Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2232/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-145/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx xxx-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qiyaslı kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamışdır. 2. 07 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 may 2024-cü il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 20 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində «BC» dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, M.Maqomayev prospekti ilə «Güllü Bağ» adlanan dairədən şəhərin H.Əliyev prospekti istiqamətində istintaqa bəlli olmayan sürətlə hərəkətdə olarkən idarə etdiyi avtomobillə şəhərin M.Maqomayev prospekti ilə «Mərkəzi Stadion»un yerləşdiyi M.H.Şəhriyar küçəsinin kəsişməsində yerləşən və hərəkətdə olarkən lazımi diqqət göstərəcəyi halda idar ə etdiyi avtomobil üçün təhlükəsiz məsafədə qabaqcadan görməli olduğu və görə biləcəyi 4 yol ayrıcındakı «dairəni» diqqətsizliyi nəticəsində yalnız avtomobilin hərəkəti üçün bilavasitə təhlükə yarandığı məsafədə görüb, qeyd olunan «dairə» ilə toqquşmanın qarşısını almaqdan ötrü idarə etdiyi avtomobili qəfil olaraq sağa, daha sonra isə sola doğru manevr etdirərək idarə etməni itirmiş və bununla da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, göstərilənlərə əməl etməyərək, manev r etmə qaydalarına düzgün riayət etməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, bunu etməmiş və yolun əks hərəkət istiqamətinə keçərək, yolun sol tərəfində şəhərin M.Maqomayev prospekti 75 saylı binanın bərabərliyində piyadalar üçün nəzərdə tutulmuş səkiyə çıxaraq, səki ilə piyada hərəkətdə olan xx xxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurub, ona sol bud sümüyünün qapalı, sol baldır sümüklərinin açıq qəlpəli yerdəyişən sınıqları, sol 4-5-6-7-8-ci qabırğalarının və sağ 5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sol tərəfli hematoraks, ənsə nahiyəsinin açıq yarası, bədəninin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıqları, ağırlıq dərəcələrinə görə həyat üçün təhlükəli olduğundan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına, habelə həmin xəsarətlər və sol tərəfli hematoraksla müşayiət olunan travmatik şokdan hadisə yerində ölməsinə səbəb olan ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra avtomobildən düşüb, şəxsiyyəti barədə məlumatları gizlədərək zərərçəkmiş şəxsə kömək göstərmək məqsədini güdmədən, yol nəqliyyat hadisəsi yerindən qaçmışdır.
5. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 264-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq və 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanaraq Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla qəti olaraq ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cə zasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2025-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) X4 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi müəyyən edilməklə dəyişdirilməsini xahiş etmişdir.
8. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə olan ittiham üzrə bəraətverici əsaslarla icraata xitam verilməsi, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsi ilə müəyyən edilmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması halının təsdiq edilməsini xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-145/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi (vəkil) X4, təqsirləndirilən şəxs Məhkum müdafiəçi si Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-14/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə ittiham edilərək cəzalandırılması, onun barəsində Azərbaycan Respublikası CM-nin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinin tətbiq edilməsinə dair hissədə ləğv edilməsi, əməlində “könüllü gəlib təqsirini boynuna almasına” və Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə istinadla bağlı müddəaların hökmdən xaric edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəs inə əsasən bəraət verilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 24 yanvar 2025-ci il tarixdən hesablanması hökm edilmiş, digər məsələlər həll olunmuşdur.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd olunmuşdur ki, 20 dekabr 2023-cü il tarixdə Mingəçevir şəhər M.Maqomayev prospektində baş vermiş piyada vurm ası ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı birbaşa şahid olmasa da, Mingəçevir şəhərində yaşayan yaxınları vasitəsilə öyrənmişlər ki, polis əməkdaşı işləmiş Məhkum 20 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi “Mercedes Benz” markalı avtomobil ilə yolun sol kənarında olan səkinin üzərinə çıxmış və nəticədə həmin vaxt səki ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncu ölmüşdür. Həmçinin tanışları vasitəsilə öyrənmişlər ki, Məhkum hadisə zamanı spirtli içkinin təsirində olmaqla, sərxoş vəziyyətdə olmuş və hadisə baş verdikdən dərhal sonra hadisə yerindən qaçaraq gizlənmiş, hadisədən dərhal sonra onun məsuliyyətdən yayınması məqsədilə ona məxsus avtomobilin dövlət qeydiyyat nişanları şəxsiyyəti onlara məlum olmayan şəxslər tərəfindən açılar aq götürülmüşdür. Odur ki, Məhkum və onun hadisə yerindən yayınmasında, habelə avtomobilinin nömrəsinin açılaraq gizlədilməsində onun məsuliyyətdən yayınmasına yönələn hərəkətlərində Məhkum köməklik etmiş şəxs və ya şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları xahiş edilmişdir. Məhkumun qohumları tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə dəfələrlə pul təklif edilmiş, lakin o, qızının qanının yerdə qalmaması üçün onların təklifini rədd etmişdir. Hesab olunur ki, məhkum ən ağır cəzaya layiqdir. Zərərçəkmiş şəxsin hüquqi varisi məhkumla barışmamış və ondan şikayətçidir. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-145/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmünün ləğv edilməsi və Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 264-cü ma ddəsinin tərkibi olduğundan qeyd edilən maddənin hökmə əlavə edilərək barəsində ən ağır cəzanın təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində i şə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı mad dəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyi, nəticədə Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz hökm qəbul edildiyi, həmçinin məhkum edilmiş şəxsə yüngül cəza təyin edildiyini iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPMnin 416.1.2, 416.1.3 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişd ir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-145/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü ma ddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
23. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).
24. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin əsassız olmasına dair kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya instansiyası mə hkəməsinin qənaətini aşağıda göstərilənlərə əsasən düzgün hesab edir.
25. Belə ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
26. Azərbaycan Respublikası CPM-ni n 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
27. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
28. Cinayət -Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
29. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
30. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməs i”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
31. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmasının, yekunda çıxarılmış məhkəmə aktının həmin normalarla müqayisəsindən görünür ki, kassasiya şikayətində qeyd edilənlərin əksinə olaraq apellyasiya in stansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
32. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “A zərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
33. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbu l edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il).
34. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlə rinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
35. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin hökmündə gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə ko llegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiya məhkəməsinin hökmündə kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir.
36. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngül olması ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmənin hökmü həmin hissədə də müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
37. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digə r tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuli yyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
38. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakt erli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
39. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
40. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
41. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törəd ilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
42. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində göstərilən cinayətə görə əsas cəza qismində iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur.
43. Eyni Məcəllənin 56.1.1 və 56.1.2-ci maddələri isə cəzaçəkmə yeri kimi ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrini, beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş şəxslər üçün isə ümumi rejimli cəzaçəkmə müəssisələrini müəyyən edir.
44. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi bu maddə ilə təqsirli bilinən şəxslərə beş il və beş ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmək (seçim etmək) imkanlarını nəzərdə tutduğundan, təyin olunmuş cəza müddətindən asılı olaraq, cəzaçəkmə yeri qismində onlara ümumi rejimli cəzaçəkmə müəssisəsi və yaxud ondan daha mülayim saxlanma şərtləri olan, o cümlədən şəxsin cəzaçəkmə müəssisəsindən kənarda olmaqla sərbəst hərəkət etməsini mümkün edən məntəqə tipli cəzaçəkmə müəssisəsi təyin edilə bilər.
45. Bir tərəfdən cinayət qanunu normasında bu cür seçim etmək (şəxsi 5 il müddətə cəza təyin edib məntəqəyə göndərmək və ya 5 ildən artıq müddətə cəza təyin edib ümumi rejimli cəzaçəkmə müəssi səsinə göndərmək) imkanının mövcudluğu, digər tərəfdən isə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cinayət cəzasının məhkumun islah edilməsini, sosial ədalətin bərpasını, özü və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını təmin etməli olan cinayət-hüquqi tədbir kimi təsbit edilməsi onu deməyə əsas verir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinən şəxsə təyin olunan cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin nəzərdə tutduğu cəzanın məqsədlərini təmin edə bilibbilməyəcəyini düzgün qiymətləndirmək üçün yalnız cəzanın müddətindən çıxış etmək kifayət etmir, bu zaman həmin cəzanın hansı növ cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna da əhəmiyyət verilməlidir.
46. Çünki, məntəqə tipli cəzaçəkmə müəssisəsində və ümumi rejimli cəzaçəkmə müəssisəsində məhkumların saxlanılma şərtləri, xüsusilə də şəxsin azadlıq hüququna və sərbəst hərəkət etmək imkanlarına qoyulan məhdudiyyətlərin dərəcəsi arasında ciddi fərq olduğundan (məntəqə tipli cəzaçəkmə müəssisəsində olan şəxs üçün hətta müəssisədən kənarda sərbəst hərəkət etmək imkanı nəzərdə tutulduğundan), konkret təqsirkarın şəxsiyyətini səciyyələndirən hallardan asılı olaraq, bir məhkum üçün - onun islah edilməsi perspektivləri baxımından - məntəqə tipli cəzaçəkmə müəssisəsi yetərli olduğu halda, digər məhkumun islah edilməsi, onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün həmin növ müəssisənin qaydaları və qoyduğu məhdudiyyətlər kifayət etməyə, onun azadlığının daha ciddi şəkildə məhdudlaşdırılması tələb oluna bilər. Odu r ki, belə hallarda cəzanın təyini (təyin olunmuş cəzanın yoxlanılması) məsələlərinə baxılması zamanı təqsirkar şəxs üçün onun islah olunmaq perspektivləri baxımından hansı - ümumi rejimli, yoxsa məntəqə tipli cəzaçəkmə müəssisəsinin daha münasib olması məsələsi təqsirkarın şəxsiyyətini xarakterizə edən hallardan asılı olaraq araşdırılmalı və düzgün həll edilməlidir.
47. Yaxud təqsirkarın törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayətin törədilmə halları, meydana gətirdiyi ictimai-təhlükəli nəticələr elə məzmun daşıya, ciddi və ağır ola bilərlər ki, cəmiyyətin nəzərində, o cümlədən zərərçəkmiş şəxslərin qohumlarının, yaxınlarının baxışında məhkuma təyin olunmuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə, o cümlədən müəssisədən kənarda olmasına səbəb olmuş cəz a obyektiv olaraq sosial ədaləti bərpa etməyən tədbir kimi görünə bilər.
48. Belə olan halda həmin cəza digər şəxslərə münasibətdə də öz xəbərdaredici (çəkindirici) rolunu səmərəli şəkildə yerinə yetirə bilməz.
49. Məhkəmə kollegiyasının bu fikirləri ilə apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən hökmü müqayisə edildikdə isə görünür ki, məhkum barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi üzrə 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edən apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımında n həmin cəzanın və cəzaçəkmə müəssisəsinin növünün törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını lazımınca araşdırmışdır.
50. Cinayətin ictimai-təhlükəliliyini xarakterizə edən həmin halların fonunda apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsə cəza təyini məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, sonuncunun ondan şikayətçi olduğunu nəzərə alaraq, Məhkum sanksiyanın yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, o cümlədən, cəzanın məhkumun islah edilməsi, sosial ədalətin bərpa edilməsi, digərlərini cinayət törətməkdən çəkindirmək üçün kifayət edib-etməməsinə lazımi əhəmiyyət vermiş, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.
51. Yuxarıda göstərilənlərə əsasən öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
52. Nəticədə apellyasiya instansiyası məhkəməsinin yuxarıda təsviri verilən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbayc an Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
53. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmə münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin hökmün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
54. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-145/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmü dəyi şdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Məmmədzadə Əkbər Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-145/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.