbtidai araşdırma zamanı və özünün CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Quba Rayon Məhkəməsində baxılarkən isə Şahid2 Məhkum evindən saxlamaqdan ötrü götürdüyü, Şahid1 məxsus əşyalara onların saxlanıldığı və təmir edilən otaqda baxarkən həmin əşyaların arasında “Maqna” siqaret qutusuna yerləşdirilmiş bir ədəd selofan bükümdə metamfetamin olmasını görmüş, əşyaları gətirib özünə məxsus yarımtikiliyə yerləşdirmiş, psixotrop maddəni isə yarımtikilinin birinci mərtəbəsində yerləşən otaqdakı televizorun altlığının içərisinə qoymuşdur ki, sonradan onu tullasın, lakin bu haqda unutduğundan bunu etməmişdir. Şahid2 satış məqsədi olmadan 10,910 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək saxlamasına və daşımasına görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, məhkəmə həmin hökmü çıxararkən digər sübutlarla yanaşı, həmçinin ona məxsus və Quba şəhəri, Sahil küçəsində yerləşən yarımtikiliyə baxış keçirilməsi barədə 13 oktyabr 2021-ci il tarixli protokola da əsaslanmış və həmin protokola görə yuxarıda göstərilən psixotrop maddə həqiqətən Şahid2 ifadəsində göstərdiyi yerdən – yarımtikilinin birinci mərtəbəsində yerləşən otaqdakı televizorun altlığından, “Maqna” siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Eyni zamanda baxış nəticəsində həmin yarımtikilinin ikinci mərtəbəsindəki otaqdan 1,850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana da götürülmüş, lakin həmin narkotik vasitənin çəkisi cinayət tərkibi yaratmadığından onun əldə edilərək saxlanmasına görə Şahid2 qarşı ittiham irəli sürülməmişdir. Təsvir edilmiş sübutlardan həmçinin görünür ki, Şahid2 da ona məxsus olan yarımtikilidən götürülmüş ps ixotrop maddənin ona məxsusluğunu inkar edərək həmin maddənin Məhkum yaşadığı evdən saxlamaqdan ötrü götürdüyü əşyaların arasında aşkar etməsinə görə ehtimalla bu maddənin Məhkum məxsus olması barədə ifadələr vermiş və həm onun, həm də Məhkum barəsində cinayət təqibini aparan orqanlar tərəfindən sonuncuya qarşı onun satış məqsədilə külli miqdarda 10,910 qram çəkidə metamfetamini də əldə etməsinə, saxlamasına daşımasına görə ehtimallar üzərində qurulmuş ittiham irəli sürülmüş, eyni zamanda təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına yol verilərək Şahid2 elan olunmuş ittihamda və onun barəsindəki Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmündə həmin psixotrop maddənin Məhkum məxsus olması göstərilmişdir. Halbuki, Şahid2 qarşı belə ittiham irəli sürülməzdən əvvəl Məhkum göstərilən əməli törətməsini təsdiq edən qüvvəyə minmiş ittiham hökmü çıxarılmamış, hazırki iş üzrə sonuncuya qarşı təhlil edilən epizod üzrə irəli sürülmüş ittiham isə yalnız ehtimallar üzərində qurularaq ittihamın bu hissəsini təsdiq edən heç bir mötəbər sübut ələd edilməmiş və araşdırılması üçün məhkəmələrə təqdim olunmamışdır. Kassasiya protestində göstərilən epizod üzrə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməsinə dəlalət edən Şahid2 barəsindəki Quba Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmünə istinad edilərək həmin hökmün hazırki iş üzrə preyudisial əhəmiyyətə malik olması iddia olunsa da məhkəmə kollegiyası bununla bağlı da dəlilləri qəbul edilməz sayır və məhkəmələrin o mövqeyi ilə razılaşır ki, həmin hök m həm CPM-in 142.1-ci maddəsinin tələbləri baxımından, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, həmin hökm yalnız Şahid2 aid olmaqla Məhkum hər hansı cinayət əməlini törətməkdə təqsirliliyini müəyyən edə bilməz. Belə ki, CPM-in142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Prosessual qanunvericiliyin bu normasına şərh verən Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumu adı çəkilən 8 yanvar 2020-ci il tarixli Qərarında isə Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərindən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan çıxış edərək belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Kassasiya protestinin digər dəlili ondan ibarətdir ki, məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli 6/708 saylı rəyinə əsasən Şahid2 məxsus yarımtikilidən aşkar edilərək götürülmüş psixotrop maddənin xarici görünüşü və kimyəvi komponentləri Məhkum götürülmüş psixotrop maddə ilə eynilik təşkil etdiyindən bu hal da sonuncunun ümumilikdə 11,9 qram çəkidə külli miqdarda metamfetamini satış məqsədilə əldə edərək daşımasına və saxlamasına dəlalət etməklə ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə ir əli sürülmüş ittihamı təsdiq edir. Lakin, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun bu dəlili də razılaşmır ona görə ki, hər iki şəxsin eyni mənbədən eyni tərkibli psixotrop maddəni əldə etməsi barədə heç bir sübutla təsdiq olunmayan çoxlu sayda fərziyələr irəli sürmək olar, lakin kollegiyanın qənaətinə görə bu fərziyələr də 10,910 qram çəkidə metamfetamini Məhkum tərəfindən əldə edilərək saxlanmasını və daşınmasını təsdiq etmədiyindən onun bu əməlləri törətdiyinə görə təqsirli bilinməsinə əsas vermir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə işə mahiyyəti üzrə baxaraq sübutları tədqiq edib onları qiymətləndirən birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum külli miqdarda - 10,910 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək daşımasının və saxla masının sübuta yetirilməməsi əsası ilə bu epizodu ona qarşı irəli sürülmüş ittihamdan xaric etmiş, onun 1 fevral 2024-cü il tarixli hökmün təsvirəsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilmiş əməlləri törətməsini müəyyən edərək məhkumun bu əməllərini CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif etməklə onun həmin maddə ilə təqsirli bilinərək məhkum edilməsini mümkün bilmiş, apellyasiya instansiyası məhkəməsi isə həm bu nəticə ilə razılaşarkən, həm də öz məzmunlarına görə kassasiya protestinin və kassasiya şikayətinin məzmunları ilə eynilik təşkil edən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini həm qanunvericiliyinin tələblərinə, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun hüquqi mövqeyinə istinad etməklə inandarıcı və əsaslandırılmış şəkildə cavablandırarkən maddi və prosessual hüquq normalarının tələblərinin hər hansı pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası da belə əsaslandırma və sübutların qiymətləndirilməsi ilə razılaşaraq həm kassasiya şikayətinin, həm də kassasiya protestinin bütün dəlillərini qəbuledilməz sayır və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyindən həmin məhkəmənin iş üzrə qəbul etdiyi 9 iyul 2024-cü il tarixli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin olunmaması haqda isə Məhkum müdafiəçisi A.M.Əzizovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməklə Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarı həmin kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-223/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-223/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver