Məhkəmə qərarları › İş №1(102)-2230/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2230/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2230/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Abbaszadə Ziyad İsax oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər M əhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Z.İ.Abbaszadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaşif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1986-cı il tarixdə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azya şlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 69.3 maddələrinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04 iyul 2017ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Lökbatan-Qobu” yolunda yerləşən nömrəsiz evdə yaşamış, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan mə hrum etmə cəzasına məhkum edilmiş və CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə nöıündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2022-ci ilin yanvar ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumilikdə 10 ədəd olmaqla 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,651 qram; 0,304 qram; 0,592 qram; 0,580 qram; 0,295 qram; ümumi təmiz çəkisi 2,422 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram; 0,307 qram; 0,461 qram; 0,442 qram; 0,448 qram; ümumi təmiz çəkisi 2,370 qram kustar üsulla hazırlanmış psixot rop maddə metamfetamini əldə etdikdən sonra 5 bükümdə olan narkotik vasitə heroini “Winchester” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan qara rəngli şalvarının sağ yan cibində, 5 ədəd bükümdə olanpisixotrop maddə metamfetamini isə siqaretin qızılı falqasına qoyaraq əynindəki qara rəngli şalvarının sol arxa cibində saxlamaqla daşımış, 21 yanvar 2022-cİ il tarixdə Qaradağ RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 20:45-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində fəaliyyət göstərən “Əli” marketin yaxınlığında saxlanılaraq Qaradağ Rayon Polis idarəsinin inzibati binasına gətirilmiş, saat 22:10-da videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindəki “Winchester” markalı siqaret qutusunun içərisindən 5 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,651 qram; 0,304 qram; 0,592 qram; 0,580 qram; 0,295 qram; ümumi təmiz çəkisi 2,422 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan qara rəngli şalvarın sol arxa cibindən qızılı siqaret falqasının içərisində saxladığı 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram; 0,307 qram; 0,461 qram; 0,442 qram; 0,448 qram; ümumi təmiz çəkisi 2,370 qram külli miqdarda ağ rəngli, kristal şəkilli kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, 23 yanvar 2022-ci il tarixdə Məhkum üzərindən külli miqdarda narkotik vasitə aşkar edilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cəlb edilməsi və barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçildikdən sonra Qaradağ RPİ-yə ərizə ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən sahibsiz yarım tikilidə narkotik vasitə gizlətdiyini, həmin narkotik vasitələri təqdim etmək istədiyini bildirməsi faktı ilə əlaqədar həmin tarixdə saat 13:50 radələrində onun müdafiəçisi Elxas Əsgərovun və Qaradağ RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikiliyə videoçəkiliş aparılm aqla baxış keçirilərək həmin tikilidə yerdə olan karton qutunun altındakı istintaqa məlum olmayan mənbədən satış məqəsdi ilə qanunsuz olaraq əldə edib daşıyaraq gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2.400 qram və 3.500 qram, ümumi təmiz çəkisi 5.900 qram külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bağlamada təmiz çəkisi 503 qram külli miqdarda ağ rəngli, kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi Aslanov Pəhlivan Xəlil oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən i şə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi) Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 18 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilərək Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilədək endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum müdafiəçisi Z.İ.Abbaszadə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir çox maddələrinə, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respulikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına, bu hallar üzrə toplanmış və birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında araşdırılmış sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Z.İ.Abbaszadə apellyasiya instansiyası məhkəməsinin 18 may 2023-cü il tarixli qərarını mübahisələndirərək həmin qərardan verdiyi kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum saxlanması anından sonrakı istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı da qanunvericiliyin tələblərinin ciddi surətdə pozulmasına baxmayaraq məhkəmələr tərəfindən bu pozuntular aradan qaldırılmamış, hüquqlarını müdafiə etdiyi şəxsə tam əsassız olaraq həddindən artıq ağır cəza təyin edilmişdir. İş üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, səlahiyyətli subyekt əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə heç bir münasibət bildirməmiş, hansı səbəbə görə məhkəmə qərarı olmadan belə tədbirin keçirilməsinin zəruriliyi qərarda əsaslandırılmamışdır. Halbuki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Bununla yanaşı, Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə qeyd olunan 21 yanvar 2022-ci il tarixli qərar qanuni hesab edilsə də, bununla bağlı Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun mövqelərinə zidd olaraq heç bir araşdırma aparılmamış, qərarda göstərilən tədbirlərinin qanuniliyi yoxlanılmamış, apellyasiya instansiyası məhkəməsi buna da münasibət bildiriməmişdir. Bundan başqa, iş üzrə toplanmış sübutlarla, o cümlədən əməliyyat tapşırığına cavab məktubu ilə Məhkum narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması, onun analoji cinayətlərin başqa şəxslər tə rəfindən törədilməsində iştirakı müəyyən edilməmişdir. Bu hal isə onun əməlinin düzgün tövsif edilməməsinə dəlalət edir, digər tərəfdən onun haqqında Qaradağ Rayon Polis İdarəsinə daxi olmuş əməliyyat məlumatının mötəbərliyini də şübhə altına alınır. Həmçinin müdafiəçi qeyd etmişdir ki, Məhkum faktiki olaraq 21 yanvar 2022-ci il tarixdə saat 18:30 radələrində tutularaq Polis İdarəsinə gətirilsə də, onun həmin vaxtdan saat 22:10-dək harada olması, hansı səbəbdən təhqiqatçıya vaxtında təqdim edilməməsi, üzərində şəxsi axtarışın vaxtında aparılmaması, belə axtarışın polislərin nəzarəti altına keçdikdən 3 saat 40 dəqiqə sonra aparılmasının səbəbləri ilə bağlı cinayət işinin materiallarında heç bir sənəd və məlumat yoxdur. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə protokoldan gö rünür ki, həmin istintaq hərəkəti yalnız 21 yanvar 2022-ci il tarixdə saat 21:00-da keçirilməyə başlanmış, halbuki onun üzərində axtarış aparılmasını tutulduğu anda və yerdə mümkünsüz edən heç bir maneə olmamışdır. Daha sonra müdafiəçi qeyd etmişdir ki, Məhkum polis şöbəsində döyülməsi və bunun nəticəsində xəsarət alması istintaq təcridxanasının təqdim etdiyi tibbi kitabçada dəqiq göstərilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi işgəncə faktına tam aydın və qanunvericiliyin tələblərinə uğun münasibətini bildirməmişdir. Bundan başqa, iş üzrə toplanmış sübutlardan görünür ki, Məhkum ibtidai araşdırma zamanı öz təqsirini etiraf edərək üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu göstərmiş, apellyasiya instansiyası məhkəməsinin məhkəmə baxışı iclasında da özünü qismən, yəni üzərində aşkar edilmiş narkotik vasitənin daşıyıcısı və istifadəçisi kimi təqsirli bildiyini göstərmişdir. Lakin, sonradan o, fiziki təsirlərə məruz qalaraq ona məxsus olmayan narkotik vasitənin və psixotrop maddənin saxladıldığı yer barədə məlumat vermişdir. Bu haqda onun 23 yanvar 2022-ci il tarixdə verdiyi ərizə həqiqətə uyğun olmasa da həmin ərizə əsasında keçirilmiş istintaq həpəkətlərini qanuni hesab edən məhkəmələr digər tərəfdən nəzərə almamışlar ki, CM-nin 234-cü maddəsinin “Qeyd” hissədinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri tör ətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası qanunun bu tələbinə də nəzər yetirməmiş və ona qəbul etdiyi qərarında heç bir münasibət bildirməmişdir. Şərh olunanlara əsaslanaraq müdafiəçi Z.İ.Abbaszadə onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Müdafiəçi Z.İ.Abbaszadənin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr iş üzrə toplanmış və araşdırılmış sübutları qanuna müvafiq qaydada tədqiq etməmiş və onlara düzgün qiymət verməmiş, iş üzrə qəbul olunmuş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşki l etmiş, sonuncunun əməlləri düzgün tövsif olunmadığına və cinayət qanunu normasının tətbiqində səhvə yol verildiyinə görə, o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuş, eyni zamanda həddindən artıq ağır cəzaya məruz qalmışdır. Bununla da, müdafiəçi Z.İ.Abbaszadə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3, 416.1.11, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsas ını yolverilməz sübutlar təşkil etdikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.İ.Abbaszadənin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasi ya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmlərinin və ya qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəmələrində işə baxılarkən və mü bahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və ya tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunaraq araşdırılması, onların qanuna müv afiq qaydada qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanla rın vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin aradan qaldırılması üç ün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini, digər tərəfdən isə ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin daha ağır cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmasını yolverilməzliyini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Ko nstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifən in yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müv afiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cə lb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplə rinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli ş əxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraa tının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az ə həmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya di gər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və halların ın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqib i üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanu nu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında itti hamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və ob yektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiy yət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Ple numu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təq sirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Belə ki, Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətb iq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühak iməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra m ətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının fundament al prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Barbera, Messege və Yabardo İ spaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətn əmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına, eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta ye tirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla ) təkzib etsin. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Qanunvericiliyin yuxarıda şərh edilmiş normalarından, İnsan H üquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, cinayət törətmiş şəxs barəsində hər hansı cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən əvvəl məhkəmə ilk növbədə onun bu və ya digər cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilb-yetirilmədiyini, onun əməllərinə cinayət qanunu normasının düzgün tətbiq edilibedilməməsini, ibtidai araşdırma orqanından fərqli olaraq həmin əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin daha yüngül maddəsi ilə, xüsusilə də cinayətin iştirakçılıqla törədilməsi hallarında təqsirləndirilən şəxsin törətdiyi əməllərin iştirakçılığın növünə uyğun olaraq tövsif edilməsi, onun cəzadan və ya cinayət məsuliyyətindən azad olunmas ı üçün əsasların olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra törədilmiş cinayətin xarakerinə və ictimai təhlükəlilik dərəcəsinə, işin bütün hallarına, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəza təyin etmənin prinsiplərinə, şərtlərinə və qaydalarına uyğun cəza təyin etməlidir. Bu məsələlərin düzgün həll edilməməsi şəxsin əsassız olaraq açıq-aşkar ağır və ya yüngül cəzaya məruz qalmasına səbəb ola bilər ki, bu da cinayət mühakimə icraatının ədalətli həyata keçirilməli olması tələblərinə uyğun hesab oluna bilməz. Buna görə məhkəmə kollegiyası Məhkum barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması ilə bağlı kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilibyetiril məməsini, onun törətdiyi əməllərə cinayət qanunu normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamağı və yalnız bundan sonra barəsində cəza tədbirinin seçilməsi məsələsinə münasibət bildirməyi zəruri sayır. Bunun üçün isə məhkəmə kollegiyası hazırki iş üzrə müəyyən edilmiş faktiki hallara və bu halların arxasında duran, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara bir daha müraciət etməyi zəruri bilir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, həmin sübutlarla müəyyən edilmişdir ki, Məhkum 2022-ci ilin yanvar ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumilikdə 10 ədəd olmaqla 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,651 qram; 0,304 qram, 0,592 qram, 0,580 qram, 0,295 qram, ümumi təmiz çəkisi 2,422 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,307 qram, 0,461 qram, 0,442 qram, 0,448 qram, ümumi təmiz çəkisi 2,370 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikdən sonra həmin heroini “Winchester” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan qara rəngli şalvarının sağ yan cibində, metamfetamini isə siqaretin qızılı falqasına qoyaraq əynindəki qara rəngli şalvarının sol arxa cibində saxlamaqla daşımışdır. Bundan başqa, qeyd olunan əməlin törədilməsi ilə bağlı Məhkum 23 yanvar 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsi ilə təqsirlindirilən şəxs qismində cəlb e dildikdən və Qaradağ Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə onun barəsində dörd ay müddətə həbs qətimkan tədbiri seçildikdən sonra o, Qaradağ RPİ-nin rəisinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən sahibsiz yarım tikilidə narkotik vasitə gizlətdiyini, həmin narkotik vasitələri təqdim etmək istədiyini bildirmiş və buna görə həmin tarixdə saat 13:50 radələrində onun özünün və müdafiəçisi Elxas Əsgərovun, habelə Qaradağ RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikiliyə videoçəkiliş aparılmaqla baxış keçirilərək həmin tikilidə yerdə olan karton qutunun altındakı istintaqa məlum olmayan mənbədən satış məqəsdi ilə qanunsuz olaraq əldə edib daşıyaraq gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanın içərisindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2.400 qram və 3.500 qram, ümumi təmiz çəkisi 5.900 qram külli miqdarda narkotik vasitə olan heroin və 1 ədəd bağlamada təmiz çəkisi 503 qram külli miqdarda psixotrop maddə metamfatemin aşkar edilərək götürülmüşdür. Bu ittihamla bağlı birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilən Məhkum həmin iclasda özünü qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 21 yanvar 2022-ci il tarixdə, axşam saat 20:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ilə piyada gedərkən “Əli” marketin yaxınlığında mülki geyimdə iki nəfər yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Qaradağ Rayon Polis idarəsi nin əməkdaşları olduqlarını bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni və psixotrop maddəni videoçəkiliş aparılmaqla təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən guya onun tərəfindən ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikilidə karton qutunun altında gizlətdiyi 5.900 qram narkotik vasitə heroin və 503 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə ona məxsus olmamış və o, polis əməkdaşlarını təsiri və təzyiqi ilə guya həmin maddələr barədə ərizə yazmaqla məlumat vermişdir. Həmin iclasda elan olunaraq tədqiq edilmiş Məhkum ibbtidai araşdırma zamanı hər dəfə müdafiəçisinin iştirakı ilə ardıcıl olaraq həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən isə görünür ki, o, narkotik aludəçisi olduğundan “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri Yasamal rayonu ərazisində tanımadığı ayrı-ayrı narkotik aludəçilərindən alıb qəbul etmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Yasamal rayonunun ərazisində “Asan” xidmət tərəfdə tanımadığı şəxsdən 180 manat müqabilində 10 büküm olmaqla 5 bükümdə narkotik vasitə olan heroin və 5 bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Aldığı narkotik vasitənin bir hissəsini o, siqaret falqasında yandırıb tüstülətməkl ə qəbul etmiş, qalan heroini və “Winchester” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan şalvarın sağ yan cibində, psixotrop maddəni isə siqaret falqasına qoyub şalvarın sol arxa cibində saxlamışdır. 21 yanvar 2022-ci il tarixdə, axşam saat 20:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ilə piyada gedərkən “Əli” marketin yaxınlığında mülki geyimdə iki nəfər yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək özlərinin Qaradağ Rayon Polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. O, bu təkliflə razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis İdarəsinə getmiş, orada xidməti otaqların birində üzərində axtarış aparılacağı barədə məlumat verilmiş, bundan əvvəl vəkil dəvət olunaraq ona təqdim olunmuş və vəkilin i ştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. O, bu təklifə də etiraz etməyərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı “Winchester” markalı siqaret qutusunun içərisindən olan beş ədəd şəffaf sellofan bükümlərdəki narkotik vasitəni, eləcədə həmin şalvarın sol arxa cibində siqaretin gümüşü falqanın içərisində saxladığı dörd ədəd şəffaf sellofan bükümdə və bir ədəd ağ rəngli kağız bükümündə olan psixotrop maddəni təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilmiş, 5 ədədinin içərisindən qəhvəyi rəngli, toz şəkilində narkotik vasitəyə bənzər maddə, 5 ədədinin içərisindən isə ağ rəngli, duz şəkiində maddələr aşkar olunmuşdur. Bununla bağlı tərtib olunmuş proto kol onun və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa, 2022-ci ilin yanvar ayının əvvəllərində o, Qaradağ Rayon Məhkəməsinin yaxınlığında məişət tullantıları yeşiklərinin yanından keçərkən yerdə qara rəngli torba görmüş, torbanın içərisində çörək olacağını güman edib götürmüş, lakin torbanın ağır olduğunu görüb içərisinə baxarkən iki ədəd üzəri lentlə sarınmış vəziyyətdə, bir ədəd isə ağ rəngli üzəri lentlə sarınmış vəziyyətdə bağlamalar olduğunu aşkar etmişdir. Bağlamalara baxan zaman içərisində narkotik vasitə olduğunu müəyyən edib həmin torbanı ünvan 1 ünvanın yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus mühafizə olunmayan yarım tikilidə karton qutunun altında gizlətmişdir. Həmin narkotik vasitə barədə polis əməkdaşlarına ərizə ilə məlumat vermiş və narkoti k vasitəni gizlətdiyi yeri göstərmək məqsədi ilə həmin yerə müdafiəçisi və polis əməkdaşları ilə getmiş, karton qutuların altında yerləşdirdiyi narkotik vasitələri polis əməkdaşlarına göstərmiş, aşkar olunmuş predmetlər polis əməkdaşı tərəfindən qablaşdırılmış və bununla bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Bu dindirmələr zamanı Məhkum həmçinin qeyd etmişdir ki, əldə etdiyi və üzərində saxlayaraq daşıdığın narkotik vasitəni və psixotrop maddəni o, aldığı qiymətdən 5 manat baha qiymətə tanımadığı, narkotik vasitələr və psixotrop maddələr əldə etmək istəyən şəxslərə satmaq niyyətində də olmuşdur. Apellyasiya şika yətinə məhkəmə baxışı iclasında isə Məhkum göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə saat 21 radələrində o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində həqiqətən təxminən 4 qram çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuş, ayrı-ayrı bükümlərə yerləşdirilmiş həmin əşyaların ona məxsus olmasını qəbul edir və bununla bağlı özünü təqsirli bilir, lakin üzərində saxlayaraq daşıdığı bu əşyaları özü istifadə etmək üçün əldə etmiş və onları kiməsə satmaq niyyətində olmamışdır. Həmçinin Məhkum həmin iclasda da bildirmişdir ki, polis əmkdəşlərı tərəfindən ona edilmiş fiziki təsirlər nəticəsində o, heç bir məlumatı olmayan daha böyük çəkilərdə - 5.900 qram külli miqdarda narkotik vasitə olan heroinin və 503 qram külli miqdarda psixotrop maddə olan metamfetamini n də ona məxsus olması, həmin narkotik vasitəni və psixotrop maddəni taparaq gizlətməsi barədə ərizə yazmağa və ifadələr verməyə məcbur edilmiş, sonradan isə yenə də təsirlər nəticəsində guya həmin narkotik vasitəni və psixotrop maddəni gizlətdlyi yeri göstərərək onları videoçəkiliş polis əməkdaşlarına təqdim etmişdir. Əslində isə, o, göstərilən miqdarlarda heroini və metamfetamini əldə etməmiş, tapmamış, gizlətməmiş, bunlarla bağlı ərizəni və ibtidai araşdırma zamanı ifadələri polis əməkdaşlarının təsiri altında vermişdir. Lakin, iş materiallarının təhlili göstərir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi təkcə onun ibtidai araşdırma zamanı və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri ilə deyil, həmçinin şahidlər – Qarad ağ Rayon Polis İdarəsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş həmin İdarənin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Şahid4 ifadələri ilə, şəxsi axtarış və götürmə aparılması haqqında 21 yanvar 2022-ci il tarixli protokolla, Məhkum 23 yanvar 2022-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin rəisinə ünvanladığı ərizəsi ilə, baxış və götürmənin aparılması haqqında həmin tarixli protokolla, məhkəməkimyəvi ekspertizasının 22 yanvar 2022-ci il tarixli 6/413 saylı və 25 yanvar 2022-ci il tarixli 6/461 saylı rəyləri lə, məhkəmə-narkoloji ekspertizasının 14 mart 2022-ci il tarixli 1479 saylı rəyi ilə, maddi sübutlarla, bir sıra prosessual qərarlarla və digər istintaq hərəkətlərinin apar ılması haqqında protokollarla, habelə sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Kassasiya şikayətinin dəlilərinə cavab olaraq həmin sübutlara (onların hamısı birinci instansiya məhkəməsinin hökmündə və apellyasya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların təkrarən həmin qərarda təsvirinə ehtiyac görmür) istinad edən məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, onların ibtidai araşdırma zamanı toplanması zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozunulara yol verilməsi, o cümlədən Məhkum ilkin və ya ibtidai araşdırma zamanı işgəncələrə və qeyri-insani rəftara məruz qalması iş materiallarla müəyyən edilmir və sonuncu özü də bu mərhələlərdə dəfələrlə ona müdafiəçisinin iştirakı ilə bu haqda verilmiş s uala cavab olaraq bildirmişdir ki, istər saxlanılarkən, istərsə də polis idarəsində polis əməkdaşları ona qarşı heç bir qanunsuz hərəkətlər etməmişlər. Daha sonra, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, araşdırılmış sübutlardan, o cümlədən Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrindən görünür ki, o, polis əməkdaşları tərəfindən həqiqətən müdafiəçinin iddia etdiyi kimi, 21 yanvar 2022-ci il tarixdə saat 18.30-da və yaşadığı evin qarşısında deyil, həmin tarixdə saat 21 radələrində (ittihamda göstərildiyi kimi, saat 20.45-də) Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsində yerləşən “Əli market”in qarşısında saxlanılmış və oradan da Qaradağ Rayon Polis İdarəsinə aparılmışdır. Həmin İdarədə isə təhqiqatçı tərəfindən onun şübəhli şəxs qismində tutulması ilə bağlı müvafiq istinta q hərəkətləri aparıldıqdan, bu haqda prosessual sənədlər tərtib edildikdən, o cümlədən şübhəli şəxs müdafiəçi ilə təmin olunduqdan sonra onun həmin qismdə saat 21.40-dan 22.00-dək tutulması rəsmiləşdirilmiş, bundan sonra isə saat 22:00-da müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Göründüyü kimi, Məhkum rəsmi qaydada şübhəli şəxs qismində tutulana qədər Qaradağ Rayon Polis İdarəsində lazımsız yerə, heç bir qərar qəbul edilmədən və uzun müddətə saxlanılmamış, onun üzərində şəxsi axtarış isə bu müddət ərzində polis əməkdaşlarının nəzarəti altında saxlanıldıqdan sonra deyil, zəruri prosessual hərəkətlər edildikdən, bu haqda müvafiq sənədlər tərtib olunduqdan sonra aparılmış və həmin istintaq hərəkətinin apa rılması zamanı o, müdafiəçisinin iştirakı ilə ona qarşı irəli sürülmüş ittihamın birinci epizodunda göstərilən əməli törətməsini səmimi etiraf etmişdir. Daha sonra məhkəmə kollegiyası işdə olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 21 yanvar 2022-ci il tarixli qərarın da qanunsuz hesab edilməsi üçün əsaslar görmür, çünki, əvvəla qanunvericiliyin tələblərinə görə, bu qərarın qəbul edilməsi və icra olunması üçün, kassasiya şikayətində iddia edildiyi kimi, məhkəmə qərarının alınması tələb olunmamış, həmin qərar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qəbul edilmiş və qərarda Qanunun 10-cu maddəsinin I hissəsinin 1, 2 və 9-cu bəndlərində göstərilən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunun üçün də m əhkəmə qərarının alınması lazım olmamışdır. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin I hissəsinin 1,2 və 9-cu bəndlərinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: - vətəndaşların sorğusu; - soraqlaşma; - binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi. Adı çəkilən Qanunun 10-cu maddəsinin İİİ hissəsinə görə isə, bu maddənin I hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərind ə nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir Göründüyü kimi, təhlil edilən Qanunun 10-cu maddəsinin I hissəsinin 1 və 2-ci bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri məhkəmənin (hakimin) qərarı olmadan həyata keçirilir, 9-cu bəndddə müəyyən edilmiş tədbir isə o, halda məhkəmənin (hakimin) qərarı əsasında keçirilir ki, bu zaman yaşayış yerinin müşahidəsi üçün texniki vasitələrdən istifadə olunması və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması zəruri olsun. Hazırki iş yzrə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarda Məhkum ifşa olunması üçün o nun yaşadığı ünvanın və olduğu yerlərin müşahidəsinin aparılması nəzərdə tutulmuş və bu zaman texniki vasitələrdən istifadə olunmasının və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılmasının zəruri olması müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 21 yanvar 2022-ci il tarixli qərarının qanuniliyi CPM-nin 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış və həmin məhkəmənin 25 yanvar 2022-ci il tarixli qüvvədə olan qərarı ilə təhqiqat orqanının qərarı qanuni hesab edilmişdir. Bütün qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi tərəfindən kassasiya şikayətində mübahisələndirən 21 yanvar 2022-ci il tarixli qərarın qanunsuz, həmi n qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin, bunların nəticəsində əldə olunmuş sübutların isə yolverilməz olması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Bundan başqa, məhkəmə kollegiyası Məhkum Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının şahid qismində verdikləri ifadələrini yalnız onların polis əməkdaşları olduqlarına görə yolverilməz sübut hesab edilməsinə münasibət bildirərək onu qeyd edir ki, müdafiəçinin bu mülahizəsi də prosessual qanunvericiliyinin tələblərinə əsaslanmır. Belə ki, CPM-nin 124.2.1-ci maddəsində şahidlərin ifadələri bu ifadələri vermiş şəxslərin peşəsindən, vəzifəsindən, məşğuliyyətindən asılı olmayaraq cinayət prosesində qəbul edilən sübutların siyahısında göstərilmişdir. CPM-nin 125.2-ci maddəsinə əsasən, həmin m addədə göstərilən məlumatların, sənədlərin, əşyaların sübut kimi qəbul edilməsinə yol verməyən halların sırasında da şahidin polis əməkdaşı olması (özü-özülüyündə) onun verdiyi məlumatların sübut kimi yolverilməzliyini şərtləndirən əsas kimi nəzərdə tutulmamışdır. Şahid qismində çağırıla və dindirilə bilməyən şəxslərin dairəsini müəyyən edən CPM-nin 95.2-ci maddəsi də müdafiəçinin irəli sürdüyü dəlilin qəbul edilən dəlil kimi qiymətləndirilməsi üçün əsas vermir ona görə ki, CPM-nin 95.1-ci maddəsi iş üzrə əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxsin ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilməsini nəzərdə tutduğu halda, bu qaydadan istisnaları təsbit edən CPM-nin 95.2-ci maddəsi poli s əməkdaşının cinayət prosesində şahid qismində dindirilməsinə qadağa qoymur. İş materiallarından göründüyü kimi, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında müdafiəçi Z.İ.Abbaszadə özü də kassasiya şikayətində sərgilədiyi mövqeyə zidd olaraq hər hansı başqa şəxsi deyil, məhz polis əməkdaşı olan, hazırki iş üzrə ilkin istintaq hərəkətlərini aparmış təhqiqatçı Şahid4 əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırmış və sonuncu buna görə məhkəmə iclasında dindirildikdən sonra həm çıxışında, həm də kassasiya müraciətində onun ifadələrinin yolverilməz sübut kimi qəbul edilməsinin mümkünsüzlüyü barədə heç bir dəlil irəli sürməmişdir. Məhkum ilkin və ibtidai araşdırma zamanı ondan təzyiq etmə yolu ilə alınmış etirafedici ifadələrin vasitəsi ilə hökmün və apellyasiya instansiyası məh kəməsinin qərarının əsaslandırılmasının qanunsuz olması barədə müdafiəçi Z.İ.Abbaszadənin dəlili ilə əlaqdar isə kollegiya onu qeyd edir ki, bu dəlil birinci və apellyasiya instansiyası məhkəmələri qarşısında da irəli sürülmüş və məhkəmələr tərəfindən ətraflı araşdırıldıqdan sonra onun əsassız olması (məhkəmə iclaslarında tədqiq olunmuş sübutlarla tam təkzib edilməsi) müəyyən olunmuşdur. Məhkəmələrin bu qənaəti və Məhkum məhkəməyədək icraat dövründə verdiyi ifadələri ilə ittiham hökmünün və bu hökmün məhkumun təqsirliliyi və əməlinin hüquqi tövsifi hissələrində qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırılmasının mümkünlüyü barədə mövqeyi məhkəmələrin tədqiq etdikləri sübutların həqiqi məzmununa uyğun olmaqla yanaşı CPM-nin 327.1.3-cü maddəsin in tələbləri ilə də uzlaşır. Çünki, həmin maddə təqsirləndirilən şəxsin əvvəllər verdiyi və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda onun əvvəlki ifadələrinin məhkəmə baxışında elan edilməsinə, yəni bilavasitə tədqiq edilib məhkəmə qərarının əsaslandırılmasında istifadə edilməsinə yol verir. Həmçinin məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən şəxsin, zərərçəkmişin və ya şahidin təkcə onların məhkəmədə verdikləri ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozun tulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəmə aktlarında məcmu qaydasında qiymət verilsin. Məhkəmə kollegiyasının qənaətinə görə, həm təsvir edilənlər, həm də ümumiyyətlə cinayət işinin materialları ona dəlalət edir ki, kassasiya şikayəti müəllifinin cinayət işi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməsi haqqında iddialarının əksinə olaraq, cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, iş üzrə həqiqətin müəyyən edilməsi üçün zəruri olan hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən yekun qərarının əsasını yolverilməz sübutlar təşkil etməmiş, araşdırılmış sübutlara isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Odur ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki halları, yən i Məhkum hazırki qərarın “İşin halları” hissəsində təsvir edilmiş əməlləri törətməsi məhkəmə kollegiyasında heç bir şübhə doğurmur və kollegiya bu halların müəyyən edilməsi ilə bağlı kassasiya şikayətində mövcud olması iddia edilən CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntuları müəyyən etmir. Bununla belə, məhkəmə kollegiyası Məhkum digər əməllərlə yanaşı həmçinin cəmisi 5.900 qram çəkidə olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 503 qram olan külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə əldə edərək saxlamasına və daşımasına görə də CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılması ilə razılaşmır. Belə ki, işin müəyyən olunmuş hallarına, o cümlədən Məhkum təqsirli bilindiyi ittihama görə, o, 2022-ci ilin yanvar ayının əvvəl lərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, ümumilikdə 10 ədəd olmaqla 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,651 qram; 0,304 qram, 0,592 qram, 0,580 qram, 0,295 qram, ümumi təmiz çəkisi 2,422 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,712 qram, 0,307 qram, 0,461 qram, 0,442 qram, 0,448 qram, ümumi təmiz çəkisi 2,370 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdikdən sonra həmin heroini “Winchester” markalı siqaret qutusunun içərisinə qoyub əynində olan qara rəngli şalvarının sağ yan cibində, metamfetamini isə siqaretin qızılı falqasına qoyaraq əynindəki qara rəngli şalvarının sol arxa cibində saxlamaqla daşımış və bu əməlləri törətdiyinə g örə o, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Qaradağ Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə isə onun barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunmalıdır ki, istər buna qədər, istərsə 23 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hər hansı başqa yerlərdə, yaxud yaşadığı ünvanda yuxarıda göstərilənlərdən başqa narkotik vasitələri əldə edərək saxlaması barədə ona sual verilməmiş, bununla əlaqədar olaraq onun olduğu yerlərə və yaşadığı evə baxış keçirilməmiş, sonuncu özü də verdiyi ifadələrində bu haqda bildirməmişdir. Yəni istər əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanda, istərsə də ibtidai araşdırma orqanında Məhkum 5.900 qram çəkidə heroini və təmiz çəkisi 503 qram olan met amfetamini əldə edərək harada isə gizlətməsi, həmin yerdə saxlaması, bundan əvvəl isə dövriyyəsi qadağan olunmuş bu əşyaları daşıması barədə heç bir məlumat olmamış, belə məlumatı gizli saxlamaqdan ötrü isə Məhkum heç nə mane olmamışdır. Lakin, Məhkum onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 23 yanvar 2022-ci il tarixdə könüllü olaraq, ona qarşı heç bir təsir və ya təziq göstərilmədən ərizə ilə Qaradağ Rayon Polis İdarəsinin rəisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddədən başqa həmçinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, yanğınsöndürmə məntəqəsindən bir qədər aralıda yerləşən yarı tikilidə təsadüfən tapdığı narkotik vasitə gizlətmiş, həmin narkotik vasitənin bir hissəsini özü istifadə etmiş, qalanını isə yararsız hesab etdiyi üçün həmin yerdə saxlamışdır. Buna görə o, həmin ərizəsində göstərdiyi narkotik vasitəni təhvil verməsi üçün şərait yaradılmasını xahiş etmişdir. Bundan sonra, yəni Məhkum ərizədə göstərdiyi xüsusatla bağlı dindirilmiş, həmin ərizəyə əsasən 23 yanvar 2022-ci il tarxdə saat 13.50-dən 14:30-dək onun göstərdiyi yerə videoçəkiliş aparılmaqla və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş və oradan, sonradan məhkəmə-kimyəvi eksprertizasının rəyi ilə müəyən edildiyi kimi, cəmisi 5.900 qram çəkidə heroin və 503 qram çəkidə metamfetamin aşkar edilərək götürülmüş və dövriyyədən çıxarılmışdır. Həmin istintaq hərəkətinin aparılması zamanı da Məhkum ərizəsində və bu ərizə ilə bağlı verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq edərək bildirmişdir ki, aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni o, 10 yanvar 2022-ci il tarixdə tapmışdır və ərizə yazana qədər onları gizlətməsi barədə heç kimə məlumat verməmişdir. Məhkum həm ərizəsində, həm də təhlil edilən məsələ ilə bağlı sonradan ifadələrində göstərdiyi xüsusatlar, xüsusən də yuxarıda göstərilən miqdarlarda narkotik vasitəni və psixotrop maddəni könüllü olaraq təhvil verməsi şahidllərin ifadələri ilə, baxış keçirilməsi haqqında 23 yanvar 2022-ci il tarixli protokolla və digər sübutlarla tam təsdiq edilir. Göründüyü kimi, Məhkum qanunsuz olaraq əldə edib daşıdığı cəmsi 2,422 qram çəkidə heroin və 2,370 qram çəkidə metamfetamin polis əməkdaşlarının keçirdikdləri əmliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, yəni məhkumun iradəsindən kənar, məcburi qaydada ondan götü rülmüş, onun ünvan 1 ünvanının yaxınlığında yerləşən Dövlət Neft Şirkətinə məxsus, mühafizə olunmayn yarım tikilidə gizlətdiyi 5.900 qram çəkidə heroin və 503 qram çəkidə metamfetamin isə onun könüllü yazdığı ərizəsi əsasında, polis əməkdaşlarını həmin yerə aparıb gizlədildiyi yeri onlara göstərməsindən sonra götürülmüşdür. Məhkum 5.900 qram çəkidə heroin və 503 qram çəkidə metamfetamin barədə məlumatı həbs edildikdən sonra verməsi də onun davranışının xarakterini dəyişmir (bu vasitə və maddə barəsində məlumatın məhz könüllü şəkildə verildiyini inkar etmir). Çünki, Məhkum həmin miqdarlarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşımaya və saxlamağa görə deyil, 2,422 qram çəkidə heroini və 2,370 qram çəkidə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə etməsinə, daşımasına v ə saxlamasına görə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçildikdən sonra da susmaq və özünə qarşı ifadə verməmək hüququna malik olmaqla digər narkotik vasitə vasitəni və psixotrop maddəni polis orqanlarından gizli şəkildə qanunsuz dövriyyədə saxlamaq imkanında olmuşdur. İşin təsivr olunan hallarından çıxış edib təhlil edilən məsələ ilə da bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasınd a, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların könüllü surətdə təhvil verilməsi dedikdə həmin vasitələrlə real surətdə istənilən kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələrin hakimiyyət nümayəndəsinə könüllü təhvil verilməsi başa düşülməlidir. Şəxs tutulan zaman, habelə narkot ik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi məqsədi ilə istintaq hərəkətləri aparılarkan bu hərəkətləri aparan müvafiq vəzifəli şəxsin təklifi ilə və artıq bu hərəkətlərlə əlaqədar təqsirkarın narkotik vasitələrə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində narkotik vasitələrin təhvil verilməsi təqsirkara CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə əsas vermir. Eyni zamanda Qərarın göstərilən bəndində izah edilmişdir ki, həmin “Qeyd”in məzmununa və mənasına burada göstərilən hərəkətlərin edilməsi narkotik vasitənin və ya psixotrop maddənin əldə edilməsinin və saxlanılmasının məqsədindən asılı olmayaraq (satış məqsədi və ya belə məqsəd olmadan) şəxsin cinayət məsuliyyətindən azad olunmasına əsas verir (səbəb olur). Məhk əmə kollegiyası hesab edir ki, Məhkum 5.900 qram çəkidə narkotik vasitə olan heroinə və 503 qram çəkidə psixotrop maddə olan metamfetaminə dair istədiyi şəkildə sərəncam vermək imkanının olması, lakin onlar barəsində könüllü olaraq məlumat verməsi, bu halların araşdırılmış sübutlarla tam təsdiq edilməsi onun barəsində CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin tətbiq edilməsini və qeyd olunan miqdarlarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsinin həmin heroinə və metamfetaminə görə də CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması onu göstərir ki, məhkəmələr i ttihamın müəyyən hissəsində cinayət təqibini istisna edən halın mövcud olmasına baxmayaraq, həmin hissə üzrə də Məhkum təqsirli bilərək cəzalandırmaqla CPM-nin 416.1.11-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişlər. Belə olan halda məhkəmə kollegiyası o nəticəyə gəlir ki, müdafiəçi Z.İ.Abbaszadənin kassasiya şikayəti qismən təmin edilməklə CPM-nin 416.1.11-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023cü il tarixli qərarı dəyişdirilməli, Məhkum 5.900 qram miqdarında heroinin və 503 qram metamfetaminin qanunsuz dövriyyəsinə görə CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilməli, onun həmin miqdarlarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinay ətkar hərəkətlərə görə təqsirli bilinməsi haqqında müddəalar isə həm göstərilən qərardan, həm də Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmündən xaric edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, yekun məhkəmə aktlarından Məhkum 5.900 qram miqdarında heroinin və 503 qram metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməllərə görə təqsirli bilinməsi haqda müddəaların xaric edilməsi onun təqsirli bilindiyi ittihamın həcminin əhəmiyyətli dərəcədə azaldılmasına səbəb olsa da, bu hal heç də onun törətdiyi digər cinayət əməllərinin hüquqi tövsifinə təsir etmir və buna görə də həmin əməllərin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif düzgün olduğundan dəyişdirilməməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Məhkum 2,422 qram çəkidə heroini və 2,370 qram çəkidə metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə etməsinə, daşımasına və saxlamasına görə təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan hissəsi mübahisəsiz sübuta yetirilmiş, sonuncu özü də ilkin ifadələrində həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsinin aldığı qiymətdən beş manat baha qiymətə satmaq niyyətində olmasını bildirmiş bunlar isə sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət edir. Belə ki, həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin suby ektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs maddələnin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 1 saylı Siyahısın 5-ci və İİ Siyahısının 67-ci bəndlərinə əsasən, müvafiq olaraq heroinin və metamfetaminin 2 qramdan artıq miqdarı külli miqdar hesab edilir. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdır. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi ü çün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması, dövriyyəsi məhdudlaşdırılmış bu əşyaların ayrı-ayrı bükümlərə yerləşdirilməsi və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə qənaət həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki həmin Qərarın 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, p sixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd olunaraq məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda g östərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkum təqsirli bilindiyi ittihamdan və bu ittihamın arxasında duran sübutlardan görünür ki, onun qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı heroinin və metamfetaminin miqdarı 2 qramdan, yəni külli miqdarlardan artıq olmuş, onlar ayrı-ayrı xırda bükümlərdə qablaşdırılmış, məhkum olunmuş şəxs də onları məhz satış məqsədilə əldə edərək üzərində saxlamasını və daşımasını etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış sübutlarla tam təsdiq edilmiş bu hallar onun əməlinin məhz CMnin 234.4.3-cü maddəsi ilə tövsifini labüd edir və burada məhkəmələr onun təhlil edilən əməlinin həmin maddə ilə tövsif edilməsi, Məhkum isə göstərilən maddə ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən maddi hüquq normasının tətbiqində səhvə, yəni CPMnin 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməmiş, bu nəticə isə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bu təcrübənin formalaşdırılması üçün Ali Məhkəmənin Plenumu tərəfindən 04 mart 2011-ci il tarixdə qəbul edilmiş “Narko tik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə uyğundur. Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, onun 5.900 qram çəkidə heroinin və 503 qram çəkidə metamfetaminin qanunsuz dövriyyəsinə görə təqsirli bilinməsinə dair müddəaların məhkəmələrin yekun aktlarından xaric edilməsi ilə onun cinayət məsuliyyəti yaradan cinayətkar hərəkətlərinin həcmi də əhəmiyyətli dərəcədə azaldığından, bu hal məhkuma təyin olunmuş şəxsə cəzanın təyin edilməsində göstərməli, Məhkum cəzanın CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində azaldılmasını tələb edən əsas kimi qiymətləndirilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə di gər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumi yyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin ed ilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı b irində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəz anı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-nin 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyy ən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özün ün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkə mələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təq sirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilmişdir. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992-ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346. 1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda təsivr edilən tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edib Məhkum 5.900 qram çəkidə heroinin və 503 qram çəkidə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı əməlləri törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməsini, bu əməllərə görə təqsirli bilinməsinə dair müddəaların məhkəmələrin yekun məhkəmə aktlarından xaric edilməli olmasını, bunun nəticəsində təqsirli bilindiyi ittihamın həcminin əhəmiyyətli dərəcədə azalmasın ı, eyni zamanda onun təqsirli bilindiyi digər cinayət əməllərinin (2,422 qram çəkidə heroinin və 2,370 qram çəkidə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı) xarakterini və ictimai təhlükəlilik dərəcəsini, CM-nin 59.1.14-cü maddəsinə əsasən himayəsində iki azayaşlı uşaqlarının olmalarını, CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq özünün şəhid ailəsinin üzvü olmasını və Ağdam rayonundan məcburi köçürülməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, habelə iş üzrə cəzanı ağırdlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında (həmin maddənin sanksiyasında bu maddələ ilə təqsirli bilinmiş şəxslərin beş ildən on iki ilədək azadlıqdan məhrum etm ə cəzası ilə cəzalandırılmaları müəyyən edilmişdir) nəzərdə tutulmuş cəzanın həddində endirilməli, bununla da müdafiəçi Z.İ.Abbaszadənin kassasiya şikayəti bu hissədə də təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərə əsaslanaraq və kassasiya şikayətinin tam həcmdə təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Z.İ.Abbaszadənin, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı dəyişdirilməli, CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən o, 5.900 qram çəkidə heroini və 503 qram çəkidə metamfetamini əldə edərək saxlamas ı və daşıması ilə əlaqədar olaraq cinayət əməllərini törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, onun həmin miqdarlarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsinə görə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmündən xaric edilməli, ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməli, qərar qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Müdafiəçi Z.İ.A bbaszadənin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Məhkum 5.900 qram çəkidə heroini və 503 qram çəkidə metamfetamini əldə edərək saxlaması və daşıması ilə əlaqədar olaraq cinayət əməllərini törətdiyinə görə cinayət məsuliyyətindən azad edilsin, onun həmin miqdarlarda narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli hökmündən xaric edilsin. Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) ayadək endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar