Məhkəmə qərarları › İş №1(102)-2232/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2232/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2232/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Əhmədov Rəhim Məhəmmədrza oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəm əsinin 29 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əhmədov Rəhim Məhəmmədrza oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 1(124)-275/2023 nömrəli (hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1971-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli məhkumluğu olmayan, xxx işləyən, xxx-də qeydiyyatda ola n və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3- cü maddəsinə əsasən Məhkum 29 iyun 2022-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılması və qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəlinin hökmün elan ol unduğu 29 mart 2023-cü il tarixdən hesablanması, seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunması və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X2 (hakimlər: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və İsmayılov Azər İbrahim oğlundan ibarət məhkəmə tərkibində) 23 iyun 2023-cü il tarixli 1(105)-308/2023 nömrəli qərarı ilə apellyas iya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsə cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay müddətinə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 29 iyun 2022-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 5 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumq ayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əhmədov Rəhim Məhəmmədrza oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmişdir. Belə ki, o, narkotik tərkibli çətənə (kannabis) bitkisinin əlli yeddi ədəd toxumlarını istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, 2022-ci ilin mart ayının sonlarında həmin toxumları qəsdən Xızı rayonu Giləzi qəsəbəsində həyətindəki 4,50x10,50 metr ölçülü natamam tikilinin içərisindəki torpaq səthində qanunsuz olaraq əkib külli miqdarda əlli yeddi ədəd çətənə (kannabis) bitkilərini 2022-ci ilin iyun ayının sonlarınadək aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 29 iyun 2022-ci il tarixdə Xızı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Məhkum narkotik tərkibli bitkilər əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında onun razılığı, müdafiəçisinin və özünün iştirakları ilə, videoçəkilişlə həmin tarixdə saat 10:42 dəqiqədən saat 11:06 dəqiqəyədək olan müddət ərzində həmin torpaq sahəsinə keçirilmiş baxış zamanı Məhkum qəsdən qanunsuz olaraq aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi tərkibində narkotik maddələr olan hündürlükləri 80 sm-dən 170 sm-dək, 27890 qram miqdarında, əlli beş ədədi torpaqda köküstə vəziyyətdə, iki ədədi torpaqdan çıxarılmış vəziyyətdə olmaqla cəmi əlli yeddi ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada sənədləşmə aparılaraq qablaşdırılıb götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Əhmədov Rəhim Məhəmmədrza oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən hüquqları pozulmuş, təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, məhkum ifadəsində “bir ildir ki “nəşə” adı ilə tanıdığım narkotik vasitə olan qurudulmuş marixuana istifadə edirəm..... Mən hər gün marixuana istifadə edirəm və marixuananı tez-tez siqaret kimi istifadə edirəm. Mən gün ərzində təxminən on dəfə marixuana istifadə edirəm” kimi qeyd olunanlar iş üzrə keçirilmiş ambulator məcburinarkoloji ekspertizasının rəyi ilə tam təkzib olunur. xx.xx.2022-ci il tarixli 4676 saylı rəydə göstərilib ki,..... Hal-hazırda müayinə zamanı narkotik vasitələrdən sui-istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Hal-hazırda narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur.... Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Daha sonra məhkum ifadəsində göstərib ki, “mən qurudulmuş marixuananı belimdə olan diskin yırtığı xəstəliyi ilə əlaqədar olaraq istifadə edirəm. Həmin nahiyyəmdə mənim ağrılarım olduğu üçün marixuana istifadə edirəm. Belə ki, mən marixuana istifadə etdikdən sonra belimdə olan ağrılar yox olur..... Mən marixuananı yaşadığım qəsəbənin ərazisində yabanı halda bitmiş çətənə bitkilərindən toplayıb əldə edirəm və istifadə edirəm. Son vaxtlar mən yabanı halda bitmiş çətənə bitkisi əldə edə bilmədim, marixuana almaq üçün isə mənim pulum yoxdur”. Göstərilənlər də işin hallarına uyğun deyildir. Belə ki, məhkum baytar həkim kimi çalışmış, aylıq gəliri min manatdan yüksək olmuş, əlavə olaraq xırda təsərrüfatla da məşğul olmuşdur. Yəni pul müqabilində marixuana əldə etmək onun üçün problem deyildir. Bundan əlavə bel yırtığından əziyyət çəkən, gündə 10 dəfə marixuana çəkən, baytar həkim işləyən şəxsin yaşadığı qəsəbədə yabanı halda bitən marixuana bitkiləri tapıb yığması inandırıcı görünmür. Həm ibtidai istintaq, həm də ki məhkə mə istintaqı zamanı müəyyən edilmişdir ki, məhkum narkotik təbiətli bitkilərin aşkar olunduğu ünvanda yaşamır, orada onun dayısı X8 yaşamış, həmin şəxs isə narkotik maddələrin istifadəçisi olmuş, buna görə dəfələrlə məhkum olunmuş, ümumilikdə 31 il məhbus həyatı yaşamışdır. Qeyd olunan halı da məhkəmələr araşdırmamış, hər hansı münasibət bildirməmişlər Bundan əlavə ibtidai istintaq zamanı məhkumun müdafiə hüququ pozulmuş, müdafiə sırf formal xarakteri daşımışdır. Belə ki, iş materiallara nəzər saldıqda məlum olur ki, məhkum 29 iyun saat 10:00-da Xızı rayonu Giləzi qəsəbəsində saxlanmışdır. Bundan dərhal sonra təhqiqatçı “şübhəli şəxsə müdafiəçinin yardımından istifadə hüququnun izah edilməsi və ona vəkillərin siyahısının təqdim edilməsi barədə” protokol tərtib edir, şübhəli şəxs guya ki təqdim edilmiş siyahıdan Xırdalan şəhər Vəkil Bürosunun vəkili Hüseynova Pərvanə Valeh qızını özünə müdafiəçi qismində seçir (həmin vəkil Məhkum qardaşı X barəsində Xızı rayon Polis Şöbəsində istintaq olunan cinayət işində də dövlət hesabına müdafiəçi qismində iştirak etmişdir), bundan sonra “şübhəli şəxsə dövlət hesabına müdafiəçi ilə təmin edilməsi haqqında” qərar tərtib edilib Xırdalan şəhər Vəkil Bürosuna göndərilir, çox qısa bir zamanda müdafiəçi Pərvanə Hüseynova orada peyda olur, şübhəli şəxs əraziyə baxış keçirilməsinə etiraz etməməsi ilə bağlı ərizə yazır və saat 10:42-də narkotik tərkibli çətənə bitkilərinin aşkar olunduğu əraziyə baxış keçirməyə başlanılır. Cəmi 42 dəqiqə ərzində qeyd olunan prosessual hərəkətlərin (şübhəli şəxsin tutulması, ona hüquq və vəzifələrinin izah edilm əsi, protokol və qərarların tərtib edilməsi, müdafiəçinin seçilməsi, müdafiəçinin uzaq bir məsafədən ora gəlməsi və s.) həyata keçirilməsi inandırıcı deyildir. Qeyd olunanlara əsasən, Məhkum barəsində olan cinayət işinə yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Əhmədov Rəhim Məhəmmədrza oğlu çıxış edərək, həm ibtidai istintaq, həm də məhkəmə istintaqi zamanı məhkumun narkotik tərkibli bitkilərin aşkar oİunduğu ünvanda yaşamadığını, orada onun dayısı X14İunun yaşadığını, həmin şəxsin isə narkotik maddələrin istifadəçisi oİduğunu bildirib, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməs ində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiy asının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində təqsirləndirilən şəxsin təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sü butetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırs ın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndiril məsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edi lən normaların tələblərinə istinadən cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb ed ən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədal ətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cina yət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, şahidlərin ifadələri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin 23 avqust 2022-ci il tarixli 4676 nömrəli rəyi, məhkəmə-bioloji eksperti zasının 30 iyun 2022-ci il tarixli 7/705 nömrəli rəyi, aqronom-mütəxəssis rəyi, “Baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokol, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum çətənə (kannabis) bitkilərini əkib kultivasiya etdiyi Xızı rayonu Giləzi qəsəbəsində yerləşən natamam tikiliyə videoçəkiliş tətbiqi ilə baxış keçirilmiş, tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər 57 ədəd bitki aşkar olunmuş, həmin bitkilər doqquz ədəd sintetik kisədə qablaşdırılıb götürülmüşdür. Həmçinin, həmin istintaq hərəkətinin videogörüntülərin əks olunduğu bir ədəd diskə b axılarkən protokolda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. O cümlədən, cinayət işinin materiallarında olan aqronom-mütəxəssis Şahid4 tərəfindən tərtib edilmiş 29 iyun 2022-ci il tarixli rəydən görünür ki, baxış zamanı 57 (əlli yeddi) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Bitkilərin əkildiyi torpaq sahəsi ağac kollarından, alaq otlarından tamamilə təmizlənmiş, dibləri çala formasında qazılaraq suvarılma işləri aparılmış, bitkilərin inkişaf etməsi üçün diblərində torpaq qatı yumşaldılmışdır. Həmin bitkilərə insan əməyi ilə aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 iyun 2022ci il tarixli 7/705 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində “Məhkum həyətindən aşkar edilmiş bitkilər.” yazılar və imzalar olan 9 ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 57 (əlli yeddi) ədəd, ümumi çəkisi – 27890,0 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli – çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin 23 avqust 2022-ci il tarixli 4676 nömrəli rəyindən görünür ki, müayinə zamanı Məhkum kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Məhkum müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və bu barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Belə ki, məhkəmələr haqlı olaraq şahidlər Şahid3, Şahid2, Şahid1 və Şahid4 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələri sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks et dirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət- mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CP M-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tə nzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbi qi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edil məsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilə rkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (əməldən peşman olması) olması və ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbayca n Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əhmədov Rəhim Məhəmmədr za oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar