Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2230/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-323/2024 nömrəli, 21 may 2024-cü il tari xli qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, işləməyən, ailəli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 04 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 iyul 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfi ndən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda, külli miqdarda və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-179/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə təyin olunmuş vaxtından əvvəl şərti azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli hökmü üzrə ona qəti olaraq təyin olunmuş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 20 (iyirmi) gününün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüquqund an məhrum edilməklə 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 avqust 2021-ci il tarixdən hesablanması, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müstəqil icra olunması; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarına əsasən üzərinə həbs qoyulmuş Məhkum mülkiyyətində olan, cinayət yolu ilə ələ keçirdiyi pul vəsaitləri hesabına əldə etdiyi ünvan 3 ünvanında yerləşən mənzil, ünvan 4şən qeyriyaşayış sahəsi, üzərinə məhdudiyyət qoyulmuş Maraqlı şəxs adına qeydiyyatda olan “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə xüsusi müsadirə tətbiq edilməsi və həmin əmlakla rın zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməsi hökm edilmiş, mülki iddialar, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs5, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümay əndəsi Nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Quliyev Elnur Ağalar oğlu apellyasiya şikayətləri, eləcə də təqsirləndirilən şəxsin müdafiəçisi İsayev Samir Nadir oğlu apellyasiya şikayətinə əlavə vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-323/2024 nömrəli, 21 iyun 2023-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs5, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə2 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, təqsirləndirilən şəxsin müdafiəçisi Quliyev Elnur Ağalar oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və təqsirləndirilən şəxsin müdafiəçisi İsayev Samir Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-179/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Zərərçəkmiş şəxs14 2007-ci ilin yanvar ayından 2016-cı ilin dekabr ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 40 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4800 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və eti bardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs14 ümumilikdə 4800 (dörd min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs16 2016-cı ilin yanvar ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 70 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4550 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs16 ümumilikdə 4550 (dörd min beş yüz əlli) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs18 2009-cu ilin oktyabr ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4200 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs18 ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs21 2011-ci ilin yanvar ayından 2021-ci ilin aprel ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 3720 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyə tlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs21 ümumilikdə 3720 (üç min yeddi yüz iyirmi) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs23 2007-ci ilin yanvar ayından 2020-ci ilin mart ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 4770 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs23 ümumilikdə 4770 (dörd min yeddi yüz yetmiş) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs25 2016-cı ilin yanvar ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 1950 manat təşkil edən zəkat qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs25 ümumilikdə 1950 (min doqquz yüz əlli) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs26 2012-ci ilin iyun ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 30 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 3240 manat təşkil edən zəkat qismində, 2012-2020-ci illər ərzində isə ildə bir dəfə müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər il 50 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 450 manat təşkil edən fitrə qismində özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs26 ümumilikdə 3690 (üç min altı yüz doxsan) manat məbləğdə maddi ziyan vurması, Zərərçəkmiş şəxs28 2017-ci ilin iyun ayından 2021-ci ilin may ayına qədər olan dövr ərzində müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər ay 20 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 960 manat təşkil edən zəkat qismində, 2017-2020-ci illər ərzində isə ildə bir dəfə müxtəlif tarixlərdə və vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərində hər il 150 manat məbləğində olmaqla ona məxsus ümumilikdə 600 manat təşkil edən fitrə qismi ndə özünə göndərdiyi pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək verdiyi vədlərə əməl etməyib dələduzluq etməsi, bununla da Zərərçəkmiş şəxs28 ümumilikdə 1560 (min beş yüz altmış) manat məbləğdə maddi ziyan vurması epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyini zamanı nəzərə alınmaması, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təyin edilmiş 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 11 (on bir) il 09 (doqquz) ay müddətə endirilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 21 iyun 2019-cu il tarixli hökmü üzrə ona qəti olaraq təyin olunmuş 02 (iki) il müddətə nəqliyyat v asitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 20 (iyirmi) gününün Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni qararla təyin olunmuş cəzaya qismən birləşdirməklə qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 12 (on iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qərarından maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarında Maraqlı şəxs mü lkiyyətində olan “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs üçün qardaşı məhkum X1 əsasında Zərərçəkmiş şəxs1 tərəfindən 2020-ci ilin sonlarında 23000 ABŞ dolları, yəni 39100 manat pulu müqabilində alınması barədə yalnız Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsindən başqa və ya onun ifaadəsini dolayısı ilə təsdiq edəcək başqa hər hansı bir mötəbər sübut yoxdur. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən və qeydiyyat şəhadətnaməsindən göründüyü kimi “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 yanvar 2020-ci il tarixdə Maraqlı şəxs satılmış və onun adına dövlət qeydiyyatına alınmışdır. Belə olduğu halda işə baxan məhkəmə nəqliyyat vasitəsinin Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada alqı-satqı edilməsinə dair müqaviləni və qeydiyyat şəhadətnaməsini nəzərə almadan yalnız zərərçəmiş şəxsin ifadəsinə əsaslanmaqla qanunsuz və əsassız olaraq Maraqlı şəxs mülkiyyətində olan nəqliyyat vasitəsinin cinayət yolu ilə əldə edildiyi nəticəsinə gəlib, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İşə baxan birinci və apelyasiya inistansiya məhkəmələri Maraqlı şəxs faktiki olaraq mülkiyyətində olan “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili əvəzsiz olaraq xüsusi müsadirə edilməsi hissəsinə heç bir münasibət bildirmədən maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuşdur. Göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-323/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarının Maraqlı şəxs mülkiyyətində olan “Hyundai Santa Fe” markalı, **-VD -*** dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci v ə ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdud larını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Maraqlarına toxunan şəxsin nümayəndəsi kassasiya müraciətində xüsusi müsadirənin həlli ilə bağlı hissədə birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etmədiklərini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirm işdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)323/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir.
18. Azərbaycan Respublikası CM-nin 99-1.3-cü maddəsinə əsasən məhkum tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir.
19. Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
20. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya dig ər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərərçəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir).
21. Azərbaycan Respublikası CPM-nin 248.1, 248.1.2 və 249.1-ci maddələrinin tələblərindən göründüyü kimi, əmlak üzərinə həbs əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir. Əmlak üzərinə həbs yalnız cinayət işi üzrə toplanılmış materiallar üzrə kifayət qədər əsas verdikdə qoyula bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, cinayət əməli nin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz (“Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 24 fevral 2022-ci il). 23.Məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququna istinad etməklə həmçinin qeyd edir ki, məhkəmə icraatı məqsədləri üçün əmlakın üzərinə həbs qo yulması, habelə cinayət nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsi, bir qayda olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 1 nömrəli Protokolunun 1-ci maddəsinin ikinci bəndinin əhatə dairəsinə daxil olan əmlakdan istifadəyə nəzarətə aiddir (Borjonov Rusiyaya qarşı, № 18274/04, § 57, 22 yanvar 2009-cu il və X6 qarşı, № 41087/98, § 51, 2001-Vİİ). Korrupsiya kimi cinayətlərdən əldə edilən gəlirlərin müsadirəsi qəbul edilmiş hüquqi standartdır; əmlakın qanuni mənşəyini sübut etmək vəzifəsi cavabdehin üzərinə qoyula bilər; bu cür tədbirlər təkcə cinayətin törədilməsində şübhəli bilinən şəxsə deyil, həm də üçüncü şəxslərə, məsələn, həmin şəxsin yaxın qohumlarına da tətbiq oluna bilər. Bununla belə, əmlakı müsadirə olunan şəxsin öz arqumentlərini daxil i məhkəmələr qarşısında təqdim etmək üçün ağlabatan imkanı olmalıdır (Qayıbova Azərbaycana qarşı, № 33085/12, §§ 20-22, 23 mart 2023-cü il).
24. Baxılan cinayət işinin materialları və qəbul edilmiş məhkəmə aktları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil 16 yanvar 2020-ci il tarixdən Maraqlı şəxs adına qeydiyyatda olmuş, ibtidai istintaq dövründə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında avtomobilin üzərinə məhdudiyyət qoyularaq mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır.
25. Məhkəməyədək aparılmış istintaq dövründə və məhkəmə araşdırmaları zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişd ir ki, 2020-ci ilin sonlarında məhkum edilmiş şəxs Məhkum ondan bacısı olan Maraqlı şəxs üçün pulunun sonradan verilməsi şərti ilə “Hyundai Santa Fe” markalı avtomobili əldə etmiş, avtomobilin dəyəri 23.000 ABŞ dolları, yəni 39.100 manat olmuşdur. Aqil bildirmişdir ki, avtomobilin pulunu özü yaxın günlərdə ona ödəyəcəkdir. Aqilə inandığından bununla razılaşmış və pulun ödənilməsini gözləmiş, lakin sonuncu həmin pulunu ona verməmişdir.
26. Məhkəmə hökmü üzrə avtomobilin cinayət yolu ilə əldə edilməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs1 maddi ziyan dəyməsi öz təsdiqini tapmış, həmçinin zərərçəkmiş şəxsin mülki iddiası təmin olunaraq, ona vurulmuş ümumilikdə 65.085 (altmış beş min səksən beş) manat pul vəsaitinin (mülki cavabdeh) Məhkum alınaraq xeyrinə ödənilməsi qərara alınmışdır.
27. Təsv iri verilən maddi və prosessual cinayət-hüquqi normalara və əmlakın müsadirəsinə dair Avropa Məhkəməsinin hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Maraqlı şəxs adına qeydiyyatda olmuş və üzərinə məhdudiyyət qoyulmuş “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət yolu ilə əldə edildiyindən, məhkəmə araşdırmaları dövründə, o cümlədən kassasiya instansiyası məhkəməsinin qarşısında kassatora istintaq orqanı və məhkəmələrin müəyyən etdiklərinin əksini sübut etmək, yəni mübahisəsi edilən avtomobilin məhz onun özü tərəfindən qanuni yollarla əldə etməsini təsdiqləyən hər hansı sübut növünün təqdim etməsi üçün şərait yaradılmasına baxmayaraq, onun bunu etməyib iddialarını formal mülah izələrlə əsaslandırdığından, mübahisə predmeti olan əmlak barədə xüsusi müsadirə tətbiq edilməsi və həmin əmlakın zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməsi hissəsində məhkəmələrin qənaəti qanuni və əsaslı olmuşdur.
28. Odur ki, məhkəmələrin yuxarıda təfsiri verilən məsələlər üzrə gəldiyi nəticəsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada aparılmış sübutların tədqiqinə və işin hallarının obyektiv araşdırmasına əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası “Hyundai Santa Fe” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xüsusi müsadirə edilməsinə dair məhkəmələrin qənaətini şübhə altına almaq və fərqli nəticəyə gəlmək üçün əsas müəyyən etmi r.
29. Nəticə olaraq məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-323/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-323/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.