Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-224/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Tovuz Rayon Məhkəməsinin (hakim: Nofəl Mustafayev) 09 fevral 2022-ci il tarixli hökmü ilə xx.xx.1982-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq d övründə tutulduğu bir gün təyin edilmiş cəzadan çıxılması, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 79-cu maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs 13 aprel 2014-cü ildə anadan olmuş uşağı X12 14 yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X1 Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 25 aorel 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum CMin 186.2.2-ci maddəsi ilə təqsirli bilinə rək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 09 fevral 2022-ci il 1(062)-6/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları:
2. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək ziyan vurmaq niyyəti ilə xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan və yaşayan X6 məxsus Tovuz rayonu Alakol kəndində yerləşən ümumi sahəsi 103,7 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində olan otağın birinə daxil olaraq özü ilə götürdüyü kibritlə otaqda kağız qutuya yığılmış Dəmir Ələsgərovla bir yerdə həmin evdə yaş ayan sonuncunun qızı Zərərçəkmiş şəxs1 məxsus geyim əşyalarına od vuraraq yandırmaqla həmin evin birinci və ikinci mərtəbələrində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan ümumilikdə cəmi 13162 manat dəyərində yəni, hər biri 40 manat olmaqla ümumilikdə 800 manat dəyərində olan 20 ədəd bir nəfərlik yorğanı, hər biri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində 2 ədəd iki nəfərlik yorğanı, hər biri 136 manat olmaqla ümumilikdə 1632 manat dəyərində 11 ədəd bir nəfərlik döşəyi, 272 manat dəyərində 1 ədəd iki nəfərlik döşəyi, hər biri 50 manat olmaqla ümumilikdə 480 manat dəyərində 8 ədəd Türkiyə istesalı olan yastığı, hər biri 50 manat olmaqla ümumilikdə 500 manat dəyərində 10 ədəd yastığı, hər biri 30 manat olmaqla ümumilikdə 120 manat dəyərində 4 ədəd Azərbaycan istesalı olan yün adyalı, 50 manat dəyərində 1 ədəd bir nəfərlik Azərbaycan istesalı olan yün adyalı, 100 manat dəyərində 2 ədəd 2 nəfərlik Azərbaycan istesalı olan yün adyalı, hər bir 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində Azərbaycan istesalı olan 2 ədəd bir nəfərlik yun adyalı, hər biri 200 manat olmaqla ümumilikdə 800 manat dəyərində Azərbacan istesalı olan 4 ədəd xalçanı, 150 manat dəyərində Azərbaycan istesalı olan 1 ədəd xalçanı, hər biri 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində Azərbaycan istesalı olan 2 ədəd xalçanı, 200 manat dəyərində Azərbaycan istesahalı olan 1 ədəd dərin tarelka dəstini, 200 manat dəyərində 1 ədəd stəkan dəstini, 300 manat dəyərində 1 ədəd qazan dəstini, 250 manat dəyərində 1 ədəd qazan dəstini, 350 manat dəyərində 1 ədəd qazan dəstini, 50 manat dəyərində 1 ədəd qaşıq və çəngəl dəstini, 200 manat dəyərində 1 ədəd qaşıq dəstini, 100 manat dəyərində 1 ədəd qaşıq dəstini, 1000 manat dəyərində 1 ədəd serviz dəstini, 500 manat dəyərində 1 ədəd serviz dəstini, 250 manat dəyərində 1 ədəd boşqab dəstini, 100 manat dəyərində 1 ədəd boşqab dəstini, hər biri 120 manat olmaqla ümumilikdə 240 manat dəyərində hər biri 6 ədədlik 2 ədəd bakal dəstini, 300 manat dəyərində 1 ədəd qazan dəstini, 300 manat dəyərində Türkiyə istesalı olan iki nəfərlik 1 ədəd çarpayı, hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində Azərbaycan istesalı iki nəfərlik 2 ədəd çarpayı dəstini, hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində Azərbaycan istesalı olan bir nəfərlik 2 ədəd çarpayı dəstini, hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Türkiyə istesalı olan bi r nəfərlik 2 ədəd çarpayı dəstini, hər biri 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində Azərbaycan istesalı olun iki nəfərlik 2 ədəd çarpayı dəstini, 300 manat dəyərində 1 ədəd kasmetka dəstini, cəmi 1000 manat dəyərində 5 dəst don və koftadan ibarət geyim əşyasını, 200 manat dəyərində bir ədəd çantanı, 150 manat dəyərində 1 ədəd duflini, 500 manat dəyərində alt baltarlarını, hər biri 200 manatdan cəmi 400 manat dəyərində idman paltarını, hər biri 200 manatdan cəmi 400 manat dəyərində 2 ədəd donu. X6 məxsus ümumi sahəsi 103,7 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin 16289 manat dəyərində əşyalarını və Dəmir Ələsgərova məxsus ümumilikdə cəmi 15008 manat dəyərində, yəni hər biri 136 manat olmaqla ümumilikdə 1088 manat dəyərində 8 ədəd bir nəfərlik döşəyi, hər biri 40 manat olmaqla ümumilikdə 400 manat dəyərində 10 ədəd bir nəfərlik yorğanı, hər biri 50 manat olmaqla ümumilikdə 1000 manat dəyərində 20 ədəd yastını, hər biri 50 manat olmaqla ümumilikdə 300 manat dəyərində Azərbaycan istesalı olan 6 ədəd xalçanı, bir metrəsi 20 manat olmaqla ümumilikdə 1600 manat dəyərində 80 metr pərdələri, hər biri 350 manat olmaqla ümumilikdə 700 manat dəyərində Azərbaycan istesalı olan 2 ədəd paltar şifaneri, 800 manat dəyərində 1 ədəd divan dəstini, hər biri 100 manat olmaqla ümumilikdə 300 manat dəyrində 3 ədəd bir nəfərlik çarpayını, 200 manat dəyərində 1 ədəd termonu, 500 manat dəyərində 1 dəst stol və stul dəstini, 300 manat dəyərində 1 ədəd korkanı, hər biri 40 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 30 ədəd döşəkcəni, 1 metri 2 manat olmaqla ümumilikdə 200 manatlıq 10 0 metr qarnizi, hər biri 50 mant olmaqla ümumilikdə 250 manat dəyərində 5 ədəd kilimi, Dəmir Ələsgərova məxsus olmaqla gəlini X4in istifadəsində olan 500 mantılq paltonu, hər biri 200 manat olmaqla ümumilikdə 6 ədəd donu, hər biri 60 manat olmaqla ümumilikdə 300 manat dəyərində 5 ədəd jaketi, hər biri 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd ayaqqabını, 1 ədəd 600 manat dəyərində Türkiyə istesalı olan xalçanı, hər biri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində Azərbaycan istesalı olan 2 ədəd xalçanı, hər bir 100 manat olmaqla ümumilikdə 500 manat dəyərində Azərbaycan istesalı olan 5 ədəd adyalı, hər biri 100 manat olmaqla ümumilikdə 400 manat dəyərində 4 ədəd pastel dəstini, 350 manat dəyərində 1 ədəd şkafı, 300 manat dəyərində 1 ədəd qazan dəstini, hər biri 250 manat o lmaqla ümumilikdə 500 manat dəyərində servizi, 100 manat dəyərində 1 ədəd boşqabı, 100 manat dəyərində 1 ədəd qaşıq dəstini, hər biri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində bir nəfərlik 3 ədəd yorğanı, 80 manat dəyərində iki nəfərlik 1 ədəd yorğanı, hər biri 136 manat olmaqla ümumilikdə 408 manat dəyərində iki nəfərlik 3 ədəd döşəyi, 272 manat dəyərində iki nəfərlik 1 ədəd döşəyi, 6 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 300 manat dəyərində içərisində qaz tükü olan yastığı, 1000 manat dəyərində Azərbaycan istesalı olan divan dəstini, yəni ümumilikdə cəmi 44459 manat dəyərində özgənin əmlakı qəsdənyandırılmaqla məhv edərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşdur. Kassasiya protestinin dəlilləri:
3. Kassasiya protestində göstərilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 25 aprel 2022ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, Birinci instansiya məhkəməsi Məhkum himayəsində 1 nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq 79-cu maddəsi tətbiq etməklə ona təyin edilmiş cəzanın çəkilməsinin təxirə salmış, lakin həmin uşağın cinayətə meyilli olan şəxs tərəfindən himayəni necə təşkil etməsini, təqsirləndirilən şəxsin ailədə rolunu qərarda əsaslandırmamışdır.Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda ona uyğun əsaslandırma aparmışdır. Bundan əlavə,Məhkum qızının barəsində CM-in 79-cu maddəsi tətbiq edilərək, hazırkı qərarla ona qəti cəza kimi təyin edilmiş 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi himayəsində olan xx.xx.2014-c ü il təvəllüdlü övladı X7 on dörd yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək təxirə salınmışdır. Bundan başqa iş materiallarından görünür ki, Məhkum zərərçəkmiş şəxslərlə barışıq əldə etməmiş, cinayət nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə vurulmuş 44.459 manat maddi ziyanın onun tərəfindən könüllü olaraq tam və ya qismən ödənilməsi, eləcə də ziyanın aradan qaldırılması və ya azaldılmasına cəhd edilməmişdir. Məhkum hazırki cinayət əməlini törətməzdən əvvəl də Tovuz rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-in 121-ci, yəni ananın yeni doğduğu uşağı qəsdən öldürməsi maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin məcəllənin 70-ci maddəsi tətbiq edilərək, 1 il sınaq müddəti müəyyən olunmaqla həmin cə zanın şərti olaraq tətbiq edilməsi müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə Məhkum qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü övladı 14 yaşına çatanadək, yəni xx.xx.2028-ci il tarixədək təxirə salmaqda haqlı olmamış, qəti cəza təyin etməklə CM-in 79-cu maddəsini tətbiq etmədən cəza təyin etməli olduğu halda, cinayət qanunu düzgün tətbiq edilməmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarını ləğv edərək işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər:
4. Məhkəmə kollegiyası işin materialların ı öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin olunmalıdır.
5. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya ş ikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.
6. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
7. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir.
8. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkə məsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
9. Cinayət işinin materiallarını tədqiq edən, kassasiya şikayətinin dəlillərini araşdıran kassasiya instansiya məhkəməsi aşağıdakıları qeyd edir.
10. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
11. Bu institutun təyinatı məhkum edilmiş şəxsə münasibətdə Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinin realizə edilməsi ilə yanaşı, azyaşlı uşağın ailəsinin qorunub saxlanması, öz valideyninin himayəsi, qayğısı ilə əhatə olunması, onun tərəfindən tərbiyə edilməsi, yəni uşağın hüquq və mənafelərinin təmin edilməsidir.
12. Qeyd olunan məqsədlər, xüsusilə uşağın hüquqlarının təmin edilməsinə olan ictimai maraq Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə edilən təqsirkar şəxsin nə dərəcədə buna hazır olduğu, o cümlədən şəxsiyyəti, həyat şəraiti, uşağa münasibəti ətraflı araşdırılmalı, təqsirli bilindiyi cinayətin törə dilmə halları da nəzərdən qaçırılmamalıdır.
13. Cinayət və cinayət-prosessual qanunvericiliyi cinayət törətməkdə təqsirli bilinən şəxslərin cəzanın təyin edilməsini istisna edən əsaslar olmadığı halda Azərbaycan Respublikası CM-nin müvafiq normalarının, o cümlədən 8, 58.3-cü maddələrinin tələbləri gözlənilməklə cəzalandırılmalı olmalarını təsbit edir (cinayət-mühakimə icraatının vəzifələrindən biri kimi göstərir). Bununla yanaşı, Cinayət Məcəlləsinin 79.1-ci maddəsində azyaşlı uşağı olan məhkumlara təyin olunmuş cəzaların uşağın 14 yaşına çatmasınadək təxirə salınması imkanının nəzərdə tutulması və Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin dispozisiyasına əsasən, imperativ xarakter daşımayıb, bu məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz səlahiyyətini müəyyənləşdirməsi on u göstərir ki, sözügedən institut (cəzanın icrasının uşaq 14 yaşına çatanadək təxirə salınması) işin həqiqi hallarından törəyən bir zərurət kimi meydana gəldikdə tətbiq edilə bilər. Zərurət olmadıqda və yaxud zəruriliyin mövcudluğu lazımınca əsaslandırılmadıqda isə təqsirkar şəxsin ittiham hökmünün qüvvəyə minməsindən sonra cəzaya məruz qalmamasına bəraət qazandırmaq, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiqinə dair məhkəmə qərarını əsaslı və inandırıcı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.
10. Məhkum cinayət əməlinin törətmə üsulu, yəni ərinin qohumları ilə ciddi xarakter daşımayan məişət xarakterli konflikdən sonra yandırma ilə onlara məxsus əmlakı məhv etməsi və bunun motivini aydın şəkildə izah edə bilməməsini, bundan başqa əvvəllər yeni doğulmuş övladını öldürməs i kimi cinayət əməlini törətməsi onun psixi durumu ilə bağlı problemlərinin olmasının yoxlanılmasını zəruri edir.
11. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı, birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən Məhkum barəsində məhkəmə psixatrik, məhkəmə psixoloji ekspertizaları təyin edilməmişdir.
12. Digər tərəfdən, belə xarakterli cinayət törətmiş şəxsin psixoloji və psixatrik durumunun onun himayəsində olan azyaşlı övladının inkişafına, tərbiyəsinə, təhsilinə, ən əsası təhlükəsizliyinə necə təsir etməsinin müəyyənləşdirilməsi də ona təyin edilmiş cəzanın təxirə salınmasının əsaslılığına təsir edən amillərdəndir.
13. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, Məhkum barəsində kompleks məhkəmə psixatrik-psixoloji ekspertizası keçirilmədən bu məs ələləri həll etmək qeyrimümkündür.
14. Həmçinin hazırki işin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarında görünür ki, məhkəmələr məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsini tətbiq edib ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrasını uşağının 14 yaşına çatmasınadək təxirə salarkən, məhkum edilmiş şəxsin əmək fəaliyyəti və uşağa layiqli həyat şəraiti təmin edən daimi yaşayış yeri olmasının aydınlaşdırılması, məhkumun yaşayış yeri üzrə uşağın normal həyat şəraitinin, tərbiyəsinin və məişətinin təmin edilməsinin mümkünlüyünün araşdırılması üçün icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarının işə cəlb edilməsi, onların müvafiq rəyinin alınması üçün heç bir tədbir görməmişlər.
15. Məhkəmə kollegiyası hesab edir ki, heç bi r araşdırma aparmadan məhkum edilmiş şəxsə real cəzanın təyin edilməməsi, eyni xarakterli cinayətlərə görə məhkum olunmuş digər şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraitinə yol verir. Nəticədə himayəsində azyaşlı uşaqlar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanunvericiliyinin xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranır.
16. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, kassasiya protestində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməli və apellyasiya baxışının yenidən keçirilməsi qərara alınmalıdır.
17. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır.
18. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 25 aprel 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin olunsun.