Məhkəmə qərarları › İş №1(102)-2244/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2244/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2244/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov Zaur Məmmədağa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(101)-634/2023 nömrəli (hakimlər: Həsənzadə İradə Xəlil qızının sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 1990-cı il aprelin 15-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, Abşeron Rayon Məhkəməsinin 2019-cu il 05 noyabr tari xli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməmiş, xxx də qeydiyyatda olmaqla 0 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, onun 2022-ci il aprelin 1-dən 2022-ci il iyulun 1-dək həbsdə və ev dustaqlığında olduğu 3 (üç) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclası zalında həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2023-cü il aprelin 27-dən hesablanması, Məhkum haqqında seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli 1(103)1359/2023 nömrəli (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür, оna görə ki, o, xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Məhkum 2022-ci il martın 31-də saat 22 radələrində qayınatası Şahid4 dəvəti ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Bilgəh yolunun yaxınlığındakı «Mayak» adlanmaqla yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək, Zərərçəkmiş şəxs qayına tası Şahid4 fiziki zor tətbiq etməsini, sonuncunu söyüb təhqir etməsini bəhanə gətirərək, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olmuş məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyəsindən bir dəfə vurmaqla sonuncuya bud venasının zədələnməsinə səbəb olub sağ budun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, bununla da qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 1(101)-634/2023 nömrəli hökmü ilə Məhkum əməli Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsindən Azərbaycan Respublikasın ın CM-nin 126.1-ci maddəsinə tövsif edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də ki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki, Məhkum tərəfindən törədilmiş cinayət əməlinin məhkəmə tərəfindən hüquqi tövsifi heç bir mübahisə doğurmadığından müdafiə tərəfi məhkəmənin bu hissədə gəldiyi qənaətlə razılaşır. Lakin, ədalətlilik və humanizmi prinsipləri nöqteyi nəzərindən məhkəmə tərəfindən Məhkum təyin olunmuş cəza həddindən artıq ağır olmaqla onun şəxsiyyətinə uyğun deyildir. Məhkəmə tərəfindən cəza təyin edilərkən iş üzrə yüngüllə şdirici halları, yəni Məhkum himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq və razılıq əldə etməsini hökmdə formal olaraq qeyd edilmiş, bu hallar eyni zamanıda Məhkum tərəfindən törədilmiş əməlin məqsədi və motivi, yəni cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, təqsirkarın cinayətin törədilməsində rolunu, ibtidai istintaq və məhkəmə zamanı etdiyi cinayəti səmimi etiraf etməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini (ali təhsilli olmasını, etdiyi əməldən səmimi peşmançılıq çəkməsini) kifayət qədər nəzərə almamış və ona həddindən artıq ağır cəza təyin etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Məhkum barəsində təyin etdiyi cəzanı ədalətli hesab etmək olmaz. Məhkəmə kollegiyası həmçinin, Məhkum cinayəti məhz zərərçəkmiş şəxs və qeyrilərinin qanunazidd əməllərinin qarşısını alarkən hadisənin axarı zəminində törətməsini, himayəsində azyaşlı uşağının olması, səhhətində problemlərin olmasını nəzərə almamışdır. İş materiallarına əlavə olunmuş tibbi arayışlardan məlum olur ki, Məhkum ürəyin anadangəlmə qüsuru (mədəciklərarası çəpərin deffekti) və hepatit “C” xəstəliklərindən əziyyət çəkir. Göründüyü kimi qeyd olunan hallar müstəsna hal kimi nəzərə alınmaqla Məhkum azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinə zəmin yaratsa da, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti cəzanın təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədov Zaur Məmmədağa oğlu çıxış edərək, məhkumun anadan gəlmə ürək xəstəsi olduğunu, hepatit “C” xəstəliyindən əziyyət çəkdiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini v ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) o lduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisinin kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, lakin məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419- cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il ta rixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilməmiş, əməldə xuliqanlıq niyyətinin olmaması barədə nəticəyə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi mə sələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tət biq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərdiyi “məhkumun cəzasınını yüngülləşdirən halların məhkəmə tərəfindən nəzərə alınmamasına” dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Əvvəla cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngüll əşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etmə klə yoxladıqda, müdafiəçinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, cinayət işinin materiallarında olan AZ-İV seriyalı 322359 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Məhkum 2018-ci il 22 oktyabr təvəllüdlü X8 adlı övladı vardır. Həmçinin, məhkəməyə təqdim olunan 2023-cü il 13 fevral tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri v ə ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində bir azyaşlı uşağının olması, zərər çəkmiş şəxslə barışıq əldə etməsi) olmasını və ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassa siya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məmmədov Zaur Məmmədağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar