Məhkəmə qərarları › İş №1(102)-2233/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2233/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2233/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Roman Ələkbərli (sədrlik edən və məruzəçi) hakimlər Mikayıl Məmmədzadə və Abdulla Məmmədov) 1(100)-21/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli hökmü ilə xx xxxx 1988-ci ildə Qazax rayonu, Xılxına kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Xılxına kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, idarə etdiyi nəqliyyat vasitəsi olan “QAZ-33021” markalı, **-BT*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 iyul 2021-ci il tarixdə təxminən saat 23:37 radələrində BakıQazaxGürcüstan sərhədi yolunun Şəmkir rayonu, Dəllər Cəyir kəndi ərazisindən keçən 404-cü kilometrliyində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsini n 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi “QAZ-33021” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini baş yol ilə Qazax istiqamətində hərəkət etdirərkən yolun sağ kənarındakı yol ayırıcısından qarşısına çıxan sürücü X1 idarə etdiyi “QAZ-31105” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü X5 ağır dərəcəli travmatik və hemorragik şokla müşaiyət olunan sol gicgah nahiyəsinin, burun əsasının, sol çənəaltı nahiyənin əzilmiş yaraları, döş qəfəsinin qapalı küt tra vması, döş qəfəsinin sol ön-yan səthinin sıyrıqları,sol tərəfli 3-4-5-67-8-9-10cu qabırğaların yerini dəyişmiş sınıqları, sol ağ ciyərin əzilmiş-cırılmış yarası, sol tərəfli hemotoraks, sol əlin arxa səthinin sıyrığı, sol bud sümüyünün aşağı üçdə birinin qapalı, sol baldır sümüklərinin aşağı üçdə birinin açıq yerini dəyişmiş sınıqları, sol baldırın yuxarı və aşağı üçdə birinin əzilmiş yaraları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmin avtomobildə olan sərnişinlər X6 təpə nahiyəsinin dərialtı hematoması, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, döş qəfəsinin sol yarısının, sol said nahiyyəsinin orta üçdə birinin arxa səthinin, sol qalçaçuxurunun, hər iki bud nah iyəsinin aşağı üçdə birinin ön səthinin, qarının ön divarının qançırları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, X2 alın nahiyəsinin sol yarısının, burunun sol yan səthinin sıyrıqları, sol çənə nahiyəsinin əzilmiş yarası, burun sümüyünün sınığı, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, döş qəfəsinin sol yarısının ön səthinin sıyrığı, sol bazunun orta üçdə birinin ön-bayır səthinin və sağ bazunun aşağı üçdə birinin iç səthinin qançırları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Afiq Hüseynzadə) 22 iyun 2023-cü il tarixli 1(103)-343/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 1(100)-21/2023 nömrəli hökmü əsas cəzaya aid hissədə dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə əsas cəza olaraq təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 6 (altı) il həddində müəyyən edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişd ir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(104)-343/2023 nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum zərərçəkmiş şəxs Ramil Məmmədovun avtomobili saxlamadan baş yola çıxdığını gördükdən sonra idarə etdiyi avtomobilin sükanını hadisədən yayınmaq məqsədi ilə sola burmuş. X10 hərəkətini dayandırmadığı üçün Məhkum avtomobilin sağ hissəsi Ramil Məmmədovun idarə etdiyi avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Bu da bir daha təsdiqləyir ki, Məhkum hadisənin qarşısını almağa çalışmışdır. Kassator bildirir ki, h adisənin mexanizminə baxdıqda görünür ki, Məhkum barəsində yalnız ehtimallara əsasən ittiham hökmü çıxarılmışdır. Məhkumun əməlində cinayət tərkibi olduğunu fərz etsək belə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının müddətinin 5 ildən 6 ilədək artırılması və cəzaçəkdiyi müəssisənin növünün dəyişdirilməsi cəzanın məqsədlərinə ziddir. Belə ki, işin hallarından da göründüyü kimi Məhkum baş yolda hərəkətdə olarkən Ramin Məmmədov idarə etdiyi avtomobillə qanunvericiliyin tələblərinə zidd şəkildə onun qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticə Məhkum da yaralanmış və xəstəxanaya çatdırılmışdır. Zərərçəkmiş şəxs (mərhum) Ramin Məmmədovun əməlində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin tərkib əlaməti olsa da, öldüyü üçü n CPM-in 39.1.5-ci maddəsinə istinadən cinayət işinin icraatına xitam verilmişdir. Baş vermiş hadisədən sonra vəfat etmiş hər üç şəxsin hüquqi varisləri Məhkumla barışmış, ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Yəni işin hallarından da göründüyü kimi Məhkum mərhum Ramin Məmmədovun qanunvericiliyin tələblərinə zidd avtomobil idarə etməsi nəticəsində hazırda ittiham olunur. Məhz bunu başa düşən zərərçəkmiş şəxslərin hüquqi varisləri ondan heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Tərəflər arasında barışıq əldə edilməsi, Məhkum heç bir kəsin şikayət və tələbinin olmadığı, hətta hüquqlarını müdafiə etdiyi şəxsin xəsarət aldığı halda belə Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edərək onun məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının mü ddətinin 5 ildən 6 ilədək artırmışdır. Belə ki, CM-in 263.3-cti maddəsinin sanksiyasından da göründüyü kimi azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ildən 10 ilədək müddətə müəyyən edilmişdir. Yəni Gəncə Ağır Cinayətlər Məhkəməsi cəza təyin edərkən CM-in 263.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddən aşağı həddə cəza təyin etməmişdi. Məhkum 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi cəzanın məqsədlərinə zidd deyildi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, kassatorun fikrincə məhkumun əməlində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yoxdur, baş vermiş yol nəqliyyat hadisəsində Məhkum heç bir təqsiri olmamış, o, idarə etdiyi nəqliyyat vasitəsi olan “QAZ33021” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozmamış, ehtiyatsızlıqdan üç nəfər şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməmişdir. Buna baxmayaraq mötəbər sübutlarla təsdiq olunmadığı halda, məhkəmələr işin halları tam və hərtərəfli araşdırılmadan əsassız olaraq ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi Məhkum, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat hadisələrinin və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları tədqiq edib nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin Məhkum təqsirliliyi və əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətind ən görünür ki, müdafiə tərəfi məhkumun yol-nəqliyyat hadisəsində təqsirini mübahisələndirir. Belə ki, kassator qeyd edir ki, zərərçəkmiş şəxslərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi QAZ-31105 markalı avtomobili idarə edən zərərçəkmiş şəxs X1 yol hərəkət qaydalarının kobud pozması nəticəsində baş vermişdir. Əsas yolla hərəkət edən Məhkum ikinci dərəcəli yoldan çıxmış QAZ-31105 markalı avtomobil ilə toqquşmanın qarşısını almaq üçün bütün tədbirlər görmüşdür. Ona görə məhkumun təqsiri barədə məhkəmələrin gəldiyi nəticəni sübut olunmamış və əsassız hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, cinayət işi üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 avqust 2021-ci il tarixli, 8/18 04 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “QAZ-31105” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olsa da belə “QAZ-33021” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində də «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə ki, Məhkum tormozlama tətbiq edərkən onun yoluna çıxmış “QAZ-31105” markalı avtomobil ilə toqquşmanın qarşısını almağa texniki imkanı olmuş, lakin o, «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməmişdir. Yuxarıda qeyd edilən məhkəmə yo l-nəqliyyat hadisələri ekspertizası istintaq orqanı tərəfindən cinayət işi üzrə mötəbər və şübhə törətməyən sübutlarla müəyyən edilmiş məlumatlar əsas götürərək aparılmışdır. Ekspertiza cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmış, ekspert hansı materiallarından istifadə edilməsi və hansı üsulların tətbiq edilməsi rəydə göstərmiş, rəyi kifayət qədər əsaslandırmışdır. Ekspertiza rəyini şübhə altına almaq üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinin tələblərinə görə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizaların rəyləri ilə müəyyən edilmişdir ki, Məhkum idarə etdiyi “QAZ-33021” markalı avtomobillə zərərçəkmiş şəxs X1 idarə etdiyi “QAZ-31105” markalı avtomobilin toqquşması nəticəsində alınmış bədən xəsarətlərindən ehtiyatsızlıqdan üç nəfərin ölümü baş vermişdir. Göründüyü kimi, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam təsdiq olunmuşdur. Ona görə də məhkəmə kollegiyası məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, məhkəmələrin Məhkum CM-in 263.3-cü maddəsi ilə təqsirli olması barədə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası qeyd etmək istəyir ki, məhkumun təqsirsizliyi ilə əlaqədar dəlillər müdafiə tərəf inin apellyasiya şikayətində də göstərilmişdir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin həmin dəlillərinə hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nət icə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhk əməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətini və onun cəzasını yüngülləşdirən halları nəzərə alıb Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş sanksiyanın aşağı həddində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apel lyasiya instansiyası məhkəməsi isə yol-nəqliyyat hadisəsi nəticəsində üç şəxsin həyatı itirməsini nəzərə alıb birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində təyin edilməsini düzgün hesab etməmiş və cəza müddətini 6 ilədək artırmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən məhkuma azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 ildən 6 ilədək artırılması əsassız və cinayət qanunun tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum barəsində məhkəmələr tərəfindən təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasın a və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayı b, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə edilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, yolnəqliyyat hadisəsinin baş verməsində hadisə nəticəsində ölmüş digər sürücü X1 qarşılıqlı təqsirinin mövcudluğunu, hadisə nəticəsində təqsirləndirilən şəxsin özünün də xəsarətlər almasını, təqsirləndirilən şəxsin himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onlardan birinə isə əqli gerilik və psixopatabənzər davranış diaqnozu qoyulmaqla həmin xəstəliklərdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, törədilən əməl üzrə aşağı həddə cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm təqsirləndirilən, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışmış, sonuncular məhkuma qarşı şikayət v ə tələblərin olmamasını bildirmiş və bu barədə notarial qaydada təsdiq edilmiş ərizələri təqdim etmişlər. Yuxarıda qeyd olunan cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslərin ölümünə səbəb olan avtomobil qəzası həm təqsirləndirilən şəxs Məhkum, həm də zərərçəkmiş şəxs mərhum R.Z.Məmmədovun yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir. İbtidai istintaq orqanının 30 noyabr 2013-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət qanununu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi ilə əlaqədar onun barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, zərərçəkmiş şəxslərin ölümünə səbəb olan avtonəqliyyat hadisəsi həm məhkumun, həm də zərərçəkmiş şəxs mərh um R.Z.Məmmədovun yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermişdir. Məhkəmə kollegiyası yol nəqliyyat hadisəsinin səbəblərini təhlil edərək nəticəyə gəlir ki, həmin avtomobil qəzası Məhkum və zərərçəkmiş mərhum R.Z.Məmmədovun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin eyni əhəmiyyətli pozuntularına yol vermələri nəticəsində, yəni onların qarşılıqlı təqsiri ucbatından baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddələrinin tələblərini nəzərə al araq, Məhkum zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışması və sonuncuların ona qarşı şikayət və tələbinin olmaması, habelə cinayət törədilməsində onun təqsirinin dərəcəsini, məhkumun cəzasını yüngülləşdirən digər halları və onun ailə vəziyyətini nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddə ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli hesab etmir və nəticəyə gəlir ki, həmin cəza öz ağırlığına görə onun şəxsiyyətinə və işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası məhkuma daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilsin. Qərarla Məhkum Azərbaycan Respubli kası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş 4 (dörd) il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar