Məhkəmə qərarları › İş №1(102)-2236/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2236/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2236/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5, Məhkum – Məhkum, Məhkumun müdafiəçisi – Müdafiəçi3 və Zərərçəkmiş şəxslər – X1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(101)-398/2024 saylı hökmü (hakimlər: X4 (sədrlik edən), X6 və X7 ibarət tərkibdə) ilə xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə 13 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 fevral 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbir inin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 1(103)-1439/2024 saylı, 18 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər: X13 Akif oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X3 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəl ləsinin 128-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası ilə hazırda Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin anlaşılmazlığın aradan qaldırılmasına dair 1(101)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-717/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərarından məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən kas sasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. İşin halları: Məhkum Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Məhkum keçmiş arvadı Zərərçəkmiş şəxs1 ondan boşanması və barışıqdan imtina edərək onu yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında olan narazılığa görə dəfələrlə baş vermiş mübahisələr ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə əvvəlcədən istintaqa məlum olmayan bıçaq əldə edərək 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 nömrəli evin 21-ci mənzilinin yerləşdiyi blokd a olan su sayğacının qutusuna qoymaqla gizlətmiş və Zərərçəkmiş şəxs1 hər gün səhər saatlarında mənzildən çıxıb işə getməsi barədə məlumatı olduğu üçün 02 fevral 2023-cü il tarixdə saat 09:30 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanına gələrək, həmin mənzilin yerləşdiyi blokunda su sayğacının qutusundan əvvəlcədən gizlətdiyi bıçağı götürüb əlində tutmaqla 21 nömrəli mənzilin giriş qapısının qarşısında dayanıb gözləmiş və qeyd edilən vaxt Zərərçəkmiş şəxs1 işə getmək üçün mənzilin qapısını açıb bloka çıxarkən sonuncunun qarşısına keçib qəsdən öldürmək məqsədilə əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsinə zərbələr endirmiş, sonuncu zərbələrdən yayınmaq üçün arxaya doğru çevrilib mənzilə girmək istədikdə sol kürək nahiyəsinə bıçaq zərbəsini yetirməkdə davam etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 qışqırıq səslərini eşidib mənzildən bloka çıxan və sonuncunu özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən qızı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla niyyətinə nail olmaq məqsədilə növbəti bıçaq zərbələrini Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsinə yetirməklə sonuncuya boyunun bir ədəd, sağ çiyin və sol kürək nahiyəsinin bir ədəd, boyunun ön səthinin aşağı hissəsinin iki ədəd və sol əlin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteri ya, venanın zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz dərəcədə eybəcəriəşdirilməsində ifadə olunan xəsarətlər yetirmiş, eyni zamanda qızı Zərərçəkmiş şəxs2 araya girərək anası Zərərçəkmiş şəxs1 növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını alarkən o, əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 qol və əl nahiyələrinə vuraraq qəsdən sonuncuya sağ bazunun arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin yuxarı 1/3-nin iç səthinin səthi kəsilmiş yarası, sol bazunun arxa-bayır səthinin qançırıyla müşayiət olunan sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xar akterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs1 aktiv müqavimət göstərməsi, həmçinin qızı Zərərçəkmiş şəxs2 onu itələyib blokda pilləkan üzərinə yıxmasından istifadə edən Zərərçəkmiş şəxs1 mənzilə daxil olmaqla qapını bağlaması və hadisə yerinə çağırılan Təcili Tİbbi Yardım briqadasının köməyi ilə sonuncunun vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə, sonuncunu qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin onun qanunsuz hərəkətlərinin qarşısını alan qızı Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Kassasiya şikayətlərinin dəlillər i: Kassasiya şikayətinin müəllifi qeyd edir ki, müdafiə olunan Məhkum məhkəmədə verdiyi ifadəsində ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilmiş, hadisənin səhər saatlarında baş verdiyini, məqsədinin Zərərçəkmiş şəxs1 öldürmək deyil, onu qorxudaraq evə girmək olduğunu göstərmişdir. O, bıçağı yalnız qorxutmaq məqsədilə çıxardığını, güclü zərbələr vurmadığını, Zərərçəkmiş şəxs1 paltarını kəsdiyini bildirmiş, əlavə suallara cavabında isə Zərərçəkmiş şəxs1 üç bıçaq zərbəsi yetirdiyini, zərbələrin boyun və kürək nahiyəsinə dəydiyini, Zərərçəkmiş şəxs2 onun əlini tutmaq istəyəndə əlinin kəsildiyini, hadisə yerini tərk etdiyini və bıçağı əvvəlcədən qoyduğu yerdən götürdüyünü qeyd etmişdir. Bu ifadələrdən göründüyü kimi, Məhkum zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamışdır, çünki belə ni yyəti olsaydı əvvəlki mübahisələr zamanı bunu həyata keçirə bilərdi. Onun məqsədi Zərərçəkmiş şəxs1 öldürmək deyil, bıçaq vasitəsilə qorxutmaq olmuş, nəticədə sağlamlığa yüngül və az ağır zərərvurmaya aid xəsarətlər yetirilmişdir. İşin hallarından da göründüyü kimi, Məhkumlə Zərərçəkmiş şəxs1 arasında mübahisə başlayan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə yerində olmamış, Zərərçəkmiş şəxs1 xəsarətlər yetirildikdən sonra hadisə yerinə gəlmişdir. İttihamda qeyd edilən xəsarətlərin də Zərərçəkmiş şəxs2 gəlməzdən əvvəl baş verməsi Məhkum əməlində AR CM-nin 29, 120.2.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığını təsdiq edir və əməl xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilə bilməz. Məhkum Zərərçəkmiş şəxs2 gözü qarşısında anasını öldürmək niyyəti olmamış, onun h adisə yerinə gələcəyini bilməmişdir. Zərərçəkmiş şəxs2 hadisə yerinə gəldikdən sonra Məhkum onu hadisə yerindən uzaqlaşdırılmışdır. Məhkəmə-tibbi ekspertiza rəylərindən göründüyü kimi, Zərərçəkmiş şəxs1 aldığı xəsarətlər sağlamlığa yüngül və az ağır zərərvurmaya aiddir və bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin əlamətlərini əks etdirir. Şahid ifadələri də zərərçəkmiş şəxsin aldığı xəsarətlərin ölümcül olmadığını və onun özünü ifadə edə bildiyini təsdiq edir. Buna baxmayaraq, məhkəmə ekspert rəylərini nəzərə almamış, əməli düzgün tövsif etməmiş və nəticədə Məhkum əsassız olaraq AR CM-nin 29, 120.2.4cü maddəsi ilə məhkum edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən, aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll e dilməli olduğu halda, Bakı Apellyasiya Məhkəməsi ehtimal və fərziyyələrə əsaslanmışdır. İş üzrə sübutlar Məhkum qəsdən adam öldürməyə cəhd etmədiyini təsdiq edir və onun əməli AR CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Bundan əlavə, zərərçəkmiş şəxslərin notarial qaydada təsdiqlənmiş barışıq ərizələri və tərəflərin sonradan rəsmi nikaha daxil olmaları mövcuddur və qərar qəbul edilərkən bu hallar nəzərə alınmalıdır. Müdafiəçi3 Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1439/2024 saylı, 18 iyul 2024-cü il tarixli qərarının ləğv edilərək, Məhkum əməlinin AR CM-nin 29, 120.2.2 və 128-ci maddələrindən AR CM-nin 127.1 və 128-ci maddələrinə tövsif edilməsi və onun barəsində azadlıqdan məhrumetməmə növündə cəza seçilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə koll egiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, onun müdafiəçisinin və zərərçəkmiş şəxslərin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kim i, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkuma ağır cəza təyin edilməsi mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onu n cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərind ə qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci i l tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 29, 120.2.4, və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticə yə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərili r ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiy ası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X10rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçi rməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddələr üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmü dəyişdirmədən saxlamış və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası Məhkum təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini habelə, məhkumun barəsində olan yüngülləşdirici halları və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini əsas götürərək hesab e dir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM- in 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətləri nin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəs inin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbayc an Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüd udları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin t əhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarını n təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zam anı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması i zah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Müdafiyəçi kassasiya şikayətinə əlavə etdiyi zərərçəkmiş şəxslər tərərfindən yazılmış ərizələr (məlumatdan) həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X2 notarial qaydada təsdiq olunmuş ərizəsini qeyd etməklə məhkəmə kollegiyasından Məhkum əməlinin tövsif edilməsini və azadlıqdan məhrum etmə ilə bağlı olamayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə əlavə edilmiş həmin ərizənin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunla CM-nə aşağıdakı redaksiyada 80-1-ci maddə əlavə edilmişdir: “Məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkm əkdən azad edilir.” Həmin maddədə istinad olunmuş CM-nin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin CM-in 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tut ulmuş qaydada məsuliyyətə cəlb edilir. Hər iki normanın birgə müqayisəli təhlilindən belə nəticə hasil olur ki, CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərər çəkmiş şəxslə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə artıq cinayət məsuliyyətindən deyil, cəzadan azad edilir. Hazırki cinayət işinin materiallarından, o cümlədən məhkumun müdafiəçisinin kassasiya şikayətinə Zərərçəkmiş şəxs2 əlavə etdiyi sənədlərdən göründüyü kimi, Zərərçəkmiş şəxs2 səlahiyyətli orqanlara notarial qaydada təsdiq olunmuş 09 oktyabr 2024-cü il tarixli **********195 nömrəli ərizə, həmçinin Ali Məhkəməyə birbaşa ünvanlandığı 28 noyabr 2025-ci il tarixli ərizə ilə müraciət edərək Məhkum tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsini və ona qarşı he ç bir şikayətinin və iddiasının olmamasını (faktiki olaraq məhkum olunmuş şəxslə barışmasını) bildirmişdir. Həqiliyi şübhə doğurmayan bu sənədləri təhlil edib həmin sənədlərə əsaslanaraq və məhkumun müdafiəçisinin kassasiya şikayətinin ona əlavə edilmiş ərizəsi ilə birlikdə dəlilləri ilə qismən razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərdə əksini tapmış hallar nəzərə alınmaqla CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum CM-nin 80-1 maddəsinə əsasən (CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarı ilə cəza hissəsində dəyişdirilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə təyin olunmuş cəzanı çəkməkdən azad edilməlidir. Həmç inin cinayət işinin materiallarından, o cümlədən məhkumun müdafiəçisinin kassasiya şikayətinə zərərçəkmiş şəxs ZərbZərərçəkmiş şəxs1 əlavə etdiyi sənədlərdən göründüyü kimi, zərərçəkmiş şəxs Vüsalə Zərbəliyeva səlahiyyətli orqanlara notarial qaydada təsdiq olunmuş 09 oktyabr 2024-cü il tarixli **********194 nömrəli ərizə, həmçinin Ali Məhkəməyə birbaşa ünvanlandığı 28 noyabr 2025-ci il tarixli ərizə ilə müraciət edərək Məhkum tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsini və ona qarşı heç bir şikayətinin və iddiasının olmamasını (faktiki olaraq məhkum olunmuş şəxslə barışmasını) bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıda göstərilənləri qeyd edərək bildirir ki, Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10—59.1.13-cü və 60.1-ci maddələrinin tələbləri nəz ərə alınaraq Məhkum təyin edilmiş cəza dəyişdirilməlidir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4-nömrəli qərarına əsasən, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. Başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətinin həmin şikayətə əlavə edilmiş ərizələr ilə birlikdə təmin edilməsi barədə məhkumun, müdafiəçinin və zərərçəkmiş şəxslərin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti ona əlavə olunmuş ərizələr ilə birlikdə qismən təmin edilməli, Məhkum CM-in 29,120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum CM-in 80-1-ci maddəsinə əsasən (CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş cəzanı çəkməkdən azad edilməli, Məhkum CM-in 29, 120.2.4-cü maddəsi ilə təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası yuxarıda göstərilənlər nəzərə alınmaqla 11 il 3 aya endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 801-ci maddələrinin və Azərbaycan Respublikası Ci nayə Prosessual Məcəlləsinin 419.10.4cü maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti ona əlavə edilmiş ərizələr ilə birlikdə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü və 128-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 1(103)-1439/2024 saylı qərarı dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Məhkum ona Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddə si ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2024-cü il tarixli qərarı ilə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təyin edilmiş 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 3 (üç) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar