Məhkəmə qərarları › İş №1(102)-2233/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2233/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2233/2025 24.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi - Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi X6 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 03 iyun 2025-ci il tarixli 1(104)-320/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Dadaş İmanov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Abdulla Məmmədov) 09 aprel 2025-ci il tarixli 1(100)265/2025 nömrəli hökmü ilə xx xxxx 1976-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli olmaqla himayəsində beş azyaşlı uşağı olan, ikinci qrup əlil, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, ev 43, mənzil 13də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 mart 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram, xeyli miqdar təşkil edən üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbi və 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum 17 mart 2024-cü il tarixdə saat 17:50-də ünvan 3 ünvanda yerləşən “Azəriqaz” istehsalat birliyinin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin inzibati binasının yaxınlığında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti, 165A ünvanda yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 17 mart 2024-cü il tarixdə saat 18:45-dən saat 20:15-dək olan müddət ərzində Məhkum üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd qəhvəyi rəngli parça torbacıqda 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram, xeyli miqdar təşkil edən üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həb və 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Müşfiq Məmmədov) 03 iyun 2025-ci il tarixli 1(104)-320/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 9 aprel 2025-ci il tarixli, 1(100)-265/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikay əti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 03 iyun 2025cü il tarixli, 1(104)-320/2025 nömrəli qərarının ləğv edilməsini, barəsində olan cinayət işinə xitam verilməsini, İnsan Əsas Hüquq və Azadlqıları Haqqında konvensiyanın 6-cı maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona verilən ittiham yalnız onun üzərindən narkotik vasitənin aşkar edilib götürülməsi barədə polis tərəfindən tərtib edilmiş şəxsi axtarış protokoluna əsaslanır. Ona qarşı irəli sürülən ittiham əsassızdır və müdafiə tərəfi həmin ittihamı qəbul etmir. O, saxlanılıb, polis şöbəsinə aparılarkən cibinə atılmış narkotik vasitəsinin üzərində axtarış keçirilməs i zamanı aşkar olunması nəticəsində həbs edilib. O, ilk gündən narkotik maddənin onun üstünə polislər tərəfindən atıldığını bildirib. Çoxsaylı psixi və fiziki təzyiqə məruz qalsa da, narkotik maddənin ona aid olduğunu etiraf etməyib. Onun tutulmasının məqsədi üstündə narkotik vasitəsinin olması yox, onu çıxışlarına görə cəzalandırmaq və susdurmaq olub. O, uzun illər idi ki, hökümətin açıq tənqidçisi kimi çıxış edirdi və onun həbsi 2024-cü ilin mart ayında prezidentə etdiyi sərt videomüraciətdən sonra, baş vermişdir. Onun həbsi bu kontekstdə götürülməlidir. Nə polis hesabatlarında, nə də sonrakı qərarlarda sözügedən əməliyyat məlumatlarının toplanması və haradan alınması ilə bağlı hər hansı konkret məlumat yoxdur. Xüsusilə, bu məlumatın polis tərəfindən necə əldə edildiyi, məlumatın mənbəyi nin nə olduğu və bu mənbənin bu məlumatı necə öyrəndiyi məlum deyil. Hətta sonradan keçirilən ekspertiza onun narkotik istifadəçisi olmadığını təsdiq etmişdi. Kassator qeyd edir ki, onun Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan hüquqları pozulmuşdur. Belə ki, istintaqın ilkin vaxtlarından narkotik vasitənin ona məxsus olmadığını və Murad adlı polis əməkdaşı tərəfindən onu üzərinə qoyulduğunu bildirmişdir. Həqiqətən də avtomobildə onun yanında olan şəxslərdən biri Murad Hüseynzadə olmuşdur. Onun tutulmasının səbəbi kimi Qazax rayon Polis Şöbəsinin rəis müavini Rəşad adlı şəxsin rəislə aralarında olan münaqişə ilə bağlı olduğunu bildirmişdir. Belə ki, o qeyd etmişdir ki, Rəşad polis rəisinin oğlunun Şəmkir rayonunda olan avtoqəzası ilə bağlı videoçarxı ona verməsi onunda həmin videonu Turank TV-nin əməkdaşı Mətləb Həsənliyə göndərməsi və yayılması olmuşdur. Məhkəmə tərəfindən şəxsin təqsirli bilnməsinə dair istinad etdiyi digər sübut polis əməkdaşlarının vermiş olduğu ifadələridir. Bununla bağlı müdafiə tərəfi qeyd edir ki, həmin polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayət təqibi başlanmışdır. Polis əməkdaşlarına gəldikdə onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Buna baxmayaraq onların ifadələri məhkəmə tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Bundan başqa müdafiə tərəfi qeyd edir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri məhkəmə nəzarətinin predmeti olmamış dır. Yəni CPM-nin tələblərinə əsasən həmin əməliyyat tədbirinin nəticələri məhkəmə nəzarəti qaydasında yoxlandıqdan sonra sübut kimi qəbul edilə bilər. Ümumilikdə əməliyyat axtarış tədbirlərinin həyata keçirməsi zamanı əldə edilmiş sübutların əldə edilməsi üsulu pozulmuşdur. Bu baxımdan həmin əməliyyat məlumatları sübut kimi qəbul edilə bilməz. Bundan başqa ilkin vaxtlardan təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmadığını bildirməsi və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını bildirməsi polis əməkdaşlarının ifadəsinin mötəbərliyini şübhə altına salır. Məhkəmə müdafiə tərəfinin bu arqumentlərini effektiv və hərtərəfli araşdırmadı. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını din ləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edil ən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, psixotrop maddə olan metafetamini əldə etməmiş və saxlamamış, barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilləri araşdırmış və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdiri lir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun məhkumun ifadəsini, şahidlər X1, X8, X5, X7, X3 ifadələrini, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumun apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncunun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, maddi sübut, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi Məhkum külli miqdarda narkotik vasitəni əldə edib saxlamasını təsdiq edən hallar – onun üzərində psixotrop maddənin aşkar edilməsi, psixotrop maddənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir. Məhkəmə koll egiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkə tləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkum ibtidai araşdırma dövründə və birinci instansiya məhkəməsində keçirilən baxış iclası zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, məhz polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə tərkibində narkotik vasitə olan metadon təsire dici maddəsinin ümumi miqdarı 0,04 qram, xeyli miqdar təşkil edən üzərində F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı 1 ədəd həbi və 2 ədəd iç-içə keçirilmiş şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 9,518 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilməsi yuxarıda qeyd olunan sübutlara təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etmiş və bunu məhkumun müdafiə hüququnun pozulması və polis əməkdaşları tərəfindən ona narkotik vasitə və psixotrop maddənin qoyulması ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən dəlillər müdafiə tərəfinin apellyasiya müraci ətinin əsasını da təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi həmin dəlilləri araşdırmış və onların əsasız olması barədə nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət işi üzrə həm ibtidai istintaqda, həm məhkəmə icraatı zamanı Məhkum cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin yardımından istifadə etmək hüququ təmin edilmişdir. Məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən məhkuma psixi və fiziki zor tətbiq edilməsi, narkotik vasitənin və psixotrop maddənin məhkuma zor tətbiq etməklə üzərinə qoyulması barədə iddialar hazırkı cinayət işi üzrə həm birinci instansiya məhkəməsi, həm də prokurorluq tərəfindən araşdırılmış və təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin konkre t sübutlarına – şahid ifadələrinə, istintaq hərəkətlərinin protokollarına, ekspertiza rəylərinə və digər mötəbər sənədlərə əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətində bu barədə irəli sürülmüş dəlilləri əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam uyğun olmuşdur və əsaslıdır. Kassasiya şikayətində məhkəmələrin gəldiyi nəticəni təkzib edən və apellyasiya şikayətində göstərilməyən hər hansı yeni hal və ya sübut təqdim edilmədiyindən, məhkəmə kollegiyası bu məsələyə dair kassasiya şikayətində irəli sürülmüş dəlilləri əsassız hesab edir. Həmçinin qeyd edilməlidir ki, nə məhkum, nə onun müdafiəçisi tərəfindən məh kuma psixi və fiziki zor tətbiq edilməsi barədə məlumatla əlaqədar toplanmış material üzrə prokurorluq tərəfindən qəbul edilmiş qərardan şikayət verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkumun həm apellyasiya, həm də kassasiya şikayətlərindən görünür ki, o, tutulmasının səbəbini müxtəlif cür izah edir. Belə ki, şikayətlərin əvvəlində kassator müxtəlif media kanallarında çıxış edərək dövlət orqanlarının v ə vəzifəli şəxslərin fəaliyyətini tənqid etdiyinə görə tutulduğunu bildirir. Sonradan isə qeyd edir ki, tutulmasının səbəbi Qazax Rayon Polis Şöbəsi rəisinin oğlunun yol-nəqliyyat hadisəsi ilə bağlı videoçarxın Turan TV-nin əməkdaşlarına göndərilməsi və yayımlanması olmuşdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Məhkum təqsirli bilindiyi əməl barəsində anlaqlı hesab edilsə də, “şəxsiyyətin paranoid pozuntusu” xəstəliyindən əziyyət çəkir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdı r. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-909/2024 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyun 2024-cü il tarixli 1(103)-909/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar