Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2238/2023 07.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən veri lmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1969-cu il tarixdə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır. 2. 11 noyabr 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 26 dekabr 2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə bax ışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs1 bacısı olan Şahid2 Lənkəran rayonu, Boladi kənd sakini Zərərçəkmiş şəxs ilə 25 iyul 2022-ci il tarixdə yaşadığı evdə növbəti dəfə görüşərkən hər iki şəxsin könüllü razılığı əsasında cinsi əlaqədə olmasının müfəssəl təsvirinin mobil telefon vasitəsi ilə qeydə alındığı intim video görüntünün 2022-ci ilin avqust ayının sonlarında ayrı-ayrı şəxslər arasında yayılmasından 31 avqust 2022-ci il tarixdə xəbər tutaraq qardaşı övladı Məhkum və övladı Təqsirləndirilən şəxs2 ilə birgə bir qrup şəxs halında Zərərçəkmiş şəxs hərəkətlərinə görə qisas almaq məqsədi ilə həmin gün saat 23:50 dəqiqədə sonuncunun yaşadığı evin qarşısına gedib onu küçəyə çağırtdırmış, onlara yaxınlaşan Zərərçəkmiş şəxs qollarından tutub iradəsinə zidd olaraq avtomobilə əyləşdirib sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmaqla Lənkəran rayonu Boladi və Zövlə kəndləri arasından keçən Ulum çayının kənarına aparıb orada əxlaqa və birgəyaşayış qaydalarına zidd olan hərəkətlərə yol verməklə Zərərçəkmiş şəxs hər iki qolundan tutub müqavimətini qıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib sonuncuya hər iki bazu və kürək nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra onu kənd sakinləri arasında rüsvay etmək məqsədi ilə zorla əyninə qırmızı rəngli qadın yubkası və koftası geyindirib, eyni qaydada avtomobillə Lənkəran rayonu, Boladi kəndinə qaytararaq ictimai yer olan çayxanalarda digər şəxslərin olduğu halda, həm in çayxanaların normal iş fəaliyyətinin pozulmasına səbəb olan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib Zərərçəkmiş şəxs zor tətbiq etməyə davam edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri törətmiş və 01 sentyabr 2022-ci il tarixdə saat 01:20 dəqiqəyə qədər olan 2 saata yaxın müddətdə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər.
5. Lənkəran Rayon Məhkəməsinin 1(049)-49/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası C M-nin 145.2.4 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsi ilə 3 (üç) il müddətə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzanın 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilməsi hökm edilmişdir.
6. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edi lən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxslərin hər birinə münasibətdə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi ilə hökmün dəyişdirilməsini xahiş etmişdir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 1(049)-49/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında qaldığı 7 ay 1 gün müddət ona təyin olunmuş 4 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2023-cü il tarixdən hesablanması; Məhkum ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə Məhkum təyin edilmiş cəzanın şərti müəyyən edilməsi barədə qərar çıxarılması xahiş edilir.
11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmi ş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi4 kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 3.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bil inən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadl ıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
23. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaş dıran halları nəzərə alır.
24. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı).
25. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanma qla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, müdafiəçinin Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişinin əsassız olduğu müəyyən edilir.
26. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri, həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
27. Azərbaycan Respublikası CM-nin 145.2.4-cü maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaş dırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilən cəza – onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 145.2.4 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində olmaqla maddi cinayət-hüquqi normaların tələblərinə uyğundur.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü təyin edilmiş cəzaya aid hissədə dəyişdirərkən haqlı olaraq hesab etmişdir ki, Məhkum törətdiyi Azərbaycan Respublikası CM-nin 145.2.4 və 221.2.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CMnin 70-ci maddəsinə əsaslanmaqla şərti olaraq tətbiq edilməsi hazırki qərarda yuxarıda təsvir edilmiş cinayət qanunvericiliyi normalarının müddəalarına və cəza siyasəti sahəsində formalaşmış məhkəmə təcrübəsinə ziddir. Mahiyyət etibarı ilə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas müəyyən edilmir.
30. Məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qa nuni cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində əksini tapan, cinayət əməlini törətmiş şəxslərə tətbiq edilən cəza üzə tələblərə tam riayət etmişdir.
31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmi şdir.
32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
33. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 k assasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-372/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.