Məhkəmə qərarları › İş №1(102)-2236/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2236/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2236/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X6 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkum X1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-403/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından məh kum X1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum X5 xx xxxxxxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, «Kalyon» şipkətində sürücü işləmiş, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yaşamışdır. 2. 30 dekabr 2022-ci il tarixli ittiham aktına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 26 yanvar 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 tanışı Məhkum2 ilə öz aralarında və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvləri 2 ədəd qara rəngli polietilen torbalara qablaşdırılmış yeddi ədəd, üzəriləri yapışqanlı lentlə sarınmış polietilen torbalarda külli miqdarda - 6840 qram narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd şəffaf rəngli polietilen torbaya yığılaraq üzəri yapışqanlı lentlə sarınmış bükümdəki 17 ədəd qutularda qablaşdırılmış 170 ədəd bl istrerlərdə tərkibində 68 qram, yəni külli miqdarda narkotik vasitə metadon olan 1700 ədəd dərman həbbələrini Füzuli-Cəbrayıl magistral avtomobil yolunun Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığından keçən hissəsində yolun sol tərəfində olan əyilmiş elektrik dirəyinin altında gizlədilmiş və 2527mart 2022-ci il tarixdə bu barədə Məhkum1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «WhatsApp» tətbiqi vasitəsi ilə səsli mesajla məlumat verməklə narkotik vasitələrin qoyulduğu yerin koordinatlarını göndərdikdən sonra Məhkum1 və Məhkum2 ümumi cinayətkar niyyətə uyğun olaraq narkotik vasitələri götürmək məqsədi ilə sonuncunun idarə etdiyi “Volkswagen Crafter” markalı, **-DZ-*** qeydiyyat nişanlı avtomobil ilə 27 mart 2022-ci il tarixdə, saat 15 radələrində həmin əraziyə getmək lə hər ikisi avtomobildən düşərək əyilmiş elektrik dirəyinin ətrafında narkotikin yerini dəqiqləşdirməsi üçün cinayətkar qrupun üzvləri ilə telefon əlaqəsi saxlamaqla axtarış apardıqları zaman bu barədə məlumat almış Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməklə əməliyyat müşahidəsinə götürülmüş və saat 17:15 dəqiqədə saxlanıldıqlarından narkotik vasitələri götürə bilməmiş və bilavasitə cinayəti törətməyə yönəlmiş əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırma bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməyə, saxlamağa və daşımağa cəhd etmişlər. Bundan sonra 27 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində Məhkum1 və Məhkum2 saxl anıldıqları yerə, yəni Füzuli-Cəbrayıl magistral yolunun Cəbrayıl rayonu Böyük Mərcanlı kəndinin yaxınlığından keçən hissəsinə baxış keçirilən zaman həmin yolun sol tərəfindəki əyilmiş halda olan elektrik dirəyinin altında gizlədilmiş, Məhkum1 təqdim etdiyi 2 ədəd qara rəngli polietilen torbalara qablaşdırılmış yeddi ədəd, üzəriləri yapışqanlı lentlə sarınmış polietilen torbalarda külli miqdarda - 6840 qram narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd şəffaf rəngli polietilen torbaya yığılaraq üzəri yapışqanlı lentlə sarınmış bükümdəki 17 ədəd qutularda qablaşdırılmış 170 ədəd blistrerlərdə tərkibində 68 qram, yəni külli miqdarda narkotik vasitə metadon olan 1700 ədəd dərman həbbələrini aşkar olunaraq götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-186/2023 nömrəl i, 06 aprel 2023-cü il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 mart 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs X1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, İlham Baxşəliyevin törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiəçisi olduğu şəxs narkotik vasitəni satmaq məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməyə cəhd etmişdir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ilk dəfə məhkum olduğu, himayəsində azyaşlı uşağının olması, cəzasını ağırlaşdıran halların olmaması, əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi yüngülləşdirici halları nəzərə almamışdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-403/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayət lər Məhkəməsinin 1(099)-186/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edilməsi iddia edilməklə, əməlin Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyas ı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi cinayət əməlinin tövsifini səh v olduğunu və sonuncuya təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-403/2023 nömrəli, 22 iyun 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-c ü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləş dirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum X1 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsinə dair kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, X1 Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, digər Məhkum2 və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, keçirilmiş ekspertiza rəyləri, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum X1 törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

25. Məhkəmə kollegiyası həmçinin məhkum X2 cəza təyin edilməsi ilə bağlı müdafiəçinin kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayət-hüquqi normalara uyğundur.

26. Məhkəmələr X2 cəza təyin edərkən törədilən cinayəti n xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən hal kimi onun yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu, cəzasını yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşaqlarının olmasını, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddində cəza müddəti seçməklə qanunla müəyyən edilən məqsədlərə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir k i, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

28. Qeyd olunanlar apellya siya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-403/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-403/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı məhkum X1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar