Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2241/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxslər X və X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşaq olan, orta təhsilli, İİ dərəcə əlil, X qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum A zərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(104)-536/2023 nömrəli qərarından zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 1(042)-14/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim hakim: M.S.Kazımov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəza sı, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 3 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, həmçinin Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 170.1-ci maddəsinin tərkibi olmadığından ona Azərba ycan Respublikası CPM-in 42.1.1-ci maddəsinə əsasən qeyd olunan həmin maddə ilə bəraət verilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-ci maddələri, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 isə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: R.M.Cəfərov (sədrlik edən), hakimlər Ə.G.Abdullayev və N.T.Əliyevdən ibarət məhkəmə tərkibi) apellyasiya şikayətləri təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsin in 14 avqust 2023-cü il tarixli 1(042)-14/2023 saylı hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 18 fevral 2022-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla ona hökmlə CM-in 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 3 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyul-noyabr ayları ərzində Tovuz şəhəri M.Musayev küçəsində yerləşən "Nəsimi Ticarət Mərkəzində” Tovuz rayon Qazqulu kənd sakini Zərərçəkmiş şəxs10 pensiya təyin etdirəcəyi adı ilə yalan vədlər verib onu inandıraraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat nağd pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel-may ayları ərzində dəqiq tarixi istintaqa m əlum olmayan vaxtda Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs9 yaşadığı ünvanda sonuncunun oğlu Malik Məmmədalıyevin barəsində Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə olan cinayət işi məhkəməyə göndərildikdən sonra ona daha yüngül cəza təyin etdirəcəyi adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs9 inandıraraq sonuncudan hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 8000 manat nağd pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X12 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin may-iyun ayları ərzində Tov uz rayonu İsakənd kənd sakini Zərərçəkmiş şəxs8 oğlu Vüsal Məmmədovun barəsində Tovuz rayon polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət işi məhkəməyə göndərildikdən sonra onu cinayət məsuliyyətindən azad etdirərək azadlığa buraxdıracağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs8 inandırıb sonuncudan ümumilikdə digər qrup üzvləri ilə birlikdə 18630 manat pulu ələ keçirmək niyyətilə əhatə olunan qəsdlə hissə-hissə, yəni, Gəncə şəhəri inzibati ərazisində 1000 manat və Tovuz rayonu inzibati ərazisində isə 12200 manat, ümumilikdə qeyd edilən dövr ərzində 13200 manat pulu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakın ı ələ keçirmək məqsədi ilə tanışı X12 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək Tovuz rayonu Əhmədabad kənd sakini Zərərçəkmiş şəxs5 pensiya təyin etdirəcəyi adı ilə yalan vədlər verib sonuncunu inandıraraq ondan 26 iyul 2021-ci il tarixdə Tovuz rayonu İbrahimhacılı kəndində 2000 manat nağd pulu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X12 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin avqust-sentyabr ayları ərzində Tovuz rayonu Ağacqala kənd sakini Zərərçəkmiş şəxs4 oğlu X barəsində Tovuz rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan cinayət işi məhkəməyə gö ndərildikdən sonra onu cinayət məsuliyyətindən azad etdirərək azadlığa buraxdıracağı adı ilə yalan vədlər verib Zərərçəkmiş şəxs4 inandırıb sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə, yəni Gəncə şəhəri inzibati ərazisində 2900 manat və Tovuz rayonu Qovlar şəhəri ərazisində 2100 manat, ümumilikdə qeyd edilən dövr ərzində digər qrup üzvü ilə birlikdə vahid niyyətlə əldə edilmiş 5000 manat puldan 2000 manatını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X12 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 2021-ci ilin iyul ayında dəqiq tarixi istinta qaməlum olmayan vaxtda Tovuz rayonu Dönük Qırıqlı kəndi ə razisində X3 qızı Mətanət Ələkbərovanın barəsində Tovuz rayon Məhkəməsində çıxarılmış evə köçürülmə və aliment ödənilməsi ilə bağlı qətnamələri icra etdirəcəyi adı ilə yalan vədlər verib onu inandıraraq 1000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 18 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Hökməli qəsəbəsində yaşayan X6 Fövqəladə Hallar Nazirliyinə operator kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib inandıraraq Zərərçəkmiş şəxs6 yaşadığı ünvanda 800 manat nağd pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışı X13 ilə birlikdə qabaq cadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs3 məxsus olan Gədəbəy rayonu Novosaratovka kəndi ərazisində yerləşən anbarın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan Zərərçəkmiş şəxs3 mülkiyyətində olan 480 manat dəyərində 16 kisə Rusiya Federasiyasının "Nevinnomisk Azot” şirkətində istehsal olunmuş gübrəni gizli yolla talayıb oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs4, X4 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup təşkil edərək 05 fevral 2022-ci il tarixdən 06 fevral 2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus olan Gədəbəy rayonu Novo saratovka kəndi ərazisində yerləşən fermanın giriş qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan fermadan Zərərçəkmiş şəxs1 çobanı X7 mülkiyyətində olan 1 ədəd 70 manat dəyərində Türkiyə istehsallı “Eurolux” firmasından olan elektrik yemək isidə sobanı, 1 ədəd 80 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik çörək bişirəni, 1 ədəd 40 manat dəyərində 7 litrlik Türkiyə istehsallı “Galaxy” firmasından olan elektrik samovarı, 1 ədəd 60 manat dəyərində Türkiyə istehsallı” Galaxy” firmasından olan elektrik qazanı, 1 ədəd 40 manat dəyərində Türkiyə istehsallı “Galaxy” firmasından olan 3 gözlü yemək bişirən qaz piltəsini, 01 ədəd 8 manat dəyərində Rusiya Federasiyasında alüminium materialından hazırlamış 3 litr su tutarı olan qazanı, 1 ədəd 10 manat dəyərində Rusiya Federasiyasında alüminium materialında hazırlanmış 4 litrlik su tutarı olan qazanı və Zərərçəkmiş şəxs1 mülkiyyətində olan 350 manat dəyərində 700 metr uzunluğunda AS-32 markalı alüminum materialından olan elektrik naqilini ümumilikdə 658 manat dəyərində özgə əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Cinayət cəzalarının təyin edilməsinin şərtləri, əsasları və qaydaları təsbit edilmiş CMnin müvafiq normalarına, işin müəyyən edilmiş faktiki hallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutula n nöqsanlara yol verərək sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməyib Məhkum açıq-aşkar yüngül cəza təyin etmişdir. Kassatorlar şikayətində bildirirlər ki, məhkum olunmuş şəxs hadisədən sonra onlara dəymiş zərərin ödənilməsinə söz vermiş, lakin bu günədək cüzi miqdarda ödəniş etmişdir. Nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəmələri bu halı nəzərə almamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyas iya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya i nstansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 kassasiya şikayətlərində aşağı instansiya məhkəmələrinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları düzgün nəzərə almadığını, nəticədə əsaslar olmadığı halda Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrini n sanksiyalarında nəzərdə tutulmuş həddindən artıq yüngül cəza təyin etdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxslərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri kimi yekun olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddə si tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik də rəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58. 3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan – azadlığın məhdudlaşdırılması təyin edərkən və apellyasiya inst ansiyası məhkəməsi təyin edilmiş cəzanı dəyişdirilmədən saxlayarkən öz nəticələrini cəzanın təyini məsələsinə təsiri ola biləcək bütün halların məcmusundan, uyğun sübutlardan hasil etməmişlər, cinayətlərin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, törədilmə hallarını kifayət qədər nəzərə almamışlar, təqsirkarın şəxsiyyətini düzgün qiymətləndirməmişlər, o cümlədən məsələni lazımınca araşdırmadan Məhkum yalnız bir qisim zərərçəkmiş şəxslərin maddi zərərin ödənilməsindən çıxış edərək, zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 Məhkum şikayətçi olduqlarını və onlara dəymiş ziyanın ödənilməməsinə əhəmiyyət verməmişlər, sübutlarla təsdiqi tapmayan yüngülləşdirici hala istinad etmişlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında isə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum təqsirli bilindiyi cinayətlərin təsvirindən görünür ki, o, 8 epizod üzrə zərərçəkmiş şəxslərə qarşı (qabaqcadan əlbir olan qrup halında, təkrar, xeyli miqdarda olmaqla) olaraq dələduzluq cinayətlərini törətməklə yanaşı həm də 2 epizod üzrə oğurluq (qabaqcadan əlbir olan qrup halında, təkrar, saxlanc yerlərinə qan unsuz daxil olmaqla) cinayətlərini törətmişdir. O, yalan söyləməklə özündən asılı vəziyyətə saldığı şəxslərə ağır və az ağır cinayətlərin törədilməsində təqsirli bilinən övladları barəsində olan cinayət işlərinin məhkəməyə göndərildikdən sonra onların cinayət məsuliyyətindən azad etdirəcəyi və ya yüngül cəza təyin etdirəcəyi barədə məhkəmənin adından (ittiham aktında göstərilmiş digər hallar da nəzərə alınmaqla) istifadə etməkdən, yəni məhkəmə hakimiyyətinin nüfuzuna təsir göstərən (onları gözdən salan) hərəkətlərdən belə çəkinməmişdir. Bu hallar Məhkum şəxsiyyətinin daha dərindən öyrənilməsini tələb etsə də, məhkəmələr cəza təyin edərkən təqsirkarın şəxsiyyətini nəzərə almadan Cinayət Məcəlləsinin 58.3-cü maddəsindən göstərilmiş müddəaları yekun məhkəmə aktlarına köçürməklə kifayətlənmişl ər. Təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi baxımından digər hallarla yanaşı onun cinayətin törədilməsindən sonrakı davranışının nə cür olması mühüm əhəmiyyət kəsb edir. Şəxsin öz əməlinə tənqidi münasibət bəsləməsi onun postkriminal davranışının (islah olunma perspektivləri prizmasından) ümidverici olduğunu göstərir. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum postkriminal davranışının bu yöndə inkişaf etdiyi görünmür. Belə ki, Məhkum ifadələrinə görə, o nəinki cinayətlərinə görə peşman olmamış, ümumiyyətlə bəzi zərərçəkmiş şəxslərə qarşı məhkəmələrin müəyyən etdiyi məbləğdə dələduzluq cinayətini törətməsini belə qəbul etməmişdir. Məhkəmə kollegiyası işin hallarına və bu halların arxasında duran sübutlara əsasən onu da qeyd etməyi zəruri bilir ki, Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək qısa müddət kəsimində təkrarən dələduzluq və oğurluq cinayətlərini törətməyə üstünlük verib öz ehtiyaclarını ictimai faydalı əməklə məşğul olmaqla təmin etməkdən yayınmış, bu məsələ ilə bağlı da məhkəmələr hər hansı araşdırma aparmamış və məhkum olunmuş şəxsin belə davranışının onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət etməsini nəzərlərindən qaçırmışlar. Halbuki bu məsələlərin aydınlaşdırılması cəzanın məqsədlərinə nail olunmasında xüsusi əhəmiyyət kəsb edir. Yəni şəxsin özünün maddi tələblərini yalnız cinayət törətmək yolu ilə təmin edilməsinə önəm verməsi və törətdiyi əməllərə görə yüngül cəzaya məruz qalması onun sonradan da eyni xarakterli cinayətlər törətməsi ehtimalını artırmış ol ur. Bundan başqa, hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasından, dəymiş zərərin qismən ödənilməsindən və sonuncunun 2 qrup əlil olmasından çıxış etməklə faktiki olaraq həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və bununla apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Lakin, nə hökmdən, nə də ki, apellyasiya məhkəməsinin qərarından görünmür ki, məhkəmələr Məhkum 2 qrup əlil olması barədə nəticələrini hər hansı bir sübutdan hasil etmişlər (“Tovuz Rayon Mərkəzi Xəstəxanası” direktoru X Gədəbəy RPŞ-nə ünvanlandığı 397 saylı, 03 mart 2022-ci tarixli məktubdan Məhkum 3-cü qrup əlil olması göstərilmişdir 1 cild səh. 235) Digər tərəfdən cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, Məhkum tərəfindən vurulmuş maddi ziyan zərərçəkmiş şəxslərə tam ödənilməmiş, o cümlədən zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasında Məhkum şikayətçi olduqlarını, onlara vurulmuş ziyanın ödənilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının bu fikirləri ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarını müqayisə etdikdə isə, görünür ki, apellyasiya məhkəməsi birinc i instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş 3 il 11 ay 24 gün (qəti cəza müddətini) müddətə azadlığın məhdudlaşdırılması dəyişdirərək 3 il 11 ay 26 gün həddində müəyyən edərkən, CM-in 58.3-cü maddəsinin nəzərdə tutduğu halları və cəzanın məqsədlərini müstəsna olaraq cəzanın müddəti ilə müqayisə etmiş, Məhkum şəxsiyyətinin düzgün qiymətləndirilməsinə, cəzasının yüngülləşdirən halların tam, obyektiv və hərtərəfli yoxlanılmış sübutlar vasitəsi ilə əsaslandırılmalı olmasına əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin cəzanın təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticələrə uyğun olub-olmadığını araşdırmamışdır. Bu qaydada, yəni sübutların tədqiqinə dair Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinin pozulması, CM-in 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Təsvir edilənlər zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin əsaslı olduğ unu, məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntulara yol verdiklərini göstərir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir edilənlərdən çıxış edərək, kassasiya şikayətinin təmin edilməsi haqqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 və kassasiya şikayətlərin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, hazırki qərarda şərh edilən əsaslara görə kassasiya şikayətləri təmin edilməli və Məhkum CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Ap ellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(104)-536/2023 nömrəli qərarı ləğv edilməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcada n həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177. 2.2, 177.2.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli, 1(104)536/2023 nömrəli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2241/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2241/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver