Məhkəmə qərarları › İş №1(102)-2235/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2235/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2235/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs22 və onun nümayəndəsi Bakı şəhəri “Mirzəyev və Partnyorla rı” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025-ci il tarixli, 1(103)854/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxxxx 1998-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsi ndə bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Zərərçəkmiş şəxs40 küçəsi, ev 5, mənzil 1 ünvanında qeydiyyatda olmaqla, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 cəza çəkir.

2. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə müxtəlif şəxslərin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə şəxsiyyəti naməlum “Maria”, “Cesika” adlı şəxslər və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan vəzifə bölgüsünə əsasən Məhkum qrupun digər üzvləri şəxsiyyəti naməlum “Maria”, “Cesika” adlı şəxslərdən “Telegram” internet sosial şəbəkəsi vasitəsilə aldığı g östəriş və tapşırıqlara uyğun olaraq insanlara birbaşa və ya sosial şəbəkələr vasitəsilə özünü Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən, naməlum şəxslər tərəfindən yaradılan, mərkəzi ofisi Çin Xalq Respublikasının Honkong şəhərində yerləşən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinində qeydiyyatdan keçməyən “İnstpower” adlı şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi kimi təqdim edərək, şirkətinin iaşə obyektləri üçün daşına bilən enerji avadanlıqları (powerbank) istehsal etdiyini, investisiya yatıran şəxslərin də yatırım edərək şirkətdən xəyali olaraq "powerbank” alacaqlarını və şirkətin onların aldığı powerbankları icarəyə verməsi nəticəsində powerbankın qiymətinə uyğun olaraq daim artan xətt üzrə gündəlik gəlir qazanacaql arını, yatırdıqları pulun itirilməsi təhlükəsinin olmayacağını, həmçinin pul verdikdən sonra daha çox gəlir qazanmaq üçün özlərindən sonra şirkətə investisiya yatırmaları üçün yeni şəxsləri də qoşduqda və qoşduqları şəxslər də bu qaydanı davam etdirdikdə yatırılan məbləğin 10 faizinədək məbləğdə əlavə gəlir əldə edəcəklərini bildirməklə yeni şəxslərin cəlb edilməsinə, habelə yeni qoşulan şəxslərin şirkətin “instpower.cc” adlı veb saytında öz linki ilə, yəni öz piramidasının alt hissələrinə qeydiyyatdan keçmələrinə onları təhrik etməklə qoşulan şəxslərin yatırdıqları pulların hesabına gəlir əldə etmiş, eləcə də gördükləri işin real olduğu görüntüsü yaratmaq məqsədilə 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Sala tın Əsgərova küçələrinin kəsişməsində yerləşən ofisdə və ünvan 2 ünvanında icarəyə götürdüyü ofisdə şirkətin rəsmi nümayəndəliyinin açılması ilə bağlı tədbir təşkil edib, bunu nümayişkaranə şəkildə insanlara göstərməklə, həmçinin şirkətin Respublika ərazisində lisenziya əsasında tam qanuni şəkildə fəaliyyət göstərdiyini, fəaliyyətlərinin hüquq mühafizə orqanları tərəfindən yoxlanılaraq işləmələrinə icazə verildiyini yalandan bildirməklə, eləcə də qrup üzvləri tərəfindən göndərilmiş həmin daşına bilən enerji avadanlıqlarını ofisdə şirkətin istehsal etdiyi məhsullar adı ilə insanlara təqdim etməklə onları aldadıb etibarlarından sui-istifadə etmiş, bu üsulla 2022-cü ilin oktyabr ayından 5 mart 2023-cü il tarixədək müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarında müxtəlif ünvanla rda: Zərərçəkmiş şəxs31 12364 manat, Zərərçəkmiş şəxs18 3000 manat, Zərərçəkmiş şəxs10 3119 manat, Zərərçəkmiş şəxs43 2990 manat, Zərərçəkmiş şəxs13 1440 manat, Zərərçəkmiş şəxs14 2180 manat, Zərərçəkmiş şəxs29 740 manat, Zərərçəkmiş şəxs36 1168 manat, Zərərçəkmiş şəxs37 8541 manat, Zərərçəkmiş şəxs32 740 manat, Zərərçəkmiş şəxs21 1360 manat, Zərərçəkmiş şəxs6 740 manat, Zərərçəkmiş şəxs24 6 000 manat, Zərərçəkmiş şəxs11 17960 manat, Zərərçəkmiş şəxs16 8880 manat, Zərərçəkmiş şəxs39 2564 manat, Zərərçəkmiş şəxs34 5980 manat, Zərərçəkmiş şəxs33 6140 manat, Zərərçəkmiş şəxs17 5130 manat, Zərərçəkmiş şəxs28 1440 manat, Zərərçəkmiş şəxs27 3055 manat, Zərərçəkmiş şəxs5 4524 manat, Zərərçəkmiş şəxs22 25838 manat, Zərərçəkmiş şəxs9 14950 manat, Zərərçəkmiş şəxs44 6000 manat, Zərərçəkmiş şəxs45 63 84 manat, Zərərçəkmiş şəxs20 1440 manat, Zərərçəkmiş şəxs26 2990 manat, Zərərçəkmiş şəxs35 4430 manat, Zərərçəkmiş şəxs12 1440 manat, Zərərçəkmiş şəxs41 2990 manat, Zərərçəkmiş şəxs19 6653 manat, Zərərçəkmiş şəxs8 1440 manat, Zərərçəkmiş şəxs3 2990 manat, Zərərçəkmiş şəxs38 6740 manat, Zərərçəkmiş şəxs40 2990 manat, Zərərçəkmiş şəxs1 1440 manat, Zərərçəkmiş şəxs23 2990 manat, Zərərçəkmiş şəxs30 1530 manat, Zərərçəkmiş şəxs4 2990 manat, Zərərçəkmiş şəxs15 7691 manat, Zərərçəkmiş şəxs25 4575 manat, Zərərçəkmiş şəxs42 7042 manat, Zərərçəkmiş şəxs7 2990 manat, Zərərçəkmiş şəxs50 2990 manat, Zərərçəkmiş şəxs46 3714 manat, Zərərçəkmiş şəxs48 1480 manat, Zərərçəkmiş şəxs53 10500 manat, Zərərçəkmiş şəxs49 4947 manat, Zərərçəkmiş şəxs47 2990 manat, Zərərçəkmiş şəxs52 Elburus oğlunun 3730 manat, Zər ərçəkmiş şəxs51 6000 manat və sonuncu dəfə Zərərçəkmiş şəxs2 05 mart 2023-cü il tarixdə saat 11:21-də ünvan 4 ünvanından “M 10” elektron mobil tətbiqi vasitəsilə müxtəlif “M10” ödəniş sistemində olan hesablara göndərdiyi 1440 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə "xxxx" MMC “M10” elektron mobil tətbiqi vasitəsilə ələ keçirərək zərərçəkmiş şəxslərə ümumilikdə külli miqdarda 256.369 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X11 (sədrlik edən), X7 və X4 ibarət məhkəmə tərkibində) 5 fevral 2025-ci il tarixli, 1(101)-134/2025 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutul an cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs9 mülki iddiasının qismən 14950 manat maddi ziyan hissəsində, Zərərçəkmiş şəxs45 mülki iddiasının 6384 manat maddi ziyan hissəsində, Zərərçəkmiş şəxs22 mülki iddiasının 25838 manat maddi ziyan hissəsində, Zərərçəkmiş şəxs44 mülki iddiasının 6000 manat maddi ziyan hissəsində və Zərərçəkmiş şəxs15 mülki iddiasının 7691 manat maddi ziyan hissəsində təmin edilməsi, həmin məbləğlərin müvafiq olaraq təqsirləndirilən şəxs-mülki cavabdeh Məhkum tutularaq göstərilən zərərçəkmiş şəxs-mülki iddiaçılara ödənilməsi, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs44 və Zərərçəkmiş şəxs15 mənəvi ziyanın ödənilməsi barədə mülki iddiaları baxılmamış saxlanılmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqlarının olmasının izah olunması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs52, Zərərçəkmiş şəxs49, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs48, Zərərçəkmiş şəxs46, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 Oktay oğlu, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs16, X6, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs47, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs50, Zərərçəkmiş şəxs53 dəymiş maddi ziyanla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüquqlarının izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs44 və Zərərçəkmiş şəxs15 nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət məhkəmə tərkibində) 21 may 2025-ci il tarixli, 1(103)-854/2025 nömrəli qərarı ilə məhkum olunmuş şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs44 v ə Zərərçəkmiş şəxs15 nümayəndəsi (vəkil) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2025-ci il tarixli 1(101)-134/2025 nömrəli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025-ci il tarixli, 1(103)854/2025 nömrəli qərarından Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən kassasiya şikayəti, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri, etirazlar:

7. Məh kum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində aşağı instansiya məhkəmələri tərəfindən gəlinmiş nəticələrə, cinayət işinin faktiki hallarına, sübutlar siyahısına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Məhkum və onun arvadı Şahid2 ilkin izahatlarında və cinayət işi başladıqdan sonrakı ifadələrində belə bir cümlə qeyd olunur ki, “ancaq işin gedişatında bunun fırıldaq və yalan olduğunu başa düşdüm”. Həmin cümlə ilə bağlı nə təhqiqatçı, nə də ki, müstəntiq tərəfindən heç bir sual verilmir. Halbuki, şirkətin yalan və dələduzluq şirkəti olduğunu bilməsindən ötrü suallar verilməli idi. Məhkumla konfidensial ünsiyyət zamanı isə bu cür ifadə vermədiyi bildirilmiş, bununla da müəyyən edil mişdir ki, həmin cümlə təhqiqatçı və müstəntiqin öz təşəbbüsü ilə əlavə edilmişdir. Həmçinin qeyd edilir ki, 28 May m/stansiyasının yaxınlığında yerləşən ofislərinə tez-tez polis əməkdaşları gəlmiş və onların fəaliyyətindən xəbərdar olmuşdur. O düşünürdü ki, əgər onların fəaliyyəti qanunsuz olsaydı, polis əməkdaşları onların işləməsinə heç vaxt icazə verməzdi. Kənan Məmmədovun yaşadığı evdən götürülən 15,998 AZN pul Şahid2 pul qabından götürülmüş kimi rəsmiləşdirilmişdir. Bununla əlaqədar isə nə Kənan Məmmədov, nə də Rasim Babayev əlavə şahid qismində dindirilməmişdir. Həmçinin, təqdim edilən sənədlərlə sübut edilir ki, bu iş üzrə 53 zərərçəkmiş şəxsin 256.369 AZN pulu Məhkum deyildir. Belə ki, həmin pullar Məhkum m10 hesabına gəlsə də, daha sonra onun hesabından başqa şəxslərin m10 hesabl arına köçürülmüşdür. Eyni zamanda, müdafiəçi müraciətinin dəlilləri qismində qeyd etmişdir ki, məhkəmələr tərəfindən Məhkum əməli vahid qəsdlə əhatə olunmaqla əmlakı ələ keçirmə qənaətinə gəlinmişdir, əslində isə onun əməli CM-in 178-ci maddəsindəki təkrarçılıq kimi tövsif olunmalı idi. Bununla da, məhkəmələr tərəfindən sübutlara tam və obyektiv qiymət verilməmişdir.

8. Müdafiəçi müraciətinin dəlilləri qismində qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin) 416.1.15-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu faktı kimi qiymətləndirməklə həmin əsaslarla qeyd etdiklərinə əsasən məhkəmədən Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə kassasiya şikayətini tam təmin etməklə, CPM-in 42.1.2-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmasını, əgər bu mümkün olmadıqda isə kassasiya şikayətinin qismən təmin edilməklə, himayəsində bir azyaşlı övladının olmasını və ilk dəfə cinayət hadisəsi törətməsini nəzərə alaraq, onun əməlinin CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən gəlinmiş nəticələrə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Məhkum törətmiş olduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etməmiş, səmimi peşmançılığını bildirməmiş və onlara vurduğu maddi ziyanı ödəməmişdir. Hesab edir ki, onun barəsində təyin edilən cəza yüngüldür. Onun əm əlləri nəticəsində zərərçəkmiş şəxsin psixi iztirab və sarsıntı keçirməsi aşkar olunmuşdur ki, bu hissədə də hesab edir ki, məhkəmələr tərəfindən mənəvi ziyanın tutulması təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025-ci il tarixli, 1(103)-854/2025 nömrəli qərarının dəyişdirilməsini, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməsini, həmçinin Zərərçəkmiş şəxs22 dəymiş ziyanın həm maddi, həm də mənəvi hissədə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, digər zərərçəkmiş şəxslər tərəfindən isə kassasiya şikayəti veri lməmişdir. III. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi, tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər, eyni zamanda Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs22 və onun nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək məhkəmə kollegiyasından təm in edilməsini xahiş etdilər, eyni zamanda Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X10 Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi, həmçinin Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin isə birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak edən dövlət ittihamçısının təklif etdiyi həddə təmin edilməsinə etiraz etmədiyini bildirdi. IV. Hüquqi məsələlər:

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müra ciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından h əmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Məhkum müdafiəçisi Müdafiəçi məhkumun təqsirli bilindiyi AR CM-in 178.3.2-ci maddəsi ilə olan əməlinin sübuta yetirilməməsini, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiyalarında obyektiv araşdırmanın olmamasını mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanın yüngül olmasını və əsassız olaraq zərərçəkmiş şəxsin mülki iddiasının tam şəkildə - mənəvi ziyan hissəsində də təmin edilməməsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

20. Bununla belə, kollegiya məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin nümayəndəsinin (vəkilinin) kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025-ci il tarixli, 1(103)-854/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq ilkin olaraq müdafiə tərəfinin müraciətinə münasibətdə aşağıdakıları qeyd edir.

21. Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istin taqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

23. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

24. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmələr tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin m övcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

28. Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından müəyyən edilir ki, Məhkum əməlinin CM-i n 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, həmçinin məhkumun əməlinin sübuta yetirilməməsi dəlilləri ilə əlaqədar onun cinayət məsuliyyətindən azad edilməsi əsaslarının mövcudluğu ilə bağlı cinayət işinə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlillərlə razılaşmayıb və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 1(101)-134/2025 nömrəli hökmü ilə təqsirli bilinərək məhkum edilməsini qanuni və ədalətli hesab etmişdir.

29. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməs i Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

30. Bununla yanaşı məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində və kassasi ya şikayətinə əlavəsində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.

31. Qeyd edilənlərlə yanaşı kassasiya kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya müraciətinin dəlilləri qismində göstərilən “məhkəmələr tərəfindən Məhkum əməli vahid qəsdlə əhatə olunmaqla əmlakı ələ keçirmə qənaətinə gəlinmişdir, əslində isə onun əməli CM-in 178-ci maddəsindəki təkrarçılıq kimi tövsif olunmalı idi” mülahizələrinə münasibətdə məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, hüquq nəzəriyyəsində mürəkkəb konkret cinayətlərin növü kimi uzanan, davam edən, mürəkkəb tərkibli cinayətlər, həmçinin, əlavə ağır nəticələrin baş verməsi ilə tövsif olunan cinayətlər (onları bir çox hallarda nəticələrinə görə tövsif olunan cinayətlər də adlandırırlar) qəbul edilir.

32. Uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlər iki və daha artıq müstəqil, yəni birbirindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər. Cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir. Həmin cinayətl ər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur.

33. Hazırki halda Məhkum düşünülmüş cinayəti həyata keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə ümumilikdə külli miqdarda 256.369 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Onun əməllərində olan tövsifedici əlamətlər də nəzərə alınmaqla (qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda ziyan vurmaqla) əməli əsaslı olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə əhatə olunan davam edən cinayət kimi tövsif edilmişdir. Belə olan halda kassasiya şikayətinə əlavənin Məhkum törətdiyi cinayət əməllərinin vahid niyyətlə deyil, hər bir epizod üzrə ayrı-ayrı törədilməklə, təkrar əməllər hesab ed ilməsi barədə dəlilləri əsaslı hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, niyyət hər bir halda vahid olur. Hüquq psixologiyası baxımından, niyyət motivi formalaşdırır ki, son nəticədə konkret cinayət əməllərinin törədilməsi və konkret məqsədə nail olması ilə yekunlaşır.

35. Bu baxımdan qeyd olunan cinayət işində Məhkum əməlləri vahid niyyətlə yox, vahid qəsdlə törətməsi müəyyənləşdirilməlidir.

36. İşin hallarından görünür ki, məhkumun seçdiyi üsul ümumi kütləyə istiqamətlənmiş, faktiki avtomatlaşdırılmış, konkret insanlarla birbaşa ünsiyyətə yönəlməmişdir. Bu baxımdan onun əməlləri vahid qəsdlə törədilmiş kimi qəbul edilməlidir.

37. Həmçinin, kassasiya müraciətinin dəlillərində olan təqsirləndirilən şəxsin izahat və ifadəsindəki “ancaq işin gedişatında bunun fırıldaq və yala n olduğunu başa düşdüm” ifadəsi, eləcə də həmin cümlə ilə bağlı nə təhqiqatçı, nə də müstəntiq tərəfindən əlavə sual verilməməsi barədə müdafiə tərəfinin dəlilinə qiymət verilərkən məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırmanın aparılması, o cümlədən dindirmənin taktikası, sualların dairəsi və ardıcıllığı müstəntiqin prosessual müstəqilliyinə aiddir.

38. Cinayət-prosessual qanunvericiliyinə əsasən, müstəntiq cinayət işinin halları üzrə sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi məqsədilə prosessual hərəkətlərin növünü, ardıcıllığını və aparılma taktikasını müstəqil müəyyən edir. Qanunvericilik ibtidai istintaq orqanını hər bir ifadənin hər bir fraqmenti üzrə məcburi şəkildə sual verməyə öhdəlikli etmir.

39. Həmçinin, cinayət prosesinin ümumi prinsiplərinə uyğun ola raq, əhəmiyyətli olan istintaqın tam, hərtərəfli və obyektiv aparılması, cinayət əməlini təsdiq və ya təkzib edən sübutların qanunla nəzərdə tutulmuş qaydada toplanması və qiymətləndirilməsidir. Müstəntiqin hansı sualı verməsi və ya verməməsi istintaqın taktiki qərarı olub, prosessual pozuntu kimi qiymətləndirilə bilməz, əgər bu hal iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə mane olmursa.

40. Bu baxımdan, ifadədə göstərilən həmin cümlə üzrə əlavə sual verilməməsi müstəntiqin istintaq taktikasının seçilməsi çərçivəsində həyata keçirilmiş prosessual davranış kimi qiymətləndirilir və ibtidai araşdırmanın tamlığına, obyektivliyinə və qanuniliyinə təsir edən pozuntu kimi müəyyən edilmir.

41. Kollegiya müdafiəçinin müraciətinin növbəti dəlili qismində göstərdiyi “28 May m/stansiyasının yaxınl ığında yerləşən ofislərinə tez-tez polis əməkdaşları gəlmiş və onların fəaliyyətindən xəbərdar olmuşdur. O düşünürdü ki, əgər onların fəaliyyəti qanunsuz olsaydı, polis əməkdaşları onların işləməsinə heç vaxt icazə verməzdi” mülahizəsinə münasibətdə qeyd edir ki, qeyd olunan hal həmin şəxsin məsuliyyətdən azad edilməsinə əsas vermir.

42. Qanunvericiliyin ümumi prinsiplərinə uyğun olaraq, qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir və hər bir şəxs həyata keçirdiyi fəaliyyətin qanuni əsaslara malik olmasını özü təmin etməlidir.

43. İş materiallarından görünür ki, müvafiq fəaliyyətin qanuniliyinin yoxlanılması polis orqanlarının deyil, vergi orqanlarının səlahiyyətlərinə daxildir. Vergi uçotuna alınmadan sahibkarlıq fəaliyyətinin aparılması, həmçinin kommersiya məqsədilə təqdim edilən xidm ətlərin və ya satışın qanuniliyinin müəyyən edilməsi bilavasitə vergi xidməti tərəfindən həyata keçirilir. Həmçinin, işdə olan hər hansı sübutlar polis orqanlarının ofisə daxil olduqları zaman hər hansı sənəd yoxlaması, fəaliyyətin hüquqi əsaslarının araşdırılması və ya sahibkarlıq subyektinin qeydiyyatının yoxlanılması kimi funksiyaları icra etdiklərini təsdiqləmir. Polis əməkdaşlarının ofisə daxil olması faktı bu fəaliyyətin qanuni xarakter daşıdığı barədə rəsmi təsdiq hesab edilə bilməz və belə bir hüquqi nəticə doğurmur.

44. Bununla da, müdafiəçinin kassasiya müraciətlərinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını, məhkumun əməlinin düzgün tövsif edilmədiyini, ona ağır cəza təyin edilməsini qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025-ci il tarixli, 1(103)854/2025 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.

45. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya müraciətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin CM-in 178.3.2-ci maddəsi ilə hüquqi t övsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

46. Kassasiya kollegiyası Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

47. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

48. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərə findən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

49. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

50. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nə zərdə tutulur (CM, maddə 59.2).

51. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

52. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

53. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-c i maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

54. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən zərərçəkmiş şəxsin nümayəndəsinin (vəkilinin) kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməkl ə yoxladıqda Məhkum münasibətdə həddindən artıq yüngül və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

55. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 1(101)-134/2025 nömrəli hökmü ilə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasını qanuni və ədalətli hesab etmişdi.

56. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplə rini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (himayəsində bir azyaşlı uşağının olması və bəzi zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiy yəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından ona daha ağır cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.

57. Göründüyü kimi, ittiham tərəfinin Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya şikayətində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

58. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fə rqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının ağırlaşdırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

59. Qeyd edilənlərdən əlavə, zərərçəkmiş şəxsin nümayəndəsinin (vəkilinin) Zərərçəkmiş şəxs22 dəymiş ziyanın tam şəkildə, yəni mənəvi hissədə də ödənilməsinə dair tələblərinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, eyni dəlillərlə ittiham tərəfi apellyasiya müraciətlərinin dəlilləri qismində çıxış etmiş v ə həmin dəlilləri araşdıran apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaəti, Zərərçəkmiş şəxs22 mülki iddiasının mənəvi ziyana aid hissədə baxılmamış saxlanılması və ona həmin hissədə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini qanuni və ədalətli hesab etmişdir.

60. Məhkəmə kollegiyası kassasiya müraciətlərində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiy a instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

61. Qeyd olunanlar ittiham və müdafiə tərəfinin kassasiya müraciətlərinə baxılması nəticəsində bu şikayətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

62. Odur ki, məhkəmə kollegiyası məhkumun, onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025- ci il tarixli, 1(103)-854/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2025-ci il tarixli, 1(103)-854/2025 nömrəli qərarı Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs22 nümayəndəsi (vəkil) Nümayənd ə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar