Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2237/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Şirinov Fuad Paşa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 202 4-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024cü il tarixli qərarından Məhkum müdafiəçisi Şirinov Fuad Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli 1(101)-435/2024 nömrəli (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 3 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X”da təchizat şöbəsində mütəxəssis işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Mə hkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 9 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli 1(103)843/2024 nömrəli (hakimlər: İbra himli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Şirinov Fuad Paşa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Məhkum istint aqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 19,671 qram narkotik vasitə heroin əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə etibarnamə əsasında idarə etdiyi "Chevrolet Aveo” markalı **-VD-*** nömrə nişanlı avtomobildə saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2023-cü il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölmə sinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7,368 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin tarixdə saat 15:35 radələrində onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin inzibati binasının həyətində saxlanılan "Chevrolet Aveo" markalı **-VD-*** nömrə nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ qapısının cibində olan çətirin içərisində 12 ədəd sellofan bükümdə, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, ayrı-ayrılıq da təmiz çəkiləri 2,250 qram, 2,153 qram, 0,863 qram, 0,334 qram, 0,662 qram, 0,815 qram, 0,875 qram, 1,722 qram, 0,357 qram, 0,740 qram, 0,732 qram, 0,800 qram, ümumi təmiz çəkisi 12,303 qram olan, külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyaları isə belə nəticəyə gəlmişdir ki, Məhkum qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, ibtidai və məhkəmə istintaqı dövründə tə qsirləndirilən şəxsin xeyrinə olan işin həqiqi halları məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərə diqqətlə nəzər yetirdikdə məlum olur ki, göstərilən narkotik vasitə istintaq hərəkətinin iştirakçılarına təqdim edilməmiş, ümumiyyətlə bükümlər kəsilərək içindəki hər hansı maddələr nümayiş etdirilməmiş, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməmişdir. Bundan başqa həmin videogörüntülərdən aydın olur ki, təhqiqatçı zərf üzərində heç bir qeyd aparmadan hazır şəkildə istintaq hərəkətinin iştirakçılarına imzalatdırmış, yəni bükümün yerləşdirildiyi zərfin üzəri öncə dən təhqiqatçı tərəfindən yazılmışdır. Bundan başqa iş materiallarından da göründüyü kimi Məhkum evinə avtomobilindən öncə baxış keçirilmişdir. Halbuki, avtomobil Polis Bölməsinin həyətində ola-ola avtomobilə baxış keçirilməmişdir. İş materiallarında olan mənzilə baxış keçirilməsinə dair videogörüntülərdən məlum olur ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs və onun yaxın ailə üzvlərinin mənzil toxunulmazlığı konstitusion hüquqları pozulmuş, onlara qarşı fiziki və mənəvi zorakılığa məruz qalmışlar. Avtomobilə baxış keçirilməsinə dair istintaq hərəkəti həyata keçirilərkən çəkilmiş videogörüntülərdən məlum olur ki, Məhkum israrla sonadək avtomobildən aşkar edilmiş bükümlərin ona aid olmadığını bildirir. Video görüntünün 8-ci dəqiqəsinin 10-cu saniyəsindən 12-ci dəqiqəsinədək Məh kum“ onlar mənim deyil. Mənim avtomobilimdə elə şey yox idi" deyir. Yəni, o ilk anlardan narkotik vasitənin ona məxsus olmadığını israrla ifadəsində və videoçəkiliş zamanı bildirmişdir. Həmçinin işin faktiki hallarına əsasən müəyyən olunur ki, Məhkum avtomobildən düşürüldükdən sonra həmin avtomobil polis əməkdaşı tərəfindən sürülərək polis şöbəsinə gətirilmiş və içərisində narkotik vasitələr aşkar edilmiş avtomobil faktiki uzun müddət polisin nəzarətində olmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan da görünür ki, araşdırma zamanı izahatı alınmış Nizami RPİ-nin 23-cü PB-nin rəisi, polis polkovnik-leytenant» X12, Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvə kkili polis mayoru X14 hər üçü ifadələrində bildirmişdir ki, guya “Məhkum özlərini təqdim etdikdən sonra ona polis bölməsinə getməli olduqlarını demişlər. Lakin Məhkum onlara əhəmiyyət vermədən oradan maşını sürüb qaçmaq istəmişdir. Buna görə də onlar dərhal qapını açıb X-in qolundan tutaraq onu avtomobildən düşürməyə çalışmışlar. Onlar qapını açan zaman X onlara müqavimət göstərərək düşmədiyi üçün alın nahiyəsi nəqliyyat vasitəsinin sürücü tərəfdə olan qapısının tininə dəymiş, bundan sonra X başını onlardan qaçıran zaman üzərində olan gödəkcənin zamoku sağ qaş nahiyyəsini cızmışdır. Onlar Məhkum aparıb maşına mindirmək istəyən zaman sonuncu özünü verə yıxmış və asfalta dəyməsi nəticəsində sol baldır nahiyyəsindən xəsarət almışdır.” Lakin, iş materiallarından da göründüyü kimi ********* saylı cinayət işi üzrə şahid qismində dindirilən Nizami RPİ-nin 23-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru X4, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili polis mayoru X14, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadəsində qeyd etmişdir ki, avtomobili saxladıqdan sonra onlar özlərini Məhkum təqdim etmişlər, sonuncu isə heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinin inzibati binasına getmişdir. Məhkum ilə bağlı təxirə salına bilmədən dərhal şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti və halı yaranmışdırsa, nə üçün o, saxlanıldıqdan sonra həmin istintaq hərəkəti Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsində göstərildiyi kimi təxirə salınmadan deyil, 2 saat sonra aparılmışdır? Odur ki, göstərilənlərə əsasən, Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Şirinov Fuad Paşa oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏL ƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normal arın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutul muş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) v ə onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məc musu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilm əsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddə si ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, dövlət ittihamçısının isə qərarın qüvvədə saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmü ndən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilməmiş, Məhkum əməlində satış məqsədinin olmadığı qənaətinə gəlinmiş, əməli CM-in 234.1-1-ci maddəsinə tövsif edilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələs inə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq əldə edilmədiyini və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Az ərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş şəxslər Şahid1, Şahid2 və Şahid3 ifadələri, 9 mart 2023-cü il tarixli raport və həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar, “şəxsi axtarış və götürmə aparılması haqqında” 9 mart 2023-cü il tarixli protokol, “mənzilə baxış keçirmə və götürmə aparılması haqqında” 9 mart 2023-cü il tarixli protokol, “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 9 mart 2023-cü il tarixli protokol, həmin istintaq hərəkətlərinə dair videogörüntüləri özündə əks etdirən disklər, “diskə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokollar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(007)-1 53/2023 nömrəli qərarı, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 9 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir qutu “Winston” markalı siqaret qutusunu və özünə məxsus bir ədəd “Samsung” markalı mob il telefonu, bir ədəd avtomobil açarını, həmin gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə bükümü və salfeti, daha sonra həmin gödəkçənin sol döş cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, “Kapital bank”a məxsus (xxxxxxxxx) bank kartını və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının vəsiqəsini təqdim etmişdir. Bundan sonra vətəndaş Məhkum üzərinə baxış keçirilən zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən nəm salfetlər, əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli təsbeh, göy rəngli alışqan, həmin şalvarın sağ yan cibindən bir ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla ümumilikdə 30 manat pul və salfet aşkar olunmuşdur. Vətəndaş Məhkum suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi avtomobil açarı öz ünə məxsus ağ rəngli “Chevrolet Aveo” modelli, **-VD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin açarıdır. Aşkar olunan bir ədəd bükümdə isə narkotik maddə olduğunu və bir neçə gün əvvəl tapdığını bildirmişdir. Aşkar olunmuş “Kapital bank”a məxsus bank kartının isə əmək haqqı kartı olmasını və evə məxsus olmasını bildirmişdir. Vətəndaş Məhkum alnının qaş nahiyəsində aldığı xəsarəti hansı şəraitdə alması ilə bağlı verilən əlavə suala cavab olaraq bildirdi ki, həmin xəsarəti idarə etdiyi avtomobilin qapısına dəyməsi nəticəsində 9 mart 2023-cü il tarixdə almışdır. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobildə narkotik vasitə yoxdur və həmin avtomobilə baxış keçirilməsinə etiraz etmir. Daha sonra Məhkum üzərinə baxış zamanı qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Məhkum aşkar olunmuş bir ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq ümumilikdə 30 manat pul, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının vəsiqəsi, 1 ədəd göy rəngli alışqan, 1 qutu “Winston” markalı siqaret və 1 ədəd qara rəngli təsbeh iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən vətəndaş Məhkum özünə qaytarılmışdır. Daha sonra Məhkum götürülən kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 163 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan mənzilə baxış keçirmə və götürmə aparılması haqqında 9 mart 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanına baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Məhkum ax tarış və götürmənin aparıldığı şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Məhkum yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin iki mərtəbədən, 5 otaqdan ibarət olması müəyyən olunmuşdur. Mənzilə daxil olan zaman sol tərəfdə qonaq otağı yerləşir. Sağ tərəfdə isə mətbəx və sanitar qovşaqdır. Mənzilə daxil olan qapı ilə üzbəüz ikinci mərtəbəyə qalxmaq üçün pilləkən yerləşir. Pilləkən ilə ikinci mərtəbəyə qalxan zaman olan foyedir. Sağ tərəfdə və sol tərəfdə iki ədəd yataq otağıdır. Pilləkəndən qalxan qarşıda eyvana çıxmaq üçün qapı yerləşir. Mənzilə baxış zamanı mənzildən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet, eləcədə narkotik və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan avtomobilə baxış keçirilməsi və götürmə haqqında 9 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Məhkum bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra Məhkum avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin qabaq sağ qapısının cibində olan çətirin içində 12 ədəd sellofana bükülmüş büküm və elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra a vtomobilə baxış zamanı avtomobilin saxlanc yerində 2 ədəd bıçaq, 4 ədəd yaddaş daçıyıcısı (flaş kart), bir ədəd “Samsung” markalı kiçik ölçüdə mobil telefon aşkar olunaraq qablaşdırılmışdır. Aşkar olunmuş 12 ədəd büküm və bir ədəd elektron tərəzi içərisi boş ağ zərfdə qablaşdırıldıqdan sonra DİN-nin 163 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Baxış zamanı avtomobildən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predment aşkar olunmamışdır. O cümlədən, şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış keçirmə və götürmə aparılması və avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokollarda göstərilən halların, həmin istintaq hərəkətlərinə dair videogörüntüləri özündə əks etdirən disklərə baxış zamanı da öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Qeyd olunanlarla yanaşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023cü il tarixli 5(007)-153/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin Cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 9 mart 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Kassasiya məhkəmə kollegiyası yuxarıda sadalanan sübutların tədqiqi üzrə məhkəmələrin gəldiyi nəticədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cina yət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiym ətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması məqsəd ini güddüyü barədə nəticəyə gəlmişdir. Qeyd olunanlarla yanaşı Məhkum müdafiə hüququ təmin edilmişdir. Bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün polis bölməsində müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş və hüquqları izah edilmiş, onun yazılı razılığı ilə müdafiəçinin iştirakı olmadan, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və avtomobilinə baxış istintaq hərəkətləri keçirilmiş və o, əynində olan gödəkçənin cibində olan sellofan bükümdə olan heroini çıxardıb təqdim etmiş, avtomobilin qapısının cibindən isə narkotik vasitələr və elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarışın və baxışın nəticələrinə görə müvafiq protokollar tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bunda n başqa, Məhkum şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkə mə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum fiziki təzyiq və işgəncələrə məruz qalması barədə dəlillərinə münasibətdə onu qeyd edir ki, məhkəmə Məhkum şəxsi işini və tibbi kitabçasını onun saxlandlığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından tələb edərək məhkəmədə baxışını keçirmiş, həmin sənədlərdə Məhkum təcridxanaya daxil olarkən tibb-sanitar hissəsində müayinədən keçirilən zaman onun alın nahiyəsində 2 ədəd, sağ qaş nahiyəsində 1 ədəd və sol baldırın ön səthində 1 ədəd qərtməkli yara aşkar olunması barədə qeydlər edildiyi müəyyən olunmuşdur. Beləliklə Bakı şəhəri Nizami rayon prokurorluğuna müvafiq sorğu vermişdir. Həmin prokurorluqdan məhkəməyə daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində prokurorluq o nəticəyə gəlmişdir ki, Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlər onun polis əməkdaşlarına müqavimət göstərərkən idarə etdiyi avtomobilin qapısına dəyməsi, üzərində olan gödəkçəsinin zəncirbəndinin qaş nahiyəsini cızması və yerə yıxılması nəticəsində yaranmışdır. Bu səbəbdən toplanmış material üzrə təqsirlə ndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, İstər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərarı əsas götürərək mötəbər hesab etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərdiyi “Məhkum avtomobildən düşürüldükdən sonra həmin avtomobil qapısı aşıq qalması, polis əməkdaşı tərəfindən sürülərək polis şöbəsinə gətirilməsi və həmin avtomobilin faktiki uzun müddət polisin nəzarətində olmasına” dair dəlillərini də əsassız hesab edir. Belə ki, qeyd edilən dəlil üzrə məhkəmələr araşdırma apararkən şahid X5 iş materiallarında olan ifadəsinə əsasən müəyyən olunmuşdur ki, 9 mart 2023-cü il tarixdə saat 10 radələrində “nəqliyyat vasitələrinin evakuasiyası” xidməti göstərərkən, Babək prospekti ilə hərəkətdə olarkən bir nəfər şəxs onu saxlayıb polis əməkdaşı olduğunu və yaxınlıqda olan avtomobili Heydər Əliyev prospektində yerləşən 23-cü Polis Bölməsinə aparmaq lazım olduğunu bildirmiş, o da, “Monte Karlo” restoranı ilə üzbəüz yolun digər tərəfində nisbətən ara yolda olan ağ rəngli “Chevrolet Aveo” markalı, ** VD *** nömrəli avtomobili xüsusi vasitə ilə evakuatora yükləmiş, həmin avtomobilin bütü n qapıları, şüşələri, yük və mühərrik yeri bağlı kildlənmiş vəziyyətdə olmuşdur. Həmçinin iş materiallarında olan məhkəmələr tərəfindən tədqiq olunmuş avtomobilə baxış keçirilməsi və götürməni özündə əks etdirən video görüntülərə əsasən də müəyyən olunur ki, qeyd edilən hərəkətlərin icrası zamanı məhz Məhkum avtomobilin qapısının kilidini cibndən çıxardığı açar vasitəsi ilə açır. Kassasiya məhkəmə kollegiyası qeyd edilənləri bir daha təhlil edərək müəyyən edir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübut lar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmə istintaqında Məhkum külli miqdarda narkotik vasitə heroinin əldə etməsi, üzərində və avtomobilində saxlaması və gəzdirməsi, habelə 9 mart 2023-cü il tarixdə onun üzərindən külli miqdarda 7,368 qram təmiz çəkidə və avtomobilindən 12,303 qram təmiz çəkidə narkotik vasitə heroinin aşkar edilməsi cinayət işi üzrə toplanılmış materiallarla öz təsdiqini tapmışdır. Lakin Məhkum aşkar edilmiş həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. O cümlədən məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o c ümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb oluması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya ka ssasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Şirinov Fuad Paşa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2237/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2237/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver