Məhkəmə qərarları › İş №1(102)-2238/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2238/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2238/2025 04.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs Məhkum, Müdafiəçi, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəs i ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-62/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli hökmü ilə (hakim X3 qızının sədrliyi ilə) xx xxxxxx 1974-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini tö rətməkdə təqsirli bilinərək, cinayət nəticəsində vurulmuş ziyanın iki misli, yəni 41964 (qırx bir min doqquz yüz altmış dörd) manat miqdarda cərimə cəzasına məhkum edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın təmin edilməsi, dəymiş maddi zərərə görə 20982,00 (iyirmi min doqquz yüz səksən iki) manat və vəkil xidmət haqqına görə 3000,00 (üç min) manat məbləğində pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 161,95 (yüz altmış bir, doxsan beş) manatın, ümumilikdə 24143,95 (iyirmi dörd min yüz qırx üç, doxsan beş) manat məbləğində pul vəsaitinin Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxs (mülki iddiaçı) v ə onun vəkili Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə) 1(103)-1152/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-62/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti verilməmişdir. Qərardan məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Hökmə əsasən müəyyən edilmişdir ki, Məhkum özgənin əmlakını zədələmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2023-cü il tarixli, 2(103)-4541/2023 nömrəli, qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən əmlak kompleksindəki faktiki 602,1 kvadrat metr tikili, 142,8 kvadrat metr asfalt örtüklü sahənin Zərərçəkmiş şəxs mülkiyyətinə verilməklə həmin sahədə hər hansı bir söküntü və təmirtikinti işlərinin aparılmasının qadağan olunmasına baxmayaraq, 19 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixə kimi olan müddət ərzində onun qanunsuz əməllərindən məlumatsız olan Şahid2 və şəxsiyyətləri istintaqa məlum olmayan digər ustalara göstəriş verib, həmin ustaların vasitəsilə əmlak kompleksinin Zərərçəkmiş şəxs aid hissəsində olan 18 ədəd alüminium pəncərə bloklarını, sanitar qovşağında olan 2 ədəd unitaz və 2 ədəd əl-üz yuyan avadanlıqları, 2 ədəd elektrik spot, 4 ədəd elektrik lampa, 1,6 kvadrat metr təbii işıq bacası üçün şüşə hissəni, 3 ədəd qapıları, 5 kvadrat metr ölçüdə döşəmə metlağını, 1 ədəd metal konstruksiyalı darvazanı, 1 ədəd L=12, 1 ədəd L=11, 1 ədəd L=10, 1 ədəd L=9, 1 ədəd L=8, 1 ədəd L=7, 1 ədəd L=6 metal fermaları, 170 kvadrat metr profnasilləri, 150 p/m metal profilləri, 1 ədəd taxta qapı blokunu, 20 kvadrat metrdamın yan fasadının şüşələrini söküb Zərərçəkmiş şəxs ümumilikdə 20982 (iyirmi min doqquz yüz səksən iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən əmlakını zədələyərək məhv etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, birinci və apellyasiya instansiyası məhkəm ələri tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsi maddi hüquq normalarının pozulmasıdır. Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə Məhkum ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmişdir, halbuki törədilmiş əməl hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən və əvvəlcədən düşünülmüş şəkildə həyata keçirilmişdir. İş materialları sübut edir ki, tərəflər arasında uzun illər davam edən əmlak bölgüsü mübahisəsi mövcud olmuş, məhkəmə qərarları Məhkum əleyhinə çıxdıqdan sonra o, zərərçəkmişə məxsus əmlakı qəsdən məhv etmişdir və bu hal cəzanın yüngülləşdirilməsini istisna edir. Məhkum əməlindən peşman olmaması, məhkəmə qərarlarını n icrasına qəsdən mane olması və proses zamanı davranışı onun islah olunmadığını göstərsə də, bu hallar cəza təyin edilərkən nəzərə alınmamışdır. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri cinayət prosesinin gedişində təqsirləndirilən şəxs və müdafiəçinin prosesi bilərəkdən uzatmasına, təkrar və əsassız vəsatətlər təqdim etməsinə və məhkəməyə hörmətsizlik hallarına qarşı tədbir görməmişdir. Bu hallar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarının pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş dəlilləri və apellyasiya şikayətində göstərilən arqumentləri araşdırmadan formal qərar qəbul edərək birinci instansiya məhkəməsinin qanunsuz hökmünü qüvvədə saxlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, kassasiya şikayətində Məhkum daha ağır cəzanın təyin edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsini və yeni qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İlk növbədə məhkəm ə kollegiyası, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə hazırki qərarın “Kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqay isə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri nin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətindən görünür ki, o, Məhkum təqsirliliyi sübuta yetirildiyi, törədilmiş cinayətə a idiyyətinin olduğu sübuta yetirilsədə əsassız və qanunsuz olaraq – apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum yüngül cəza verilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayətprosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pred meti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, Məhkum Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə məhkum olunmasına dair iş üzrə yüngül cəza təyin edilməsi haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla ap arılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilənin, zərərçəkmiş şəxsin, ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya ins tansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları zərərçəkmiş şəxsin kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan cərimə cəzasının yüngül olmasına həsr olunmuş kassasiya şikayətinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. B elə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həy at şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Ci nayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 186.1ci maddəsinin müəyyən etdiyi cəza – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Belə olan halda, zərərçəkmiş şəxsin Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsd etdiyi obyektin xüsusiyyətlərinə istinad edərək təqsirkara həmin maddənin sanksiyası daxilində təyin edilmiş cərimə cəzasını mübahisələndirməsi, qanunverici məhz zərərçəkmişin nümayəndəsinin şəxsin istinad etdiyi - cinayətlərin xarakteri, ictimaitəhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddəsinin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya müraciətlərinə, o cümlədən zərərçəkmiş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum cərimə cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təyin olunmuş cəza yüngül olmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin ədalət prinsipinə (CM, maddə 8) cavab verməyən tədbir, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, məhkum və dövlət ittihamçısının tərəfindən kassasiya şikayətinin təmin edilməməsinə dair tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 19 iyun 2025-ci il tarixli, 1(103)-1152/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1152/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar