Məhkəmə qərarları › İş №1(102)-2235/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2235/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2235/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Zaur Arif oğlu) Məhkum, xx xxxxxx 1987-ci il tarixdə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı olan, heç yerdə işləməmiş, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırki iş üzrə şübhəli şəxs qismində tutulanadək üzərində çəkilməmiş 1 (bir) il 9 (doqquz) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, məhkumluğu ödənilməmiş, Qubadlı rayonunun Əfəndilər kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “Azneft” İstehsalat Birliyinin qarajında yaşamış, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə, CM-in 68.1.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ona Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş his səsi olan 1 (bir) il 9 (doqquz) ay 3 (üç) gün müddətin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, ibtidai istintaq oraqın tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 34 (otuz dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəki ləri 0,012 qram, 0,009 qram, 0,014 qram, 0,009 qram, 0,011 qram, 0,015 qram, 0,010 qram, 0,015 qram, 0,013 qram, 0,011 qram, 0,012 qram, 0,011 qram, 0,013 qram, 0,008 qram, 0,012 qram, 0,011 qram, 0,010 qram, 0,011 qram, 0,011 qram, 0,003 qram, 0,014 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,015 qram, 0,010 qram, 0,013 qram, 0,014 qram, 0,012 qram, 0,008 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 22 iyun 2023-cü il tarixdə saat 13:20 radələrində Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Natavan kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİnin, 3-cü PB-nə gətirildikdən sonra, üzərində apar ılan şəxsi axtarış zamanı 34 (otuz dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,009 qram, 0,014 qram, 0,009 qram, 0,011 qram, 0,015 qram, 0,010 qram, 0,015 qram, 0,013 qram, 0,011 qram, 0,012 qram, 0,011 qram, 0,013 qram, 0,008 qram, 0,012 qram, 0,011 qram, 0,010 qram, 0,011 qram, 0,011 qram, 0,003 qram, 0,014 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,015 qram, 0,010 qram, 0,013 qram, 0,014 qram, 0,012 qram, 0,008 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılması nəticəsində məhkəmə Məhkum ona ittiham olunmuş əməli satış məqsədi olmadan törətməsi barədə qənaətə gələrək sonuncunun həmin əməlini CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edib onun həmin maddə ilə təqsirli bilinərək məhkum olunması barədə yuxarıda göstərilən hökmü çıxarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçsı Məmmədov Anar Ələsgər oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 14 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T. H.Əsədov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in 234.1 və 234.2-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Narkotik vasitələ rin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərara istinad edən dövlət ittihamçısı T.H.Əsədov həmin protestini belə əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası mübahisələndirilən qərarı qəbul edərkən məhkəmə yalnız təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi məqsədyönlü ziddiyyətli ifadələrini əsas götürmüş, cinayət işi üzrə toplan mış digər sübutları əlaqəli şəkildə onun həmin ifadələri ilə birgə təhlil etməmiş, Məhkum narkotik vasitə olan heroini satmaq niyyətində olmasına dair məhkəməyədək icraat dövründə toplanmış kifayət qədər sübutların məcmusuna hüquqi qiymət verməmiş və bununla da onun əməlinin tövsifi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Halbuki, cinayət şinin materiallarında Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri ilə, şəxsi axtarış keçirilməsinə dair protokolla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavabla və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmələr isə Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin 34 (otuz dörd) ədəd bükümlərdə qablaşdırılmasına, həmin bükümlərdə olan heroinin görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmasına diqqət yetirməmiş və bu qədər bükümləri hansı səbəbdən üzərində gəzdirməsini araşdırmamış, bu xüsusata qiymət verməmişlər. Kassasiya protesti müəllifinin qənaətinə görə, ümumi təmiz çəkisi 0,392 qram olan narkotik vasitənin yalnız şəxsi istehlak məqsədilə 34 bükümə bölünməsi inandırıcı deyil. Məhkum hər gün 3 dəfə olmaqla 8 büküm narkotik vasitə qəbul etməsi barədə göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, o, 8 bükümə yerləşdirdiyi narkotik vasitəni 1 büküm edərək daha rahat qəbul edə biləcəyi halda bunu məlum olmayan səbəbdən etməmişdir ki, bu hal da onun h əmin narkotik vasitəni satmaq niyyətində olmasına dəlalət edir. Həmçinin, iş materiallarından görünür ki, Məhkum ümumi təmiz çəkisi 0,392 qram olan narkotik vasitə heroini 35 manata aldığını bildirsə də, heç yerdə işləməyən şəxsin gündəlik 3 dəfə olmaqla 8 bükümdə narkotik vasitəni hansı maliyyə hesabına aldığı da məhkəmələr tərəfindən araşdırılmamışdır. Bu xüsusat da Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edir, onun belə məqsəd izləməməsi barədə verdiyi ifadələri isə qeyri-səmimi və özünün müdafiə xarakteri daşıyır. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.H.Əsədov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və m üddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi icla sının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.H.Əsədovun həmin protestinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum barəsindəki cinayət işinə baxan məhkəmələr ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət verməmiş və nəticədə məhkum olunmuş şəxsin törətdiyi cinayət əməlinin tövsifində səhvə yol vermişlər. Bununla da, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 14 mart 2024-cü il tarixli qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddə lərinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-c u maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci v ə apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən ed ilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsin in qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəs inin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə q anunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, bu konstitusion müddəa eyni zamanda iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin öz təşəbbüsü ilə də əlavə sübutların əldə olunaraq araşdırılması və qiymətləndirilməsi vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstə rilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səla hiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri ol mayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi d iqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublik asının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəz alandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33. 1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.7-ci maddəsinə görə, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 14 4-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsa slı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəh bər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimi n qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təs diq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedə n Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, mə hkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenmunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı T.H.Əsədovun kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün ilk növbədə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 34 (otuz dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,009 qram, 0,014 qram, 0,009 qram, 0,011 qram, 0,015 qram, 0,010 qram, 0,015 qram, 0,013 qram, 0,011 qram, 0,012 qram, 0,011 qram, 0,013 qram, 0,008 qram, 0,012 qram, 0,011 qram, 0,010 qram, 0,011 qram, 0,011 qram, 0,003 qram, 0,014 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,015 qram, 0,010 qram, 0,013 qram, 0,014 qram, 0,012 qram, 0,008 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 22 iyun 202 3-cü il tarixdə saat 13:20 radələrində Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Natavan kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİnin, 3-cü PB-nə gətirildikdən sonra, üzərində aparılan şəxsi axtarış zamanı 34 (otuz dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,009 qram, 0,014 qram, 0,009 qram, 0,011 qram, 0,015 qram, 0,010 qram, 0,015 qram, 0,013 qram, 0,011 qram, 0,012 qram, 0,011 qram, 0,013 qram, 0,008 qram, 0,012 qram, 0,011 qram, 0,010 qram, 0,011 qram, 0,011 qram, 0,003 qram, 0,014 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,015 qram, 0,010 qram, 0,013 qram, 0,014 qram, 0,012 qram, 0,008 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İş materiallarından göründüyü kimi, Məhkum cinayət təqibinin bütün mərhələlərində, o cümlədən işə birinci instansiya məhkəməsində baxılarkən özünü bu ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, həmin ittihamda göstərilən miqdarda və növdə və bir bükümdə qablaşdırılmış narkotik vasitə olan heroini o, polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 22 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manat məbləğində pul müqabilində əldə etmiş, sonradan isə həmin narkotik vasitəni xırda bükümlərə bölərək cibinə qoymuş, evə getmək istəyərkən saat 13:20 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Natavan” kafes inin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılmış və orada şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılarkən otuz dörd bükümə qablaşdırdığı heroini təhqiqatçının təklifi ilə ona təqdim etmişdir. Həmçinin, Məhkum verdiyi ifadələrində qeyd etmişdir ki, o, bədənində olan ağrılardən əziyyət çəkdiyinə və narkotik vasitənin aludəçisi olduğuna görə gün ərzində üç dəfə səkkiz bükümdə heroindən istifadə etmiş, lakin narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamış və sonuncu dəfə əldə etdiyi narkotik vasitəni də satmaq niyyəti izləməmişdir. Cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum elan olunmuş ittiham üzrə onun törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hallar, yəni onun ş əxsi istehlak miqdarından artıq miqdarda nakrotik vasitə heroini əldə edərək üzərində saxlaması və daşıması mübahisəsiz olaraq məhkum olunmuş şəxsin təsvir edilmiş ifadələri ilə yanaşı, həmçinin şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, X1, şəxsi axtarışın və götürmənin aparılması haqqında 22 iyun 2023-cü il tarixli protokolla, bu istintaq hərəkətinin keçirilməsini əks etdirən video görüntülərlə, məhkəmə-kimyəvi ekspertizasının 23 iyun 2023-cü il tarixli 6/3496 saylı, məhkəmə-narkoloji ekspertizasının 5 iyul 2023-cü il tarixli 974 saylı rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir və bu halların sübuta yetirilməsi ilə məhkəmələr də razılaşmış ittiham tərəfini təmsil edən kassas iya protestinin müəllifi və müdafiə tərəfi olan Məhkum də bu halların sübuta yetirilməsini mübahisələndirməmişlər. Kassasiya protestinin dəlillərinə görə, dövlət ittihamçısı T.H.Əsədovun mübahisələndirdiyi və məhkəmələrin gəldikləri qənaətlə razılaşmadığı hal Məhkum törətdiyi əməlin subyektiv cəhətinə aid olan halın, yəni sonuncunun narkotik vasitəni məhz satış məqsədilə əldə edərək saxlamasının və daşımasının mövcudluğu ilə bağlıdır ki, məhkəmə kollegiyası da yalnız bu məsələ üzrə iş materialarını təhlil etməyi zəruri bilir. Əvvəla, həm Məhkum qarşı irəli sürülmüş ittihama, həm də toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara görə, sonuncu ümumi təmiz çəkisi 0,392 qram çəkidə narkotik vasitə olan heroini əldə etdikdən son ra həmin narkotik vasitəni 34 ədəd ayrı-ayrı bükümlərə bölmüş və bu şəkildə də üzərində saxlamışdır. Lakin, işə mahiyyəti üzrə baxan məhkəmələr bunun hansı zərurətdən irəli gəlməsi üzrə heç bir araşdırma aparmamış və yalnız məhkum olunmuş şəxsin ifadələrini inandırıcı hesab edərək hətta bu qədər bükümlərə qablaşdırılmış narkotik vasitəni Məhkum yalnız şəxsi istifadəsi üçün əldə edərək saxlaması və daşıması barədə qənaətə gəlmişlər. Yuxarıda qeyd olunduğu kimi, Məhkum öz ifadələrində gün ərzində üç dəfə, hər dəfə səkkiz bükümdə narkotik vasitəni qəbul etməsini bildirsə də, əldə etdiyi heroini hansı səbəbdən üç bükümə deyil, otuz dörd bükümə qablaşdırmasını izah etməmiş və bununla bağlı ona heç sual belə verilməmişdir. Daha sonra məhkəmə kollegiyası diqqət yetirməyi zəruri bilir ki, Məhkum ş əxsi istehlak miqdarından bir qədər çox miqdarda olan narkotik vasitəni həmin otuz dörd bükümə qablaşdırılmasının hansı yolla (tərəzi vasitəsilə, gözə yarı və hər hansı başqa üsulla) həyata keçirilməsi, habelə bükümlərin əksəriyyətində olan heroinin eyni çəkidə olması, onun narkotik vasitələrin aludəçisi kimi gündəlik tələbatının hansı miqdarda olması da məhkəmələr tərəfindən aydınlaşdırılmamış və onun ifadələrində göstərdiyi kimi, üç dəfəyə cəmisi iyirmi dörd bükümdə bu narkotik vasitəni istifadə etməsinin onun tələbatını ödəyib-ödəməməsi kimi mühüm hal yoxlanılmamışdır. Bundan başqa, həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri natamam təsvir edilsə də məhkəmə iclas protokolundan görünür ki, sonuncu həmin iclasda ziddiyyətli ifadələr verərək əvvəl ümumiyyətlə üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə yerləşdirilmiş bükümlərin olmamasını, bu bükümlərin polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilərək üzərinə qoyulmasını, sonra həqiqətən 34 bükümdə narkotik vasitənin ona məxsus olmasını və bundan istifadə etmədiyini, daha sonra isə narkotik vasitəni əldə edib narkoloji dispanserin yaxınlığında yerləşən və narkomanların toplaşdıqları sökülmüş evə getməsini, orada əldə etdiyi heroinin bir hissəsini sonuncularla birlikdə istifadə etməsini, lakin aldığı heroindən heç kimə vermədiyini bildirmişdir. Məhkum məhkəmə iclasında verdiyi sonuncu ifadələri məhkəmələr tərəfindən inandırıcı hesab edilsə də, onun həqiqətən saxlanı ldığı tarixdə göstərdiyi narkoloji dispanserin yaxınlığındakı sökülmüş evdə olması, orada digər narkotiik vasitələrin aludəçiləri ilə ünsiyyətdə olub-olmaması və sonuncularla birlikdə narkotik vasitədən istifadə edib-etməməsi, habelə əldə etdiyi narkotik vasitəni onlarla da bölüşdürübbölüşdürməməsi, yəni yayıb-yaymaması, onun məhz bu məqsədlə, yəni digər şəxslərə də vermək üçün əldə etdiyi heroini çoxlu sayda bükümlərdə yerləşdirməsi əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq sorğu verilməklə yoxlanılmamışdır. Halbuki, məhkumun məhkəmə iclasında verdiyi sonuncu ifadələrinin həqiqətə uyğun olub-olmamasının yoxlanılması onun əməlinin düzgün tövsif edilməsi üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Bu ifadələrlə bağlı məhkəmə kollegiyasının diqqətini cəlb edən daha bir məqam onda n ibarətdir ki, əvvəla Məhkum narkotik vasitəni əldə etdikdən sonra hər hansı başqa yerə deyil, məhz narkoloji dispanserin yaxınlığına, narkotik vasitələrin aludəçiləri toplaşan yerə getməkdə məqsədinin nədən ibarət olması, onun özünün də bu dispanserdə müalicədə olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış və nəzərə alınmamışdır ki, qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə də məhkəmə-narkoloji ekspertizasının 5 oktyabr 2022-ci il tarixli 5784 saylı rəyinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının əməliyyat tapşırığına cav ab olaraq Sumqnayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin rəisi polis mayoru X tərəfindən imzalanmış və həmin İdarənin İstintaq şöbəsinin rəisinə göndərilmiş 5 iyul 2023-cü il tarixli ********* saylı məktubda işin müəyyən olunmuş halları ilə yanaşı, həmçinin əməliyyat yolu ilə Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması, lakin onun həmin vasitələri satdığı və ya satacağı şəxslərin əhatə dairəsinin müəyyən edilməsinin mümkün olmaması göstərilmişdir. Məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr bu aktlarda həmin cavab məktubuna istinad etsələr də, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatına digər obyektiv sübutların, əsasən də məhkum olunmuş şəxsin əldə etdiyi narkotik vasitənin 34 bükümdə qablaş dırılmasına dair əldə olunmuş sübutların fövqündə qiymət verməmiş, digər tərəfdən isə həmin məlumatın arxasında duran sübutların da əldə edilərək araşdırılması istiqamətində heç bir hərəkət etməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum törətdiyi cinayət əməlinin qanuna müvafiq qaydada tövsif edilməsi üçün belə araşdırmanın da aparılması zəruri olmuşdur ona görə ki, hər hansı şəxsin əldə etdiyi narkotik vasitəni çoxlu sayda hissələrə bölərək onları ayrı-ayrı bükümlərə yerləşdirilməsi onun həmin narkotik satmaq niyəətində olmasına, yaxud da hətta təmannasız olsa belə, digər şəxsi marağına görə onları yayması dövriyyəsi qanunla məhdudlaşdırılmış əşyaların satışını həyata keçirməsinə dəlalət edən hallardan biri kimi qiymətləndirilməsinə əsas yaradır. Bu təfsirlə bağlı məhkəmə kolleg iyası qanunların aşağıdakı normalarına istinad etməklə onu vurğulamağı lazım bilir ki, həm bu normalarda, həm də Ali Məhkəmənin Plenumu tərəfindən 14 iyun 2024-cü il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda narkotik vasitələrin və ya psixotrop maddələrin xırda bükümlərə bölüşdürülməsi şəxsin bu vasitə və maddələri satmaq niyyətində olmasına, belə şəxsin narkotik vasitələrin, psixotrop maddələrin sair maraqla yayılmasına yönələn qanunsuz əməllərini isə digər şəxsi maraqla satışını həyata keçirməsinə dəlalət edən hallar kimi qiymətləndirilmişdir. Belə ki, CM-in 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə, CM-in 234.2-ci maddəsində isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respu blikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak x arakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun (yuxarıda göstərilən) 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklin də izah verilmişdir. Məhkəmələrə izah olunmuşdur ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətlənd irilməlidir. Adı çəkilən Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixot rop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin materiallarından görünür ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi Məhkum törətdiyi əməlinin CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməli olması, yəni onun satış məqsədi olmadan cinayətin predmeti olan narkotik vasitəni əldə edərək üzərində saxlaması və daşıması barədə nəticəyə gələrkən, toplanmış və araşdırılmış sübutlara həm qanunvericiliyin tələbləri, həm də Ali Məhkəmənin Plenumunun izahları ilə müqayisəli şəkildə təhlil etməyərək qiymət verməmiş, əməlin düzgün tövsif edilməsi üçün mühüm halların araşdırılmasını təmin etməmiş, digər tərəfdən isə həmin nəticəni kifayət qədər və inandırıcı şə kildə əsaslandırmamış, müvafiq yekun aktları qəbul edərkən isə əsasən məhkumun öz məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi ifadələrində göstərdiyi hallardan çıxış etmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini görür və buna görə kassasiya protestinin bu məsələ ilə bağlı dəlillərini qəbul edilən sayaraq hesab edir ki, belə vəziyyətdə həmin məhkəmənin qəbul etdiyi qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut etməyə və sübutların qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması müəyyən edildiyinə görə bu vəziy yətdə Məhkum əməlinə münasibətdə cinayət qanunu normasının tətbiq edilməsinə, yəni onun əməlinin hüquqi tövsifinin düzgün olub-olmamasına qiymət vermək, nəticə etibarı ilə həmin məhkəmənin CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verib-verməməsi, buna görə də kassasiya protestinin bununla bağlı dəlilinin əsaslı olub-olmaması barədə nəticəyə gəlmək mümkün olmadığından məhkəmə kollegiyası hesab edir bu məsələ yalnız yuxarıda göstərilən nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanuna müvafiq qaydada həll edilə bilər. Belə qənaət isə həmçinin kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərini müəyyən edən prosessual qanunvericiliyinin tələblərindən irəli gəlir ki, həmin tələblərə görə də (CPM-in 419-cu maddəsi) özü bilavasitə sübutları tədqiq edib faktla rı müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura, həmçinin maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə münasibət bildirə bilər. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxsin əməlinə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi haqqında apellyasiya müraciətində irəli sürülmüş dəlillər və bu dəlillər üzərində qurulmuş tələb əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiy a instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələb etdiyi kimi, iş üzrə bütün hallar üzrə həqiqətin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində irəli sürülən bütün dəlillər yoxlanılmalı, yuxarıda göstərilən hallar da araşdırılmaqla həmin halları təsdiq və ya təkzib edən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlini n hüquqi tövsifi barədə nəticə verilməlidir. Belə qənaət isə hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini və yeni apellyasiya araşdırmalarını labüd edir. Bunlarla yanaşı, məhkəmə kollegiyası CPM-in 419.1-ci maddəsinin tələblərinə əsaslanaraq aşağı instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının digər tələblərinə də düzgün əməl edilib-edilməməsini də yoxlamış və bu yoxlamanın nəticəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edərkən nəzərə almamışdır ki, həmin hökmün təsviri-əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsinin araşdırılmış sübutlara əsasən gəl diyi nəticə üzrə Məhkum təqsirli bilindiyi cinayətin müvafiq halları deyil, ibtidai araşdırma orqanı tərəfindən sonuncuya qarşı irəli sürülmüş, lakin məhkəmənin razılaşmadığı ittiham üzrə müəyyən edilmiş hallar əks etdirilmiş, bununla da həm prosessual qanunvericiliyin tələbləri pozulmuş, həm də Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl olunmamışdır. Belə ki, CPM-nin 353.2- maddəsinin tələblərindən görünür ki, məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: 353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; 353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; 353.2.4. ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; 353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri; 353.2.6. qərarların qəbul edilməsində məhkəmənin istina etdiyi qanunların normaları; 353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; 353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri; 353.2.9. mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 29-cu bəndində m əhkəmələrə izah edilmişdir ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məsələn, CM-in 206.1-ci maddəsinin dispozisiyasında qaçaqmalçılıq cinayəti alternativ üsullarla, o cümlədən gömrük nəzarətindən kə nar və ya gömrük nəzarətindən gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların gömrük sərhədindən xeyli miqdarda keçirilməsi kimi təsbit edildiyindən, cinayətin təsvirində əməlin bu üsullardan hansı biri ilə törədilməsini aşkarlayan hərəkətlər (faktiki hallar) CPM-in 353.2-ci maddəsi ilə tələb olunan qaydada aydınlığı ilə təsvir olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-in 234.1-ci mad dəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsəl ələri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar