Məhkəmə qərarları › İş №1(102)-224/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-224/2024

13.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-224/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökm ünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1 və 2631.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2023-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) 22 iyul 2021-ci il tarixli hökmü ilə, xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə tam birləşdirməklə ona qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrin i idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 21 may 2020-ci il tarixdən həbsdə saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, Mirzəli Əbdüləli oğlu Abbasov və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə) 3 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 1(101)-543/2021 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barəsində dəyişdirilmədən saxlanılmış, məhk um Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi4, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 mart 2022-ci il tarixli, 1(103)-66/2022 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ( hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 17 aprel 2023-cü il tarixli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü təqsirləndirilən Məhkum münasibətdə ləğv edilmiş və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələri yeni ittiham hökmü çıxarılmışdır. Təqsirləndirilən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətə və Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, ona təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla, əlavə cəza tam birləşdirməklə, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 21 may 2020-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 2 (iki) ay 1 (bir) gün müddət ona təyin olunmuş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, cəzasının əvvəlinin 17 aprel 2022-ci il tarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 7 (yeddi) il 3 (üç) ay 29 (iyirmi doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X9 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələri ilə ittiham irəli sürmüşdür. Birinci instansiya məhkəməsi onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 263-1.1 və 307.1-ci maddələrinə tövsif etmiş və hesab etmişdir ki, Məhkum Təqsirləndirilən şəxs, X15, X10 Zərərçəkmiş şəxs2 qarşı zorakı quldurluq hərəkətləri edərək ağır cinayət törətmələrini görməsinə baxmayaraq həmin cinayət barədə müvafiq orqanlara məlumat verməyərək cinayəti gizlətmişdir. İttiham aktına və təkrar apellyasiya baxığı zamanı çıxarılan hökmə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs Ramil oğlu, X15, X18 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 21 may 2020-cı il tarixdə saat 00:15 radələrində istifadəsində olan «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanının qarşısına gələrək tanışları Şahid1 vasitəsilə X7 həmin yərə gətirdikdən sonra, aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs qrupun digər üzvü Cahandar Əlivev ilə birlikdə Zərərçəkmiş şəxs2 (israrla onun idarə etdiyi «Hyundai Sonata« markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirdikdən sonra avtomobilin içərisində hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib Təqsirləndirilən şəxs, Cahandar Əliyev və X34 İsgəndərovun sifət və bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə vuraraq üst dodağın selikli qişa səthinin, boynun sıyrıqları, sol baldırın qançırları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, İsazdə Sahmar üzərində gəzdirdiyi, soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bır tərəfi kəsicu ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını Royal İsgəndərova göstərib nümayiş etdirməklə həmin bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib əlindəki içərisində arvadı Zərərçəkm iş şəxs1 məxsus 500 manat nağd pul və 1 ədəd 5 manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində «Bont Blanc» markalı pul qabısını, əynindəki şalvarının sol cibində olan arvadı Nənnin Quliyevaya məxsus 150 manat, sağ cibində olan özünə məxsus 15 manat nağd pulunu, Tofiq Fərəcov isə 130 manat dəyərində «Svatch» markalı qol saatını və əlində olan Röyal İsgərdərovun arvadı Zərərçəkmiş şəxs1 məxsus, 600 manat dəyərində «Samsung A30» markalı mobil telefon aparatını ələ keçirərək, əldə etdikləri pul vəsaitindən 20 manatını idarə etdiyi avtomobilinə yanacaq doldurması üçün ona verməklə ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 175 manat. Xya isə 1255 manat məbləğində maddi zivan vurmaqla quldurluq etmişdir. Bundan başqa, Məhkum Azərbaycan Respublikası «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Bakı şəhər DYPİ-nin qərarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müddətə sürücülük hüququndan məhrum edildiyi halda sürücülük hüququ olmadan 21 may 2020-ci il tarixdə saat 04 radələrində, idarə etdiyi, atası Şahid10 məxsus «Hyundai Sonata» markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətdə hərəkətdə olarkən, həmin gün saat 00:15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq avtomobilin sürətini artırmaqla eyni istiqamətdə hərəkətini davam etdirərək. «Yol hərəkəti haqq ında» Azərbavcan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu elməyərək yol hərəkəti və nəqliyyat vasitəsilərinin istismarı qaydalarını pozub avtomobili yüksək sürətlə hərəkət etdirərək idarəetməni itirməklə əks yol ilə hərəkətdə olan avtomaşınların yoluna çıxmış, bu zaman Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 2445-cı məhəllədə yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «QAZ- 33021» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nətic əsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sağ diz qapağının sınığı ilə müşayiət olunan, sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, avtomobilin arxa oturacağında əyləşmiş digər sərnişin Təqsirləndirilən şəxs təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol gözaltı nahiyəsinin, sol qulaq seyvanının arxa səthinin, sol baldırın ön səthinin qançırları, sol yanaq nahiyəsinin, boynun sağ-ön səthinin, döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları ilə müşayət olunan, sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilməyən xəsarətlər, «QAZ-33021» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 hərəkət məhdudluğu ilə müşaiyət olunan sağ diz oynağının şişkinlik halında əzilməsi ilə nəticələnən, sağlamlığa qısa müddətə p ozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər almasına və «QAZ-33021» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 2870 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Bundan əlavə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab edilən, zavod üsulu ilə, keçmiş «SSRİ» dövlətində, 1955-ci ildə Tula silah zavodunda istehsal olunmuş 114814 №, 16 kalibrli TOZ-B modelli hamar qoşalüləli çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilməklə öz təyinatını itirmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini (obrczi) və 2 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatı hesab olunan patronlar əldə edərək idarə etdiyi «Hyundai Sonata» markah ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 21 may 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri. Nizami rayonu, R.Rüstəmov küçəsi 2445-ci məhəllədə yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən, həmin gün saat 00.15 radələrində Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayəti törədilməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi «Hyundai Sonata» markah ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən, avtomobilin yük yerindən həmin təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyini (obrezi) və 2 ədəd 16/70 kalibrli ov sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür Ka ssasiya şikayətinin və kassiya şikayətinə əlavənin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara qiymət verərək onun Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətini törətməsinin sübuta yetirilməməsi, həmin epizod üzrə onun əməlində CM-in 307.1-ci maddəsi ilə nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayətinin tərkibinin olması qənaətinə gəlmiş və onu CM-in 307.1-ci maddəsi ilə təqsirli bilmişdir. Müdafiə tərəfi olaraq ittiham aktının və dövlət ittihamçısının apellyasiya protestinin X11 CM-in 181.2,1, 181.2.5-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsinə dair dəlillərini əsassız sayır və hesab edir ki, istər ibtidai araşd ırma, istərsə də birinci və apellyasiya məhkəmə baxışında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid5 və digərlərinin ifadələri, o cümlədən itttiham orqanın təqdim etdiyi başqa sübutlarla Məhkum CM-in 181.2.1, 181.2.5-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmır, bu halın sübut olunmasında əsaslı şübhələr mövcuddur və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılması mümkün deyil. Məhkum hərəkətlərində qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, yəni quldurluq cinayət əməlinin tərkib əlamətləri mövcud deyil və onun əməlinin CM-nin 181.2.1 və 181.2.5-ci maddələri iiə tövsif olunması istisna edilir. İşdə olan sübutlarla Məhkum quldurluq cinayəti törətməsi faktını təsdiq edən hər hansı bir hal müəyyən edilməməsinə baxmayaraq ibtidai araşdırma orqanı həmin sübutlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qiymət verməmiş və həmin sübutlar əsasında Məhkum CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə əsassız ittiham irəli sürmüş və eyni zamanda Bakı Apellyasiya Məhkəməsi də əsassız otaraq həmin sübutları iş üzrə mötəbər sübutlar kimi qəbul edərək sonuncu barəsində qeyd olunan maddələrlə ittiham hökmü çıxartmişdir. Zərərçəkmiş şəxs Royal İsgəndərov ibtidai istintaq dövründə verdiyi ifadəsində “Royal Mİrzəyevin cinayətkar qrupun digər üzvləri ilə birlikdə avtomobildən düşərək onun önünü kəsərək hədə-qorxu və zor tətbiq etmə klə avtomobilə əyləşdirməsini, sonuncunun ona həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın etməsini” deyil, yalnız “Royalın avtomaşınına yaxınlaşan zaman maşının qapıları açılaraq sükanın arxasından Royalın düşməsini, Şahmar, Cahan və Tofıqin avtomaşının içərisində ona zor təbiq etməsini və üzərində olan 150 manatı və özünə məxsus 15 manatı çıxararaq həmin şəxslərə verməsini” göstərmişdir. Birinci instansiya məhkəməsində verdiyi ifadəsində quldurluq epizodu üzrə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ona qarşı edilən zorakı hərəkətlərdə təqsirləndirilən şəxs Məhkum ümumiyyətlə iştirak etməmiş, əksinə ona qarşı törədilən cinayətin qarşısını almağa cəhd etmiş, avtomaşında oturan şəxslərə belə zorakı hərəkətlər etməmələrini dedikdə avt omaşında olan digər şəxslər ona iradını bildirərək «sən qarışma» demişlər. Sadəcə olaraq Məhkum ona kömək etməyə cəhd etsə də, ona əhəmiyyət verməmişlər, o, isə tək olduğuna görə həmin şəxslərdən çəkinmişdir. Zərərçəkmiş şəxs2 apellyasiya məhkəmə baxışında verdiyi ifadəsində yuxarıda göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakıfıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsi, yəni onun quldurluq cinayət əməlini törətməsi təsdiq olunmur və birinci instansiya məhkəməsinin həmin epizod üzrə onun əməlində CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bil ərək həmin cinayət barəsində xəbər verməmə cinayətinin tərkibinin əlamətlərinin olması və onun həmin maddə ilə təqsirili bilinrək cəzalandırılmasına dair nəticəsi qanuni və əsaslı, iş üzrə müəyyən olunmuş həqiqi hallara uyğun olmuşdur. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2023-cü il tarixli hökmünü ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətinə əlavədə göstərmişdir ki, baş vermiş cinayət hadisəsində Məhkum heç bir rolu olmamışdır. O, sadəcə olaraq öz avtomobilini idarə etmişdir. O, hadisə zaman avtomobildə əyləşən Təqsirləndirilən şəxs, Cahandar Əliyevin və Tofiq Fərəcovun quldurluq hərəkətlərinin qarşısını almağa cəhd etsə də, buna nail ol a bilməmiş, mübahisə zəminində (onlara gücü çatacaq və ya təsir edəcək iqtidarında olmadığına görə) qeyri-iradi olaraq avtomobili yüksək surətlə sürərək yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan faktlar həm ibtidai istintaq materialları ilə, həm da məhkəmə zamanı aparılan istintaq materialları ilə tam təsdiq olunur. Müdafiə tərəfi qeyd edir ki, Azəbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qeyd olunan mövqeyinə apellyasiya məhkəməsi obyektiv yanaşmamış, cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutlara qanunla nəzərdə tutulmuş qaydada məcmu halda qiymət verərək və verilmiş apellyasiya protestinin dəlillərini toplanmış sübutları əlaqəli şəkildə qiymətləndirərək obyektiv qərar qəbul etməli olduğu halda, Ali Məhkəmənin mövqeyini b irmənalı olaraq apellyasiya protestini təmin etmək kimi qiymətləndimişlər. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin bu səthi mövqeyi ona gətirib çıxarmışdır ki, Məhkum quldurluq cinayətində iştirakı olmadığı halda azadlıqdan məhrum edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 bütün ibtidai və məhkəmə istintaqı zamanı ifadələrində göstərir ki, Məhkum ona qarşı heç bir cinayət törətməmiş və hər hansı bir quldurluq hərəkəti etməmişdir. Əksinə cinayət törədənlərin qarşısını almağa cəhd etmişdir. Məhkum gəncdir, subaydır, əvvəllər məhkum olunmayıb, kasıb ailənin övladıdır, ata uzunmüddətli ürək xəstəsidir, ana xadimə iyləyir. Bu şəxsi cinayət işinin materiallarında sübutlar olmadan həbsdə saxlamağa ehtiyac yoxdur. Müdafiəçi kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 17 aprel 2023-cü il tarixli hökmünü ləğv edib Məhkum əməlinin Azərbaycan Respublikasının CM-in 307.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qəna ətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ol mayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya müraciətlər ində Məhkum CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirlilik məsələsi mübahisələndirilməklə yanaşı müdafiəçi həmçinin onun həmin əməlinin Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilməsini də xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respub likası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərin in şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsAslanna bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM 28.5-ci maddəsi). CM-in 181.2.1, 181.2.5-ci maddələri quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və y a sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayət obyektiv cəhətdən özgənin əmlakını ələ məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçun təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddən dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Basqın o halda quldurluq tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq, yaxud belə zorakılıq tətbiq ediləcə yi hədəsi ilə bağlı olsun və vahid məqsədə- özgə əmlakını ələ keçirməyə yönəlsin. Quldurluq formal tərkibli cinayətdir. Belə ki, bu cinayət əmlakın ələ keçirilibkeçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarının 25-ci bəndində qeyd olunur ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla zərərçəkmiş şəxs, şahidlərin ifadələri, məhkəmələrdə elan edilib araşdırılmış istintaq hərəkətlərinin protokolları, bu əməllərin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş di gər mötəbər sübutlarda öz əksini tapmışdır. Kassasiya müraciətlərinin Məhkum quldurluq cinayətinin törətməsinin sübuta yetirilmədiyi, onun digər şəxslər tərəfindən törədilmiş quldurluq cinayətinin görməsi, lakin həmin cinayət barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyi barədə dəlilləri əsassız olmaqla cinayət işi üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış, məhkumun quldurluq cinayətində təqsirliliyini təsdiq edən sübutların sadalanmasına zərurət görməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum əməlini CM-in 307.1-ci maddəsinə tövsif etmiş birinci və onunla razılaşmış apellyasiya məhkəmələri yalnız Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsini əsas götürüb hesab etmişlər ki, istintaqda təqsirləndirilən Məhkum digər təqsirləndirilən şəxslərlə qabaqcadan əlbirliyi barədə hər hansı bir sübut və ya fakt müəyyən edilməmişdir. İbtidai istintaqda və məhkəmədə zərərçəkmiş şəxsin ifadəsində, təqsirləndirilən şəxslərin ifadələrində və digər şahidlərin ifadələrində Məhkum quldurluq cinayəti törətməsi faktını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Lakin cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Məhkum quldurluq epizodu ilə bağlı cinayəti törədən digər şəxslərin qarşısını almağa cəhd etməsi, ona qarşı törədilən cinayət əməli ilə Məhkum hər hansı əlaqədə olmadığının hiss etməməsi, Məhkum əməli törədən digər şəxslərə iradının bildirməsi və hərəkətlərini həmin şəxslərin təzyiqi altında davam etməsi barədə h ər hansı məlumat öz əksini tapmamışdır. Mübahisələndirən hökmü qəbul etmş apellyasiya instansiyası məhkəməsi yalnız zərərçəkmiş X3 məhkəmə baxışı zamanı verdiyi ifadəsini əsas götürməklə kifayətlənərək, həmin ifadənin sonuncunun ibtidai istintaq dövründə verdiyi ifadəsi, müəyyən etdikləri cinayət işinin mübahisəsiz halları və iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlilini aparmadan və hansı səbəblərə görə Royal İsgəndərovun məhkəmədə verdiyi ifadəsinə üstünlük verdiklərini izah etmədən, Məhkum quldurluq cinayətini törətməsinin sübuta yetirilmədiyi, onun digər şəxslər tərəfindən törədilmiş quldurluq cinayətinin gördüyü, lakin həmin cinayət barədə hüquq mühafizə orqanlarına məlumat verməməsi barədə gəldiyi nəticəni haqlı olaraq əsassız hesab etmiş və qeyd etmişdir ki, Məhkum tərəfindən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayətin törədilməsinin sübuta yetirilməməsi barədə nəticə sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən yəni hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət qanunvericiliyi normalarının, o cümlədən Cinayət Məcəlləsinin həmin maddələrinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, cinayət işində olan sübutlarla və işin mübahisəsiz halları ilə müəyyən edilir ki: -Şahid5 məhkəmədə verdiyi ifadəsinə əsasən onlara 102 xidmətindən Zərərçəkmiş şəxs2 qarşı 4 nəfər tərəfindən quldurluq edilməsi barədə məlumat daxil olmuş, məlumatla bağlı sonuncu polis bölməsinə dəvət olunaraq ərizəsi alınarkən 4 nəfərin quldurluq edib Hyundai Sonat a markalı avtomobillə hadisə yerindən qaçdığını bildirmişdir; - tanınma protokoluna əsasən tanınma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş bıçaqlar arasında bir ədəd bıçağı tanıyaraq, həmin bıçaqla hadisə zamanı Təqsirləndirilən şəxs ona nümayiş etdirmiş və daha sonra hədələməklə əmlakını ələ keçirdiyi bıçaq olduğunu bildirmişdir; - tanınma protokoluna əsasən tanınma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqdim edilmiş pul qabılar arasında bir ədəd pul qabının tanıyıb həmin pul qabının ona məxsus olduğunu və hadis zamanı ələ keçirildiyini bildirmişdir; - Təqsirləndirilən şəxs, olduqları yerin müəyyən edilməsi mümkün olmadığından barələrində Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə cinayət işi ayrılmış X18 və X16 ilə birlikdə 21 may 2020-cı ildə saat 00:15-də zərərçəkmiş X7 təqsirləndirilən Məhkum sahibliyində olan "Hyundai Sonata” markalı 90RJ102 dövlət nömrə nişanlı avtomobilə əyləşdirmişlər. Avtomobil hərəkətdə olarkən, Təqsirləndirilən şəxs, Cahandar Əliyev və Tofiq Fərəcov Zərərçəkmiş şəxs2 qarşı həyatı və sağlamlığı üçün təhlükəli zorakı hərəkətlər edib sifət və bədənin müxtəlif nahiyyələrinə əl zərbələri vurub üst dodağının selikli qişa səthinin, boynunun sıyrıqları sol baldırın qançırları ilə nəticələnən sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, ondan əlində olan içərisində arvadı Zərərçəkmiş şəxs1 məxsus 500 manat və 1 ədəd 5 manat dəyərində balansında pul olmayan «Viza» kartı olan 1 ədəd 10 manat dəyərində "Bont Blanc” markalı pul qabını, əynindəki şalvarının sol cibində olan arvadı Zərərçəkmiş şəxs1 məxsus 150 ma nat, sağ cibində olan özünə məxsus 15 manat pulu, 150 manat dəyərində "Swatch” markalı qol saatını və əlində olan Zərərçəkmiş şəxs1 məxsus 600 manat dəyərində "Samsung A30” markalı mobil telefonu ələ keçirmişlər. Cinayət hadisəsi davam edərkən, Məhkum zərərçəkmiş şəxs Royal İsgəndərova məxsus puldan istifadə edib "Maşın bazarı” adlanan əraziyə çatmamış oradakı "Sokar” yanacaq məntəqəsində avtomobilinə 20 manat dəyərində yanacaq doldurmuşdur. -Şahid1 həmin ifadəsində bildirmişdir ki, 20 may 2020-ci ildə əxminən saat 23:30-da, evdə olarkən onun mobil telefonuna ***-***-**-** mobil telefonundan "WhatsApp”la zəng gəlmiş, ilk dəfə zəngi görsə də, nömrəni tanımadığından cavab verməmiş, lakin ikinci dəfə təkrar zəng gəldiyindən cavab verərək, zəng edən şəxsin kimliyini soruşduqda, həmin şəxs on a Cahan olmasını demiş, Cahanın səsini tanıdığından, ondan nə baş verdiyini soruşmuş, Cahan harada olduğunu soruşduqda evdə olduğunu deyəndə, Cahan həyətə düşməsini istəmiş və Cahana gec olmasını desə də, Cahan təkidlə həyətə düşməsini bildirmiş, həyətə düşdükdə Röyalın idarə etdiyi avtomaşının orada olmasını görmüş, Röyal sükan arxasından, adını sonradan bildiyi Tofiq qabaq sağ oturacaqdan, Şahmarla Cahan isə arxa oturacaqdan düşmüşlər və Cahan Zərərçəkmiş şəxs2 evinə gedib sonuncunu bayıra çağırmaq lazım olmasını ona bildirdikdə, sonuncuya etiraz etmiş, Tofiq avtomaşının bardaçokundan bıçaq çıxarmış, qaranlıq olduğundan bıçağın digər əlamətlərini dəqiq görməsə də, tiyəsini görmüş, Tofiq ona "Röyalı çağırmaq istəmirsən?” deyə sual verdikdə, onun sifət cizgilərinin dəyişməsini görüb vura b iləcəyindən ehtiyat edərək razılaşmışdır. Ancaq onlardan nə səbəbə Röyalı axtarmalarını soruşduqda, Şahmar, Röyal və Cahan "Röyal bizə pul verməlidi” demişlər. Royalın pul verməsini demələri onu "yükləmək” niyyətilə deyilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət hadisəsinin məhz zərərçəkmiş şəxs X3 ibtidai istintaq dövründə verdiyi ifadəsinə uyğun baş verməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, zərərçəkmiş X3 ibtidai istintaq dövründə verdiyi ifadəsinin törədilmiş cinayətin həqiqi hallarına, yəni təqsirləndirilən Məhkum törədilməsi hazırlanan quldurluq cinayəti barədə əvvəlcədən məlumatının olması, onun özü əməlin icrasında iştirak etmək arzusunda olması və əməli törətmiş digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayətin törədilməs ində bilavasitə, icraçı kimi iştirak etməsi şahid ifadəsi ilə yanaşı, cinayət işinin mübahisəsiz halları, yəni əməl törədildikdən bilvasitə sonra Dövlət Yol polisi idarəsinin yox, Nizami rayon polis idarəsinin post patrul xidmətinin bölməsinin əməkdaşlarının saxla işarəsinə tabe olmayaraq, avtomobilin sürətini artırması, törətdiyi yol nəqliyyat hadisəsindən sonra idarə etdiyi avtomobilə baxış keçirilərkən, yük yerindən təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli ov tüfənginin kəsiyinin (obrez) və 2 ədəd 16/70 kalibrli ov sursatı olan patronların aşkar olunaraq götürülməsi ilə daha uyğun olması ilə də öz təsdiqini tapmışdır. Apellyasiya məhkəməsi həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsinə hüquqi qiymət vermiş və haqlı olaraq qeyd etmişdir ki, o, Məhkum müdafiə etməy ə çalışmış, onlara vurulmuş ziyanı Məhkum və onun ailə üzvləri ödəmiş, hər iki zərərçəkmiş şəxsin ondan şikayətləri və tələbləri olmamış, lakin zərərçəkmiş Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsinə əsasən, Məhkum cinayətkar qrupun digər üzvləri ilə birlikdə avtomobildən düşüb onun önünü kəsərək hədə-qorxu və zor tətbiq edib avtomobilə əyləşdirmiş, sonra isə qrupun üzvləri Şahmar pul qabını, Tofiq mobil telefonu və qol saatını əlindən almışlar, Məhkum baş verənləri görməsinə və qarşısını almağa imkanı olmasına baxmayaraq, avtomobili sürüb Zərərçəkmiş şəxs2 evinin yaxınlığından uzaqlaşmağa başlamış, hətta yolda Zərərçəkmiş şəxs2 pulu ilə 20 manat məbləğində avtomobilinə benzin vurmuş, sonradan isə hadisə barədə polisə məlumat verməmək barədə qrupun digər üzvləri ilə birlikdə ona qarşı h ədə-qorxu gəlmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri nəzərdə tutulmuş cinayətləri törətməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə tam razılaşır. Cinayət işi üzrə müəyyən olunmuş hallara və araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən Məhkum törədilməsi hazırlanan quldurluq cinayəti barədə əvvəlcədən məlumatının olması, onun özü əməlin icrasında iştirak etmək arzusunda olması və əməli törətmiş digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayətin törədilməsində bilavasitə, icraçı kimi iştirak etməsi öz təsdiqini tapmışdır. Məhkum olunmuş şəxsin həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar müəyyən edilməmişdir. Belə o lan halda onun hərəkətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq quldurluq cinayəti kimi tövsif edilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla, cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensi yanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi barədə düzgün hüquqi nəticəyə gələrək həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif etmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin hökmlə istinad edilən cinayət əməllərini törətməsi kassasiya müraciətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəm əsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməll əri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həy ati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslannmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə apellyasiya instansiyası məhkəməsinin hökmündə müəyyən olunan hallar əsasında məhkumun təqsirliliyi barədə, yəni Məhkum tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinin sübuta yetirilməsi haqqında gəldiyi nəticə, sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə, yəni tam, hərtərəfli və obyektiv araşdırılmasına, eləcə də cinayət qanunvericiliyi no rmalarının, o cümlədən Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrinin düzgün təfsir olunmasına əsaslanan yekun qənaət kimi qiymətləndirən kassasiya məhkəmə kollegiyası kassasiya müraciətlərinin məhkumun quldurluq cinayət əməlinini törətməməsi barədə dəlillərini əsası olmayan subyektiv mülahizələr hesab edir və qeyd edir ki, Məhkum əməlinin Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilməsi üçün qanuni əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya müraciətlərini təmin edilməsi və kassasiya müraciətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı mad dəsində nəzərdə tutulan əsaslar mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya müraciətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 181.2.1, 181.2.5, 228.1 və 263-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2023-cü il tarixli hökmü məhkum kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar