Məhkəmə qərarları › İş №1(102)-2240/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2240/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2240/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, bəraət almış şəxs X8 və onun müdafiəçisi Qəşəmov Fuad Azad oğlunun, xüsusi ittihamçının nümayəndəsi Mirmehdizadə Rəşad Mehdi oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X1 nümayəndəsi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X10 25 may 197 4-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, "xxxx" MMC-də menecer vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, X1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. X3 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 147.1, 147.2 və 148-ci maddələrinin tərkibinin mövcud olduğuna görə X8 həmin maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Quba Rayon Məhkəməsinin 1(027)-12/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmünə əsasən X9 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə bəraət verilməsi hökm edilmişdir.

4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən xüsusi ittihamçı X3 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, X8 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 1(027)-12/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından xüsusi ittihamçı X1 nümayəndəsi Mirmehdizadə Rəşad Mehdi oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

7. Kassasiya şikayətində qeyd edilmişdir ki, X2 Kamal Azər oğluna qarşı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. X10 həmin iddia ərizəsinə qarşı qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etmiş, verdiyi ərizəsində onun barəsində böhtan və təhqir dolu məlumatlar yazmış, ona əsassız olaraq böhtan atmış, təhqir etmiş, şərəf və ləyaqətini alçaltmış, ağır cinayət törətməkdə ittiham etmişdir. X8 əməlində cinayətin tərkibinin bütün əlamətlərinin olmasına baxmayaraq, barəsində bəraət hökmü çıxarılmışdır. Məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, həmin hallar sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nöm rəli, 11 iyun 2024cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bəraət almış şəxsin müdafiəçisi Qəşəmov Fuad Azad oğlu tərəfindən kassasiya şikayətinə dair etiraz təqdim edilərək, X9 bəraət verilməsinə dair məhkəmələrin qənaətinin əsaslı olduğundan, kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bunda n sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın ba ş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Xüsusi ittihamçının nümayəndəsi bəraət almış şəxs X9 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə bəraət verilməklə əsassız və qanunsuz qər ar qəbul edildiyini iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

15. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sis teminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

16. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddə sinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

17. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, xüsusi ittihamçının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında bu dəlillərə müvafiq cavablandırma verilmişdir.

18. Baxıl an kassasiya şikayətində qaldırılan məsələlər üzrə məhkəmələrin gəldiyi yekun qənaət iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

19. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

21. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul et mişdir.

22. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, xüsusi ittihamçı X1 nümayəndəsi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X1 nümayəndəsi Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-290/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar