Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2232/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(106)-95/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassa siya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(124)-356/2023 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) xx xxxxxxxx 1991-ci ildə Xaçmaz rayonu, Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökm üzrə təyin edilmiş cəzaya Xaçmaz Rayon Məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3.200 manat cərimə cəzası tamamilə birləşdirilməklə sonuncunun üzərində qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3.200 manat cərimə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Mütəllimov Şahin Rasim oğlu apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və E.M.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-356/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Yurıy oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3cü ma ddəsi ilə təyin edilmiş 06 (altı) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 05 (beş) ilədək endirilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin qərar üzrə təyin edilmiş cəzaya Xaçmaz Rayon məhkəməsinin 04 sentyabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3.200 manat cərimə cəzası tamamilə birləşdirilməklə Məhkum üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.200 manat cərimə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisi nin toxumlarını 01 aprel 2022-ci il tarixdən etibarən Xaçmaz rayonu, Dədəli kəndindən Xaçmaz rayonu, Nağıoba kəndi istiqamətində gedərkən avtomobil yolunun sol tərəfində, yoldan 05 km aralı məsafədə yerləşən meşə ərazisində narkotik tərkibli əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni, 1.948 (min doqquz yüz qırx səkkiz) ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq edərək əkib, yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, bu fakt 08 iyul 2022-ci il tarixdə, saat 12:30-dan 15:45-dək olan vaxt ərzində qeyd olunan ünvana Xaçmaz rayon polis şöbəsinin və Yalama polis bölməsinin əməkdaşları tərəfindən onun iştirakı ilə baxış keçirilən zaman 1945 (min doqquz yüz qırx beş) ədəd kultivasiya olunmuş yaş vəziyyətdə, 374000 qram (374 kq) çəkidə, 03 (üç) ədəd kultivasiya olunmuş nəm vəziyyətdə, 1100 qram (lkq 100 qram) çəkidə, cəmi 1948 (min doqquz yüz qırx səkkiz) ədəd, 375100 qram (375kq 100qram) çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasİya (əkmə,yetişdirmə) etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum məsuliyyətini yüngülləşdirən halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 6 (altı) il 6 (altı) aydan 5 (beş) ilədək azaltmaqla Xun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən e dir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) oldu qda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmədiyini, nəticədə Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan, şəxsiyyətinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 41 6.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olm alıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şə xsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə u yğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPMin 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yax ud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda, apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yü ngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum təyin olunmuş cəzanı açıq-aydın yüngül hesab etmək üçün əsas vermədiyi müəyyən olunur. Belə ki, Xun Cinayət Məcəlləsinin 237.2.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri Cinayət Məcəlləsini n 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-in 237.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını həmin maddənin sanksiyası daxilində 1 il 6 ay endirmiş, həmçinin hökmlərin məcmusu üzrə (CM 67.1) cəzası tamamilə birləşdirilməklə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.200 manat cərimə cəzası saxlanılmış saxlamışdır. Baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzanı yüngülləşdirən hallar müəyyən edilmədiyi halda, apellyasiya məhkəməsi Məhkum əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, məhkəmədə ki davranışını müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə zidd olmamaqla, göstərilən yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həmdə birlikdə götürülməklə nəzərə alındıqda, ağlabatanlıqla cəzanın müddətinin (həcminin) müəyyən edilməsinə təsiri olan yüngülləşdirici hallar kimi çıxış edilər. Çünki, məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına artıq yuxarıda istinad olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi yol verir. Cəzanın yüngülləşdirilməsi barədə nəticəyə gələrkən apellyasiya məhkəməsinin nəzərə aldığı, yuxarıda şərh edilən hallar müvafiq və yolverilənliyi təkzib edilməyən subutlara əsaslanır. Bu səbəbdən apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM 237.2.3-cü maddəsində qeyd olunan müddətdən də az müddətə (3 ildən başlayan) azadlıqdan məhrum etmənin və ya islah işlər cəzasının təyin edilməsi mümkün görülmüşdür. Sadalanmış halların fonunda Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsi rinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasın ın Məhkum barəsində 01 fevral 2024-cü il tarixli, 1(106)-95/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 1(106)-95/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2232/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2232/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver