Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2244/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçiləri Müdafiəçi3 Hümsü oğlunun və Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ün vanda qeydiyyatda olan və ünvan 2i nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1858/2024 nömrəli, 13 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 Hümsü oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-328/2024 nömrəli 3 iyun 2024-cü il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), F.Ə.Qəniyev və S.İ.Əliyev) Məhkum – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 7 (yeddi) il 6 (altı) ay müddət ə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən 11 yanvar 2023-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı bir il yeddi gün müddət ona təyin edilən cəzaya hesablanmaqla Məhkum üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 mart 2024cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1858/2024 nömrəli 13 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Z.Əliyev (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Ümid» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Qobu yolu» adlanan əra zidə xatırlamadığı yerdə, yolun kənarında sonuncu tərəfindən gizlədilmiş satış məqsədilə qanunsuz olaraq ümumi 1010,019 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, ümumi 506,383 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 368,173 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və yaşadığı mənzildə saxlamış, 10 yanvar 2023-cü il tarixdə saat 23:10 radələrində ünvan 2i nömrəsiz evin yaxınlığında Binəqədi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və orada 11 yanvar 2023-cü il tarixdə saat 00:40-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd ş əffaf rəngli sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 8,480 qram və 19,693 qram olmaqla ümumi təmiz çəkisi 28,173 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, əl çantasındakı dəmir qutunun içərisində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,281 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,178 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin aşkar edildikdən sonra həmin tarixdə saat 04:50-də Məhkum yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi nömrəsiz evə baxış keçirilən zaman evin otağında masanın üzərində bir ədəd ş əffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 110,0 qram olan yaşılımtıl rəngli maddə narkotik vasitə qurudulmuş marixuana, iki ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 28,186 qram və 17,752 qram olmaqla ümumi təmiz çəkisi 45,938 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 19,506 qram ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd sarı rəngli üzərində «Smile» yazısı olan pul kisəsində ümumilikdə 23 büküm olmaqla 05 ədəd qırmızı və 18 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,393 qram, 0,344 qram, 0,337 qram, 0,358 qram, 0,414 qram, 2,824 qram, 1,730 qram, 0,372 qram, 0,410 qram, 0,340 qram, 0,371 qram, 0,384 qram, 0,347 qram, 2,438 qram, 0,374 qram, 0,388 qram, 0,338 qram, 0,377 qram, 0,324 qram, 0,413 qram, 0,426 qram, 0,373 qram, 0,324 qram olmaqla ümumi təmiz çəkisi 14,399 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin, həmin otaqda olan taxta kontruksiyalı dolabın üst hissəsində yerləşən kağız qutunun içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 230,0 qram yaşılımtıl rəngli maddə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 963,8 qram olan qəhvəyi rəngli tozşəkil li maddə külli miqdarda narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 472,3 qram olan ağ rəngli kristalşəkilli maddə külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə marixuananın izləri olan 3 ədəd elektron tərəzi, bir ədəd şüşə borucuq, eləcə də, bir ədəd şəffaf rəngli plastik qab və bir ədəd dəftərçə aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumnun müdafiəçisi Müdafiəçi3 Hümsü oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1858/2024 nömrəli, 13 sentyabr 2024-cü il nömrəli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videodan görünür ki, baş təhqiqatçı X7 Bağırovaya Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində Polis bölməsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir. Lakin Məhkum müdafiəçidən imtina edib-etməməsi ilə bağla heç bir fikir səsləndirmir. Bu xüsusat aydınlaşdırılmadan Məhkumnm üzərinə şəxsi axtarış və götürmə həyata keçirilir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirməzdən öncə müdafiəçinin iştirakı təmin edilməli və Məhkum məhz həmin vəkilin iştirakı ilə müdafiəçidən imtinanı yazılı qaydada ərizə ilə təqdim etməli idi. İş materi 11 arında Könül Basır ovanın guya şəxsi axtarışın vəkilin iştirakı ilə həyata keçirilməsinə etiniz etmədiyinə dair ərizədə vək ilin iştirakını təsdiqləyən imza belə mövcud deyildir. Yəni həmin ərizənin vəkilin iştirakı ilə yazılmadığı məlumdur. Həmçinin vidoegörüntüdə də vəkildən imtian etdiyinə dair fikir səslənmir. Yalnız bundan sonra onun üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış həyata keçirilə bilərdi. Yəni iş materiallarından görünür ki, vəkildən imtina barədə müdafiəçinin iştirakı ilə ərizə tərtib olunmur. Cinayət prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi Məhkum müdafiə hüququ ibtidai istintaq orqanı tərəfindən pozulmuş və bu hala məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bu xüsusat Könül Bağırovuya ibtidai istintaq orqanı tərəfindən təzyiq göstərildiyini bir daha təsdiqləyir. Həmçinin bu xüsusat onun müdafiəçi ilə təmin olunmasına əsaslı şübhələr yardır. Məhz bu xüsus atla rın araşdırılması cinayət isi üzrə mühirn əhəmiyyət kəsb etməsinə baxmayaraq, Bakı Apellyasiv məhkəməsi tərəfimizdən verilmiş vəsatəti əsasız şəkildə təmin etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçiləri Müdafiəçi3nın, Müdafiəçi4, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya pro testinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmu ş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etm ə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə cinayət məsuliyyəti; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxque t Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlid ir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə gös tərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkumin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum 10 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığı andan müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuş, müdafiə hüququ dəvət olunmuş vəkil tərəfindən həyata keçirilmiş, xx.xx.2023-cü il tarixli qərar əsasında üzərinə şəxsi axtarış və götürmə, habelə xx.xx.2023-cü il tarixli qərar əsasında yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında istitaq hərəkətləri keçirilmişdir. Təqsirləndirilən şəxs hər iki istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığı barədə ərizə təqdin etmişdir. İbtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində (müdafiəçinin iştirakı ilə) verdiyi ifadəsində qeyd etmişdir ki, 5 ildir ki narkotik maddələrin istifadəsi ilə məşğul olur. Həmin müddətdə İran İslam Respublikasının vətəndaşı “Ümid” adlı şəxslə tanış olmuşdur. Həmin şəxsdən əvvəllər şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda narkotik maddə əldə etmiş və ödənişi “Milli ön” ödəmə terminalı vasitəsi ilə həyata keçirmişdir. “Ümid” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əl aqə saxlamışdır. 2022-ci ilin yanvar ayının əvvələrində “Ümid” adlı şəxs ona göndərəcəyi narkotik maddələri Bakı şəhəri ərazisində olan müştərilərə çatdırmaq və narkokuryerlik etmək, bunun qarşılığında ona narkotik maddələri pulsuz verəcəyini təklif etmişdir. Maddi durumu pis vəziyyətdə olduğundan “Ümid” adlı şəxsin təklifini qəbul etmiş və əməkdaşlıq etməyə başlamşdır. Bir neçə ay ərzində “Ümid” adlı şəxsin ona göndərmiş olduğu narkotik maddələri Bakı şəhəru Binəqədi rayonu ərazisindəki ünvanlara çatdırmış və görmüş olduğu işin müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Həmçinin, xx.xx.2023-cü tarixdə Məhkum (müdafiəçinin iştirakı ilə) təqsirləndirilə n şəxs qismində verdiyi ifadəsində özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək eyni məzmunlu ifadə vermiş və üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilmədiyini bir daha qeyd etmişdir. Habelə, xx.xx.2023-cü tarixdə Məhkum (müdafiəçinin iştirakı ilə) təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, istintaqa vermiş olduğu ilkin ifadəsini təsdiq edir və xx.xx.2023-cü il tarixdə videoçəklişlə üzərinə və mənzilinə baxış və axtarış keçirilən zaman aşkar olunmuş narkotik və pisxotrop maddələr ona məxsusdur. Həmin maddələri İİR-nın vətəndaşı “Ümid” adlı şəxsin tapşırığına əsasən “Qobu yolu” adlanan ərazidə, xatırlamadığı yerdə yolun kənarında gizlədilmiş yerdən əldə etmişdir. Narkotik maddələr ilə yanaş ı 3 ədəd elektron tərəzi, 1 ədəd şüşə borucuq və 1 ədəd şəffaf rəngli plastik qab ona məxsusdur. Şəffaf rəngli plastik qaba narkotik maddələri boşaldaraq həmin maddələri hissə-hissə elektron tərəzilər vasitəsi ilə narkotik maddələrin çəkisini müəyyən etmişdir. Şüşə borudan isə narkotik maddə qəbul edən zaman istifadə etmişdir. İstifadəsində olan “Samsung Galaxy 10s” mobil telefonun “Whatsapp” proqramında aşkar olunmuş mesajları və fotoşəkilləri “Ümid” adlı şəxsə göndərmişdir. Eyni zamanda, xx.xx.2023-cü tarixdə Məhkum (müdafiəçinin iştirakı ilə) təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, özünü qismən təqsirli bilmiş və əvvəlki ifadələrinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yaşında ailə həyatı qurmuşdur. Həyat yoldaşı ona narkotik vasitələrdən istifadə etməyi öyrətmiş və onda asılılıq yaranmışdır. Boşandıqda sonra atasının himayəsində yaşamış və narkotik vasitələrdən istifadə etmişdir. Bir neçə ildir ki, «İnstagram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Ümid» adlı şəxslə tanış olub, ondan şəxsi istifadəsi üçün nakotik vasitələr almış, pulunu isə sonuncunun kart hesabına göndərmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində «Ümid» adlı şəxs onun narkotik vasitələrini Bakı şəhəri ərazisindəki müştərilərə çatdırmağı və qarşılığında ona istifadə etməsi üçün narkotik vasitə verməyi təklif etmişdir. Əvvəlcə imtina e tsə də, sonralar maddi durumu pis olduğundan razılaşmışdır. Belə ki, «Ümid» adlı şəxsin tapşırığına əsasən sonuncunun gizlətdiyi narkotik vasitələri götürüb özündə saxlamalı, daha sonra sonunucun tapşırığı əsasında müvafiq yerlərdə qoyub gizlətməklə həmin yerin şəklini çəkib «Whatsapp» sosial şəbəkəsi vasitəsilə sonuncuya göndərməklə müştərilərə çatdırmalı olmuşdur. Tutulmamışdan qabaq «Ümid» adlı şəxsin tapşırığı ilə «Qobu yolu» adlı yerdə gizlədilmiş hər birindən təxminən 80 qram olmaqla narkotik vasitələr heroin və qurudulmuş marixuana və psixotrop maddə metamfetamini götürüb yaşadığı evə aparıb saxlamışdır. 10 yanvar 2023-cü il saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən fərdi nömrəsiz evin yaxınlığında polis əməkdaşları tərəfindən saxl anılmışdır. Həmin vaxt üzərində evdən götürdüyü təxminən 30 qram qurudulmuş marixuana, bundan başqa az miqdarda xırda bükümlərdə heroin və metamfetamin olmuşdur. Sonra polislər onu yaşadığı evə aparmışlar. İttiham aktında göstərilənlərlə razı deyil, yaşadığı evdən aşkar olunan narkotik vasitələr və psixotrop maddə ona məxsus deyil, onları polis əməkdaşları yaşadığı evə yerləşdirmişlər. Onda hər birindən təxminən 80 qram olmaqla narkotik vasitələlər heroin və qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olmuşdur. Polislərin təzyiqi ilə tərtib edilmiş sənədləri imzalamış, şəxsi axtarış və mənzilə baxış zamanı aşkar edilən maddələrin özünə məxsus olmasını bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qərarlarında olan iş üzrə toplanmış sübutlar – 11 yan var 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış, 11 yanvar 2023-cü iİ tarixli «mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokol, mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış, məhkəmə ekspertizanın 11 yanvar 2023-cü il tarixli, 6/144 saylı rəyi, məhkəmə-bioloji ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 7/28 saylı rəyi, əlavə məhkəmə-bioloji ekspertizanın 30 yanvar 2023-cü il tarixli, 7/91 saylı rəyi, məhkəmə ekspertizasının 2 fevral 2023-cü il tarixli, 6/422 saylı rəyi, ambulator məhkəmə-psixiatrik ekspertizasının 8 fevr al 2023-cü iİ tarixli, 328 saylı rəyi, məhkəmə-narkoloji tibbi yoxlamanın 16 mart 2023cü il tarixli, 1556 saylı rəyi, mobil telefona baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkillər, sənədə baxış keçirilməsi haqqında protokol, sübutların qiymətləndirilməsi haqqında qərar tədqiq edilərək mahiyyəti üzrə qiymətləndirilmişdir. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər Şahid1 və Şahid2 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddə lərin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxı ş etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CMin 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumin əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəli lləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabat an müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şüb hə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdə də qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin p ozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələ blərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçisi Müdafiəçi3 Hümsü oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1858/2024 nömrəli 13 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2244/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2244/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver