Məhkəmə qərarları › İş №1(102)-2243/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2243/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2243/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – “Alyans” Vəkil Bürosunun vəkili Adıgözəlova Vəfa Tohid qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 1 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 aprel 2023-cü il tarixli 1(101)-408/2024 nömrəli (hakimlər: Məmmədov Əli İrfan oğlu (sədrliyi), Məcidov Azad Əli Ağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1984-cü ildə Masallı rayonunda anadan olmuş, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, hazırda cəza çəkən, işləməyən, xxx kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona həmin maddə ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-1(102)-38/2023 nömrəli qərarı ilə onun üzərində saxlanılmış 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, cəzasın ı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutların taleyi də öz həllini tapmışdır. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli 1(103)-1148/2024 nömrəli (hakimlər: Məmmədov Murad Akif oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İttiham aktına əsasən Məhkum ona görə təqsirləndirilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi qanunsuz hərəkət müqabilində özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid4, Şahid1, Şahid3, Şahid2, öldüyünə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib Dövlət Attestasiya Komissiyasının 19 iyun 2008-ci il tarixli qərarına əsasən, Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Gəncə filialı tərəfindən 2009-cu ildə təqdim edilməklə “Maarif” fakültəsinin “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsinin verilməsi faktını təsdiq edən, lakin hüquqi və faktiki əsası olmadığından saxta sənəd olduğu müəyyən edilmiş В seriyalı xxxx nömrəli diplomun etibarlı sayılması və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyi Abşeron rayonu, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin vakant direk toru vəzifəsinə təyin edilməsində köməklik göstərilməsi ilə əlaqədar, qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə 2021-ci ilin dekabr ayında Bakı şəhəri ərazisində özünə müraciət etmiş X6 üzərinə götürdüyü öhdəliyi icra etmək iqtidarında olduğunu yalandan bildirərək, qabaqcadan əlbir olduğu şəxslərlə müzakirə aparıb aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq B seriyalı xxxxx nömrəli diplomun etibarlı sayılmasını və sonuncunun Abşeron rayonu, Xırdalan şəhər x nömrəli tam orta məktəbin vakant direktoru vəzifəsinə təyin olunmasını təmin etdirəcəyinə dair yalan vəd verib, məsələnin müsbət həll olunmasından ötrü Azərbaycan Respublikası Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X-in xeyrinə edəcəkləri qanu nsuz hərəkətlərə görə, yəni qanunsuz inzibati akt hesab olunan Dövlət Attestasiya Komissiyasının 19 iyun 2008ci il tarixli qərarı əsasında verilmiş В seriyalı xxxxx nömrəli saxta diplom “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquqi prosedura daxilində aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və ya məhkəmə qaydasında ləğv olunmalı, yaxud da əlverişlilik şərtləri nəzərə alınmaqla qüvvədə saxlanılmalı olduğu halda, sözügedən diplomun qanunla müəyyən edilməmiş qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilərək etibarlı sayılması, həmçinin dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul olmaq istəyən namizədlər “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnaməyə və “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən, müsabiqədə iştirak edərək müvəffəq nəticə əldə etməli olduğu halda, X-in qanunvericilikdə təsbit edilmiş proseduralardan kənar qanunsuz formada direktor vəzifəsinə təyin olunması müqabilində vahid niyyətlə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Şahid4, Şahid1, Şahid3, Şahid2, X9 və qeyriləri vasitəsilə maddi nemət olan 98.000 (doxsan səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini X-i aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşərək, həmin niyyətlə 2021-ci ilin dekabr ayında X vasitəsilə X-dən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanında 15.000 (on beş min) manat, eyni niyyətlə 2022-ci ilin yanvar ayında X vasitəsilə X-in atası Şahid5 Abşeron rayonu, x kəndində 28.000 (iyirmi səkkiz min) manat, eyni niyyətlə 2022-ci ilin fevral ayında X vasitəsilə X-dən Bakı şəhəri, Yasamal rayonu, ünvan 2 ünvanında 30.000 (otuz min) ABŞ dolları və ya həmin dövrün rəsmi məzənnəsi ilə 51.000 (əlli bir min) manat və 4.000 (dörd min) manat olmaqla, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan müddət ərzində vahid niyyətlə ümumilikdə 98.000 (doxsan səkkiz min) manat məbləğində pul vəsaitini şəxsən və əlbir olduğu şəxslər vasitəsilə X-dən alıb, həmin pul vəsaitini qabaqcadan əlbir olduğu Şahid4, Şahid4, Şahid1, Şahid3, Şahid2, X9 və qeyriləri ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, s onuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə yolu ilə X6 məxsus ümumilikdə 98.000 (doxsan səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid4, Şahid1, Şahid3, Şahid2, X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar X-in xeyrinə edəcəkləri qanunsuz hərəkətlərə görə birbaşa yolla özü və əlbir olduğu şəxslər vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu vahid niyyətlə təhrik etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsin in barəsindəki qərarı əsassız olduğundan və kifayət qədər araşdırma aparılmadan qəbul edildiyindən dəyişdirilməlidir. Belə ki, o işdə adı keçən şəxslərdən yalnız Şahid3 tanımış, ondan 8000 manat məbləğində pulu aldığını və həmin pulu ona geri qaytardığını Şahid3 da təsdiq etmiş, digər şəxslərin isə verdikləri ifadələrin ziddiyyətli olmasına baxmayaraq bu barədə məhkəmələr tərəfindən müvafiq araşdırılma aparılmamış, yekunda isə ona ağır cəza təyin edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarın ləğv edilməsini və cinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, zərərçəkmiş şəxsə vurulmuş ziyanın digər məhkumlar tərəfin dən ödənildiyini, lakin barışıq ərizəsində onun adının olmadığını bildirib kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkumun müdafiəçisi Adıgözəlova Vəfa Tohid qızı çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qər arının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmam asını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsas lanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və onun müdafiəçisinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “Də ləduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqs irkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair g əldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı irəli sürülmüş ittiham üzrə vermiş olduğu izahat və ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş X5, şahid qismində dindirilmiş Şahid6, X3, Şahid4, Ş ahid3, Şahid1, Şahid7, Şahid2 ifadələri, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokol, digər keçirilmiş istintaq hərəkətlərinə dair protokollar və cinayət işi üzrə toplanılmış digər sübutlar ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsinə və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. xx.xx.2023-cü il tarixli cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Məhkum və qeyriləri tərəfindən X6 məxsus bakalavr diplomunun tanınması və sonuncunun Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin olunması vədi ilə 98.000 manat məbləğində pulun ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya müraciətlərində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin çıxardığı Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görməmişdir. Belə ki, zərərçəkmiş şəxs X-ə ümumilikdə 98.000 manat məbləğində ziyan vurulsa və göst ərilən məbləğdə pul vəsaiti qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz şəkildə ələ keçirilsə də, Məhkum göstərilən pul vəsaitindən ümumilikdə 35.000 manat məbləğində pul çatmışdır. Məhkum ona cəmi 8.000 manat məbləğində pul vəsaitinin verilməsini, sonradan isə onun həmin pul vəsaitini geri qaytarmasına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya məhkəmə kollegiyası onu qeyd edir ki, bu dəlilin doğruluğu cinayət işi üzrə toplanılmış materiallarla təkzib olunur. Bundan əlavə kassasiya məhkəmə baxışında məhkum və müdafiəçisi zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsi və onunla barışıq əldə olunmasına dair irəli sürdükləri dəlillər iş materialları ilə təsdiqini tapmamışdır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbayc an Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisə edən kassasiya məhkəmə kollegiyası o qənaətə gəlir ki, Məhkum cinayətin digər iştirakçıları ilə əlaqə saxlaması, nəticədə əvvəlcədən razılaşdırılmış rol bölgüsünə əsasən hərəkət edərək özünü X19 adı ilə tanıtması, X ilə bağlı məsələlərin qanunsuz həllinə yönəlmiş hərəkətlərə görə cinayətin digər iştirakçısından pul vəsaiti alması, bunun müqabilində yalan vəd verməsi, verildiyi andan yalan vəd olduğundan vədini icra etməməsi və bununla da nət icədə qanunsuz şəkildə ələ keçirilmiş pul vəsaitini X-ə geri qaytarmaması ona dəlalət edir ki, o, həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (evli olmaqla himayəsində iki azyaşlı uşağının olması, ailədə yeganə qazanc gətirən şəxs olması və yaşadığı yer üzrə müsbət xarakterizə olunması), ağırlaşdıran halların isə olmaması, habel ə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar