Məhkəmə qərarları › İş №1(102)-2243/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2243/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2243/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-105/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, a şağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx xxxx-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, “NEW LİFE” əmlak şirkətində vasitəçi işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 iyul 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərə findən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Zərərçəkmiş şəxs MMC-nin (VÖEN **********, hüquqi ünvanı Qəbələ rayonu, E.Kərimov küçəsi, ev 34 olan) xx.xx.2018-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək olan müddətdə Satış və Marketinq şöbəsinin ekspeditoru, xx.xx.2020-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək olan müddət ərzində isə Kommersiya departamentinin ekspeditoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə, o cümlədən təsdiq edilmiş vəzifə təlimatlarına əsasən, ona etibar edilmiş maddi dəyərləri qoruyub saxlamaq, etibar edilmiş maddi dəyərlərə və işlərə qayğı ilə yanaşmaq, cəmiyyətə heç bir səbəb üz ündən ziyan vurmamaq, vaxtında cəmiyyət rəhbərliyini himayəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumatlandırmaq və lazımı hallarda təhlükəli vəziyyətin yaranma səbəblərini öyrənmək, Cəmiyyətin Bakı məhsul anbarından buraxılan malları müşayiətedici sənədlərə uyğun olaraq təhvil alıb, Satış və Marketinq şöbəsinin, həmçinin Kommersiya departmentinin nəzarəti altında təşkil olunan pərakəndə və topdansatış əməliyyatlarını Cəmiyyət ilə satış məntəqəsi arasında müqavilənin bağlanmasını təmin etdikdən sonra, müqavilə şərtlərinə uyğun olaraq malı təhvil verib satışdan əldə olunan pul vəsaitini Cəmiyyətin xəzinəsinə təhvil vermək, qaimə-faktura əsasında anbardan qəbul etdiyi mala görə tam maddi məsuliyyət daşımaq və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə y etirən vəzifəli şəxs kimi, Cəmiyyətin ünvan 3 ünvanda yerləşən anbarından müxtəlif vaxtlarda və məbləğlərdə məhsulları ayrı-ayrı ticarət nümayəndələrindən aktla qəbul etmiş, cəmi mədaxili 394788,42 manat təşkil etmiş, 39413,42 manat dəyərində malı anbara qaytarmış, komissiya tərəfindən tərtib olunmuş aktla 28272,60 manatlıq mal digər ticarət nümayəndələrinə təhvil verilmiş, 17538,30 manatlıq Cəmiyyət rəhbərliyinin 01 mart 2017-ci il tarixli 15 saylı əmrinə əsasən endirim edilərək azaldılmış, satışa verilən mallara görə ticarət subyektləri tərəfindən 82919,15 manat Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürülmüş, satışdan əldə etdiyi, ümümilikdə 226.664,95 manat nağd pul vəsaitinin 176901 manatını hissə-hissə xəzinəyə ödəmiş, cəmi 49.743,95 (qırx doqquz min yeddi yüz qırx üç manat dox san beş qəpik) manat pulu isə xəzinəyə təhvil verməyərək, ona etibar olunmuş Zərərçəkmiş şəxs MMC-yə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 (bir) il 06 (altı) ay müddətin bir gününün iki gün hesabı ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanması və əsas cəzanı çəkmiş hesab edilməsi, üzərində 01 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum etmə əlavə cəzasının saxlanılması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Müdafiəçi1 apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin tərkibi olmadığı üçün hökmün ləğv edilməsi və sonuncu barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-319/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qərardan Məhkum kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-319/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)1515/2024 nömrəli, 23 avqust 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-319/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasi bətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-105/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum elan olunmuş ittihamın həcmi və ittiham üzrə Zərərçəkmiş şəxs MMC-nə məxsus özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talanmış pul vəsaitinin məbləğinin azadılaraq 12394,43 manat (on iki min üç yüz doxsan dörd manat qırx üç qəpik) müəyyən edilməsi, hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət, özəl və yerli ö zünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətinin yüngülləşdirələrək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 01 (bir) il 06 (altı) ay müddətin bir gününün iki gün hesabı ilə qərarla təyin olunan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablanması və onun əsas cəzasını çəkmiş hesab edilməsi, üzərində 01 (bir) il müddətə dövlət, özəl və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutmaq hüququndan məhrum etmə əlavə cəzasının saxlanılması, Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi və Məhkum 12394,43 ma natın (on iki min üç yüz doxsan dörd manat qırx üç qəpik) tutularaq Zərərçəkmiş şəxs MMC-nə ödənilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətində göstərilmişdir ki, məhkum edilmiş şəxsə qarşı irəli sürülmüş ittihamı sübuta yetirən heç bir etibarlı sübut mövcud deyildir. İlkin audit yoxlaması qanunvericiliyin tələblərinə zidd şəkildə aparılmış, onun keçirilməsi qaydası və istinad etdiyi sənədlər qanunsuz olmuşdur. Qanuna əsasən audit yoxlaması yalnız elektron qaimələrə əsasən həyata keçirilə biləcəyi halda, təqdim edilən audit əl ilə tərtib edilmiş qaimələr əsasında aparılmışdır. H əmin qaimələrin kim tərəfindən hazırlanması müəyyən edilməmiş, onlarda və üzləşmə aktlarında olan imzalar məhkum edilmiş şəxsə məxsus olmamış, onun tərəfindən imzalanmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfindən təkrar audit yoxlamasının keçirilməsi barədə vəsatət verilmiş, vəsatət təmin edilmiş və aparılmış təkrar audit yoxlamasının rəyində ilkin auditin tam qanunsuz aparıldığı, eləcə də həmin auditin ittiham predmeti ilə əlaqəsinin mövcud olmadığı ətraflı şəkildə göstərilmişdir. Bundan əlavə, mülki iddia müddətinin keçməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş, baxmayaraq ki, məhkum edilmiş şəxs tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə dəfələrlə vəsatətlər verilmişdir. Hesab edir ki, bütün bu halların məhkumun xeyrinə olmasına baxmaya raq, məhkəmə toplanmış sübut və dəlilləri lazımi qaydada qiymətləndirmədən, öz subyektiv mülahizələri əsasında hökm çıxarmışdır. Göstərilənlərə əsasən, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-105/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarının ləğv edilməsi və məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılması xahiş edilmişdir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının pred metini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüqu qi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Kassasiya şikayətində Məhkum cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsi ni şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-105/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibi nin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun mə zmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı, 6 may 2022-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli b ilindiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri üzrə təqsirliliyinin sübuta yetirilmədiyi barədə dəlillərini əsassız hesab edir.

24. Belə ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən qərarı kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qismən məhkəmə istintaqı ilə keçirilmiş apellyasiya baxışı zamanı ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş və yeni apellyasiya baxışı zamanı əldə edilmiş sübutlar yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edən məhkəmə hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə tam həcmdə təqsirli olması barədə ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr əsaslı deyildir. Bu səbəbdən yeni apellyasiya baxışı nəticəsində işin faktiki hallarının, o cümlədən ekspert rəyinin nəzərə alınması ilə ittihamın həcminin yenidən müəyyən olunması qərara alınmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Məhkum irəli sürülmüş ittiham onun Zərərçəkmiş şəxs MMC-də ekspeditor vəzifəsində çalışdığı dövrdə həmin təşkilatdan təhvil aldığı malların dəyərinə uyğun pul vəsaitini müəssisənin xəzinəsinə təhvil verməməsi və həmin vəsaiti mənimsəməsi ilə bağlı olmuşdur. Bu baxım dan, ittihamın düzgün həll edilməsi üçün ilk növbədə Məhkum Zərərçəkmiş şəxs MMC-nin anbarından təhvil aldığı malların həcmi və dairəsi dəqiq və mötəbər sübutlarla müəyyən edilməli, malların təhvili müvafiq satış sənədləri — qaimə, təhvil-təslim aktı və digər müvafiq sənədlərlə təsdiq olunmalı, həmin sənədlərin etibarlılığı şübhə doğurmamalıdır. Halbuki, iş materiallarında olan qaimə və təhviltəslim aktlarında, habelə üzləşdirmə aktlarında əhəmiyyətli uyğunsuzluqlar və ziddiyyətlər aşkar edilmiş, buna baxmayaraq həmin sənədlər ittihamın əsasına daxil edilmiş, ittihamın həcmi müəyyən edilərkən nəzərə alınmış və nəticədə sübutların qəbuledilənliyi prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

26. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsas ən müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs MMC-nin anbarından müxtəlif vaxtlarda və məbləğlərdə məhsulları ayrı-ayrı ticarət nümayəndələrindən qəbul etdiyi iddia edilən, malların təhvil alınması və satışı ilə bağlı bir sıra sənədlərdə — o cümlədən qaimələrdə, üzləşdirmə aktlarında və təhvil-təslim aktlarında olan imzaların bir qismi birmənalı şəkildə onun tərəfindən icra edilməmiş, digər bir qismi isə onun imzası olub-olmaması baxımından ümumiyyətlə müəyyən edilə bilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, ittihamın əsas sübutu kimi təqdim edilən satış sənədlərinə istinad edildiyi halda, ittihamın həmin hissəsi ehtimallara və şübhələrə əsaslanmışdır.

27. Nəticədə, cinayət işinin materiallarında mövcud olan məlumatlar və ape llyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi nəzərə alınmaqla müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs MMC-nin anbarından müvafiq satış sənədlərinə əsasən öz imzası ilə təhvil aldığı malların ümumi dəyəri 38.087,17 manat, müvafiq üzləşmə aktlarına əsasən cəmiyyətin xəzinəsinə təhvil verdiyi vəsaitin məbləği isə 25.692,74 manat təşkil etmişdir. Məhkəmə işə ağlabatan müddətlərdə baxılması prinsipindən çıxış edərək əlavə ekspertiza təyin edilməsini zəruri hesab etməmiş, sadə riyazi hesablama aparmaqla Məhkum Zərərçəkmiş şəxs MMC-nin anbarından təhvil alıb satışını həyata keçirməklə cəmiyyətin xəzinəsinə qaytarmadığı və mənimsədiyi vəsaitin məbləğini 12.394,43 manat olaraq müəyyən etmişdir. Bu halda, apellyasiya instansiyası məhkəməsi ittihamın həcminin azal dığı qənaətinə gəlsə də, həmin hal əməlin hüquqi tövsifinə təsir etmədiyindən, Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilib məhkum etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

29. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin mülki iddia üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlillərini əsası olmayan, formal mülahizə xarakterli hesab edərək, həmin dəlillərə münasibətdə qeyd edir ki, cinayət mühakimə icraatında mülki iddiaya baxılmasının tənzimlənməsi mülki-prosessual qanunvericilikdə müəyyən edilənlərdən fərqlidir, Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsində təsbit edilmiş qaydaya görə mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilməsinə yol verilmədiyindən, iddia müddətinin tətbiqi ilə bağlı tələb təmin oluna bilməz.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışında hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkum hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından v ə eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası yekunda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hü quqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-105/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolleg iyasının 1(103)-105/2025 nömrəli, 12 iyun 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar